124
Əsrin şairi IX
konsepsiyasını tarixi və müasir aspektdə bir problem kimi
qoymuş, konkret tarixi faktlar əsasında əsaslandırmış və təsvir
etmişdir.
14
O, “Qoca bir türkün vəsiyyəti” şeirində
*
turançılıq və türkçü-
lük görüşlərini, fikir və düşüncələrini daha geniş şəkildə ortaya
qoymuşdur. Şeir, demək olar ki, başdan-başa türkün şanlı və şərəfli
tarixinə həsr edilmişdir. Həmin şeiri yazarkən onun 28 yaşı var idi.
Bu zaman o, Türkiyədən vətənə yenicə qayıtmışdı. İstanbul Uni-
versitetində türk alimləri, tarixçiləri, şair və ədiblərindən aldığı
bilik, təlim və tərbiyə, ədəbi təhsil şairin tükrçü, islamçı və moder-
nist bir sənətkar kimi formalaşmsında mühüm rol oynamışdır. Şair,
demək olar ki, heç bir şeirində həmin şeirindəki qədər, təpədən
dırnağadək turançı, türk millətinin təəssübkeşi, türk tarixinin
vəsfçisi kimi görünmür. “Qoca Cavid” üzünü gözəl və yosma oğul
və qızlarına tutaraq deyir:
- Yavrularım! Ey ömrümü şənləndirən, güldürən,
Alnı açıq oğullarım, gözəl, yosma qızlarım.
Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən,
Ömrüm vəfa etməz bana, bəlkə pək az yaşarım.
Bir daha vurğulamaq istəyirəm ki, şair heç bir şeirində
özünü oxuculara bu cür yaxından tanıtmır; mənsub olduğu
millətin şərəfli tarixilə öyünmür, fəxr etmir. 14 bənddən və 56
misradan ibarət olan şeiri damarlarında türk qanı axan, təəssüb-
keş və milli düşüncəli oxucu həyəcansız oxumaya bilməz. Şairin
qəlbindən və ruhundan qopub gələn səmimi hiss və fikirlərini
ifadə edən şeiri oxuduqca ruhlanırsan, ondan zövq alırsan, qol-
qanad açırsan, ana tarixinə, mədəniyyətinə daha çox bağlanırsan.
*
Şair şeiri 19 aprel 1910-cu ildə “Həqiqət” qəzetində çap etdirmişdir.
125
İsgəndər Atilla
15
Çoluq-çocuğunu başına toplayan Qoca Türk “Getməliyim,
vəsiyyətsiz ölsəm ruhum şad olmaz” deyərək, onlara aşağıda-
kıları vəsiyyət edir:
1. Hiç bir zaman sevgidən əl çəkməyin.
Nə üçün? Çünki insan oğlu sevgi için yaradılmışdır. Çünki
sevgisiz bir başda əqrəblər gəzər. Çünki yer üzərində insanı
yaşadacaq bir qüvvət varsa, o da sevgi və məhəbbətdir.
2. Yer yüzünü qardaş bilin, insan qanı dökməyin.
Çünki insan qanı tökməkdən ağır və dəhşətli heç bir şey
yoxdur.
O, çox-çox sonralar “Topal Teymur” tarixi dramasında bu
məsələnin üzərinə yenidən qayıdacaq. Əmir Teymurun şair
Kirmani ilə dialoquna nəzər salaq.
Şair. Hər halda Yıldırım sənin qan qardaşın, can
qardaşındır.
Teymur. Əfsus ki, qardaş yarası daha acı, daha qorqunc
olur.
16
“Yer yüzünü qardaş bilin...” fikri ümumbəşəri ideyalar
carçısı olan Cavid yaradıcılığı və düşüncəsi üçün çox xarakterik-
dir və onun ümumdünya və ümumbəşəri sevgisindən irəli gəlir.
Dünyagörmüş Qoca Türk övladlarına sanki bir peyğəmbər
kimi müraciət edir. Şeirin beşinci bəndi bu cəhətdən səciyyəvidir.
Kimsəyə kin bağlamayın, yigit olun, mərd olun,
Vicdanınız elmas kibi nur saçaraq parlasın.
Qonum-qomşu, yaqın-uzaq hər kəslə həmdərd olun. Qırıq
könülləri yapın, bıraqmayın sızlasın.
Şair sonuncu misradakı fikrini “Sevinmə, gülmə, quzum!..”
şeirində daha geniş və təsirli şəkildə ifadə etmişdir.
Zülmə hərgiz yaqlaşmayın, doğru yoldan şaşmayın. Yal-
taqlığa imrənməyin, kibrə hiç yanaşmayın.
126
Əsrin şairi IX
Nə üçün? Çünki ulu Tanrı haqdır, haqqı sevir, ədalətdən
xoşlanır. Öz haqqını bilməyənlər isə ən nahəyət, daşlanır.
17
Şair bütün yaradıcılığı boyu zülmə, haqsızlığa, ədalətsizliyə,
rəzalətə və yaltaqlığa qarşı çıxmış, əsərlərində haqqı, ədaləti,
insaniyyəti, xeyirxahlığı müdafiə və təbliğ etmişdir.
Qoca Türk yavrularını arslan kibi cəsur olmağa, haqsızlığa
qarşı çıxmağa, zalımları, cəlladları çeynəməyə, inayətə çağırır.
Onlara qos-qocaman türkün şərəfli tarixini xatırladır: “Türk
milləti, görülməmiş, boyun büksün, yalvarsın.”
Baq! Şu yanda gülümsəyən yeni doğmuş Ay nədir?
Şəfəqlərin doğurduğu bir qızdır ki, hər yerdə
Türk adını elan için bir səmavi aynədir,
İştə! Bizim tariximiz... Həm yerdə, həm göylərdə.
Budur türk millətinin uludan-ulu tarixi! Həmin tarix – Ay və
Ulduz keçmiş və müasir türkün bayrağında dalğalanır. Türk
təsadüfən “Göy-Tanrı” demir...
18
Qoca Türk sevimli balalarından ayrılmaq istəmir. Heyhat!..
Fəqət əcəl güclü, o, gücsüzdür. Əcəlin əlindən qurtulmaq müm-
künsüzdü...
Ölüm ayağında olan Qoca övladlarına son vəsiyyətini edir.
Onlara məhzun olmamağı, hümmətinə qovuşmağı, namuslu və
vicdanlı yaşamağı tövsiyə edir. Namusu və vicdanı hər şeydən
uca tutan ata, onları insan için iki qanad, daimi həyat bilir. Türk
ellərinin həmin hiss için doğulduğunu, həmin hiss için yaşadığını
deyir. Bu düşüncə haradan qidalanır? Təbiidir ki, qədim türk adət
və ənənələrindən, türk inancı və məfkurəsindən!..
Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tarixiniz baş ucundan hərgiz əskik olmasın,
Dostları ilə paylaş: |