Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə105/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   101   102   103   104   105   106   107   108   ...   147

İslam  Qəribli 

 

 



314 

 

 

III. 7“SƏDAÇILAR”DAN  BĠRĠ.  “SƏDA”NIN  

SƏDALI  ġAĠRĠ 

 

“1909-cu  ildə  oktyabrın  2-də  hökuməti-müstəbidə 

tərəfindən  qapanmış”

 

(393,  52)  “İttifaq”  qəzetinin  nəşrini 



dayandırmasından  on  gün  sonra  Haşım  bəy    Vəzirovun  

redaktorluğu ilə Bakıda yeni bir mətbuat orqanı - “Səda” qəzetinin 

ilk nömrəsi nəşr olundu.  “İttifaq” bağlanana qədər bu qəzetdə H. 

Vəzirov  və  digər  mühərrirlərlə  çiyin-çiyinə  çalışan  M.  Hadi  də 

qeyrləri  kimi  “Səda”da  çalışmağa  başladı.  Türkiyəyə  gedənə 

qədər  qəzetdə  çalışan  və  Türkiyəyə  gedəndən  sonra  da  qəzetlə 

əlaqəsini üzməyən ədibin “Səda” səhifələrində işıq üzü görən ilk 

əsəri  “Həqiqət  acımı,  dadlımı?”  şeiridir(286,  N  1,  3).  Qəzetdən 

götürülərək  şairin  “Seçilmiş  əsərləri”nə  salınan(378,  187-191; 

379,  124-127)  iki  hissəlik  əlli  səkkiz  beytlik  məsnəvi  şəkilli  bu 

fəlsəfi  əsər, bəlkə də, diqqətsizlik ucundan “Seçilmiş əsərləri”nin 

ikinci  nəşrində  sonunda  yazılma  ili  göstərilmədən  1908-ci  ildə 

yazılan əsərlər cərgəsinə daxil edilmiş, kitabın “İzahlar və qeydər” 

bölməsində  belə  bir  qeyd  verilmişdir:  “Səh.  124-127.  Həqiqət 

acımı,  dadlımı?-  “Səda”  qəz..,  12-14  oktyabr  1908,  N  1,  3(379; 

443).  Müqayisə  və  mübahisəyə  lüzum  görmürük  və  bu  qeydi 

diqqətsizliyin nəticəsi hesab edirik.  

Şeirin iyirmi dörd beytlik birinci hissəsinin dördüncü: 

  Səhrayi-cəhlə açıqdır qəndi-həqiqət, 

  Övhampəsəndə nə səza pəndi-həqiqət,- 

beyti kitab  çapına  düşməmiş,  yerdə  qalan mətn  isə heç  bir 

dəyişiklik edilmədən kitabda getmişdir(379, 124-127). 

M.  Hadinin  poeziyasında  və  elmi-publisistik  əsərlərində 

özünü bir qayda olaraq biruzə verən həqiqət axtarıcılığı ideyası bu 

əsərin də aparıcı xəttini təşkil edir. Müəllif qeyd edir ki, həqiqət 

acıdır  və  həqiqətin  nə olduğunu  anlayanlar  üçün  bal şərbətindən 

də dadlı və şirin olan bu nemət  -  “abi-müsəffa” (saf su)  həyatın 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



315 

mənasını,  insanın  nə  üçün  yer  üzərinə  gəldiyini  anlamyanlar, 

nadanlar üçün  “can  yandırıcı zəhər”,   aqillər  üçün  “bir  çeşmeyi-

fəyyazdır”  -  bərəkət,  feyz  çeşməsidir.  Həqiqət  elə  bir  nur 

çeşməsidir  ki,  onunla  süslənmiş  qəlblərdən  xürüfat  çirkabı 

yuyulub təmizlənər, daxilən saflaşan insan isə Allah və cəmiyyət 

tərəfindən  bəyənilmiş  olanlar  cərgəsinə  qoşular.  Lakin  hər  ürək 

həqiqət nuru ilə işıqlana bilməz və bu “bu afət” ləyaqəti olmayan 

cismlərdə  özünə  yer  tapa  bilmədiyi  kimi,  onu  qiymətləndirməyi 

bacarmayanlarin da arasında görünə bilməz.       

     Qışla yaz bir yerdə, birlikdə ola bilmədiyi kimi,

  

“əfkari-



səfilə” ilə həqiqət də bir yerdə ola bilməz. Mənası böyük və uca 

olan  həqiqətin nə zaman və harada zühur erdiyini anlatmaq üçün 

M.  Hadi    qışdan  sonra  təbiətin  canlanmasının  poetik    tablosunu 

yaradır və bu fikrə gəlir ki, qış xislətlilər həqiqətə nə qədər uzaqsa, 

bahar  xislətlilər  həqiqətə  o  qədər  yaxın  olub  həqiqətsiz  yaşaya 

bilməzlər.  Həqiqətin  cəmiyyətdə  təcəllasını  şair  aşağıdakı  kimi 

təqdim edir: 

 

Getdikcə Ģita canlanıyor feyzi-təbiət, 



 

Xaki-siyəhi parladıyor nuri-rəbii. 

 

Gül qönçədə xəndə,  dönür afaq cinanə, 

 

Sərbəst dodaqlar kimi quĢlarda təranə. 

 

..Oynar günəĢin ĢəĢəəsi məĢcərələrlə, 

 

Zərrin kəpənəklər necə kim məzhərələrlə. 

 

..QuĢlar, kəpənəkləp ediyor Ģövq ilə pərvaz, 

 

Bülbül oluyor eĢq ilə, sevda ilə dəmsaz(379,  125).  

Səfalət,  rəzalət,  zülm  və  istibdadın  hökm  sürdüyü  bir 

cəmiyyəti  “insanları  bədbəxt  edən  vahimələr  pərdəsi”  adlandıran 

və  “rəzalət  olan  yerdə  həqiqət  gözə  görünə  bilməz”,-  qənaətində 

olan  şairə  görə  yaşadığı  tarix  və  üzvü  olduğu  cəmiyyət  elə  bir 

haldadır ki, bunları bu fəna vəziyyətdən çıxarmaq üçün hürriyyət 

günəşini  doğuracaq  bir  hərakata,  inqilaba  ehtiyac  var.  Şairin 

təqdimatında  bütün  canlılar  dərd  və  məhəbbətlərini  bir-birlərinə 

izhar etməkdə azad olduqları halda, bu haqq, bu hüquq vətəndaşı 

olduğu ölkənin əhalisindən, məxluqatın ən şərəflisi olan insandan 




İslam  Qəribli 

 

 



316 

alınmışdır.  Məmləkətdə  nə  söz  -  dil,  nə  də  qələm  azad  deyi. 

İstibdad pəncəsi altında əzilən  məmləkətinə: 

 

Yoxdur dilimiz fikrimizi etsin ifadə, 



  QuĢdan geriyiz, vaəsəfa, baği-fənadə. 

  ..Zülmün küləyi əsdi də, soldurdu yanağın, 

  Ey vah ki, pamali-xəzan oldu da bağın. 

  ġəhbaz kimi söyləməm ülviyyətimiz yox, 

  Kuçik kəpənəkcə belə hürriyyətimiz yox. 

  Məhcub olacaq baxsa bizə ruyi-həqiqət, 

  Bu hali-rəzilanəyə  heyrət, yenə heyrət(379, 126),- 

deyə  müraciət  edən  şair  sual  edir  ki,  düşdüyümüz  bu  cəhlə,  bu 

nadanlığa  görəsən  son  qoyulacaqmı?  Əcəba,  qövmümüz  elmə, 

irfana,  mədəniyyətə  sahib  olacaqmı?    “İnsanlığa  bir  ləkkeyi-ar 

olduq,  a  millət”  misrası  ilə  vətəndaş  narahatlığını  dilə  gətirən, 

hüququmuzu  tələb  etməkdənsə,  cəhalət  yorğan-döşəyində  fıs-fıs 

fısıldamağımızı  görən  xaricilərin    halımıza  baxaraq  buzə  nifrət 

etməsinə belə haqq qazandıran, bəşər və insan yanğısı ucbatından 

hisslərini cilovlaya bilməyərk canından artıq sevdiyi millətini: 

   Ar eyləyirəm söyləməyə kəndimə insan, 



  Ġnsan sifətində görünür çünki müsəlman,- 

sözləri  ilə  ittiham  edən  mütəfəkkirin  fikirlərində  milli  sevgidən 

başqa bir şey axtarmaq, sadəcə M. Hadini başa düşməməkdən irəli 

gələn boş bir xəyal olardı.  

 

Həqiqət dərman kimi bir şeydir. Dərman acı olduğu kimi, 



həqiqət  də  acıdır  və  hər  ikisinin  vəzifəsi  eynidir.  Vücudu  islah 

etmək  ücün  “zəhri-həqiqət”  içilməyincə  bədənin  salamatlıq 

tapması mümkün omadığı kimi, həqiqətin nə olduğunu bilməyən 

qövmlərin  də  azadlıq,  hürriyyət  deyilən  ali  bir  məqam  haqqında 

düşünmələri mümkün deyil.  

Dərdi göstərməklə onun təşxisi, aradan aldırmaq yollarını 

da  göstərməyə  cəhd  edən  M.  Hadiyə  görə  bütün  fəlakətlərin 

mənbəyi olan nadanlıq və cəhalətdən qurtulmağın birinci şərti acı 

olan  həqiqətin  məğzini  anlamaq,  insanlığa  gəlmək  və  “təbi-



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə