Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə107/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   103   104   105   106   107   108   109   110   ...   147

İslam  Qəribli 

 

 



320 

 

Sonrakı beytlərdən  anlaşılır ki, bu  gözəllə şair arasındakı 



məhəbbət  qarşılılqlı  olmuş  və  görüşlərindən  xoş  təbəssümlü 

baxışlar  aşiqə  xatirə  qalmışdır  ki,  o,  indi  yuxuda  belə  həmin 

xatirələrin  istisi  ilə  qızınır  və  bu  duyğular  aşağıdakı  biçimdə 

təqdim olunur. 

 

Gah diksinirəm uyquda, guya ki, dodağın- 

 

Bir buseyi-Ģəfqət ediyor çöhrəmə əta. 

 

Gah səs gəlir güĢuma, guya ki, səsindir, 

 

Zənn eyləyirəm xabdə oxĢar məni hura. 

 

Gah piĢgəhimdə duruyor vəchi-bəsimin, 

 

Sanki oluyor cənnət özü çeĢmimə peyda. 

 

Bir nuri-həqiqət kimi gah zilli-xəyalın, 

 

Tutqun nəzərimdə oluyor iĢtə hüveyda(379,  194).  

 

Sevdiyini  “qəfəsi-dəhrdən  uçan”  cənnət  quşu  kimi  vəsf 



edən şair bildirir ki, sən diriliyində “Ġnsan sifətində görünən bir 

mələk  idin”  və  əbədiyyətə  qovuşduqan  sonra  da  yerin  cənnət 

olacaq, ruhun ən ali məqamlarda dolanacaq. Ey əzəli ruh, “əşari-

rəvanbəxşim”,    adını  diri  saxlayacağımdan  “namın  əbədiyyətlə 

yaşar”.    Əcəl  küləyi  səni  torpaqlar  üstünə  atsa  da,  varlığımda 

yaşadığından həmişə diri olacaqsan. Son misrada müraciət obyekti 

şairin özüdür: 

 

Fəryad qıl, ey könlü sınan bülbüli-Ģeyda. 

 

Nakam bir məhəbbət nəğməsi olan bu şeirlə  M.Hadi sevgi 



nədir və necə sevməli suallarına cavab axtarmış, tərcümeyi-halı ilə 

bağlı bəzi məqamlara da işıq salmışdır. 

Pomantik şairin poetik və publisistik irsi içərisində  realist 

üslubda, asan, anlaşıqlı dildə yazılmış  çox sayda əsərləri var ki, 

onlardan biri də “Bir işsizın qış düşüncələri” şeiridir(288,  N 7, 9). 

Kiçik bir izah yazılmaqla “Seçilmış əsərləri”nə mətnində heç bir 

dəyişiklik edilmədən salınan bu iyirmi doqquz bəndlik şeirin(379, 

195-199)  məzmunu  ilə  yanaşı  formasında  da  bir  sıra  özəlliklər 

vardır. XX əsr Azərbaycan şeirinin forma və məzmun baxımından 

yeniləşmsində  müstəsna  xidmətləri  olan  şairin  bəndlər  şəklində 

qurulmuş bu əsərində ənənəvi Şərq və Azərbaycan şeirindən fərql 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



321 

olaraq  birinci  misra  ilə  dördüncü,  ikinci  misra  ilə  üçüncü  misra 

qafiyələnmişdir.  Şeirin  forması  barədə  bir  bəndi  nümunə 

göstərməklə  kifayətlənirik,  çünki  bütün  bəndlər  eyni  şəkildə 

qurulmuşdur: 

Çıxdı yay, getdi isti, girdi payız, 

QıĢ gəlir Ģimdidən əsir ürəyim, 

Geyəcək yox, nə evdə var çörəyim, 

YaĢamaq istəriz, nə yapmalıyız?(288,  N 7)  

“Ana  dili  gərəkdir”  deyənlərə”  epiqrafı  verilmiş  bu  əsər 

külfəti  yanında  zəmanənin  üzü  qara  etdyi  bir  şəxsin  acı 

fəryadlardır.  Qış  gəlir  və  əlində  işi  olmayan,  iş  üçün  kimə 

müraciət etsə də rədd cavabı alan kasıb bir bəndəni dərd götürüb. 

“Balalrımın  aqibəti  necə  olacaq?”,-  deyə  dərin  düşüncələrə  qərq 

olan işsizin dilindən deyilən: 

Yuvasız quĢlarız, nə yem, nə su var, 

Bu böyük yerdə yoxmu bir sığınaq, 

Deyilizmi bu torpağa ortaq? 

QardaĢız, qardaĢız..., ey insanlar!(288,  N 7),- 

sözləri bütün zamanlar üçün aktual olan sualdır.  



 

“Qar yağıb torpağı kəfənləyəcək” və “bu zavalı, bu bəxtsiz 

insan  ac-susuz  küçələrdə  inləyəcək”,  evinə,  balalrının  yanına 

qayıtmağa üzü olmayacaq. Qolunda gücü, ürəyində təpəri olan bir 

şəxs üçün bundan böyük bir faciə ola bilərmi ki, alnının təri ilə bir 

tikə çörək qazanmağa şəraiti olmasın? Səbəb nədir ki, ailəsinə ruzi 

qazanmaqdan savayı dünyadan umacağı olmayan insan bu qədər 

xar  və  zəlil  olub?  Səbəb  anti-insani  qanunlarla  idapə  olunan 

zəmanədir, 

ədalətsizliyin  hökmfərma  olduğu  quruluşdur. 

Ədlsizlərin  sultan  olduğu,  yalanın  ayaq  tutub  yeridiyi,  oz 

həmcinslərnin  qanını  sorub  etdiyi  zülm  ilə  qürrələnən 

insansifətlərin    yaşadığı,  at  oynatdığı  bir    məmləkətdə    bundan 

artıq nə gözləmək olar?! 

 

Şairə görə bəşəri və insani qanunlarla idarə olnmayan bir 



məmləkət  zülm,  sitəm  səhnəsi,  cəhənnəmin  bir  bucağıdır.  Allah 

dərgahında məqamları bərabər olan insan övladlarının bir-birlərinə 




İslam  Qəribli 

 

 



322 

qənim 


kəsilmələri, 

qardaş  ikən  yadlaşaraq  düşmənlərə 

çevrilməsinin  acı  nəticəsidir  ki,  birisinin  qarnı  ac,  cibində  “bircə 

quruş”  tapılmadığı  halda,  birisi  toxluqdan  “çatlayır”.  “Birinin 

süfrəsndə  dadlı  xüruş”  və  bu  dadlı  yeməkləri  yeməyə  həvəsi 

olmadığı halda, “Kimi günlərlə ac..., bədən yalavac, Yox olur, yox 

zavallı yoxluqdan”. Bəlkə bu zavallı tənbəlliyi, iş ola-ola çalışmaq 

istəməməsi  ucbatından bu hala düşüb? Yox, belə deyil. Bu yazıq 

dilənçi deyil və dilənməyi, kiminsə qarşısında xəcil olmağı özünə 

ar  bilən  namuslu  bir  adamdır.  O,  iş  istəyir,  elə  bir  iş  ki,  halal 

zəhməti  ilə    külfətinə  ruzi  qazanmağa  bəs  eləsin.  Onun  dərdi  öz 

dərdi  yox,  ailəsinin  dərdidir  ki,  bu  dərd  onu  iş  tapmaq  ümidi  ilə  

pullulara  yalvarmağa  vadar  edir.  Bu  məqam  şairin  misraları  ilə 

aşağıdakı kimi təqdim olunur: 

 

Acıyın bir sürü əyalıma siz, 

 

Mənə bir iĢ verin də iĢləyəlim, 

 

u dar ömrü bir az geniĢləyəlim, 

 

Yazığam, baxsanız bu halıma siz(288,  N 7).  

 

Böyük insansevər bu zavallının portretini elə bir məharətlə 



yaradır ki, bu portretdən nə qədər əzab çəksə də,  hələ də şərəf və 

ləyaqətini,  simasını itirməyən bir insan boylanır. Pullunun önündə 

duraraq  iki  gözünü  yerə  dikən  qaragünlü,  zavallı,  könlüsınıq 

həyalı  bir  şəxs  ürək  sözlərini  deməyə  utanır,  qorxur  ki,  ləyaqəti 

ləyaqətsizlərin  ayaqları  altına  düşə.  Bu  məqamda  təsvir 

tərənnümlə  əvəz  olunur  və  mütəfəkir  sənətkar  bütün  zamanlar 

üçün görk olacaq aşağıdakı misraları yazır:  

 

Nə sevimli, nə gözəlsən, ey ismət! 



 

Hansı üzdə gülüĢlərin parlar, 

 

Söyləməz kimsəyə sözün, ağlar. 

 

Sənin ilə nə xoĢdur ölmək, əvət, 

 

 

 

Yüz min əvət!! 

 

 

Səni əvvəl, həyatı son sevərim, 

 

Ey gözəllik behiĢtinin mələyi, 

 

Ey sevimli baxıĢların gözəli, 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə