109
İsgəndər Atilla
- Bu gün şəhərdə xəbər yayıldı ki, böyük Osmanlı im-
periyasının sultanı əlahəzrət Məhmət Rəşid kafirlər dünyasına
müharibə elan etmək qərarına gəlib. Onun müzəffər qoşunları
müsəlmanları Rusiya və İngiltərənin boyunduruğundan azad et-
mək üçün Şərqdə və Qərbdə irəliləyirdi. Bununla da cihad –
müqəddəs müharibə elan edilmiş və xəlifənin sarayı üstündə
peyğəmbərin yaşıl bayrağı dalğalanır.
1
Cavid bir qədər fikrə getdikdən sonra şeirin başlığında bu
sözləri yazdı: “Anadolu hərbzadələrinə yardım münasibətilə.”
Dəhşətli müharibə səhnələrini gözlərinin qarşısında canladıraraq,
“Hərb və fəlakət” şeirini yazmağa başladı. Şeirdə müharibənin
canlı tablosunu yaratmağa çalışdı. Problemi bu cür qoydu: “Tə-
məddünün – mədəniyyətin, tərəqqinin sonu vəhşətmidir, nədir
əcəba?..”
Onun xəyalları çox uzaqlara – hüzn diyarına uçdu. Uzaq bir
mühit – müharibə mühitində cövlan etdi. Bütün cahan sanki
susmuşdu. Fəqət uzaqda bir zavalıı bayquş inləyirdi. O, müha-
ribə, qavğa bayquşu idi. İnsanların fəlakəti “dekadans şairi” elə
bir hala salmışdı ki, onun gözündən uyqusu çəkilmişdi. Qəlbi
çırpınırdı. Gözlərinin önündə teyflər, qızıl qanlar dalğalanırdı.
Başında atəşli, sisli vulkanlar püskürürdü. O, yazmaqda davam
edirdi.
- Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir,
Fədayi-nəfs edərək haq için qoşar, güləşir.
Yaqar, yıqar, əzilir, məhv olur, basar, basılır.
Vətən yolunda ölür, öldürür, asar, asılır.
Nədir şu qəhrü fəlakət? Nədir bu qəhtü qəla?
Nədir şu kinü ədavət, nədir bu dərdü bəla?..
Amansız və vəhşi dünyada qara və ağ, xristian və islam,
şəhərli və köylü, maarifpərəst və cahil bir-birinə dəymişdi. Bir şair
1
Qurban S
əid. Əli və Nino, Bakı, 2006, s. 69.
110
Əsrin şairi IX
belə yazmışdı: “Bütün bəşər nə hüquq istiyorsa həp alacaq; //
Qəvi zəif ilə bir yerdə kamran olacaq.” Cavid bu fikrə gülürdü,
istehza edirdi. Həmin sözləri “dadlı bir əfsanə, süslü yalan” hesab
etdi və yazdı:
- Qucaq-qucaq edilən tatlı vədlər pək çoq;
Saqın inanma! Yalan... Yoq, zəif için haq yoq!..
İnanma! Aciz için yoq hüquq, inanma, xayır,
Cihanda haq da, həqiqət də həpsi qüvvətdir.
Bir sovet ədəbiyyatşünası həmin misraları oxuduqdan sonra
yazmışdı: “Şair səhv edir. Bizdə hamı bərabərdi, xoşbəxti, haqqı,
hüququ təmin edilmişdi...” Mən böyük Cavidin fikirlərilə
şərikəm. Bugünkü dünyada baş verən hadisələri bir gözlə
nəzərdən keçirsək, şairin haqlı olduğuna haq qazandırarıq...
“Hərb və fəlakət” şairin iri həcmli şeirlərindən biridir. 1917-
ci ildə nəşr edilmiş “Bahar şəbnəmləri” kitabı həmin şeirlə açılır.
Şeir üç hissədən ibarətdir. Birinci hissəsi 42, ikincisi 48, üçüncüsü
38 misradır (cəmi 128). O, bəzi sovet nəşrlərinə, o cümlədən 1958-
ci ildə nəşr edilmiş Cavidin seçilmiş əsərlərinə tam şəkildə
salınmamışdır. 1982-ci ildə şairin dörd cildlik yubiley nəşrlərinə
I-II hissələri daxil edilmişdir. Bir dəfə kitabın tərtibçisi Turan
Caviddən bunun səbəbini soruşdum. O dedi: “Hələ vaxtı deyil.
Zaman gələndə daxil edəcəyəm.” Sonra əlavə edib dedi: “Bəzi
nəşrlərə salırdım. Ancaq nəşriyyatlarda çıxarırdılar. Deyirdilər ki,
biz salsaq da, senzuradan keçməyəcək.” Nəhayət, şeir tam şəkildə
müstəqillik illərində Turan Cavidin tərtibatı ilə nəşr edilmiş 5
cildlik Cavid əsərlərində geniş oxucu kütləsinin ixtiyarına verildi.
“Hərb ilahi qarşısında” şeiri şairin sağlığında həm “Açıq
söz”
*
qəzetində, həm də “Bahar şəbnəmləri” kitabında çap
edilmişdir. Şeir bəzi sovet nəşrlərində “Hərb Allahı qarşısında”
şəklində getmişdir. Müstəqillik illərində nəşr edilmiş kitablarda
*
“Açıq söz”, 17 aprel 1917.
111
İsgəndər Atilla
adı əslinə uyğun verilmişdir. Şekspir də, Cavid də “Hərb Allahı”
ifadəsindən əsərlərində istifadə etmişlər. Şekspir “Hamlet”də
(“Marsın – o amansız hərb Allahının...”) Cavid “Topal Teymur”da
Teymuru “hərb Allahı” hesab etmişdir. Şeir beş bənddən, 30 mis-
radan ibarətdir və altılıq şəklində yazılmışdır. Hər bəndin birinci
üçüncü, ikinci dördüncü, beşinci altıncı misraları bir-birilə
qafiyələnir. Hərb İlahi obrazlaşdırılır və bir obraz kimi təsvir
edilir.
Şair Onu odlu qanadları ilə “zəhri-intiqam saçan” bir
Əjdaha – Şər qüvvə kimi təqdim edir. Törətdiyi qəhrü fəlakətlərə
qarşı çıxır. Qanlı müharibə səhnələrini bitirməyə çağırır. Qanlı
pərdələrə yol göstərən Şər qüvvə kimi ittiham edir. Şər – Kinli
Əjdaha, Hərb İlahi tökdüyü qanlardan, faciə və fəlakətlərdən
usanmır. Hay-küyü bütün dəhşətilə cahanı lərzəyə salır. Bəni-
bəşərin nəfəs almasına imkan vermir. Kinli Əjdahanın pəncəsində
yalnız bəşər deyil, yer, göy, hava məhv olur. O havada da, yerdə
də, suyun altında da vəhşətlər və dəhşətlər törədir. Onun
vəhşiliyi və zülmündən hər kəsin bağrı qan olur. Hətta qaplanlar
Hərb İlahıdan aman diləyir. Qartallar öz məskənlərini tərk edir.
Dünya Adəm övladı ilə bərabər odda yanır, məhv olur. Şair onu
təmsil edən şər qüvvələri – imperialistləri, cahan hərbinə səbəbkar
olan siyasət ərlərini şiddətlə qınayır. Qəzəblərini söndürməyə
çağırır, mərhəmətə, rəhmə dəvət edir.
Ey şiddətü qəzəb savuran hamiyi-zəfər!
Artıq yetər, usandı cihan, sən də bir usan!
Tərk et şu qanlı toprağı, artıq çəkil, yetər:
Hər kəs didişmədən yorulub, şimdi ruh açan
Azədə bir havada çiçəklənmək istiyor,
Pək tatlı bir ümid ilə əylənmək istiyor.
Şairin təsvir, təqdim və tənqid etdiyi Hərb İlahi kimdir?
Şübhəsiz ki, ilk növbədə imperialistlər və siyasət ərləridir –
dünyada mövcud olan real şər qüvvələrdir. Əsatiri baxımdan
Dostları ilə paylaş: |