Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə104/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   100   101   102   103   104   105   106   107   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



311 

başlıca  məsələlər  Şərqdə  baş  verən  cahanşümul  hadisələr, 

hürriyyət və bərabərlik problemləri olmuşdur.  

 

 



III. 6. “TƏRƏQQĠ” QƏZETĠNDƏKĠ  

TƏRCÜMƏLƏRĠ  BARƏDƏ 

 

M.  Hadinin  “Tərəqqi”  qəzetində  orijinal  əsərləri  ilə  yanaşı 



bir neçə tərcüməsi də nəşr olunmuşdur ki, bunlardan üçü şeir, biri 

də məqalədir. Bəri başdan deyək ki, bu tərcümələrin heç birisi M. 

Hadinin kitablarına düşməmişdir. 

“Təraneyi-şükran” adlı poetik tərcümə (277, N 192) “İrani-

nov”  ruznaməsindən  tərcümə”  qeydi  ilə  qəzetdə  dərc  olunmuş, 

əsərin müəllifi göstərilməmişdir. 

  

ġükür olsun o fəyyazi-kainatə hezar, 

   Cəfa çəkənləri qıldı əziz, zalımı xar,- 

beyti ilə başlanan bu tərcümədə Məşrutə inqilabının təsiri ilə 

İranda  yaranmış  nisbi  azadlıqlar,  xalqın  həyatında  baş  vermiş 

dəyişikliklərdən bəhs olunur. 

  Müəllifi göstərilmədən “İrani-nov” rəfiqimizdən tərcümə” 

qeydi  ilə  qəzetin  30  avqust  1909-cu  il  tarixli  195-ci  nömrəsində 

dərc  olunan  “Sərgüzəşti-İran”  şeiri  bir  növ  əvvəlki  tərcümənin 

davamı  təsirini  bağışlayır.  “Oldu”  rədifli    tərcümədə    İranın 

vəziyyəti  iki  mövqedən  oxucuların  nəzərində  canlandırılır. 

Tərcümənin  ilk  dörd  beytində  İranı  ağuşuna  almış  səadətdən 

söhbət  gedirsə,  sonrakı  beytlərdə  İran  Milli  Məclisinin  topa 

tutulması, vətən övladlarının yenidən dünyanın müxtəlif yerlərinə 

səpələnməsindən danışılır. Şeri nəzərdən keçirək: 

 

Əsdi ümid yeli, qaliya əfĢan oldu, 

 

Solğun ikən vətənin gülləri əfĢan oldu. 

 

Ġxtiyar idi, zəif idi, cavanlaĢdı vətən, 

 

Feyzi-hürriyyət ilə tazə gülüstan oldu. 

 

Müjdə, ey əhli-vətən, hədm olaraq istibdad, 

 

Güldü ümmidlər, insaf evi imran oldu. 



İslam  Qəribli 

 

 



312 

 

        Yusifi-ədl qaranlıq quyuya düĢmüĢ ikən, 

 

Çıxaraq Yusifimiz parladı, taban oldu(278,  N 195) . 

Göründüyü  kimi,  misal  gətirdiyimiz  beytlərdə  Məşrutə 

inqilabının  adı  çəkilməsə  də,  söhbətin  nədən  getdiyi  gün  kimi 

aydındır.  Müəllif  sonrakı  beytlərdə  bildirir  ki,  əfsuslar  olsun 

cavanların qanı bahasına qazanılan azadlıq tezliklə qan dənizində 

boğuldu,   Məclis  topa tutularaq  yerlə  yeksan  edildi və  bu azmış 

kimi: 

 

Xuni-məsum ilə al qanə bulaĢdı Ġran, 



 

Neçə evlər dağılıb qarətü talan oldu. 

 

Zalimin töhməti ilə birisi düĢdü Ģəhid, 

 

Biri zəncirlənib zinəti-zindan oldu. 

 

Vüslətin  sevgili oğlanları avarə düĢüb, 

 

Vətənin günləri döndü Ģəbi-hicran oldu. 

 

Birisi Rumə, biri Rusə pənahvar olub, 

 

Biri Ġngiltərə torpağına püyan oldu (278,  N 195). 

Ən sonu da o oldu ki, millətə rəhbərlik edənlərin nadanlığı 

ucbatından zülm qılıncı ilə ədlin, ədalətin ağacı kəsildi. Yeni-yeni 

bəxtinə gün doğmağa başlayan İran əhli təzədən zəlil, rəzil və səfil 

gününə düşdü. 

Digər  bir  tərcümə  isə  götürülmə  yeri  və  müəllifi 

göstərilmədən  “Ədəbiyyat”  başlığı  altında  qəzetin  3  sentyabr 

1909-cu il tarixli 199-cu  nömrəsində  dərc  olunmuşdur.    Bu  əsəri 

müştərək  əsər  də  adlandırmaq  olar.  Belə  ki,  on  bir  beytlik 

tərcüməyə M. Hadi “Mütərcim” qeydi ilə beş beyt də əlavə edərək 

tərcümə etdiyi şeirin ruhuna uyğun düşüncələrini  bəyan  etmişdir. 

Tərcümənin  ümumi  ruhu  belədir  ki,  səfalət  içərisində 

yaşayanlardan  abır-həya,  məzlumun  qanına  yerikləyən  zalımdan 

ədalət,  təbiyyətində,  xislətində  “mayeyi-məzərrət”  olanlardan 

bəşəriyyətə  məhəbbət  gözləmək  əbəsdir.  Özünü  “əhli-elm” 

adlandıranlar  milləti,  məmləkəti  səfalət  zəhəri  ilə  məhv  etməyi 

özlərinə  peşə  etmişlərsə  və  etdiklərindən  xəcalət  çəkmirlərsə, 

onlarla  vəhşi  heyvanlar  arasında  fərq  yox,  oxşarlıq  axtarmaq 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



313 

lazımdır. Vətən xəzinəsini qarət edib əməli ilə öyünənlər nə qədər 

zahirdə  bər-bəzəkli  görünsələr  də,  onların  aqibəti  yükü  dürr, 

gövhərlə  dolu  olan  uzunqulaq  aqibətindən  savayı  bir  şey 

olmayacaq, çünki çulu və ovsarı ipəkdən olsa belə, eşşək eşşəkdir, 

ondan nəcib at hünəri gözləmək əbəsdir. 

Bəs  həqiqi  adam  necə  olmalıdır?  Suala  mütərcim,  yəni  M. 

Hadi belə bir cavab verir: 

                                       

 

Həqiqi adam odur  anlasın həqiqətini, 

 

DüĢünsün iĢtə nədir kəndinin ləyaqətini (279,   N 199). 

Şairin digər bir poetik tərcüməsi “İrəliyə doğru gedəlim” adı 

ilə  qəzetin  1,  6  oktyabr  1909-cu  il  tarixli  222  və  225-ci 

nömrələrində  dərc  olunmuşdur(285,    N  222,  225).  “Ey  əhli-

vətən!” sözləri  ilə  başlanan bu  əsərə  müəllif belə  bur qeyd  əlavə 

etmişdir: Ərəbcə bir qəzetdən iqtibas. Müəllifi göstərilmədən dərc 

olunmuş  bu  tərcümə  əsərində  də  Şərq  aləmini  bürüyən  gerilik, 

ətalət və elmsizlikdən bəhs olunur. 

Poetik  tərcümələri  ilə  yanaşı  M.  Hadi  qəzetin  səhifələrində 

“Siyasət”  rubrikasında  “İranda  Qanuni-əsasi,  Şərqdə  idareyi-

məşrutə”  adlı  bir məqalənin də  tərcüməsini dərc  etdirmişdir(276,  

N  188,  191).  Bu  tərcümə  təxminən  M.  Hadinin    “İrani-nov” 

qəzetindən  tərcümə  etdiyi  şeirlərlə  eyni  məzmundadır  və  burada 

Məşrutə  inqilabının  İran  xalqlarına  verdiyi  azadlıqlardan  söhbət 

gedir 

                                     **** 



 

 

Göründüyü kimi, M. Hadi “Tərəqqi” qəzeti bağlanana qədər 



onunla  əməkdaşlıq  etmiş,  həm  poetik,  bədii-publisistik,  həm  də 

tərcümə  əsərlərini  qəzetin  səhifələrində  dərc  etdirmişdir.  Digər 

mətbuuat orqanlarında olduğu kimi, bu qəzetin səhifələrində dərc 

etdirdiyi forma və şəkilcə müxtəlif olan  əsərlərində o, şəraitin və 

senzuranın  imkan  verdiyi  ölçüdə  cəmiyyətdə  və  dünyada  gedən 

proseslərlə  bağlı  mülahizə  və  təkliflərini  oxucuları  ilə  bölüşmüş, 

azadlıq idealını açıq şəkildə ortaya qoymaqdan çəkinməmişdir.  

 

 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə