Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə121/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   117   118   119   120   121   122   123   124   ...   147

İslam  Qəribli 

 

 



362 

“Xəluqun  pədəri”  şeirləri  mətnində  heç  bir  dəyişiklik  edilmədən 

qəzetdən 

götürülərək 

eyni 

ilə 


“Seçilmiş 

əsərləri”nə 

salınmışdır(379; 231-232,235). 

Qəsidə  formalı  ilk  şeirin  on  altıncı  beytinin  birinci    - 

“Donmaq da ölüm, hər hərəkət bir dirilikdir”, - misrasına M. Hadi 

belə  bir  izahat  vermişdir:  “Həzrəti  Fikrət  deyir  ki,  həqq  qəvinin, 

demək  şəririndir,  Ən  cəli  hikmət:  əzməyən  əzilir”.  Əslində  bu 

izahat  şeirin  ideyasının  aydınlaşdırlımasına  xidmət  edir.  Belə  ki, 

şair  bu  əsərində  dostu  M.  Sabitə  bildirir  ki,  mənim  amalım 

həyatda  mərdanə  yaşamaq,  məramıma  çatmaq  üçün  mübarizə 

aparmaqdan ibarətdir. 

Məsnəvi  şəklində  yazılmış  ikinci  şeir  “Ə.  Səbur 

bəradərimə”  ithafı  ilə  yazılsa  da,  burada  səhbət  böyük  türk  şairi 

Tofiq  Fikrət  və  onun  əsərlərinin  türk  millətinə  göstərdiyi 

xidmətdən  gedir.  Müəllifin  şeiri  “Xəluqun  pədəri”  adlandırması 

da, təsadüfi deyil, çünki Xəluq Tofiq Fikrətin mühəndislik təhsili 

alan  oğlu  idi  ki,  M.  Hadi  “Səda”  qəzetində  nəşr  etdirdiyi 

“Ədəbiyyat  müştaqlarına  bir  bəşarət”    adlı  məqaləsində  Tofiq 

Fikrət, onun əsrləri ilə  yanaşı, Xəluqdan da bəhs etmişdi(302,  N 

90, 91).  

Birinci  dünya  müharibəsi  башланандан  ъями  алты  эцн 

сонра  “Игбал”  гязетиндя  Щадинин  “Хяндейи-  зяфяр”  шеiри 

чап  олунду.  Мцщарибя  силсилясиня  дахил  олан  ясярляри 

цчцн башланьыъ ролуну ойнайан бу шеiриндя шаир щярбин 

дящшятлярини  эюстярмир,  буна  ъящд  етмир,  лакин 

билдирирди ки, шащмат ойнуна бянзяйян бу “ойун” кимини 

эцлдцряъяк,    кимини  ися  аьладаъыгдыр.  Щяр  ики  щалда: 

эцлян дя, аьлайан да инсан олаъаг вя  демяли:  



Ким ки мат олду, нясиби ащдыр, щейщатдыр, 

Ким ки мат етди, ниэащи хяндяризи- инбисат(379,  236).  

Türkiyədən qayıdandan sonra da qadın və cəmiyyətdə onun 

yeri, qadını sıxan mühit barədə qənaətlərini oxucularla bölüşməyə 

daha  çox  həvəs  göstərən    M.  Hadi  “Növxəndə  çiçəklər”  və 

“Timsali-məlal,  hüsni-məhzun”  şeirlərini  də  bu  mövzuya  həsr 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



363 

etmişdir.  İyun  ayının  4-də  yazılmış  və  sərlövhədən  sonra 

“Mələküs-sibyanə növşükuftə şeirlər ithaf edirəm” sözləri verilmiş 

birinci şeiri şair “Eşqi-möhtəşəm”(Bax: “Eşqi-möhtəşəm”, s. 40-

41)  kitabına  da  salmış,  ikinci  şeir  isə  sağlığında  çap  etdirdiyi 

kitablara düşməmişdir. 

Birinci şeirində “Libası həp gecələrdən, xürafədən hörülən” 

Şərq  qadının  əhvalından  acı-acı  gileylənən,  onu  bu  hala  salan 

zəmanəni,  quruluşu  lənətləyən,  Qərbin  qadına  verdiyi  azadlıqları 

dilə  gətirən  və  nəhayət,  “Saçın  həyatımıdır  Məşriqi-pərişanın?” 

sualı  ilə  qadına  müraciət  edən  və  bu  misra  ilə  Şərq  ətalətinin 

simasını  cızmağa  müvəffəq  olan  M.  Hadi  ikinci  şeirdə  şahidi 

olduğu bir mənzərəni təsvir edir. Yeddi bəndlik  “abba” şəklində 

qafiyələnmiş  şeirdən  anlaşılır  ki,  şair  yolla  gedərkən  “hüsni 

zəngin,  fəqiri-sərvət”  olan  bir  qadınla  rastlaşmışdır.    Şairin 

təsvirində  “yerə  enmiş  səmavi  düxtər”,  sözü  Məsiha  nəfəsi  kimi 

ölülərə can verməyə qabil olan bu gözəlin  simasına qonmuş dərd-

ələm  onun  mükəddər  taleyinin  nişanəsidir.  “Dili  sözsüz,  gözü 

fəsihə”  olan  bu  gözəlin  bütün  daxili  aləmi,  hiss  və  həyəcanları 

gözlərindən  oxunur.    Bu  gözəl  sözlərini  dili  ilə  yox,  gözləri  ilə 

deyir və bu gözlərdən də onun dərdli taleyi boylanır.   

“Həqiqət təlxdir, amma müşabehdir o dərmanə” misrası ilə 

başlanan iki bəndlik “Şərareyi-əfkar” şeirində cəmiyyətin hələ də 

xülyalar  içərisində  məst  olmasından  narazılıq  edən  və  insanlığı 

cəhalət bəlasından “günəşli inqilabın”  qutaracağına əmin olan şair 

1913-cü  ilin  ortalarına  –  hərbi  xidmətə  çağırılana  qədər  “İqbal” 

qəzetinin  redaktoru  olan  Sənətula  İbrahimova  ithaf  etdiyi  

“Xabgahi- mövta, ilhamati-əmvat” şeirində yol çəkilmək məqsədi 

ilə  ətrafı  qazılan  bir  kilsənin  yaxınlığında  üzə  çıxan  qədim  qəbir 

daşları  və  çürümüş  insan  sümüklərini  görərkən  bəşər  taleyi  və 

tarixi barədə  düşüncələrini bəyan  etmişdir. Şair qeyd  edir ki,  hər 

biri  “yazılmış  ibrətli  tarix  olan”  məzar  daşları,  qəbirlər,  ağaran 

dişlər, sönük gözlər əbədi olmayan insan övladını düşündürməli, 

o,  beş  günlük  dünyada  elə  yaşamalı,  elə  işlər  görməlidir  ki, 

xələfləri tərəfindən nifrətlə yad edilməsin. Şairin çox doğru olaraq 



İslam  Qəribli 

 

 



364 

qeyd  etdiyi  kimi:  “Baqi  qalan  daşlardı,  fanidi  bütün  başlar”. 

Şeirdən  çıxarıla  biləcək  qənaət  bundan  ibarətdir  ki,  bəşər  övladı 

əbədi  olmadığını    bilə-bilə  əbədiyyətə  qoşulacaq  əməl  sahibləri 

olmaq üçün çalışmırsa, adını yaşatmaq üçün özündən sonra işıqlı 

bir iz qoymursa, onun insan adını daşımağa haqqı yoxdur. 

M.  Hadinin  “Şeir  necə  olmalıdır  və  necə  yazılmalıdır?” 

sualı  barədə  düşüncələrinin  məhsulu  olan  “Açıq  və  aydın 

düşüncələr”,  “Cəmiyyətin  işıqlı  gələcəyi  necə  olacaq?” 

duyğularının bədii ifadəsi olan “Livayi-zəfərin tamaşası”, “Vətənə 

və millətə  necə  xidmət  edilməlidir?” sualının cavabı olan  “Ümid 

səhneyi-tamaşeyi-həyatın  ruhudur”  şeirləri  böyük  mürəfəkkirin 

dərin  fəlsəfi  düşüncələrinin  məhsulu  olmaqla  yanaşı,  həm  də  o 

illərin ictimai-fəlsəfi lirikasının parlaq nümunələridir. 

M.  Hadinin  “İqbal”da  dərc  etdirdiyi  şeirlərindən  biri  də 

Baxçasarayda “Tərcüman” qəzetini nəşr etdirən və türk dünyasına  

əvəzssiz  xidmətləri  olan  İsmayyıl  bəy  Qaspiralının  vəfatı 

münasibəti  ilə  yazdığı  altı  bəndlik  “Böyük  İsmayıl  bəy”  şeiridir. 

Bu  şeir  də  müəllifin  bəzi  başqa  əsərləri  kimi  tədqiqatçıların 

nəzərindən  yayınmış  və  sənətkarın  heç  bir  kitabına  daxil 

edilməmişdir.  

İsmayıl  bəyin  cismani  ölümünü  onun  əbədiyyətə 

qovuşması, ruhən diri qalması kimi xarakterizə edən müəllif yazır:  

 

ĠĢtə həyati-baqiyə derlər bu ölməyə, 



  Cismi məzarə, ruhu qülubə gömülməyə, 

  Yox ikən iĢıq qövmdə sən bir ziya idin, 

  Yol görməyən bu millət üçün rəhnüma idin. 

  Ustad! Sən ki bariqeyi-etila idin, 

   Səssizliyin içində rudi-səda idin, 

  Sən sondünsə fikirlərin bərqdardır, 

  Pabəndə qəlblər sənə parlaq məzardır( 327, N 757). 

İsmayıl  bəyin    ictimai-siyasi  fəaliyyətinə  yüksək  qiymət 

verən,  onun  “Tərcümün”  vasitəsi  ilə  səpdiyi  toxumların  cücərib 

türk  dünyasını  bürüyəcəyinə  inan  şair  onu  “vücudu  zülmətə  işıq 

saçan  işıq”,  əsərlərinin  hər  birinin  “canlı  bir  şahid”,  qələmindən 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə