88
Əsrin şairi IX
yaxşı dərk edir.
Cavid gələcəkdə “Şəfqəti-ayini-məsiha nə imiş?” sualı və
məsələsi üzərinə “Şeyx Sənan” faciəsində dönəcək, bunu Sənan və
Xumarın timsalında təsvir edəcəkdir...
Şair 1913-1914-cü illərdə Tiflisdə yaşarkən Şeyx Sənan
haqqında əfsanə ilə maraqlanır. Şeyx Sənan dağına gəlir, onun
türbəsini ziyarət edir. Həmin mövzuda bir qəzəl yazıb, qəzetdə
çap etdirir. Əziz Şərif bu haqda yazır: «O günlərdə qəzetdə
*
dərc
edilmiş “Şeyx Sənan” doqquz beytdən ibarət balaca, lakin son
dərəcə gözəl və incə bir qəzəl idi və bu başlıqla çap edilmişdi:
“Ədəbiyyat”. “Bahar şəbnəmləri”ndən bir yapraq. “Şeyx Sənan
türbəsi önündə.”»
1
Doqquz beytdən ibarət olan qəzəl gerçəkdən son dərəcə
gözəl, zərif, Şeyx Sənanın ruhunu və pak məhəbbətini vəsf edən
bir əsərdir. Xüsusi hiss və duyğularla qələmə alınmışdır.
Oyan, ey piri-xoşdil! Qalq, ayıl bir xabi-rahətdən!
Qiyamətdir, qiyamət!.. Qalq, oyan, zevq al bu fürsətdən.
Donanmış hər tərəf pürşölə yıldızlarla... Caizdir
Ki, Tiflis ərşi-pürəxtərlə dəm vursun rəqabətdən.
Göydən enmiş Mələklər Şeyxin pak toprağından feyz alırlar.
Böyük Sənanın məqbərəsini Cənnət gülzarı sanırlar. Yığın-yığın
insanlar onun türbəsini ziyarətə gəlir. O piri-xoşdilin əbədi yuxu-
dan oyanıb, bu fürsətdən zövq almasını israr edirlər. Müqəddəs
ziyarətgahı gülbusə ziyarətçilər hər an təzyin edirlər. Çünki o, bir
mələksimaya uyub dini və imanı, Quranın ehkamlarını atsa da,
təriqətdən uzaqlaşsa da, özlərindən sonra eşq əhli üçün məhəb-
bətdən bir təriqət və Kəbə yapmışlar. Eşqin mənasını bilmək
istəyənlər, qoy uzağa getməsinlər. Gəlib onu Sənan və Caviddən
soruşsunlar. Sənanın qüdsiyyətini görüb xəsalətdən lal olsunlar.
*
“İqbal”, 18 may 1914-cü il.
1
Əziz Şərif. Keçmiş günlərdən, Bakı,1977, s. 99.
89
İsgəndər Atilla
“Nədir mənası eşqin!?” Söyləyənlər nerdə? Bir gəlsin,
Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.
Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir,
Məhəbbətdir, əvət, məqsəd şu pürəfsanə xilqətdən.
Yeri gəlmişkən, 2 iyun 2013-cü ildə AzTV-də Beynəlxalq
Muğam Mərkəzində Hüseyn Cavidin qəzəllərinə həsr edilmiş
muğam axşamı (konserti) translyasiya edildi. Təbrizli xanəndə Fə-
raməz Qərmüridi sazəndələrin müşayiəti ilə şairin qəzəllərini çox
gözəl, yüksək peşəkarlıq və sənətkarlıqla ifa etdi. Mən xanəndə-
nin gözəl ifasından məmnun qaldım və böyük zövq aldım.
Düşündüm: “Təbrizdə, bütün Cənubi Azərbaycanda Cavidi biz-
dən çox sevirmişlər ki?!.”
2.5. Dramatik əsərlərində qəzəl və muğamlar
Cavid “Şeyx Sənan”, “Şeyda”, “Peyğəmbər” və “Xəyyam”
pyeslərində qəzəl janrından və muğamlardan istifadə etmişdir.
Atası yaxşı xanəndə olduğu üçün, mən bəzi qəzəllərini, məsələn,
“Şeyda”da Xanəndənin muğamat üstündə oxuduğu qəzəli, atasını
düşünərək yazdığını ehtimal edirəm. Qəzəl janrından ilk öncə
“Şeyx Sənan” faciəsində istifadə etmişdir. 10 misralıq qəzəl
Cənubi Azərbaycan şairi Racinin “Nə eşq olaydı, nə aşiq, nə hüs-
ni-dilbər olaydı, // Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.”
mətləli qəzəlinin təsiri altında qələmə alınmış və faciənin birinci
pərdəsinə daxil edilmişdir. Faciədə iki kor ərəb surətindən biri ud
çalır, ikincisi hicaz muğamı üstündə yaralı bir səslə həmin qəzəli
oxuyur.
Cavid 1956-cı ildə bəraət aldıqdan sonra bir zamanlar Teatr
Texnikuminda onun tələbəsi olmuş Adil İsgəndərovun qurulu-
şunda
*
(20 illik fasilədən sonra) dramaturqun ilk dəfə olaraq
*
M
ən 1977-1978-ci illərdə görkəmli teatr xadimi Adil İsgəndərovdan Cavid
haqqında xatirələrini alarkən, o, həmin tamaşadan söhbət saldı. Tamaşanın zəif
90
Əsrin şairi IX
“Şeyx Sənan” faciəsi Azərbaycan Dövlət Dram Teatrında tama-
şaya qoyuldu. Görkəmli bəstəkar Fikrət Əmirov Korun mahnısına
musiqi yazdı. Səhnədə korun mahnısını Məmmədəli Əliyev ifa
etdi. Onun yanıqlı ifası geniş tamaşaçı kütləsi və teatr ictimaiyyəti
arasında geniş şöhrət qazandı. Bəlkə tarixə də o, elə Korun
mahnısı ilə düşdü.
Mənə belə gəlir ki, qəzəlin bu cür təsirli yazılmasında şairin
uşaqlıq və gənclik illərində göz xəstəliyinə tutulmasının, məhşur-
laşmasında Məmmədəli Əliyevin gözəl səsi və avazı mühüm rol
oynamışdır. Faciənin 1920-ci illər tamaşalarında Korun mahnısını
Bülbül ifa etmişdir. Həmin mahnını Seyid Şuşinski də oxu-
muşdur.
Cavid Təbrizdən Məşədi Tağı Sidqiyə yazdığı bir mək-
tubunda görməyi Allahın insana bəxş etdiyi ən gözəl nemət kimi
qiymətləndirirdi. Uzun illər göz ağrısına düçar olmuş şairin bu
cür düşünməsi və yazması təbii idi. Məncə, müəllif əsərdə iki kor
ərəbin surətini təsadüfən yaratmamışdır. İkinci Korun hicaz mu-
ğamatı üstündə oxuduğu qəzəl faciənin ruhuna və fəlsəfi mahiy-
yətinə uyğundur. Bir qadının cinayəti ucbatından dünya işığına
həsrət qalan ərəb sanki yerə və göyə qarşı üsyana qalxır. Onun:
- Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə Xaliq, nə əşki-həsrət olaydı.
- beytilə başlanan mahnısı səhnədə eşidilərkən salon sanki matəm
sükütuna qərq olur.
Filosofların təbirincə desəm, qəzəldə bədii fikri inkarı inkar
üzərində quran şair, Korun ruhundan qopub gələn hiss və düşün-
cələri çox təbii təsvir edir. Korun sözləri tamaşaçıları həyəcan-
landırır, ovqatlarına bir qəm-qüssə, kədər hissi qatır. Bəzən
üsyançı, bəzən inkarçı, bəzən sufi və bəzən filosof kimi düşünən
alınmasına etiraf etdi və dedi: “Məqsədim uzun illər səhnədən uzaqlaşdırılmış
Cavidi s
əhnəyə qaytarmaq idi.” Məncə, bu, o zamanlar böyük bir iş və əsl
kişilik idi!...
Dostları ilə paylaş: |