Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə119/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   115   116   117   118   119   120   121   122   ...   147

İslam  Qəribli 

 

 



356 

Anlaşıldığı  kimi  məktub  M.  Hadi  tərəfindən  yazılmış  və 

məktuba bu misralar da əlavə olunmuşdur: 

Baxmasanız yaxĢı cigərparələrə, 

Yazıq olmazmı bu biçarələrə? 

Tifil bir ainədir əksnüma, 

Ġncə baxsan olacaq çöhrənüma. 

Biədəb bəsləməyək tiflanı, 

Mərifətpərvər edək sibyanı. 

Nə zaman kəsbi-ülum etsə nisa, 

Cismi-millət tapacaq onda Ģəfa. 

Elm ilə ruh müdavat olunur, 

Elm ilə kəsbi-kəmalat olunur(379,  218).   

  

Ruhu etibarı ilə şairin digər maarifçi şeirləri ilə  yaxından 



səsləşən bu şeirini həm də şairin analara və uşaqlara  məsləhəti də 

adlandırmaq olar.  

 

M.  Hadinin  qadın  azadlığı  mövzusunda  yazdığı  “Cinsi-



lətifə”  şeiri  Seyid  Hüseynin  müdir  və  sahibi-imtiyazı  olduğu 

“İqbal”  qəzetində  “Ədəbiyyat”  başlığı  altında  “Əbdülsəlimzadə 

Məhəmməd  Hadi”  imzası  ilə    dərc  olunmuş,  birinci  beytin  son 

“siabınız”  sözünə  “paltar”  sözü  lüğət  kimi  verilmişdir(306,    N 

532). Məlum olduğu kimi, 1910-cu ilin axırlarından 1913-cü ilin 

sonlarına  qədər  Türkiyədə  yaşayan,  başına  olmazın  müsibətlər 

gələn,  tutulan,  Səlanik  adasına  sürgün  olunan  və  bir  təsadüf 

nəticəsində  salamat  qalıb  həbsdən  qurtulan  xəstə,  ruhi  cəhətdən 

tamamilə sarsılmış M. Hadi “1913-cü ilin axırında peşmançılıqla 

Bakıya  qayıda  bilmişdi”(401,    196)  və  Qara  bəy  Qarabəylinin 

yaxından  köməyi  ilə  müalicə  olunaraq  “İbal”  qəzetində  işə 

başlamışdı(Ətraflı  bax:  79,    15-16).  Mətnində  dəyişiklik 

edilmədən şairin “Seçilmiş əsərləri”nə daxil edilən(379, 219)  bu 

ictimai  məzmunlu  şeir  qadını  ağlar  günə  salan,  onu  hüquqsuz 

varlığa çevirən quruluşa qarşı bir etiraz, bir üsyandır. 

 

M. Hadinin təqdimatında Şərq qadınlarının həyatı elə Şərq 



aləminin əhvalına bənzəyir. Qadınların üzlərinə örtdükləri örtünü 

–  niqabı  millətin  qara  bəxtinə,  qara  paltarlarını  Şərq  mühitinə 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



357 

bənzədən şair bidirir ki, hüququ  əlindən alınmış qadın canlı ikən 

zalımların  əlində  “canlı  bihəyata”  –  ölüyə  dönüb.  Divan,  ədalət 

yoxdur  ki,  bunların  hesabı  sorula.  Görünür,  təbiət  və  cəmiyyət 

qadına  yalnız  zülməti  hədiyyə  edib.  Buna    şahid  qadınların 

hicabıdır.  Şair  ümid  edir  ki,  belə  davam  edə  bilməz,  qadına 

münasibət  dəyişiləcək,  çünki  bu,  dövrün  tələbi,  zamanın 

hökmüdür. M. Hadi ümidlərini aşağıdakı şəkildə dilə gətirir: 

 

Əlbət, gülər bahar, yağar  abi-inqilab, 

 

Parlar sizin camali-lətafətməabınız. 

 

Bir gün gələr çiçəkləriniz feyzbar olar, 

 

Hala dəruni-ĢiĢədə qalmıĢ gülabınız(379,  219). 

 

Şeirin  son  beytində  şair  qətiyətlə  bildirir  ki,  qadınlar 



zülmət  kimi  qəfəslərdən  azad  edilməyincə,    nurlu  hisslərin 

təzahürü və bəşəriyyətin səadəti mümkün deyil. B. Vahabzadənin 

M.  Hadi  haqqındakı  çox  dəyərli  məqaləsində  qeyd  etdiyi  kimi, 

“Hadinin  fikrincə,  cəmiyyətə  faydalı  insanlar  yetişdirən  ana 

sərbəst olmayınca, cəmiyyət xoşbəxt ola bilməz”(439,  40-41).  

  

Haqqında  bəhs  edəcəyimiz  dördüncü  –  “Tofiq  Fikrətə” 



şeiri İstanbulda yazılmış və “Rübab” jurnalınin birinci nömrəsində  

dərc olunmuşdur. Bu şeir şairin “Seçilmiş əsərləri”nə salınmış və 

çap ili 1913-cü il kimi göstərilmişdir(379, 220). Əslində şeir 1913-

cü  ildə  deyil,  1911-ci  ildə  nəşr  olunmuşdur.  Çünki  hicri-qəməri 

tarixinin  1330-cü  ili  miladi    tarixinin  1911-ci  ilinə  uyğundur. 

“Kanuni-sani” isə (1945-ci ildən sonra “Ocaq” ayı – İ. Q.)  miladi 

tarixlə yanvar ayı deməkdir. Şeirin “Rübab” jurnalının 26 kanuni-

sani  1330-cu  il  tarixli  1-ci  nömrəsindən  götürüldüyünü  (kitabda 

tarix belə  göstərilib  –  İ.  Q.)  əsas  götürsək, onda şeir 1911-ci ilin 

yanvar ayında dərc olunmuşdur. 

 

Bu  şeir  puhu  etibarı  ilə  M.  Hadinin  Tofiq  Fikrətə  həsr 



etdiyi  “Bir  iştikayi-möhriq...  Şeşmi-ədəb  bu  gün  ədəbiyyata 

ağlayır”(301,  N 60) şeiri ilə yaxından səsləşir. Bu on iki misralıq 

şeirdə  də  T.  Fikrət  böyük  söz  adamı  kimi  təriflənir,  əsərlərinə 

yüksək qiymət verilir. 




İslam  Qəribli 

 

 



358 

 

“Rübab” jurnalı əlimizdə olmadığından, biz “Seçilmiş əsərləri” 



tərtib edənlərin orijinala nə dərəcədə əməl etdiyini deməkdə çətinlik çək-

sək də, digər bir mənbə köməyimizə çatır. “Maarif və mədəniyyət” jur-

nalı  1923-cü  ildəki  2-ci  nömrəsində  yuxarıda  haqqında  söhbət  gedən 

şeiri “Əbdülsəlimzadə Məhəmməd Hadi” imzası ilə çap etmiş  və şeirə 

belə  bir  izah  da  vermişdir:  “Azərbaycan  şairlərindən  mərhum 

Məhəmməd  Hadi  Əbdülsəlimzadənin  böyük  türk  şairi  Tofiq 

Fikrətə  ithaf  etmiş  olduğu  şeirini  “Maarif  və  mədəniyyət” 

məcmuəsinə  dərc  edərək  idarə  ixtar  etməyi  lazım  biliyor  ki, 

məcmuəmizin  ədəbiyyat  barəsində  bəslədiyi  nöqteyi-nəzər 

məcmuəmizin səhifələrində bu kibi əski üslub və tərzdə  yazılımş 

şeirlər  deyil,  yeni  ruh  və  qayda  ilə  yazılmış  şeirlərin  çap 

olunmasını tələb ediyorsa da, lakin bu şeiri hər iki şairi andırdığı 

cəhətlə istisna olaraq dərc ediyoruz. İdarə”(305,   N  2). 

 

Xırda  dəyişiliklər  nəzərə  alınmazsa,  kitabdakı  mətnlə 



“Maarif və mədəniyyət” jurnalındakı mətn, demək olar ki, eynidir. 

İmla  uyğunsuzluqlarını  çıxmaq  şərti  ilə  üç  yerdə  fərqli  məqam 

vardır ki, onlar aşağıda göstərdiyimiz kimidir. 

 

Kitabın  üçüncü  misrasındakı  “heyrəti-fəyyaz”  birləşməsi 



jurnalda  “çöhreyi-fəyyaz”,  səkkizinci  misradakı  “yapmada”  sözü 

“yaymada”,  on  birinci  misradakı  “dəsti-ədəb,  dəsti-hünər” 

birləşmələri “dəsti-hünər, dəsti-ədəb” şəklində verilmişdir. 

                                                    **** 

 

Mülahizələrimizi  yekunlaşırsaq,  belə  bir  nəticəyə  gələ 



bilərik  ki,  istər  Bakıda  olarkən,  istərsə  də  İstanbulda  yaşayarkən 

M. Hadi mətbuatla davamlı şəkildə əlaqələr qurmuş, onu narahat 

və  məşğul  edən  məsələlər  barəsində  düşüncələrini  həm  yazıçı-

sənətkar,  həm  mütəfəkkir-alim,  həm  də  publisist-tərcüməçi  kimi 

daim oxucuları ilə bölüşmüş, hər zaman ədəbi və ictimai fikrin ön 

sıralarında addımlamışdır.     

 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə