Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə102/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   98   99   100   101   102   103   104   105   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



305 

Göründüyü kimi, M. Hadi “Tərəqqi” qəzetində əsərlərini çap 

etdirməmişdən  xeyli  əvvəl  qəzet  onu  təbliğ  etmiş,  haqqında 

yazılanlara səxavətlə yer ayırmışdı. Qeyd etdiyimiz kimi, M. Hadi 

“İzhari-şükran  və  ixtari-lazım”  məqaləsini  onun  kitabını  oxuyub 

yüksək  qiymətləndirənlərə  təşəkkür  kimi  qələmə  almışdır.  Həm 

yuxarıdakı  yazılarda,  həm  də  M.  Hadinin  məqaləsində  söhbət 

“Firdovsi-ilhamat”  kitabından  getdiyindən,  burada  bir  məsələni 

qeyd  etmədən  keçinmək  olmaz.  M.  Hadinin  ilk  çap  olunmuş 

kitabı olan 231 səhifəlik “Firdovsi-ilhamat” 1908-ci ildə Bakıda, 

“Kaspi”  mətbəəsində  nəşr  olunmuş  və  bu  nəşrə  müəllifin  özü 

“İfadeyi-məxsusə” adlı iki səhifəlik ön söz yazmışdır. Bu ön sözdə 

tərəqqinin  alim  və  ədiblərin  qələmləri  ilə  yanaşı,  sərvətlilərin 

himməti (himəmi-əğniya - İ.Q.) ilə də bağlı olduğuna önəm verən 

ədib  yazır:  “Bu  gün  vətənimizdə  parlayan  az-çox  ziyalar  bu  iki 

mətləədən  ərzi-tələt  etmişdir.  Malla  və  qələmlə  maarif  yolunda 

çalışan,  həmiyyətməndani-vətən  olanlardan  xüsusilə  Hacı 

Zeynalabdin  Tağıyev  həzrətləri  şayani-təqdirdir.  Bu  zat  maarif 

yolunda  göstərdiyi  iqdamati-cahanpəsəndanəsilə  başqalarına 

nümuneyi-imtisal olmuşdur desək, mübaliğə deyildir. Hələ  asari-

maarifməndanəsindən olan “Qızlar məktəbi”dir ki, bu gün ağuşi-

nazəninində  o  vətən  şükuftələri  pərvərişyabi-kamal  oluyor. 

Məşairül-ileyhin  himməti  yalnız  buna  münhəsir  qalmamışdır. 

“Kaspi”,  “Həyat”,  “Füyuzat”,  “Təzə  həyat”  məsəllü  cəridələrin 

intişarına da bədəli-himmət və müqəddərat buyurmaqla mətbuati-

islamiyyəyə  böyük  xidmətlər  göstərmişdir.  O,  bir  çox  kitab  və 

risalənin  təb  və  nəşrinə  vasitə  ola  gəlmişdir.  Bunun  biri  də  şu 

əlinizdə  bulunan  “Firdovsi-ilhamat”  əsəri-acizanəmdir.  Bu  da  o 

cənabi-himmətin 

bir  novşüküfteyi-gülüdür  ki,  rahiyəyab 

oluyorsunuz”(377,  3-4).   

Adını  yuxarıda  çəkdiyimiz  məqaləsində  kitabını  təqdir  edən 

oxucularına  minnətdarlıq  edən  müəllif  bildirir  ki,  o,  yaxın 

zamanlarda  “Şükufeyi-irfan”  namı  ilə  bir  çiçək  daha    gülzari-

millətə  təqdim  edəcək  və  etmək  üzərədir”  (264,    N  86).  Amma 

şairin adını çəkdiyi bu kitab nə o zaman, nə ondan sonrakı illərdə 




İslam  Qəribli 

 

 



306 

oxuculara  təqdim  olunmadı  və  yalnız  1914-cü  ildə  “Şükufeyi-

hikmət”  adlı  bir  kitabça  nəşr  olunaraq  oxucuların  ixtiyarına 

verildi.  

M.  Hadinin  “Pərdə  dalında  nələr  varmış?”  adlı  məqaləsi 

1909-cu ildə Sultan Əbdülhəmid rejiminə qarşı yönəlmiş Türkiyə 

inqilabını  alqışlamaq  niyyəti  ilə  qələmə  alınmışdır(267,  N  126). 

Müəllif bildirir ki, neçə  illərdən bəri Türkiyənin üzərindən asılan 

istibdad pərdəsi bir işarə ilə,  yəni inqilabın başlanması ilə   açıldı 

və  açılan  kimi  də  türk  millətinin  nəyə  qadir  olduğu  üzə  çıxdı. 

Avropalıların  məzlum,  hürriyyətin  nə  olduğunu  anlamayanlar 

kimi  qəbul  etdikləri  türklər  barədə  nə  qədər  yanlış  düşüncədə 

olduqları bəlli oldu. 

Müəllifin  aşağıdakı  cümlələrinə  diqqət  edək:  “İngilislərin 

məşhur  qəzetəsi  “Tayms”  deyir  ki,  “Türkiyədəki  hicabi-istibdad 

açılar-açılmaz nə gördük? Rolunu ifaya mühəyya bulunan mahir, 

müdrik  aktyorlar,  şöylə  aktyorlar  ki,  səhneyi-hürriyyətdə 

oynadıqları  rolları  ilə  bütün  cahan  mədəniyyətinin  şiddətli 

alqışlarına məzhər oldular”(267,  N 126 ). 

“Qadına  bir  vətəndaş  kimi,  vətənə  gözəl  meyvələr  bəxş 

edən  kimi  baxan  Hadi”nin(439,    41)  bu  məqaləsində  maraqlı 

cəhətlərdən  biri  də  odur  ki,  türk  kişiləri  ilə  bərabər  türk 

xanımlarının  da  inqilaba  töhfələr  verməsindən  ürək  dolusu 

danışılır və Xalidə Saleh adlı qələm sahibinin göstərdiyi hünər bir 

qəhrəmanlıq kimi xarakterizə olunur.  İstibdadın kəsif və qaranlıq 

pərdələrini  yırtmaqda  bu  xanımın  yazılarının  müstəsna  rol 

oynamasından fərəhlə danışan müıllif yazır: “ İstibdadın qaranlıq 

və kəsif pərdəsi açılandan bəri müşairilehanın səhneyi-mətbuatda 

göstərdiyi iqtidari-qələmiyyə, məharəti-təhririyyəsi ilə oxucularını 

kəndisinə məclub etmişdir. 

...İstanbulda  nəşr  olunan  bir  qaç  qəzetə  və  cəridələr  bu 

möhtərəmə  xanımın  qələminə  cövləngahi-təhrir  olmuşdur. 

Xüsusən  “Mühiqi-risaləsi”  və  “Tənin”  cəridələrini  təzyin  ediyor, 

bundan  sonra  nəsli-axirimizə  ağuşi-irfan  açacaq  belə  xanımları 

gördükcə  insan  nə  qədər  sevinir,  nə  qədər  şad  oluyor.  Biz  də  o 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



307 

lövheyi-məkşufeyi-hikməti  Qafqaziyadan  alqışlayırız”(267,      N 

126). 

M.  Hadinin  ən  dəyərli  və  irihəcmli  elmi-publisistik  



əsərlərindən  biri  də  “Əsri  təcəddüd  və  iki  qüvvə”məqaləsidir. 

“Tərəqqi”  qəzetinin  doqquz  nömrəsində  silsilə  şəklində  dərc 

olunan  bitməmiş,  yaxud  qəzetdə  tam  şəkildə  dərc  olumnamış  bu 

əsər( sonuncu, 30 iyul 1909-cu il, 170-ci nömrədə belə bir qeyd 

var: “Mabədi var”) mütəfəkkir sənətkarın Şərq ölkələrində - İran, 

Türkiyə  və  Azərbaycanda  baş  verən  hadisələrlə  bağlı  elmi-tarixi 

düşüncələrindən ibarətdir(269,   N  145,  146, 149, 150,  153,  154, 

155, 158, 170). Bu əsərində insanları zülm və əsarətdən qurtulmaq 

üçün  əməli  fəaliyyətə  səsləyən  M.  Hadi  əsarətin  özünün  nədən 

ibarət  olduğunu  və  nələrdən  törəndiyini  tədqiq  edərkən  belə  bir 

qənaətə gəlir ki, bu müdhiş bəlanı törədən mühitdir və əsarətin özü 

də  biri  digərini  tamamlayan  iki  növdən  ibarətdir.  Bunlardan  biri 

cismani,  yəni  maddi  əsarət,  digəri  isə  ruhani,  yəni  mənəvi 

əsarətdir.  Bu  iki  qüvvənin  birliyinin  təzahürü  olan  əsarətdən 

qurtulmağın başlıca yolunu dünyada baş vermiş və verməkdə olan 

inqilabi  dəyişikliklərdə  görən  mütəfəkkir  son  illərdə  Şərq 

ölkələrində  baş  verənləri  nəzərdən  keçirərək  yazır:  “  Bu  son 

zamanlarda aləmi-islamın afaqi-mənəviyyatında böyük bir inqilab 

və  təcəddüd  hökmfərmadır”(269,  N  145)  .  Müəllifə    görə  islam 

aləminin mənəviyyatı üzərində “qat-qat yığılıb təkasüf etmiş olan 

səhabeyi-müzlimeyi-istibdadı dağıtmaq və bu afaqın saf və bərraq 

çöhrəsini  parlatmaq”  məhz  bu  inqilab  və  inkişafın  nəticəsində 

mümkün  olacaqdır.  Bu  hərəkatlardan  yalnız  islam  aləmindəki 

hakim millətlər deyil (hakim millətlər deyəndə M. Hadi müstəqil 

dövlət quruluşuna malik olan İran və Türkiyəni nəzərdə tutur – İ. 

Q.),  “Qafqaziya,  Hind,  Misir  ,  Cəzairdə  təhti-məhkumiyyətdə 

yaşayan  başqa  müsəlman  millətlərinin  də”  bəhrəmənd 

olacaqlarına ümid edən müəllifin fikrincə, Şərq insanı  maddi və 

mənəvi  əsarətdən  azad  olmayınca,  Şərqdə  əmin-amanlıqdan, 

tərəqqi  və  təkamüldən  danışmaq  əbəsdir.  M.  Hadinin  qənaətinə 

görə insan birdəfəlik başa düşməli və “bu naqabili-inkar qəziyyəni 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə