91
İsgəndər Atilla
Kor, dünyada nə dərd, nə də dərman, nə sur, nə də matəm
olmasını arzulamır. Konlündə məhəbbət nuru, gözündə zülmət
pərdəsi olan ərəb Ərəbistanı qarış-qarış gəzir. Xilqətin mərhəmət-
sizliyinə və ədalətsizliyinə qarşı üsyankar səsini ucaldır. Zülmət
və zülmə qarşı ədalət axtarır.
- Tükəndi taqatü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə xilqət olaydı.
- söyləyən Kor, səhnədə yalnız qəzəl oxumur, öz üsyankar
daxili aləmini, psixoloji vəziyyətini tamaşaçılara bəyan edir. Haq-
sızlıq və ədalətsizliyə qarğıyır, özünün acı və faciəli taleyindən
şikayətlənir.
Haq, ədalət, həqiqət, məhəbbət və mərhəmət fəlsəfəsi Cavid
yaradıcılığının və ədəbi-bədii düşüncəsinin cövhərini təşkil edir.
O, demək olar ki, bütün əsərlərində bu problemi qaldırır, fikir və
mülahizələrini oxucu və tamaşaçılarla bölüşdürür.
Dramaturq muğamatdan “Şeyx Sənan”dan sonra “Şeyda”
faciəsində istifadə etmişdir.
Yad eylədikcə vəslini, ey mahi-tələtim,
Ağlar gözümdə qanə dönər əşki-həsrətim.
Bu beytlə başlayan şeir beşlik (müxəmməs) formasında
yazılmışdır. Müxəmməs dünya əməkçilərinin may ayında qeyd
etdikləri beynəlxalq əməkçi günündə segah muğamatı üstündə,
tətilə çıxan mətbəəçilərin iştirakı ilə, Xanəndə tərəfindən ifa
olunur. Cavid ilk dəfə Xanəndə surətini həmin əsərdə yaratmışdır
ki, bu da təsadüfi deyildir... Şeirin solosu – Xanəndənin ifa etdiyi
hissə beşlik, mürəttiblərlə birlikdə ifa olunan xor hissəsi
dördlükdür. Bəzi söz və misraların ifaçılar tərəfindən təkrar
olunması segaha xüsusi ahəng və gözəllik verir.
Müxəmməsin qısa məzmunu belədir. Aşiq ayüzlü yarının
vəslini yad etdikcə ağlayır. Ağladıqca əşki həsrəti gözlərində qana
dönür. Aşiqin səbri tükənir, hicran qəminə taqəti qalmır. Gecə-
92
Əsrin şairi IX
gündüzü fəlakətə çevrilir. Bir gün gecə o ahü zar edərkən sevgilisi
ona əbədi vəsl için qərar verir. Lakin sonra fikrindən dönür. Aşiq
sevgilisiz cahanda yaşamaq istəmir...
Röyada bən keçən gecə eylərkən ahü zar,
Sən vermədinmi bir əbədi vəsl için qərar!?
İnsafa gəl, aman! Bəni etdi intizar,
Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim,
Gəl, gəl! Bənim gözəl Mələyim, nazlı Afətim.
Xanəndə solo oxuyub qurtardıqdan sonra mürəttiblərin ha-
mısı, Xanəndə ilə həmahəng olaraq, xüsusi ahənglə xor oxuyurlar:
Gəl, sevgili yarım, gözəlim, qönçə dəhanım!
Gəl ruhi-rəvanım!
Vazehdir, əminim, sana hər razi-nihanım,
Ey afəti-canım.
Sən bir güli-xəndan, bən bülbüli-nalan,
Biz hər ikimiz bir çəmənistanə şitaban.
Məncə, dramaturq bu pyesdə Xanəndə surətini yaradarkən
xanəndə atasını düşünmüşdür... Haşım Kələntərli xatirələrində
yazır ki, konsertlərdən birində “Yad elədikcə vəslini, ey mahi-
tələtim” qəzəlini oxudum. Axşam məni Mircəfər Bağırovun qəbu-
luna gətirdilər. O, oxuduğum sözlərin kimə məxsus olduğunu
soruşdu. Dedim ki, qəzəl Hüseyn Cavidindir. Bu sözdən sonra
anladım ki, bəraət yerim yoxdur, ya qəbir, ya Sibir. Amma
Bağırov qəzəblənmədi. Dedi ki, sən o qəzəli radioda oxuyarkən
mən ağladım.
“Peyğəmbər” mənzum tarixi dramasının “Nüsrət” his-
səsində Məzkur Şəxsin ifasında bir ərəb muğamı oxunur. Həmin
şəxs beşlik formasında yazılmış şeiri atəşli bir ahənglə ərəb
muğamına uyğun olaraq ifa edir.
Bir Qız Aşiqin könlünü yaxmış-yaralamışdır. Onun yarası
bu yanğından daima sızlayır, daima qövr edir. Aşiq Qıza hər gecə
93
İsgəndər Atilla
busələr yollarkən, o, uzaqdan göz qırparaq ona gülümsəyir. Aşiq
guşə gəlir, dözə bilmir, həmən əmr edir: “Aman, yavrum, çabuq
qədəhlər dolsun, // Məclis güllər açıb bir Cənnət olsun.”
Ərəb muğamının məzmunu Aşiqin arzuları üzərində qu-
rulmuşdur. Onun arzusu və istəyi budur ki, qədəhlərə mey süzül-
sün, gözlər süzülsün. Gözəllər onu qana-qana içərək, ruhlarında
atəşli bir fırtına qopsun. İncə qəhqəhələr gül dodaqlardan, çılğın
busələr al yanaqlardan hər yana saçılsın.
Aman, yavrum...
Mey sun, nəşə gəlsin, dərd unutulsun.
Bəlalı aşiqim elimdən ayrı,
Yaralı bülbülüm gülümdən ayrı.
Cavid dramaturgiyasında muğam elementləri və janrından
daha çox “Xəyyam” mənzum tarixi dramasında istifadə
edilmişdir. Əsər “Hicaz” muğamı üstündə minacat ilə başlayır.
Ey fəzalarda gülümsər əbədi şeirü xəyal!
O nə qüdrət, o nə həşmət, o nə ahəngü cəlal!?
Hər dəha çırpınaraq Səndə
*
arar feyzi-kəmal,
Yenə yoq kimsədə əsla Səni idrakə məcal!
Pyesin başqa bir yerində neydə “Dəşti” muğamı çalınır,
Çadırçı həmin ahənfə uyğun olaraq aşağıdakı mahnını oxuyur.
Bahar olmuş dedim, xülyayə uydum,
Haman bir gözləri şəhlayə uydum.
Adım Məcnun deyilkən dərdə düşdüm,
Vəfasız yosma bir Leylaya uydum.
Çadırçının bu solosundan sonra çömləkçilər
**
nəqarətlə iki
beytlik “Çamurdan xəlq olunmuş derlər, insan” misrası ilə
*
Allahda.
**
Çölm
əkçilər.
Dostları ilə paylaş: |