106
Əsrin şairi IX
parlamağa çağırır və elan edir: «Yoqsa fəryadü nalə zaiddir,
*
// Bir
həqiqət bu: “Əzməyən əzilir!..”»
Şair ölümlə pəncələşən XX əsrin müstəbid övladlarının tarixi
faciələrinin təsvirini irəlidə adlarını çəkdiyim şeirlərində davam
etdirir. 1915-ci ildə Gürcüstanın Qocur qəsəbəsinə gedir. Burada
bir qədər sakit həyat sürmək istəyir. Heyhat!.. Lakin orada dinclik
tapa bilmir. Özünü sanki müharibənin ol-alovları içində hiss edir.
“Qürubə qarşı” şeirini
**
Qocurda qələmə alır. Aşağıdakı məşhur
misralar orada yaranır:
- Bütün yiriminci əsrin müstəbid evladı həp alim...
Bütün yiriminci əsrin müştəid evladı həp zalim...
Böyük başlar dumanlanmış da, atəş püskürür hər an,
Nə istər bir-birindən anlaşılmaz sayğısız insan?!
Bu tarixi suala şair əsərlərində yeri gəldikcə cavab verir,
ədalətsiz müharibələrə qarşı mövqeyini ortaya qoyur.
Günəş - əngin və nəhayətsiz fəzanın nazlı sultanı qürub edir.
Şairin yaralı ruhu dəmadəm yanır, sızlayır. Çünki müharibə bütün
aləmi dəyişdirmiş, vəhşi insan xislətini üzə çıxarmışdır. Dünyanı bir
məlal sarmışdır. Cahan ağlayır, insanlar ağladılır. Günəşi şəxslən-
dirən şair, hüdudsuz fəzada onun batması ilə yer üzərində insan-
ların qəhr edilməsi arasında bir bağlılıq, oxşarlıq axtarır. Dünyada
baş verən vəhşətlər sanki günəşi dalğın və tutqun edir. Günəş yerdə
baş verən müdhiş hadisələrdən kədərlənir, “ağlayır”, çünki:
- Cihan bir qətlgah olmuş, aman yoq zülmü vəhşətdən,
Gönüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər qan.
Dənizlər qan, buludlar qan, hava qan, iştə hər yer qan...
Böyük başlar dumanlanmış da, atəş püskürür hər an,
Qılıclar, süngülər, toplar, tüfəklər gürləyib parlar.
Olur məmurələr viran, qopar atəşli tufanlar.
*
Labüddür.
**
Şeir 24 may 1915-ci ildə “Yeni iqbal” qəzetində dərc edilmişdir.
107
İsgəndər Atilla
Dünya qopur, dünya dağılır, zavallı insanlar məhv olur,
şairin ruhu bundan sarsılır, dəhşətdən türkləri ürpənir. Bağırtı,
qışqırtı sanki dilə gəlib deyir: “Ey qafil! Fəlakətsiz səadət, qayğızıs
rahət deyil qabil.” Harda dirilik varsa, orda qavğa var. Bu, bir
qanundur, xilqətin sirridir, ki:
Basıb-kəsmək, yaqıb-yıqmaq azalmaz, daima artar;
Bu bir baziceyi-qüdrət ki, bundan kimsə qurtulmaz.
Çalış həp qalib ol, mərd ol! Bu aydın bir həqiqətdir.
“Cihan nazənin bir dilbər ki, yalnız mərdə qismətdir...”
Şeirdə, sənətdə modernist olan şair, bədii yaradıcılıqda da
modernist olaraq qalır. Əsrin şairi əsrini qabaqlayır. “Hübuti-
Adəm”də izlədiyi fikri, “abstrakt” şəkildə irəli sürdüyü ideyanı
şeirlərində və dramatik əsərlərində konkretləşdirir və ayrı-ayrı
obrazlar vasitəsilə verir... Mütəfəkkir şairə görə, Adəm övladları
dünyada nə qədər yaşayacaqsa, alçaqlıq da, rəzalət də, mərhəmət-
sizlik də, rəhmsizlik də, müharibələr də olmuş, olur və olacaq!..
Öz əsrini çox-çox qabaqlayan şair, əsərlərində sanki atom əsrinin
dəhşətlərini təsvir edir.
1917-ci ildə Bakıda “Kəşkuli-nəğəm” adlı bir məcmuə nəşrə
başlayır. Cavid “Hərb və fəlakət” şeirini həmin məcmuədə çap
etdirir. Məcmuədə bu münasibətilə yazılır ki, haman şeir fələk-
zadələr nəfinə böyük şairimiz Hüseyn Cavid tərəfindən deyil-
mişdir. Qeyddən məlum olur ki, şeir ilk öncə “Mühərrir” məc-
muəsində çap edilmişdir. “Kəşkuli-nəğəm” həmin şeiri oradan
götülüb, öz səhifələrində dərc etmişdir.
1918-ildə “Qardaş köməyi” (Türkiyəyə qardaşlıq köməyi)
məcmuəsində Ə.Q. imzası ilə belə bir qeyd getmişdir: «1917,
kanuni-sanisində yazılmış olan bu uzun şeirin
*
sahibi Hüseyn
Caviddir. Hamidi çox oxumuş bir Fikrət tələbəliyini sızar kimi
oluram. Çünki şeir bir az sonra vəznin dəyişərək insana Fikrətin
*
“H
ərb və fəlakət” şeirinin.
108
Əsrin şairi IX
“Tarix”dəki
∗
fəryadlarını xatırladır.
Həmin qeydlərdən məlum olur ki, o illərdə şairin geniş ya-
yılan, oxucular tərəfindən rəğbətlə qarşılanan, müxtəlif məcmuə-
lərdə çap edilən məşhur şeirlərindən biri “Hərb və fəlakət”
olmuşdur.
Birinci cahan hərbi çoxdan başlamışdı. Xristian dövlətləri
Osmanlı imperiyasını çökdürmək, Türkiyəni bir dövlət kimi
dünya xəritəsindən silmək üçün gizli planlarını həyata keçirir-
dilər. Artıq bir neçə dövlət bu ölkəni müharibə meydanına
çevirmişdi. İngilislər İstanbula soxulmuşdular. Rusiya ordusuna
güvənən ermənilər və yunanlar xüsusi fəallıq göstərir, qətliamlar
törədirdilər. Türkiyə ölüm-dirim savaşı aparırdı. Tarix türk
əskərini imtahana çəkirdi. Çanaqqala uğrunda döyüşlər gedirdi...
Şair bu zaman bəlkə də öz ömründə ən həyəcanlı, iztirablı, sar-
sıntılı günlərini yaşayırdı. Gündüz dincliyi, gecə rahatlığı yox idi.
O, saldırışları, çağırışları, top-tüfənglərin gurultusunu, insanların
fəryadını, yaralıların iniltisi və sızıltısını sanki qulaqlarının dibin-
də eşidirdi. Ulu Tanrı! O, necə də həyəcanlı hallar keçirirdi!?
İstanbulun ingilislər tərəfindən işğal edildiyini eşidərkən
şair özündən asılı olmayaraq yumruğunu zərblə masaya çırpdı.
Qarşısındakı kağızı bir tərəfə itələdi, qələmi bir kənara atdı.
Dodaqlarını gəmirdi. Otaqda əsəbi halda o tərəf-bu tərəfə var-gəl
etdi. Bir anlığa gözəl İstanbul, onun oxuduğu universitet, gəzdiyi
yerlər, parklar, küçələr, muzeylər, kütübxanalar... gözləri qarşısın-
da canlandı. Bosfor boğazının mavi suları gözlərində dalğalandı.
Axı, o, burada yaşamışdı, ali təhsil almışdı. Türkiyənin görkəmli
alim və şairlərinin mühazirələrini dinləmişdi. İndi bu gözəl və
qədim şəhər düşmən tapdağı altında idi.
Azərbaycan türk şairi Hüseyn Cavid dünyanın bir buca-
ğında, Qurban Səid başqa bir bucağında oturub düşüncələrini
kağız üzərinə köçürürdülər.
∗
Tofiq Fikr
ətin “Tarix-qədim” şeiri nəzərdə tutulur.
Dostları ilə paylaş: |