Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə129/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   125   126   127   128   129   130   131   132   ...   147

İslam  Qəribli 

 

 



388 

Зяфяр елми фяннин зийасындадыр (379,  298). 

Топ  сясляри  матямляри  елан  едяркян  шаир  йеня  дя 

дцнйа  вя  инсан  проблемляри  ятрафында  дцшцнцб  беля  бир 

гянаятя  эялир  ки,  бу  гядяр  мцсибятляря  сябяб  инсанын 

тябиятиндяки  нагислик,  инсанын  хислятиндяки  шяря 

алудяликдир. Дцнйа гармагарышыгдыр вя бу гарышыглыьын 

сябябкары  еля  инсанын  юзцдцр.  О  инсан  ки,  M.  Щади  она 

“бяшяр” йох, “шяр” дейир. Шаиря эюря кин, кцдурят, ядавят, 

фитва,  дидиб-даьытмаг  щисси  бу  “шяр”ин  дахилиндя, 

батининдядир. 

M.  Hadinin  cəbhə  həyatının  ilk  ilində,  müharibə 

meydanlarında    yazdığı  şeirlərdən  biri  də  “Göy  səltənəti” 

əsəridir(351, N 105). Tədqiqatçıların nəzərindən yayınmış bu şeir 

də şairin heç bir kitabına düşməmişdir. Sərlövhədən sonra “Hərb 

təyyarəsini tamaşa edərkən” qeydi verilmiş məsnəvi şəkkili on üç 

beytlik  bu  şeir  Əbu  Müzəffərə  -  Qara  bəy  Qarabəyliyə  ithaf 

olunmuşdur.  “Müzəffər  bir  həyat  istər  yerin  üstündə  insanlar” 

misrası ilə başlanan bu şeirdə müəllif bildirir ki,  insan, bu torpaq 

övladı  əqlinin  və  zəkasının  gücü  ilə  göyləri  fəth  etmiş  və  qalib 

olmaq, arzulasrına çatmaq üçün gecə-gündüz əlləşməkdədir. “Hər 

bir  çətinliyi  zəhmət,  məqsədyönlü  fəaliyyət  və  səbrlə  aradan 

qaldırmaq mümkündür” qənaətində olan şair yazır: 

   

Müzəffər bir həyat istər, budur xasiyyəti-insan, 

    Təbiidir cahanda irtiqayi-həzrəti-insan. 

    Müzəffər bir hayat istər bəĢər hər gündə, hər dəmdə, 

    Onun üçün çalıĢmaqda məsayigahi-aləmdə. 

    QoĢar, atılar, düĢər, qalxar, fəqət dönməz rahindən, 

 

  Nə qorxar mövci-dəryadan, nə də göylər riyahından(351, N  105)

 

Göy üzündəki təyyarənin uçuşunu insanın səmaları dolaşan 



arzuları kimi xarakterizə edən  şair “Şu göyrərdə uçan təyyarəmi, 

yainki  idrakın?”-  deyə  insan  övladına  müraciət  edir.  O,  inamla 

bildirir ki, bu  gün belə bir yüksəkliyi fəth etmisənsə, sabah yerin-

göyün sirlərini öyrənəcək, “zəfəryabi-təbiət” olacaqsan.  




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



389 

 

Yeri gəlmişkən qeyd edək ki, M. Hadi təcə “Göy səltənəti” 



şeirini deyil, ən monumental əsəri olan “İnsanların tarixi faciələri 

və  əlvahi-intibah”  poremasını  da  Müzəffərin  atası  Qara  bəy 

Qarabəyliyə  ithaf  etmiş  və  bunun  səbəbini  biz  məlum 

tədqiqatımızda geniş şəkildə şərh etmişik(79, 14-16). 

 

M. 


Hadinin 

müharibə 

dövrü  yaradıcılının  gözəl 

nümunələrindən biri də 1 mart 1915-ci ildə Ukraynanın Stanislav 

şəhərindən  dostu,  “Yeni  füyuzat”  jurnalının  redaktoru  olmuş 

Əlipaşa  Hüseynzadəyə  yazdığı  “Məhəbbəti-səmimi,  Əlipaşa 

qardaşım, 

tərk 


etmədin 

məni” 


şeir-məktubudur(üzünü 

köçürdüyümüz məktub şəxsi arxivimizdə  var  –  İ.  Q.).  Məktubda 

M.  Hadi  qeyd  edir  ki,  vaxtilə  mənə  dost  deyənlər  yaman 

günlərimdə  “əhvalıma  xəndan  olub”  məni  tərk  etdikləri  zaman, 

“əhvali-həzinəmi  görüb”  məndən  qaçmadın.  “Qaçmaq  belə 

dursun”,  mənə  qarşı  yüyürdün  və  “Oldun  mənə  müşfiq,  mənə 

munus, mənə həmdəm”.  

 

Əlipaşa    Hüseynzadənin  dar  günündə  ona  pərəsdar 



çıxmasından  qədrdanlıqla  danışan  müəllif  məktubun  şeirlə 

yazılmış hissəsini aşağıdakı misralarla tamamlayır ki, tərcümeyi-

halı  ilə  bağlı  olduğundan  həmin  hissəni  olduğu  kimi  verməyi 

gərəkli hesab edirik: 

   

Avarə idim, yalnız idim, kölgəsiz idim, 

    Yurdumda yaĢarkən, a PaĢam, ölkəsiz idim. 

    Həqq anladığımlar hamısı çıxdı həyula, 

    Gec anladım əhbabı, fəqət anladım əla, 

     

 

         

Gördüm də pək əla! 

     Dost anladığımlar bütün olmuĢdu girizan, 

    Olmaqda idim atəĢi-əhzan ilə suzan. 

    Ol gündə mənə yari-vəfadar sən oldun, 

    Həmsöhbətü həmbəzmü həməfkar sən oldun! 

    Sən atmadın iĢtə o zamanlar məni, tutdun, 

    Guya ki, yetim bir cocuq idim də ovutdun. 

    Dəsti-əcəl ilə dəhənim olmasa xamuĢ, 

    Dostum, yaĢadıqca səni etməm ki fəramuĢ! 



İslam  Qəribli 

 

 



390 

 

Məktuba nəsrlə yazılmış sonluq isə, demək olar ki, Qarə bəy 



Qarabəyliyə  həsr  olunub.  Həmin  hissədən  bəzi  sətirləri  veririk: 

“Əzizim Əlipaşa, şimdi-həyati hazirəmi bilmək istərsən, deyilmi? 

Nəcib  bir  ruhun,  əsl  xislətin  timsali-mühibbi,  ülüvvi-cənablığın 

zihəyat  bir  heykəli,  insaniyyətin  madəri-möhtərəmi,  vücuda 

sığmayacaq  dərəcə  böyük  bir  vicdana  malik  olan  həkimi-fazil 

Qara bəy əfəndinin sayeyi-himayəsində bütün mənasilə məsud və 

bəxtiyar  yaşayıram.  Zatən  təbibi-arifin  hər  gündə  çöhreyi-

əsilanəsini görmək, məncə, hər bir səadətin mafövqündədir. Mən 

nə  qədər  xoşbəxt  imişəm  ki,  təbiətin  pakəndaz  yarada  bildiyi 

böylə  bir  nadireyi-fitrətin  hüsni-təvəccöhünə  ləyaqətim  olmadığı 

halda  məhzər  oldum,  ləyaqət  kəsb  etdim.  Əlipaşa,  dünyada  ən 

böyük  ideali-  əməllərimdən  biri  də  doktorun  pək  çox  sənələr 

kəmali-himmət,  afiyət  və  səadət  içində  yaşamağıdır.  Çünki 

etiqadımca  Qara  bəy  kimi  əziz  vücudlar  yalnız  Asiyada  deyil, 

mədəniyyət  kəsb  eyləmiş  əqvamü  miləl  arasında  da  pək  az  olsa 

gərəkdir. Bu fikrim şairanə fantaziya, xəyal zənn olunmasın, eyni-

həqiqətdir.  Doktor  mənim  pərəstideyi-ruhum,  pərəstideyi-

vicdanım olmuşdur. 

  Yaşasın pərəstideyi-vicdanım Qara bəy əfəndi!” 

 

Yuxarıdakı  cümlələr  sübut  edir  ki,      M.  Hadinin    cəbhəyə 



gedərək  döyüşən  bölmələrə  deyil,  sanitar  hissəsinə  düşməsinin 

səbəbi Qara bəy Qarabəyli olmuşdur.                                      

     

                      **** 



  M. Hadi cəbhədə olarkən  “Açıq söz” qəzeti ilə  də    əlaqə    

saxlamış,  qəzetin  səhifələrində  bir  neçə  müxbir  məktubunu  və 

“Dilək  ölməz”  adlı  şeirini  dərc  etdirmişdir.  “Xüsusi 

müxbirimizdən”  qeydi  ilə  verilmiş  “İrəvan  quberniyasında 

müsəlman qaçqınları” adlı xəbərdə oxuyuruq: “ Van, Alışkərd və 

Malazkirddən  gələn  müsəlman  qaçqınlarına  yardım    etməkdən 

ötrü  Bakı  cəmiyyəti-xeyriyyəsi  nümayəndəsi  Teymur  bəy 

Hüseynov  cənabları  ilə  İrəvan  cəmiyyəti-xeyriyyəsi  tərəfindən 

təyin  olunmuş  heyət  Baxşəli  ağa  Şahtaxtinski,  Əkbər  bəy 

Qədimbəyov  və  Teymur  bəy  Bayrambəyov  cənablarından 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə