İslam Qəribli
356
Anlaşıldığı kimi məktub M. Hadi tərəfindən yazılmış və
məktuba bu misralar da əlavə olunmuşdur:
Baxmasanız yaxĢı cigərparələrə,
Yazıq olmazmı bu biçarələrə?
Tifil bir ainədir əksnüma,
Ġncə baxsan olacaq çöhrənüma.
Biədəb bəsləməyək tiflanı,
Mərifətpərvər edək sibyanı.
Nə zaman kəsbi-ülum etsə nisa,
Cismi-millət tapacaq onda Ģəfa.
Elm ilə ruh müdavat olunur,
Elm ilə kəsbi-kəmalat olunur(379, 218).
Ruhu etibarı ilə şairin digər maarifçi şeirləri ilə yaxından
səsləşən bu şeirini həm də şairin analara və uşaqlara məsləhəti də
adlandırmaq olar.
M. Hadinin qadın azadlığı mövzusunda yazdığı “Cinsi-
lətifə” şeiri Seyid Hüseynin müdir və sahibi-imtiyazı olduğu
“İqbal” qəzetində “Ədəbiyyat” başlığı altında “Əbdülsəlimzadə
Məhəmməd Hadi” imzası ilə dərc olunmuş, birinci beytin son
“siabınız” sözünə “paltar” sözü lüğət kimi verilmişdir(306, N
532). Məlum olduğu kimi, 1910-cu ilin axırlarından 1913-cü ilin
sonlarına qədər Türkiyədə yaşayan, başına olmazın müsibətlər
gələn, tutulan, Səlanik adasına sürgün olunan və bir təsadüf
nəticəsində salamat qalıb həbsdən qurtulan xəstə, ruhi cəhətdən
tamamilə sarsılmış M. Hadi “1913-cü ilin axırında peşmançılıqla
Bakıya qayıda bilmişdi”(401, 196) və Qara bəy Qarabəylinin
yaxından köməyi ilə müalicə olunaraq “İbal” qəzetində işə
başlamışdı(Ətraflı bax: 79, 15-16). Mətnində dəyişiklik
edilmədən şairin “Seçilmiş əsərləri”nə daxil edilən(379, 219) bu
ictimai məzmunlu şeir qadını ağlar günə salan, onu hüquqsuz
varlığa çevirən quruluşa qarşı bir etiraz, bir üsyandır.
M. Hadinin təqdimatında Şərq qadınlarının həyatı elə Şərq
aləminin əhvalına bənzəyir. Qadınların üzlərinə örtdükləri örtünü
– niqabı millətin qara bəxtinə, qara paltarlarını Şərq mühitinə
Məhəmməd Hadi və mətbuat
357
bənzədən şair bidirir ki, hüququ əlindən alınmış qadın canlı ikən
zalımların əlində “canlı bihəyata” – ölüyə dönüb. Divan, ədalət
yoxdur ki, bunların hesabı sorula. Görünür, təbiət və cəmiyyət
qadına yalnız zülməti hədiyyə edib. Buna şahid qadınların
hicabıdır. Şair ümid edir ki, belə davam edə bilməz, qadına
münasibət dəyişiləcək, çünki bu, dövrün tələbi, zamanın
hökmüdür. M. Hadi ümidlərini aşağıdakı şəkildə dilə gətirir:
Əlbət, gülər bahar, yağar abi-inqilab,
Parlar sizin camali-lətafətməabınız.
Bir gün gələr çiçəkləriniz feyzbar olar,
Hala dəruni-ĢiĢədə qalmıĢ gülabınız(379, 219).
Şeirin son beytində şair qətiyətlə bildirir ki, qadınlar
zülmət kimi qəfəslərdən azad edilməyincə, nurlu hisslərin
təzahürü və bəşəriyyətin səadəti mümkün deyil. B. Vahabzadənin
M. Hadi haqqındakı çox dəyərli məqaləsində qeyd etdiyi kimi,
“Hadinin fikrincə, cəmiyyətə faydalı insanlar yetişdirən ana
sərbəst olmayınca, cəmiyyət xoşbəxt ola bilməz”(439, 40-41).
Haqqında bəhs edəcəyimiz dördüncü – “Tofiq Fikrətə”
şeiri İstanbulda yazılmış və “Rübab” jurnalınin birinci nömrəsində
dərc olunmuşdur. Bu şeir şairin “Seçilmiş əsərləri”nə salınmış və
çap ili 1913-cü il kimi göstərilmişdir(379, 220). Əslində şeir 1913-
cü ildə deyil, 1911-ci ildə nəşr olunmuşdur. Çünki hicri-qəməri
tarixinin 1330-cü ili miladi tarixinin 1911-ci ilinə uyğundur.
“Kanuni-sani” isə (1945-ci ildən sonra “Ocaq” ayı – İ. Q.) miladi
tarixlə yanvar ayı deməkdir. Şeirin “Rübab” jurnalının 26 kanuni-
sani 1330-cu il tarixli 1-ci nömrəsindən götürüldüyünü (kitabda
tarix belə göstərilib – İ. Q.) əsas götürsək, onda şeir 1911-ci ilin
yanvar ayında dərc olunmuşdur.
Bu şeir puhu etibarı ilə M. Hadinin Tofiq Fikrətə həsr
etdiyi “Bir iştikayi-möhriq... Şeşmi-ədəb bu gün ədəbiyyata
ağlayır”(301, N 60) şeiri ilə yaxından səsləşir. Bu on iki misralıq
şeirdə də T. Fikrət böyük söz adamı kimi təriflənir, əsərlərinə
yüksək qiymət verilir.
İslam Qəribli
358
“Rübab” jurnalı əlimizdə olmadığından, biz “Seçilmiş əsərləri”
tərtib edənlərin orijinala nə dərəcədə əməl etdiyini deməkdə çətinlik çək-
sək də, digər bir mənbə köməyimizə çatır. “Maarif və mədəniyyət” jur-
nalı 1923-cü ildəki 2-ci nömrəsində yuxarıda haqqında söhbət gedən
şeiri “Əbdülsəlimzadə Məhəmməd Hadi” imzası ilə çap etmiş və şeirə
belə bir izah da vermişdir: “Azərbaycan şairlərindən mərhum
Məhəmməd Hadi Əbdülsəlimzadənin böyük türk şairi Tofiq
Fikrətə ithaf etmiş olduğu şeirini “Maarif və mədəniyyət”
məcmuəsinə dərc edərək idarə ixtar etməyi lazım biliyor ki,
məcmuəmizin ədəbiyyat barəsində bəslədiyi nöqteyi-nəzər
məcmuəmizin səhifələrində bu kibi əski üslub və tərzdə yazılımş
şeirlər deyil, yeni ruh və qayda ilə yazılmış şeirlərin çap
olunmasını tələb ediyorsa da, lakin bu şeiri hər iki şairi andırdığı
cəhətlə istisna olaraq dərc ediyoruz. İdarə”(305, N 2).
Xırda dəyişiliklər nəzərə alınmazsa, kitabdakı mətnlə
“Maarif və mədəniyyət” jurnalındakı mətn, demək olar ki, eynidir.
İmla uyğunsuzluqlarını çıxmaq şərti ilə üç yerdə fərqli məqam
vardır ki, onlar aşağıda göstərdiyimiz kimidir.
Kitabın üçüncü misrasındakı “heyrəti-fəyyaz” birləşməsi
jurnalda “çöhreyi-fəyyaz”, səkkizinci misradakı “yapmada” sözü
“yaymada”, on birinci misradakı “dəsti-ədəb, dəsti-hünər”
birləşmələri “dəsti-hünər, dəsti-ədəb” şəklində verilmişdir.
****
Mülahizələrimizi yekunlaşırsaq, belə bir nəticəyə gələ
bilərik ki, istər Bakıda olarkən, istərsə də İstanbulda yaşayarkən
M. Hadi mətbuatla davamlı şəkildə əlaqələr qurmuş, onu narahat
və məşğul edən məsələlər barəsində düşüncələrini həm yazıçı-
sənətkar, həm mütəfəkkir-alim, həm də publisist-tərcüməçi kimi
daim oxucuları ilə bölüşmüş, hər zaman ədəbi və ictimai fikrin ön
sıralarında addımlamışdır.
Dostları ilə paylaş: |