Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə110/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   106   107   108   109   110   111   112   113   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



329 

oxuyub elm, mərifət, sənət, peşə sahibi olar ki, başqalarının əlində 

alətə, diri ikən ölüyə, əmrləri yerinə yetirən mütiyə çevrilməsin.  

 

Şeirin  on  dördüncü  misrasının  başlanğıcı  olan  “Növmi-



alim..” ifadəsinə “Cahilin ibadətindən əhli-elmin yatmağı əfzəldir” 

kəlamına işarədir” cümləsi ilə izah verən  müəllif vətən övladına 

xatırladır ki: 

 

Elm əliylə ortaya çıxdı yerin könlündəki, 



 

Göylərin də qəlbinə atmıĢ əlin, əsrardır. 

 

Dideyi-elmə açılmıĢ qamizati-kainat, 

 

Cəhlə hər Ģey örtülü, çeĢmi-cəhalət tardır. 

 

..Xilqətin bitməz-tükənməz varlığından əhli-elm 

 

Çəkdi, aldı dövləti, bax, Ģimdi sərvətdardır(379,  207).

   


 

Şair  vətən  övladına  onu  da  xatırlamağı  lazım  bilir  ki, 

“fikrimiz  zəhrabi-mövhumat  ilə”  zəhərləndiyindən,  dünyəvi 

elmlərdən  uzaq  düşdüyümüzdən  dünyadan  əl  üzmüşük.  Bu  isə 

təkcə şəxsin öz-özünə yox, həm də millətinə, vətəninə xəyanətidir. 

Boş  oturmaq,  “Allahdan  buyruq,  ağzıma  quyruq”  fəlsəfəsi  ilə 

yaşamaq sağalmaz xəstəlikdən  də betər bir dərddir. “Qul olar kar 

əhlinə ol kimsə kim, bikardır”,- deyən müəllif xatırladır ki, başqa 

millətlərin  beyni  elm,  maarif  işığı  ilə  nurlandığından  onlar 

bəxtəvəranə  bir  insan  ömrü  yaşadıqları  halda,  “qafamız  kasəsi 

səlsəbili-elmdən  boş  olduğundan”  səfalət  və  zillət  içində 

çabalamaqdayıq. Əzabdan qurtarmağın isə bir baş yolu var və bu 

baş  yol oxumaq, öyrənmək, sənət sahibi olmaq və bundan sönra 

şəxsi mənafeyi buraxıb millətə xidmət etmək yoludur.  

 

“Hörmətli  əfəndim  Molla  Nəsrəddinə”  epiqrafı  ilə 



yazılmış  “Fəxamətli  əfəndim,  pardon!”  şeiri(295,  N  13)  böyük 

romantikin  satirik  üslubda  yazdığı  kəskin  ictimai  məzmunlu 

əsərlərindəndir.  Qəzetdən  götürülərək  olduğu  kimi  “Seçilmiş 

əsərlri”nə daxil edilən(379, 209-210) bu əsərində  Mirzə Cəlil və 

onun məfkurə dostları kimi, M. Hadi də cəmiyyəti sarıyan ictimai 

bəlaları  çəkinmədən  tənqid  və  ifşa  edir,  dünyada  baş  verən 

hadisələri,  inam  və  inamdan  doğan  aldanışları  saf-çürük  edərək 



İslam  Qəribli 

 

 



330 

ictimaiyyəti  bəşəriyyəti  səfalət  içərisində  saxlamağa  çalışan 

qüvvələrə qarşı səfərbər olmağa çağırırdı.    

 

“Molla  Nəsrəddinçilərə”  və  onların  əqidələrinə  dərin 

hörmət  bəsləyən,  xalqa,  millətə  xidmət  məsələsində  onlarla  eyni 

mövqedə  olan,  Molla  Nəsrəddinə  -  Cəlil  Məmmədquluzadəyə 

“Safı,  çürüyü  seçməyə  parlaq  məhəkin  var”,  -  deyə  xitab  edən, 

jurnalının  fəaliyyətini  yüksək  qiymətləndirən  ədib  eyzən  “Molla 

Nəsrəddin” sayağı yazırdı: 

 

Yetdin yetənə, yetməyənə daĢ atıyorsan, 



 

BozbaĢı aĢa, aĢa da bozaĢ qatıryorsan. 

 

Dostum! Çatanı sən ki, edirsən belə tənqid, 

 

Qorxum bu ki, sözsüz qala axırda cəraid(379,  209). 

 

“Molla  Nəsrəddin”  kimləri  tənqid  edirdi?  “Son  nüsxəni 



aldıq,  oxuyub,  bildik,  a  Molla”  misrası  ilə  başlanan  əsərdən 

anlaşlılır ki, özünü “fəxamətli” - əzəmətli, böyük, ulu hesab edən, 

əslində  yazdıqlarında  əzəmətdən  əsər-əlamət  olamyan  “əhli-

kamallar”,  Osmanlı  işlərindən  baş  çıxarmaya-çıxarmaya 

“Osmanlılar  öz  işlərini  pək  gözəl  anlar”,-deyən  siyasətbazlar,  

özünün  savadlı  olduğunu  göstərmək  üçün  ərəbcəni  mükəmməl 

şəkildə bilməyə-bilməyə yazdıqlarını mənasını anlamadığı ərəbcə 

söz və tərkiblərlə dolduran  mühərrirlər, millətin  savadsızlığından 

istifadə edərək  gözə kül üfürən üləmalar və s. Bu qeyd olunanlar 

cəmiyyəti, toplumun bir hissəsi olan qareləri – oxucuları elə hala 

gətirib ki: 

 

Bir pərdiyi-müzlim asılıb didələrindən, 



 

Can tairi uçmuĢ da dili-mürdələrindən(379,  210). 

 

“Milləti-bədbəxt”  ədalətsiz  qanunlar  və    pis  tərbiyə 



sayəsində elə bir hala salınıb ki, pisi yaxşıdan ayırmaq iqtidarında 

deyil.  Əgər  “qarelərimzdə  məhək  olsaydı”  həqiqətlə  hiylə, 

yaxşılıqla  naqislik  aşkar  olacaqdı.  Amma  olmayacaq,  çünki 

anlayanlar  millət  qəmindən  xəbərsiz,  anlamayanlar  isə  anlamaq 

dərəcəsində ağıl və kamal sahibi deyil. Buna görə də məhz milləti 

qəflətdən  oyatmaq  naminə  şair  Mollaya  aşağıdakı  şəkildə 

müraciət edir: 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



331 

 

Xərmöhrəni yaqut yerinə sat, keçəcəkdir, 



 

Bal namına ver bəkməzi, əbləh içəcəkdir. 

 

..Sən istədiyin nəğməni çal, ziri bəm eylə, 

 

Ey çalğıçı, qorxma, bilən olmaz, kərəm eylə! 

 

Çal zurnanı, vur dünbəyi, ol məsxərəpərdaz, 

 

And olsun o Molla Babaya, anlayan olmaz. 

 

Olsun qəsəm ol  “ġeyxi-Qobustani”yə, sən çal,- 

 

Tənqid edən olmaz: hamı kar, hamı kor, hamısı lal!

(379, 210)  

 

Burada  adları  çəkilən  qubalı  Molla  Baba  və  Qobustan 



şeyxi- mülkədar ruhani Şeyx Baba XX əsrin əvvəllərində Quba və 

Şirvan bölgələrində fırıldağçılığı ilə ad çıxarmış şəxslər idi ki, bu 

adamlar  həm  C.  Məmmədquluzadə,  həm  də  M.  Hadi  tərəfindən 

dəfələrlə kəskin şəkildə tənqid olunmuşdular(379,  448-449). 

 

M.  Hadinin  Türkiyəyə  -  İstanbula  gütməmişdən  “Səda” 



qəzetində daha iki poetik əsəri dərc olunmuşdur ki, bunlardan biri 

“Gərəkməz”(298,    N  18),  digəri  isə  “Şair,  hücreyi-iştiğaı  və 

düşüncələri”(300,  N  30)  şeirləridir.  Bu  əsərlər  qəzetdən 

götürülərək  mətnində  heç  bir  dəyişiklik  edilmədən  ədibin 

“Seçilmiş əsərləri”nə də daxil edilmişdir(378,  196, 197-199; 379,  

211, 212-214). 

 

Misraları  cüt-cüt  qafiyələnən  (məsnəvi  kimi)  şeirlərdən 



birincisi  on,  ikincisi  isə  otuz  üç  beytdən  ibarətdir.  “Gərəkməz” 

şeirinin  altıncı: - “Bir hatifi-qeybi mənə söylər ki: “Gərəkməz!” 

misrası ilə başlanan beytinin ikinci misrası nə qəzet, nə də kitab 

variantlarında  yoxdur  və  bu  misranın  yerinə  “...........”  işarəsi 

qoyulmuşdur.  Birinci  şeir  lirik-romantik  duyğuları,  ikincisi  isə 

real, həyati düşüncələri özündə əks etdirir.  

 

“Gərəkmıəz” şeirində şair bildirir ki: 



 

Mən tazə mübariz olaraq səhni-fənadə, 

 

Qovğadayam ömrümlə bu meydani-vəcadə. 

 

Meydani-həyat içrə mənəm Ģanlı fədakar, 

 

Bu kəĢmkəĢi-dəhr ediyor ömrümü bizar(379,   211). 

 

Özünü  mübariz, şanlı fədakar adlandıran şair,  göründüyü 



kimi,  həyatın  kəşməkəşlərindən  cana  doyub,  boğaza  yığılıb  və 

sonrakı misralarda görəcəyimiz kimi, dərd və ələmlər onda bir ruh 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə