Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə112/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   108   109   110   111   112   113   114   115   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



335 

dərc  etdirmişdir.  “İki  lövheyi-həyat”    da  bu  qəbildən  olan 

əsərlərdən biridir. Həm həsr, həm də nəzm hissələri olan bu əsər 

dastanvari xüsusiyyət daşımaqla bərabər, eyni zamanda dramaturji 

əlamətlərə də malikdir.  

 

Hadişünaslıqda  ətraflı  şərh  olunmayan  və  haqqında 



məqalə  kimi  səthi  məlumat  verilən  bu  əsəri    biz  mütəfəkkir 

sənətkarın  real  həyat  hadisələrini  əks  etdirən  hekayəsi  hesab 

edirik.  

 

Qəzetin 1909-cu il 23, 26, 28 oktyabr tarixli 11, 13, 15-ci 



nömrələrində  “Felyeton”  rubrikası  altında  dərc  olunmuş  əsərinə 

müəllif  “İki lövheyi-həyat” adını təsadüfi olaraq seçməmişdr(289, 

N  11,  13,  15).  Hekayədə  XX  əsrin  əvvəllərində  konkret  adı 

çəkilməsə  də  neft  və  milyonlar  səltənətinə  çevrilməkdə  olan 

Bakının, şəhərdəki zəngin mülkiyyətçinin və onun harın ailəsinin, 

səfalət və rəzalət içərisində  yaşayan, kiçik bir daxmaya, bir qarın 

çörəyə,  miyanə  əyin-başa  mıhtac  olanların  məişətinin  təsviri 

fonunda  dövrün  reallıqları  bir  qədər  kədərli,  bəzən  də  satirik  bir 

ovqatda bədii əksini tapmışdır. 

 

Hekayədəki  hadisələr  bir  ailə  çərçivəsində  baş  versə  də, 



yeri  gəldikcə  haşiyələr  çıxmaqla,  müəllif  əhvalatların  əhatə 

dairəsini  genişləndirir,  məramına  uyğun  olaraq  lirik-psixoloyi  

səhnələr yaratmaqla obrazların daxili aləminə işıq salır.  

Sözlə  həyatın  sanki  mahir  bir  rəssam  fırçası  ilə  çəkilmiş 

canlı  tablolarını  yaratmağıın  misilsiz  ustası  olan  M.  Hadi  həyat 

həqiqətlərini bütün çılpaqlığı ilə özündə əks edən əsərini aşağıdakı 

cümlələrə  başlayır:    “Qışın  ən  soyuq,  ən  acı  və  ən  kəskin  bir 

gecəsi  idi.  Qayət  şiddət  və  təhəvvürlə  əsən  qudurmuş  bir  külək 

yerdə sakit yatan qarları bütün zor və gücü ilə havaya sovurmaqda 

davam  edirdi.  Qarlardan  girdbad,  qasırğa,  boğanaqlar  əmələ 

gətirən bu qudurmuş küləyin, bu asi gecənin artıq görülməyə layiq 

üzü  qalmamışdı.  Soyuq  buz  kimi  hərarəti-məhəbbətdə  çılpaq 

könüllərə  bənzər  bu  gecə  libasi-qinayə  bürünən  əğniyanın  dili 

qədər  ağulu,  yoxsulların  yaşayışı  dərəcəsində  kədərəngiz  və 

qayğılı  idi.  Şiddətlə  əsən  küləklərin  vıyıltisı  kimsəsiz,  köməksiz 



İslam  Qəribli 

 

 



336 

xanımların  soyuq,  soyuqluğu  qədər  yandırıcı  olan  ahlarını 

göstərirdi...  Şəhərin  əhalisi  bu  sıxıntılı  havanın  soyuq  üzünü 

görməmək  üçün  aramgah  sükunətinə  çəkilmişdi.  Yollar,  bazarlar 

isə cühəlanın şüuri-binuru kimi bomboş, hərəkətsiz və qaranıq idi. 

Zihəyat  görünməyir,  sükunəti-mütləq  hökmfərma  idi. 

Bu  sükuni-

mütləqi səsləndirən yenə o qudrmuş küləyin vıyıltısı idi”(289,  N 11). 

Kasıb  qardaşlarının  halına  acımayan  varlıların  dili  qədər 

acı,  bir  tikə  çörək,  isti  bir  daldanacaq  tapmaq  üçün  dəridən-

qabıqdan  çıxan  kasıbların  əhvalı  kimi  pərişan  olan  bu  qış 

gecəsində  müəllif    adını  qeyd  etməyi  lazım  bilmədiyi  bir  varlı 

ailəsində baş verənləri oxucuların gözləri qarşısında canlandırır. 

Şəhərin ən dilguşa, işıqlı, təmiz və qayət nizamla döşənmiş 

küçələrinin  birində    dördqatlı,    səadət  sarayına  bənzəyən  bir  ev.  

“Rövzanələrin  gözlərinə  bərkidilmiş  şəffaf  və  saf  şüşələr”  də, 

tavandan  asılan  elektrik  çıraqlarından  süzülən  parlaq  zərrələr  də 

bu  evdə  “yaşayan  ailənin    ayineyi-həyatını  göstərmək  sayaqında 

pırıl-pırıl parlıyor.  Açıqca titrəyən bir yoxsulun sönük və bulanıq 

çöhrəsinə  xəndeyi-istifaf  fırlatıyor”.    Səfil  və  yoxsul  insanların  

“bu  dövlətsərayə  girməsi  mümkün  deyil”  və  belə  kaşanələri 

yoxsullar yalnız arzulaya, xəyallarında yarada bilərlər.   

Müəllifin təsvirində çölü kimi  evin içərisi də çox gözəldir. 

Böyük  və  yaraşıqlı  bir  salon.  “Yeri  bahalı  fərşlərlə  döşənmış, 

ipəklə işlənmış ən incə və ən zərif pərdələr pəncərələrin çiynindən 

sallanıb durur. Al, yaşıl məxmərlərə bürünmüş sandalyalar salonu 

dairəmadar  əhatə  etmiş,  mizlər  üzərində  nazik  və  nəfis  örtüklər 

nümayan,  divarlara  nəsb  edilmiş  bədənnüma  ayinələr  bu  ailənin 

həyatı  kimi  səfadar”.    Qışın  şiddətinə  rəğmən    salonun  bir 

tərəfində  çıtır-çıtır  yanmaqda  olan  soba  qara  tüstünü  bacadan 

bayıra,  hərarəti  isə  içəriyə  boşaldır.  Bir  tərəfdə  bir  piyano 

qoyulmuş,  “orta  mizin  üzərində  də  bir  fonoqraf  (hafizi-əsvad) 

qrulmuş,  oxuyur”.    Fonoqraf  oxuyub  səsini  kəsəndən  sonra  ailə 

üzvlərindən  biri  piyanonun  qabağındakı  stola  oturaraq  nazik 

barmaqları  ilə  bir  nəğmə  çalmağa  başlayır  və  piyanonun 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



337 

dillərindən uçan nəğmələr sanki təhkiyəçinin  “ruhunun qulağına” 

aşağıda iki bəndini nümunə kimi verdiyimiz sözləri çatdırır:  

Minlər yaĢasın zövq ilə ərbabi-səadət, 

Ġstər donub ölsün küçədə əhli-səfalət, 

Dünyada gərəkdir yaĢasın naili-sərvət, 

Məğruri-qina olmalıdır vasili-dövlət 

Girsin qara topraq içinə safili-bədbəxt, 

Minlər yaĢasın zövq ilə ərbabi-səadət, 

Ġstər donub ölsün küçədə əhli-səfalət. 

 

Çal, çal, gözəlim, nəğməni dərguĢ edəlim, çal, 

Doldur qədəhi-iĢrəti, son nuĢ edəlim, çal, 

“Millət” sözünü tərkü fəramuĢ edəlim, çal, 

Minlər yaĢasın zövq ilə ərbabi-səadət, 

Ġstər donub ölsün küçədə əhli-səfalət(289,  N 11). 

Təsvirdən  və  təsviri  tamamlayan  şeir  parçasından 

göründüyü kimi,  ailə tam təmin olunmuş ailədir və belə ailələrdə 

məzlumların halına ağlamaq  adət deyil.   

Sonrakı  bəndlərdə 

qafiyə - rədif sistemi dəyişdiyi kimi, məzmun da dəyişir. İndi artıq 

özündən  razı  şəxslərin  nəğməsi  kimi  səslənən  fikirlər  oxucunun 

diqqətinə çatdırılır. Dövlətli öyünür ki, sərvəti olduğu üçün dünya 

onundur.  Əgər  bu  aləm  “yoxsullar  üçün  zəhri-ələm”dirsə, 

dövlətlilər üçün bal kimidir, çünki dövlətlinin sərvəti, izzəti var və 

hələ üstəlik iqbalı da üzünə gülür. Dövlətli fikirləşir ki:                                      

Təqsim olunub ruzi-əzəl hər kəsə əqsam, 

Bir fərdə həqiqət verilib, digərə ovham! 

OlmuĢ kiminin fikri təcəllagahi-ilham, 

VermiĢ bizə də dəsti-qədər “huri-zərəndam”, 

Sərvət bizim, izzət bizim,  iqbal bizimdir, 

Gəl, gəl öpəyim, Ģahidi-amal bizimdir!(289,  N 13) 

Ölməz Sabirin “Millət necə tarac olur-olsun nə işim var?” 

şeirini  xatıladan  bu  bəndlərdə  Hacının  harın  obrazını  yaradan 

müəllif  daha  sonra  onun  digər  bir  cəhətini  –  pula  hərisliyini  və 

pulun cəmiyyətdə oynadığı rolu eyzən böyük müasiri, həmyerlisi 

və yaxın dostu M. Ə. Sabir kimi lənətləyir. 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə