Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə125/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   121   122   123   124   125   126   127   128   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



375 

şeirdə qəfəsə salınmış quşun vəziyyəti ilə hüququ əlindən alınan, 

arzu  və  isrəklərinə  qadağalar  qoyulan  insanların,  xüsusilə 

qadınların  taleyi  müqayisə  olunur.  İrəlidə  qeyd  etdiyimiz  kimi, 

sözlə  mahir  rəssam  əli  ilə  yaradılmış  rəsmlərə  bənzər  tablolar 

yaradan şair bu əsərində də həmin məharəti göstərmişdir. Bir neçə 

misraya diqqət edək: 

 

Divara asılmıĢ qəfəs ənzarım önündə, 



  Bir mürğ əsir iĢtə bu zindanın içində. 

  Bir ovçu əli ilə qəfəsarayi-əsarət, 

  Hürriyyəti pamal edilən tairi-cənnət. 

  Bir zalım əlin pənceyi-qəhrilə tutulmuĢ, 

  Yoxkən günahı, nami qəfəs həbsə atılmıĢ. 

  Çırpınmada, çırpınmada, çırpınmada ciddən, 

  Bir məqsədi var, qurtula bilsin bu qəfəsdən(332, N 16). 

 

 




İslam  Qəribli 

 

 



376 

 

 



M. Hadinin 1914-cü ildə çap olunmuş “Şükufeyi-hikmət” 

 kitabının üz qabığı 

Yazıq,  günahsız  quşcuğaz  nə  qədər  çırpınsa  da,  qəfəsdən 

azad  olamaq,  azada  şəkildə  səmalarda  qanad  çalmaq  ona  nəsib 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



377 

olmur.  Quşun  bu  halını  seyr  edən,  onu  dar  qəfəsdə  yaşamağa 

məhkum  edən  zalımı  lənətləyən  şair  əsas  məqsədini  aşağıdakı 

kimi bəyan edir: 

 

Ey tairə, ey tairə, artırma məlalım, 

  Gördükcə səni yaralənir bali-xəyalım. 

  Məsumə qadınlar kimi məsuməsən əlbət, 

  Bizlərdə də dustaq yaĢayır güldəhən Ġsmət. 

  Tifillərimiz sən kimi zindanlar içində, 

  Gülruxlarımız yox ki gülüstanlar içində. 

  Ġzzətlərimiz zillətə məhkumdur, əfsus, 

  Ġzzət kimi hürriyyətimiz qalmada məhbus(332,  N 16). 

Qəzetdəki  mətn  əsasında  şairin  “Seçilmiş  əsərləri”nə  daxil 

edilən  “Fəzilət  sahibləri”  şeiri(379,  240-241)  Türkiyə  azadlıq 

hərəkatının  tanınmış  simalarından  olan  Mustafa  Sübhiyə  ithaf 

olunmuşdur.  Tərtibçilərin  fikrinə  görə  şeir  “İqbal”  qəzetinin  20 

iyun  1914-cü  il,  691-ci  nömrəsində  dərc  olunmuşdur(381,  427). 

Əslində şeir “İqbal”da yox, “Bəsirət” qəzetinin 16 avqust 1914-cü 

il  tarixli  17-ci  nömrəsində  dərc  olunmuş(333,    N  17)  və  şeirin 

sonunda  əsərin  yazılma  tarixi  “15  avqust  1914,  Bakı”  kimi 

göstərilmişdir. Bircə bu fakt sübut edir ki, 15 avqustda yazılan şeir 

iyirmi beş gün əvvəl “İqbal”da nəşr oluna bilməzdi. Yeddi bəndlik 

bu  şeir janrına  görə təsdisdir və M. Hadi özü sərlövhədən əvvəl 

tərtibçilərin  kitaba  salmadığı  və  ya  diqqətlərindən  yayınan 

aşağıdakı  qeydi  vermişdir:  “Türkiyənin  ən  məşhur  şairlərindən 

olan Şünasinin bir şeirini təsdis”(333,  17). 

Hər bəndin sonunda Şünasinin nəqarət kimi səslənən: 

 

Bədbəxt ona derlər ki, əlində cühəlanın – 

  Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər,- 

misraları  M.  Hadinin  estetik  idealı  ilə  yaxından  səsləşir  və  bu 

əsərdə  cəhlin  və  nadanlığın  cəmiyyət  üçün  böyük  bəla  olduğu 

ürək ağrısı ilə qeyd olunur. 

 

Abbas  Səhhətə  ithaf  olunmuş  yeddi  bəndlik  çarpaz 



qafiyəli  (abab)  “Aşiqi-giryan,  canani-xəndan”  şeiri(334,    N  19) 

qəzetdə  olduğu  kimi  “Seçilmiş  əsərləri”nə  salınsa  da(379,  246-




İslam  Qəribli 

 

 



378 

247), şeirin çap tarixi səhvən “5 sentyabr 1914, N 19” kimi qeyd 

olunmuşdur(381,  428).  M.  Hadinin  qadın  –  ana    mövzulu 

şeirlərindən olan bu əsərdə əsas ideya ondan ibarətdir ki, hələ də 

qadınların  həyatı  qaranlıq  gecələr  kimidir,  hələ  də  onların 

həyatında  “qəmli  təranə,  qəmli  ahəng”  yaşamaqdadır.  Qadınsız 

həyatın  bir  heç  olduğunu  əsərlərində  dönə-dönə  iqrar  edən  şair  

qadını,  gözəli  şeirlərinin  ilham  pərisi  elan  edərək    əsərini  bu 

bəndlə bitirir: 

 

Ey zülfü siyah, nuri Ģəbfam, 



 

Ey qönçələb, ey yanağı gülĢən! 

 

Sənsiz bu cahan olurmu rövĢən? 

 

Bu Ģeirləri sən etdin ilham(379, 247). 

“Bəsirət”də  “Həyat  səhifələri”  başlığı  altında  dərc  olunan 

“Tamaşayi-riqqətəngiz”  şeiri(335,  N  22)  qəzetdən  götürülərək 

eyni ilə “Seçilmiş əsərləri”nə salınsa da(379, 249-251), əsərin dərc 

olunma  tarixi  səhvən  “27  sentyabr  1914,  N  22”  kimi 

göstərilmişdir(381, 428). Həyati müşahidələrinin nəticəsi olan bu 

əsərində  şair  varlılarla  kasıbların  vəziyyətini  müqayisə  edir.  Biri 

əli  cibində  acı  sözlərlə  gücsüzlərə  həqarət  edir,  “Duzəxliqa, 

cəhimtəbiət nigahı var”. Gözləri ilan gözlərinə bənzəyir, digəri isə 

belində  palan  bir  tikə  çörək  qazanmaq  üçün  özünü  oda-közə 

vurur.  Lakin  bu  ağır,  üzücü  zəhmətlə  çörək  qazanmağa  da 

fəqirlərə  imkan  verməyənlər  var.  Cəmiyyətdə  elə  nadanlar, 

adamcığazlar  var  ki,  qocaları,  əlsiz-ayaqsızları  nəşəsi  xatirinə 

döyüb-yamanlayır,  elədiklərindən  həzz  alırlar.  Kimdir  günahkar? 

Döyən, yaxud döyülən? 

M.  Hadiyə  görə  günah  nə  döyəndə,  nə  də  döyüləndədir. 

Günah  zəmanədədir.  O  zəmanədə  ki,  orada  qanunlar  yox,  zor, 

qüvvət hökm  edir.  O  yerdə ki insan öz hüququnu  tələb edə,  onu 

ala bilmir, orada zalımın məzlumu əzməsi adi məişət normasıdır. 

Odur ki, insan övladı özündə təpər, güc tapıb zalıma, zülmə qarşı 

üsyan etməli, qanı, canı bahasına hürriyyətini qazanmalıdır.  

M.  Hadi  yuxarıda  haqqında  bir  neçə  söz  dediyimiz  şeirlə 

məzmun və ideyaca səsləşən “Rarlaq günəş altında işıqsız gözlər” 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə