İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə27/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   23   24   25   26   27   28   29   30   ...   142

82

                                            

Əsrin şairi IX 

qırmızı bir gülə dönmüşdür. 

 

Yaralar cizmi-nazənində 



Qızarır, sanki qönçeyi-güldür. 

Zəf məşhuddur cəbinində, 

Bəncə təsviri-halı müşküldür. 

Məhv olur fikr edincə cismü tənim, 

Aman Allah! Odur bənim vətənim! 

 

Keçmiş  zamanlarda  şairin  vətəni  maarif  və  mədəniyyətcə 



yer  üzünün  gülşəni  sayılırdı.  Orada  elm  və  maarif  günəş  kimi 

parlayırdı, böyük mədəniyyət – sivilizasiya var idi. 

 

Ey vətən! Səndə parlayanda ziya 



Büsbütün əhli-Qərb cahilimiş... 

 

Bəs  sonra  nə  olmuşdur  ki,  onun  vətəni  –  türk  elləri,  Tür-



küstan,  Qafqazstan  geri  qalmış,  tənəzzülə  uğramışdır?  Kəsbi-

qəflət edib, libası qanlı kəfən olmuşdur? 

 

Şimdi bulmuş vüqu əksi-qəza, 



Əcəba bu nasıl təğafilimiş?.. 

Güluyor həp tamam əhli-cihan 

Şu əsəfiştimali – halimizə, 

Aman Allah! Nə dərdi – bidərman, 

Gəliyormiydi hiç xəyalimizə? 

Bizi, ey yer! Yarıl da kamına çək! 

Eyidir bu həyatdan ölmək.  

 

Vətənin  geri  qalmasına  səbəb  –  cəhalət,  cəhalət,  cəhalət!.. 



Onu bu hala salan – qəflət, qəflət, qəflət!.. Bu səbəbdən vətən get-

gedə  “qabili-zəval  olmuş,  ayaq  altında  paymal  olmuşdu.” 

İstibdad  zülmünün  atəşi  canımızı  yaxmış,  hüququmuz  bərbad 

olmuşdu. 

 

Daha məhv etdi artıq istibdad, 



Yaqdı zülm atəşinə canımızı, 


         

83

 

İsgəndər Atilla 

Oldu hər bir hüququmuz bərbad, 

Dinləməz kimsə əlamanımızı. 

Bu nə dəhşətli haldır, ya Rəb, 

Bilməm ki, nədir bu hala səbəb. 

 

Əslində  şair  keçirdiyi  halın,  çəkdiyi  ahın  və  iztirabın  sə-



bəbini  gözəl  bilirdi  və  buna  təəssüflənirdi.  Vətəninin  gələcəyinə 

ümidlə  baxan  şair,  “Bana  gəl!  Gəl  bana  zavallı  vətən  //  Hiç 

unutmam  səni  bu  halilə  bən.”  deyərək,  milləti,  vətən  kişilərini 

qeyrətə  dəvət  edirdi.  Vətənin səadətini  onun  ərlərinin  əməlində, 

himmətində, qeyrətində görürdü. 

 

Mayeyi-iftixarı ər kişinin 



Vətən uğrunda fəzli-himmətdir. 

Lafə baqmazlar, iştə hər kişinin 

İşi ayinəsində müsbətdir. 

Qeyrət istər ki, can nisar edəlim

Mədəniyyətlə iftixar edəlim. 

 

Şair demək istəyirdi ki, dünya ilə ayaqlaşmaq istəyən millət 



gərək əməldə, dildə, fikirdə bir olsun. Mədəniyyətə - elmə, təhsilə, 

maarifə diqqət yetirsin. Millət yalnız elmin və təhsilin qanadların-

da yüksələ bilər. Bu fikirlər onun məqalə və əsərlərində xüsusi yer 

tutur, “İblis” faciəsində təsadüfən demir: 

- Turana qılıcdan daha kəskin ulu qüvvət. 

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... 



 

2.4. Qəzəlləri 

 

Şair qəzəllərini həm farsca, həm də türkcə yazmışdır. “Bahar 

şəbnəmləri”  kitabına  5  qəzəlini  daxil  etmişdir.  Bundan  başqa,  o, 

“Şeyx Sənan”, “Şeyda”, “Peyğəmbər” və “Xəyyam” dramalarında 

qəzəl  janrından  və  muğamların  müxtəlif  növlərindən  istifadə 

etmişdir. 

Xaqanidən  tutmuş  bu  günə  qədər  yüzlərcə  şair  qəzəl 



84

                                            

Əsrin şairi IX 

janrında  gözəl  əsərlər  yazmış  və  yazırlar.  Sovet  ideologiyasının 

təsiri  altında  bu  janrı  gözdən  salmağa  cəhd  və  təşəbbüslər 

göstərilsə  də,  qəzəl  müasir  Azərbaycan  ədəbiyyatında  klassik 

şeirin  bir  janrı  kimi  yaşamış  və  inkişaf  etmişdir.  Mən  bu 

baxımdan Əlağa Vahidin adını xüsusi qeyd etmək istəyirəm.  

O qanlı-qadalı illərdə bəzi sovet yazıçıları Cavid həbs edilən 

kimi  cızmaqaralar  yazdılar,  qəzet  və  jurnallarda  ona  böhtan 

atdılar, parlaq sənətinə ləkə yaxmağa çalışdılar. Fəqət yel qayadan 

heç bir şey apara bilmədi. Əlağa Vahid Cavidlə kəsdiyi çörəyə xə-

yanət  etmədi.  O,  Sibir  torpağında  əbədi  uyuyarkən,  haqqında 

danışmaq və yazmaq, əsərlərini çap etmək və tamaşaya qoymaq 

qadağan edilərkən, Vahid məşhur bir qəzəlini ona ithaf etdi. Öz 

şairlik  borcunu  yerinə  yetirdi.  Xanəndələrimiz  həmin  qəzəli 

radioda  və  məclislərdə  oxuyub,  Cavidi  xatırladılar,  ruhunu  şad 

etdilər.  

Cavid həmişə xəlqimizin xatirindədir

Vahid, o yoxsa, ruhu ilə həmvətənlərik. 

 

Qəzəl klassik şeirin məşhur və geniş yayılmış janrıdır. Daha 



çox  aşiqanə  məzmuna  malikdir.  Bir  çox  qəzəl  aşiqanə 

məzmundan başqa, ictimai məzmun daşıyır və s. Gənc şair Gülçin 

və  Salik  də  öz  gücünü,  öncə  bu  janrda  sınayır.  Qəzəllərini  həm 

müəllimi Məşədi  Tağı  Sidqinin,  həm  də  klassik  qəzəl  şairlərinin 

təsiri altında yazır. 

 

Verdim o gün ki, zülfi-pərişanə gönlümü



Saldı nigar o zülfdə zindanə gönlümü. 

 

- beytilə başlayan və türkcə yazılan qəzəl 16 misradır. Lirik 



qəhrəman könlünü zülfündə zindana salan sevgilisinə yalvarır ki, 

onu  bu  zindandan  azad  etsin.  Fəqət  sevgilisi  onun  divanə 

könlünü  saçlarının  zəncirinə  daha  möhkəm  bağlayır.  O,  tərsa 

qızının  cəmalına  nə  qədər  uyursa,  pərvanə  könlünü  atəşdə 

yandırır.  Kafər  balasına  məhəbbəti  artdıqca,  o,  cəfaye-naz  ilə 

şairin  könlünü  viran  edir.  Məstanə  könlünü  bəlayi-firqətə  salır. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə