Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə113/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   109   110   111   112   113   114   115   116   ...   147

İslam  Qəribli 

 

 



338 

 Dövlətli  sandıqlarında  saxladığı  qızıllara,  pula  müraciət 

edir,  bildirir  ki,  həyat,  insan  yaşayışı  sizin  üstünüzdə  qurulub. 

Dövlətli  üçün  sərvət  xaricində  həyat  yoxdur.  Aşağıdakı    sözlər 

onun sərvətə münasibətini və öz xarakterini necə də əyani şəkildə 

təcəssüm etdirir: 



Ey zərli qanad quĢ! YaĢa ahən qəfəsinlə, 

Ver cismimizə ruhi-məsərrət nəfəsinlə, 

Əlhani-əməlsən, könlü oxĢa səsinlə, 

Təkrar edəlim biz də o Ģeiri həvəsinlə: 

Sərvət bizim, izzət bizim,  iqbal bizimdir, 

Gəl, gəl öpəyim, Ģahidi-amal bizimdir!(289,  N 13) 

Müəllif  bir  qədər  conra  ev  sahibinin  külfəti  barədə 

məlumat verir, oxucuları Hacının(dövlətlinin) qızları ilə tanış edir. 

Qızlardan  biri  9-10  yaşlarında  məktəblidir  və  “qış  günündə 

aclıqdan,  soyuqdan,  çılpaqlıqdan  tir-tir  titrəyən  yoxsul  çocuqları 

düşünməyən, düşünə bilməyən bu ərköyün çocuq atasına sarmaşıb 

tazə  paltarlar, şıq  bəzəklər istəyirdi.  Qaşı ilə,  gözü  ilə, baxışı  ilə, 

bütün ətvar və hərəkəti ilə atasının hissiyyati-pədəranəsini təhrikə 

və  qıdıqlamağa  çalışırdı”.  Təbii  ki,  atası  onun  istəyini  yerinə 

yetirməyə söz verir. 

Bir az sonra vəziyyət dəyişir. Bacısı Sərvətin istəyinə nail 

olduğunu  görən    yeddi  yaşında  olan  Bəsimə  -  “qısqanclığını 

gizlətməyi 

bacarmayan 

bu 

sərbəst 


məxluq 

oturduğu 

sandalyasından  qalxaraq  bir  tərzi-münfəilanə  ilə  anasının  yanına 

qoşdu.  Madəri-şəfqətküstərinin  qoltuğuna  qısıldı.  Orada 

qurdalanıyor,  qurdalanıyordu.  Hərarəti-infəal  və  iğbirar  ilə 

pörtmüş, qızarmış yanaqlarına tökülən bir neçə qətrə parlaq yaşlar 

qönçə  yarpaqlarına  düşmüş  jaləyə  və  yaxud  yaqut  arasına 

yerləşdirilmiş almasparələrə bənzəyirdi”. 

   

Müəllifin  sözləri  ilə  desək:  “Bəsimənin  bu  nazlı  ağlayışı, 



ana  böyründə  büzülüşü  aclıqdan  anasının  böyründə  ağlayan  səfil 

çocuqlarınkından  deyildi,  toxluqdan,  nazü  nemətin  çoxluğundan 

coşmuş tufanın mövcləri idi”.  



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



339 

Sərvət  ata  qucağında  oynayır,  Bəsimə  ana  boyründə 

nazlanır. Müəllifi, böyük  mütəfəkkir M. Hadini  əslində  nə Hacı, 

nə  ailəsi,  nə  də  sərvəti  düşündürür.  Onu  düşündürən  bir  qarın 

çörəyə,  üst-başını  örtə  biləcək  bir  əyin-başa  möhtac  olan 

yetimlərdir.  O  yetimlər  ki, nə  onların nazını nəkən,  nə də ağlar 

isə  gözünün  yaşını  silən,  dindirən,  güldürən  və  öpən  yoxdur. 

Kimdir bu yetimlər? Bunlar o adamlardır ki: 



Diri ikən yatır məzarında! 

                               Nərədə? 

Vətənin bir xarabazarında! 

Qarnı ac, titrəyir yatağında, 

Yazılıb “kimsəsiz!” yanağında. 

QuĢların aĢiyani-rahəti var, 

Bu bəĢərdir, yuvası yox! Əsrar! 

“Ey  təbiət,  qəribə  halın  var,  Fərəhin  birsə,  min  məlalın 

var”, - deyən  M. Hadi təbiətin işinə mat qalaraq yazır: 

Bir əziz ilə bir səfil iki can, 

Bir sifətdə, əvət iki insan. 

Birinin cilvəgahı illiyyen, 

Bəxti-kaĢanəsin edir təzyin. 

Biri zillətgüzini-süfliyyət, 

Buna ağlar dü dideyi-heyrət...( 289,  N 15). 

Məhəmməd Hadi publisistitasının dəyərli nümunələrindən 

biri olan “Xürafat içində həqiqət” məqaləsi mütəfəkkirin inam və 

şübhə,  əzəm  və  səbat,  ideala  yetməyin  yolları  barədə  dərin 

düşüncələrinin məhsulu olmaq baxımından diqqəti cəlb edir(293,  

N 6, 8, 10).   



 

İri  həcmli  məaləsinin  birinci  bölümünü  müqəddimə 

adlandıran və təvazökarlıqla “hərçənd ki, böylə  dərin və müşkül 

məsələlərə  girişmək  bizim  kimi  məlumatsız  və  vüqufsuzların 

vəzifəsi  deyildir.  Lakin  ərbabi-məlumatın  əfvinə  məğrurən  bu 

meydanda xaməran olmaq cəsarətində bulunduq. Cəsarətimiz əfv 

buyurulsun”(293,  N 6), - deyən müəllif bildirir ki,  sırf xürafatdan 

başqa bir şey olmayan əsərlərdə bəzən elə təmsilata təsadüf edilir 

ki,  iç  üzündə  bir  çox  həqiqətlərin  gizlənmiş  olduğu  görülür  və  



İslam  Qəribli 

 

 



340 

həmin  əsərlərdən  xürafat  donu  soyundurulduqda  həqiqət  bütün 

gözəlliyi və parlaqlığı ilə camalını, surətini göstərməyə başlayır.  

 

M.  Hadi  qeyd  edir  ki,  xürafat  xürafat  olduğu  kimi, 



həqiqət də daima həqiqətdir” və həqiqətin xürafat donunda təqdim 

olunması  heç  də  həmişə  müəlliflərin  istəyinə  uyğun  olmamış, 

əslində  zaman,  məkan və şəraitdən irəli gəlmiş, “keçmiş əsrlərin 

hükəma,  üdəba,  şüəra  və  mühərriranı  pək  çox  həqiqəti  xəyal 

surətində  təsvir  edərək  parlaq  mənaları  əlfazın  məzari-

mübhəmiyyətinə basdırmağa” məcbur olmuşlar(293, N  6). 

 

M. Hadinin çox doğru qənaətinə görə bu, iki səbəbdən baş 



vermişdir.  Birincisi,  cəmiyyətin  əksər  hissəsinin  savadsız, 

söyləniləcək  dərin  mənaları  dərk  etməkdə  aciz  olduqlarını 

bildiklərindən    “zamanın  arif  və  hakimi  olanlar  düşüncələrini 

avamın  anlaya  biləcəyi  bir  sayaqda  söyləməyə  məcbur 

olmuşlardır. Avamın isə sözü zərbülməsəl ilə daha da gözəl dərk 

edə  biləcəyi  aşikardır.  Müqəddəs  tanıdığımız  kitabların  da 

mündəricat  və  möhtəviyyatı zürub və  əmsaldan ibarət  olduğu bu 

nöqteyi-nəzərdən  olsa  gərək”(293,    N  6).  İkincisi,  ən  əsası  isə 

“hürriyyəti-kəlam  və  azadiyi-vicdanın  ələddəvam  ədüvvi-mübin 

ola gələn ruhani və cismani müstəbidlərin iqlimi-vicdanə hakimi-

qahir  kəsilmələri  bais  olmuşdur.  Onların  təkfir  və  təkdirindən, 

hətta qətl və ehraq etmələrindən mühafizeyi-nəfs edə bilmək üçün 

mənaları  qarışıq  əlfazın,  həqiqətləri  xürafatın,  gözəli  kəlimati-

müəmmaların 

dərinliklərinə 

basdırmışlar. 

Müstəbidlərin 

bəsirətləri  kimi  işıqsız,  lövheyi-vicdanları  qədər  qaranlıqlara 

buraxmışlardır.  Sözü  aydın  və  müəmmasız  söyləyənlər  isə 

müstəbidlərin istibdad qılıncına qurban getmişlərdir”(293,  N 6). 

 

Bir  neçə  misalla  qənaətlərini  daha  da  qüvvətləndirən 



müəllif  məqalənin  ikinci  –  fantastik  hekayə  təsiri  bağışlayan 

nağılvari hissəsini oxuculara təqdim edir və müəllifin əsas ideyası 

da  məhz  bu  hissədə  öz  bədii-fəlsəfi  təcəssümünü  tapır. 

 

Öyrənirik  ki,  “bir  şəhərdə  iki  arkadaş  vardı”.  Bunlar 



uşaqlıqdan  bir  yerdə  dostcasına  böyümüş,  “həddi-büluğa  yetişən 

gündən  etibarən  həyatın  səhneyi-vəlvələdarına  atılaraq  təmini-




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə