Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə115/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   111   112   113   114   115   116   117   118   ...   147

İslam  Qəribli 

 

 



344 

qadir  olduğunu  hələ  də  anlamamışıq.  Məqalə  aşağıdakı  hərarətli 

sözlərlə  tamamlanır:  “Ey  mərifətin  dideyi-ziyadarı,  bizim  qara 

günlərimizə ağla, daima ağla! Ey mədəniyyətin mərhəmətli könlü! 

Bizim qəsvətli və daş ürəyimizə bax da, sızla, müttəsil sızla!”(296,  

N  9). 


 

Mövzusu  və  ruhu  etibarı  ilə  birinci  məqalə  ilə  səsləşən 

ikinci  məqalə  bilavasitə  Azərbaycanda  və  Azərbaycanın  yaxın 

çevrəsində  olan  müsəlman  ölkələrinin  mətbuatının  vəziyyətinə 

həsr olunmşdur.                                                                          

“Hal-hazırda  istər  Qafqaziyada,  istər  Tatarıstanda  nəşr 

olunan müsəlman qəzetələrini bir kərə nəzəri-diqqətdən keçirəlim. 

Nə  görəcəyiz?  Heç  nə  görməyəcəyiz  desəm,  inanınız!”(296,    N 

14) - sözləri ilə başlanan kəskin ruhlu məqaləsində müəllif bildirir 

ki,  tərəqqipərvər  millətlər  həm  maddi,  həm  də  mənəvi 

ehtiyaclarını  sahmana  salıb  insan  kimi  yaşadıqları  və  hər  kəs 

özünə  aid  olan  işlə  məşğul  olduğu  halda,  bizdə  əxlaq  və 

mənəviyyat  məsələləri  bir  kənara  qoyulub  və  cəmiyyətimiz 

müxtəlif  yollarla maddi problemlərini həll etməklə məşğuldur.  İş 

o  yerə çatıb  ki,  əsas vəzifəsi millətin  əxlaqi, mənəvi dəyərlərinin 

təbliği  olan  qəzet  və  qəzetçilər  də  bu  oyuna  qoşulub.  Qəzet  və 

mühərrirlərimiz başı çıxdı çıxmadı, siyasətbazlıqla məşğul olur və 

elə  zənn  edirlər  ki,  guya  əməl  və  qələmləri  ilə  millətin 

xidmətindədirlər.  Əslində  onların  nə  əməl,  nə  də  qələmlərinin 

milli mənafeyə dəxli yoxdur və millət adından danışmağa bu cür  

cızma-qaraçıları  heç  kim  vəkil  etməyib.  İş  o  yerə  çatıb  ki, 

“yerindən qalxan, siyasətin ruh və ləddüniyyatından qafil olanlar 

məlumati-vaseəyə  möhtac  bulunan  siyasəti  baziçəyi-qələm 

etməkdən  çəkinməyirlər”.  Bu  isə  “mədrəsənişin  bir  fəqihin 

həqayiqi-əşyadan,  ləddünyati-həyatdan,  fələkiyyati-təbəqqətül-

ərzdən  laşüuranə  tədris  etməsinə,  yaxud  vəhdətgüzin  olan  bir 

zahidin 

heyəti-ictimaiyyəyi-bəşəriyyədən 

müzakirəyə 

girişməsinə” bənzəyir.  

“Hər  sözün  bir  kişisi  və  hər  kişinin  də  bir  sözü  vardır” 

hikmətini  yazarlara  xatırladan  M.  Hadi  bildirir  ki,  qələm  əhli 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



345 

həqiqəti  və  bildiyini  yazmalı,  həm  də  elə  yazmalıdır  ki,  onun 

yazdıqlarının millətə və vətənə xeyri dəyə.  

M.  Hadi  bildirir  ki,  hər  bir  millətin  səviyyəsi  nəzərə 

alınaraq  söz  söylənilməlidir.  “Bizim  səviyyəyi-irfanımız  hənuz 

siyasiyyata müstəid deyildir. Bu gün möhtac bulunduğumuz, son 

dərəcə  möhtac  bulunduğumuz  dərs    əxlaqiyyat,  ədəbiyyat  və 

tənviri-əfkar  dərsləridir”(296,    N  16).  Ona  görə  də  “siyasət 

mərəzinə  tutulan  mühərrirlərimiz  bu  xəstəlikdən  xilas  olub  da 

zehnimizi  açacaq,  fikrimizi  işiqlandıracaq,  səviyyeyi-irfanımızı 

yüksəldəcək,  halımız  kimi  pərişan  və  aşiyannifaq  olmuş 

könlümüzü  fəzailə,  islaha  çalışmalıdırlar.  Millətin  qəlbgahına 

gündə bir yara vuran əxlaqsızları, ədəbsizləri tədib etməyə icaləyi-

qələm  etməlidirlər.  Ruhları  oxşayan,  ürəkləri  yumşaldan, 

qardaşlığı  öyrədən  fikirləri  ortaya  qoymalıdırlar.  İdrakımız 

səmasına 

ahənpuşi-zülam 

olan 


təbəqati-xürafatı 

söküb 


atmalıdırlar”( 296,  N  16).  

M.  Hadi  bir  qələm  əhli  və  mütəfəkkir  kimi  mətbuat 

sahəsində  çalışanlardan  tələb  edur  ki,  “nuri-mərifətin  nüfuzuna 

mane olan dəmir təbəqələrini qələmin kəskin ağzı ilə parça-parça 

etsinlər”  ki,  “bu  işıq  görməmiş  başlar  da  bir  az  işıqlansın.  Bu 

qurumuş qəlblər də bir az yaşıllansın”(296,  N  16). 

“Düşünmüşdüm” başlığı  ilə  yazılmış  “Duman  süpürgəsi” 

əsərini məqalədən çox mənsur şeir adlandırmaq daha doğru olardı 

(297,  N 17).                      

Başlanğıcda  müəllif  bildirir  ki,  dörd-beş  il  bundan  əvvəl 

Türkiyə  mətbuatında  ingilis  mütəxəssislərinin  dumanlı  günlərdə 

gəmilərin  hərəkətini  asanlaşdıran,  bununla  da  həm  sərnişinlərin, 

həm də gəminin salamatlığını təmin etmək məqsədi ilə yaradılmış 

“Duman  süpürgəsi”  adlı  qəribə  bir  alət  haqqında  oxumuşdum. 

Müəllifin təsvirinə görə bu “aləti-müxtəreə dumanlı günlərdə, sisli 

havalarda  gəminin  ön  tərəfinə  nəsb  ediləcək,  nəşri-ziya  etməklə 

pişgahi-əməldə  duran  dumanları  süpürəcəkdir.  Dünyanın  səthi-

lacivərdini üç-dörd kilometr aydınladaraq yol göstərəcək, bundan 

naşi seyri-səfain bir növ müşkilatdan qurtarmış olacaqdır”. 



İslam  Qəribli 

 

 



346 

Bu məlumatdan sonra müəllif qeyd edir ki, Qərbdə elm və 

sənət  adamları  bəşəriyyətin  salamatlığına  xidmət  edən  yeni-yeni 

alətlər ixtira etdikləri bir zamanda, “Şərqimizdə, dumanlı, qaranlıq 

Şərqimizdə isə “xəyaliyyun, ovhamiyyun” ustadlar nə ixtira etmiş 

və ediyorlar? Gündə min xürafat, gündə min xülya”. İcad etdikləri 

cəmiyyəti  işıqlı  bir  sabaha  çıxarmaqdansa,  sonu  görünməyən 

zülmətə  yuvarlandırır  və  bu  cür  “qaranlıq  əhali  tərəfindən  daha 

parlaq alqışlanıyor”. Yenilik adı ilə cəmiyyətin gündəlik məişətinə 

yeridilən  bu  cür  “ixtiralar”    “ümmani-həyatın,  dəryayi-məişətin 

istiqbalını açamaqdansa, daha da dumanlıtıyor, daha da zülmətlərə 

qərq  ediyorlar.  Fikirlərindən  qalxan  sislər, dumanlar, qaranlıqlar 

Şərqimizin ətrafını, önünü öylə dəhşətlə bürüyür ki, səthi-şölədari-

istiqbalı  görmək  imkan  xaricində  qalır.  Bu  səbəbdən  səfineyi-

həyatımız  istiqaməti-əsliyyəsini  itiririyor,  nərəyə  gedəcəyini 

biləmiyor,  dənizin  dalğaları  arasında  sallanıyor.  Üfüq  tutqun, 

nöqteyi-məqsud napeyda”(297,  N  17).  

Ötəri  bir  izahatdan  anlaşıldı  ki,  M.  Hadı  gəmiçilikdə 

istifadə  olunan  və  nəqliyyat  növünün  gediş-gəlişini  asanlaşdıran 

bu  alətdən  elə-belə,  söz  xatirinə  söz,  yaxud  bir  məlumat  kimi 

danışmamış və bu faktdan istifadə edərək yenə də azadlıq idealını 

bəyan etmişdir. 

Müəllifin  arzusu  nədir?  Müəllif  arzu  edir  ki,  Qərb 

alimlərinin icad etdikləri kimi Şərq alimləri də bəşəriyyətə  xidmət 

edəcək  alət  ixtira  etsinlər,  “öylə  bir  alət  ki,  şərqlilərin  afaqi-

idrakını  dumanlatmış  o  xürafələri,  o  xülya  sislərini  birdən-birə 

süpürsün”.  Lakin  “bu  kimi  alətin  icadı  daireyi-imkandanmıdır? 

İştə  məsələ!  Mən  böylə  düşünmüşdüm!  Siz  də  başqasını 

düşününüz!”(297,  N  17) 

Göründüyü  kimi,  əslində  söhbət  ixtiradan  yox,  xürafat, 

xülya  və  nağıllar  aləmində  mürgüləyən  Şərq  xalqlarını  azdlığa 

çıxara biləcəcək bir yolun tapılmasından gedir.  

“Məktəblərimizi,  kitablarımızı  islah  etməliyiz”  adlı 

məqalənin  (299,  N  19,  21,  24)    bəzi  hissələri  “Əl-Müəyyəd” 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə