Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə114/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   110   111   112   113   114   115   116   117   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



341 

məişətə  çalışırlardı”.    Bir  müddət  keçdikdən  sonra  dünyanın 

qarmaqarışıq işləri kimi bunların da məişəti tənəzzülə uğradı və o 

iki gənc “sevgili vətənlərindən ayrılaraq iqbali-girizanə qovuşmaq 

arzusu iə başqa bir diyara yol tutmağa” məcbur oldular. Xeyli yol 

getdikdən  sonra  biri  sağa,  digəri  sola  ayrılıan  yol  ayrıcında 

üstündə  aydın  və  gözəl  xətlə  aşağıdakı  sözlər  yazılmış  bir  daşa 

rast  gəldilər:  “ Ey  buraya təsadüf  edən səyyah!  Sağ tərəfi  burax, 

ora boşdur, boşluqdur! Qaradır, qaranlıqdır! 

 

O  cinaha  fikir  verənlər  bir  sürü  rastpərvaz  olanlardır  ki, 



heç  vəqt  şahidi-bülənd  əməllə  dəmsaz  olamazlar.  O  yolun  zahiri 

salamat  görünüyorsa  da,  batini  eyni  fəlakət,  salikləri  ərbabi-

zəlalət, sonu badiyeyi-rəzalətdir. 

 

Sol  tərəfə  uzanıb  gedən  bu  yolu  görürmüsən?  Bunda 



təsadüf ediləcək bir çox müxatirə və təhlükə inkar olunamaz, fəqət 

təsadüf edilən müxatiratə rəğmən aqibəti salamat, salikləri ərbabi-

həqiqət, son nöqteyi-məvasilətləri rövzeyi-rənayi-səadətdir.  

 

Ey  sol  yola,  cinahi-yəsarə  getmək  istəyən  salik! 



Rəhgüzari-əzimətində surətən pək müdhiş iki əqəbə vardır:    

 

1.  Bir  dəryayi-xüruşandır,  sahili  görünməz.  Saqın  bu 



dəryayi-dəhşətəngizdən  qorxma,  cəsarətini  topla,  bu  ümmani-

bikəranın  ortasına  atla!  O  zaman  anlarsan  ki,  dərya  surətində 

görünən  həqiqi  dərya  olmayıb  dəryanümadır.  Fənni-tilisim  ilə 

vücuda gətirilmiş quru bir nümayişdən ibarətdir.  

   

2. Dəryayı keçdikdən sonra bir dağ görünəcəkdir. Haman 



dağın təpəsindən qayət mühib bir arslan nərədari-məhabət olaraq 

üzərinə  hücumavar  olacaqdır.  Saqın  şahrayi-əzimindən  dönmə! 

Sənə arslan görünən ruhsuz bir heykəldən başqa bir şey deyildir. 

O da bir həkimi-tilisimdananın 

 dəstxətti-məharətidir. 

Haman  şirnümanın  belinə  atla!  Əvvəlcə  səni  qorxudan  o  şəkili-

mühib  sonunda  rahnümayi-səadətin  olaraq  dəlilinin  xidmətini 

görəcəkdir”(293,  N 8). 

 

Yazıları  oxuyan  gənclərin  arasında  ixtilaf  yaranır. 



Müəllifin  Xaif  adlandırdığı  gənc  yazılanları  əfanə  sayaraq  geri 


İslam  Qəribli 

 

 



342 

dönmək qərarına gəlir. Əzim adlı gənc isə arzusuna çatmaq üçün 

səyahətini davam etdirir.  

 

“Məsləkinin,  məsləki-əməlpərvəranəsinin  fədakarı    olan 



Əzim”  xeyli  əzab-əziyyət  çəksə  də  inadından  əl  götürmür, 

qarşısına  çıxan bütün  çətinlikləri dəf  edərək  arzusuna  çatır. Ağır 

və üzücü məşəqqətdən sonra o, elə bir şəhərə gedb çıxır ki, həmin 

şəhərin “torpağı məzlumlar qanı içməmiş, təmiz havası zalımların 

murdar  və  kirli  nəfəsi  ilə  üfunətlənməmişdi.  Ədalətli 

divanxanaları  vicdansızların  istbdadi-zalimanələrinə  alış-veriş 

dükanı olmamışdı. Bu ol şəhər idi ki, hürriyyət, ədalət, müsavat və 

hüquqi-şəxsiyyə kağızlarda deyil, felən və əmələn işlənirdi. Bu o 

cahani-mərifət idi ki, insanlar həbs ediləcəyinə hər dürlü cinayətin, 

hər  növ  bədbəxtliyin  mənşəyi-həqiqisi  olan  cəhalət  məhbus 

edilmişd.  Dünyada  törəyən  hər  bir  cinayət  və  vəhşətin  səbəbi 

cəhalət olduğunu bu şəhər sakinləri pək şoxdan anlamışlardı”(293,  

N 10). 

  

Bu  şəhər,  əslində  M.  Hadinin  xəyalında  yaratdığı 



hürriyyət,  bərabərlik  çəhəri  idi  ki,  “cəhalət  yaşadıqca  cinayət  də 

yaşayacağını bu şəhər əhalisi pək çoxdan bilmişlərdi. Cəhalət və 

zülm durduqca, filməsəl, aləm bütün həbsxana olsa belə, yenə də 

qətl,  sirqət,  cinayət  davam  edəcəyi  şərqlilərin  anlamazlığı  kimi 

aydın olduğunu bu xoşbəxt məxluq anlamışdı”(293,  N 10).  

 

Əsərdən  çıxarılan  nəticə  bundan  ibarətdir  ki,  insan 



arzusuna  çatmaq  üçün  bütün  məhrumiyyətlərə  sinə  gərməli,  heç 

bir çətinlik onu qorxutmamalıdır. Hər qaranlıq gecənin parlaq bir 

gündüzü  olduğu  kimi,  çəkilən  hər  bir  zəhmətin  də  sevindirici 

nəticəsinin olması şəksizdir. Təki insanda görmək istədiyi işi axıra 

çatdırmağa səbr, səbat və dözüm olsun.  

 

“Molla  Nəsrəddin”  ədəbi  məktəbinin  yaradılmasında 



əvəzsiz  xidmətləri  olan  Ö.  F.  Nemanzadə  “Dəvət”  adlı  əsərində 

qeyd  edirdi  ki,  “  Boş  iftixar,  cahilanə  ümid,  bixəbəranə  təsəlli, 

üsulsuz  rəftar,  elm  və  mərifətsiz  icrayi-din  və  məzhəb  bizi  nə 

dünyada, nə də axirətdə sahili-səlamətə çıxara bilməz. Buna görə 

də  bizlər  mütləq  dünya  umurunda  qonşu  mərifətli  millətlərin 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



343 

bugünkü  tərəqqi  yollarını,  məsləklərini  tutmalıyıq  ki,  bu  yol  və 

məslək də ancaq birdir. O da mətbəə və mətbuatın çoxalmasına və 

bu  sayədə  zəmanəyə  görə  hər  cür  məktəb  və  mədrəsələrin 

guşadına, 

maarifi-milliyyəmizin 

hüsul 

və 


nəşrinə 

çalışmaqdır”(411,  14).  Bir  sənətkar  olaraq  M.  Hadi  də  Ö.  F. 

Nemanzadə və digər qələm dostları kimi mətbuat və mədəniyyəti 

cəmiyətin  inkişafında  başlıca  vasitələrdən  hesab  edir  və  bu 

mövzulara  şeirlər  həsr  etməklə  yanaşı,  silsilə  məqalələr  də  həsr 

edirdi. “Mətbuat və mədəniyyət”, “Qəzetlərimiz, mühərrirlərimiz” 

məqalələri  də  bu  qəbildən  olan  əsərlərdəndir.  Birinci  məqalədə 

mətbuatı tərəqqinin başlcıa atributlarından biri hesab edən müəllif 

bildirir ki, mətbuat ictimai həyatın güzgüsü, millətin görən gözü, 

eşidən  qulağıdır.  “Mətbuatsız  millət  dilsiz,  gözsüz,  qulaqsız,  hər 

şeysiz  bir  millətdir”(296,    N  9),  -  qənaətində  olan  müəllif  haqlı 

olaraq  qeyd  edir  ki,  mətbuat  olmasa  bəşər  övladı  vətənində  və 

dünyada baş verən hadisələrdən xəbərdar ola bilməz, bu xəbərdar 

olmama isə onu cəhalət və səfalətə sürükləyəcəkdir. 

 

Qərb ölkələrində mətbuatın cəmiyyətin yaşam tərzinin bir 



hissəsinə  çevrilməsindən  söz  açan  müəllif  təəssüflə  bildirir  ki, 

müsəlman 

ölkələrində 

nə 


mətbuatın 

rolu 


yetərincə 

qiymətləndirilir,  nə  də  mətbuat  öhdəsinə  düşən  ictimai  vəzifəni 

ləyaqətlə  yerinə  yetirir.  İnkişaf  etmiş  ölkələrdə  mətbuat  işçisi 

həqiqəti  yazıb  millətinin  tərəqqisinə  çalışdığından  həm  mətbuat 

orqanına, həm də jurnalıstə etiramla yanaşılır, bizdə isə mətbuata 

pul kisəsi, cəmiyyəti pis yollara yönəldən bir vasitə kimi baxırlar. 

“Mütəməddin  millətlər  mətbuatı  təhqir  deyil,  maddətən  pərəstiş 

edərcəsinə  tanıyor,  hörmət  və  təzim  göstərir”,....  “bizlər  hənuz 

vəhşətin  qaranlıqlarından,  cəhl  və  qəflətin  dərinliklərindən 

qurtarmayırız,  qurtarmaq  istəməyiriz.  Mətbuat  nədir,  bilməyiriz! 

Maarif  nədir, anlamayırız! Mətbuatımız nə halda, maarifimiz nə 

gündə!?”(296,  N 9). 

 

Kimdir  haqlı?  Mətbuatın  mədəniyyətin  ayrılmaz  bir 



hissəsi olduğunu anlayan, onun inkişafına rövnəq verən qərblilər, 

yoxsa  biz!?  Haqsız  və  günahkar  olan  bizik  ki,  mətbuatın  nəyə 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə