103
İsgəndər Atilla
Cahan hərbi, insanların tarixi fəlakət və faciələri şairə
möhkəmcə təsir etmiş, onu ağıllı-başlı sarsıtmışdı. O, bu barədə
öz hiss və düşüncələrini, həyəcan və təəssüfünü şeir dili ilə
söyləməyi qərara aldı. Yığın-yığın insanların könül iztirabları və
ruhi sarsıntıları və fəryadlarını, intizar və göz yaşlarını şeirə
çevirdi.
Müharibələrin insanlara vurduğu yaralar şairi zaman-
zaman düşündürürdü. O, “İblis”, “Peyğəmbər”, “Topal Teymur”,
“Səyavüş” və “İblisin intiqamı” dramalarında həmin problemin
üzərinə dönə-dönə qayıtdı. Almanlar tərəfindən başlanan birinci
cahan hərbinə münasibətini şeirlərində və “İblis” faciəsində,
alman faşizminə və rus imperializminə münasibətini “İblisin inti-
qamı” dramasında ifadə etdi.
1914-cü ilin dekabr ayı idi. Naxçıvanda havalar soyuq
keçirdi. Şair ata ocağında müharibənin təsiri altında gərgin hallar
keçirirdi. Sarıkamış, Kars və Oltu ətrafında rus və ermənilərin
türklərə qarşı törətdikləri qətliamı fikirləşdikcə, daha da əsəbləşir,
dodaqları səyriyirdi. Bəzən qaşlarını düyünləyib, məchul bir
nöqtəyə baxırdı. Qardaş Türkiyənin ağır vəziyyətə düşməsi,
insanların amansızcasına öldürülməsi, evlərin talan edilməsi şairi
həddindən ziyadə narahat edirdi... O, bir xeyli düşündükdən
sonra qələmi əlinə alıb ərəb əlifbası ilə kağız üzərində bu sözləri
yazdı: “Kars və Oltu ətrafında səbəbsiz (!?) alçaqcasına qətl və
yəğma edilən məzlumlar için.” Şeiri yazıb bitirdikdən sonra onu
“Səadət” məktəbi müəllimlərinin nəşr edəcəkləri məcmuəyə
göndərdi. Lakin məcmuə çıxmadığından şeir orada dərc edilmədi.
“İqbal” qəzetinin redaksiyası bu haqda belə yazır: «Hüseyn Cavid
bəy əfəndi tərəfindən “Səadət” müəllimlərinin çıxaracağı
məcmuəyə basılmaq üçün göndərilən bu şeir, məzkur məcmuənin
çıxacağı baş dutmadığından “İqbal”da dərc olunur.»
1
Şeir çıxarışda göstərilən tarixdə qəzetdə çap edildi. Sonralar
1
“İqbal”, 19 mart 1915.
104
Əsrin şairi IX
şair onu 1917-ci ildə nəşr etdirdiyi “Bahar şəbnəmləri” kitabına
saldı. Fəqət şeir tam şəkildə Cavidin sovet dönəmində nəşr
edilmiş kitablarının heç birinə daxil edilmədi. Yalnız anadan
olmasının 100 illiyilə əlaqədar yubiley nəşrlərində “Məzlumlar
üçün” başlığı altında çap edildi. Müstəqillik illərində, əslinə uy-
ğun olaraq, şairin beş cildliyinin birinci cildinə salındı. Beləliklə,
əsər yalnız nə az, nə çox, düz 81 ildən sonra Turan Cavidin səyilə
tam şəkildə və orijinalına uyğun olaraq oxucuların diqqətinə
çatdırıldı.
- Verin!.. Verin də, əvət susdurun şu fəryadı,
Aman! Əsirgəməyin mərhəmətlə imdadı.
Verin! Verin!.. Gözü yollarda bir yığın bəşərin,
Nə heyrət, ah! Əsərsizmi bu uca ahü ənin
*
!?
Şeir bu misralarla başlayır və elə ilk beytlərdən “dekadans
şairin” nə dərəcədə böyük həyəcan və sarsıntı keçirdiyini duymaq
olar. Şair şeirdə qəhr olan füqəraya, titrəşib mələşən yavrulara,
kəfəni al bələdən biçilmiş insanlara, öz qanları ilə qarlı dağları
“təzyin edən qızılgüllərə”, müdhiş həyata gülən cənazələrə sanki
qara yas tutur. Cənazələr sanki bəni-bəşərin duyğusuz səfillərinə,
ədalətə, insafa, haqqa, vicdana, İncilin həqiqətlərinə, Quranın
hökmlərinə gülür. O, müharibənin qanlı səhnələrini, insanlara
gətirdiyi faciə və fəlakətləri düşünərkən, sanki qafası dönür.
Səsini sanki yaralıların ah-naləsinə qataraq, onların yaşadıqları fa-
ciələrdən daha artıq dərəcədə faciə yaşayır və mənəvi əzab çəkir.
O parə-parə cəsədlər demək bu gün məsud...
Gətirməz onları artıq bir ehtiyaci-ənud.
Fəqət qalanlar, o bikəslər – ah ya Rəbbi!
Nə yapsın!? İştə qoşar canlı bir cənazə kibi.
Qoşar zəlami-fəlakətdə ac, soluq, bihuş,
Qoşar ümidi-səadətlə müztərib, mədhuş...
*
İnilti, zarıma bunca əsərsizmi?
105
İsgəndər Atilla
Şair sanki zülm və fəlakət içində çabalayan canlı cənazələrə,
çarəsiz qalmış ac, susuz və vahimə içində yaşayan insanlara göz yaşı
tökür. Bəşərin ruhunun və qəddarlıq fəlsəfəsinin büsbütün dəyişdi-
yindən narahat və pərişan olur. Yeri düşdükcə Adəm övladı, Allah,
din, ədalət, həqiqət haqqında fəlsəfi düşüncələrini ortaya qoyur.
Ah, əvət, həp dəyişdi ruhi-bəşər,
Hökm edər şimdi başqa fəlsəfələr.
Yaşadan kainatı qüvvətdir.
Gücsüzün həp nəsibi zillətdir.
Kürreyi-ərzi qaplamış həyəcan,
Verilir hər dəqiqə bin qurban.
Şərqü Qərb iştə püskürür al qan...
1
Yer üzərində baş verən vəhşət və dəhşətləri düşündükcə,
şair geniş dünyada özünə yer tapa bilmir. Amansız dünya və
qəddar bəşəriyyət qarşısında tarixi suallar qoyur: “Çarpışmaq və
vuruşmaq, qan tökmək və can vermək, məhv etmək və məhv
olmaq, əzib və əzmək neçindir əcəba?!.” Şair bu kimi suallarla elə
bil ki, “Hübuti-adəm” şeirində irəli sürdüyü fikirləri tamamlayır:
“Əzil, qəhr ol, keçənlər keçdi, heyhat! // Budur Həqdən səninçin
son mükafat!” Cənnətdən yer üzərinə qovulmuş Adəmdən
törəmiş həmin bəşərdir ki, həmin alçaq cinayətin əzabını çəkir və
çəkəcək! Cahanı qan çanağına döndərir və döndərəcək! Dağıdır
və dağıdacaq! Məhv edir və məhv edəcək! Bəşər övladının min
illər ərzində qazandığı sivilizasiyaya son qoyur və qoyacaq!..
“Gücsüzün nəsibi, acizlərin cəzası zillətdir” deyən şair,
zillətdən qurtarmaq üçün insanları aciz olmamağa, öz haqqı,
hüququ uğrunda mübarizə aparmağa səsləyir. Həyatın mənasını
yaşamaq uğrunda mübarizədə görür. İnsanları yaşamaq, yaşat-
maq üçün çalışıb çabalamağa, göy kimi guruldamağa, bərq olub
1
Hüseyn Cavid. Əsərləri, I cild, Bakı, 2005, s. 73.
Dostları ilə paylaş: |