Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə117/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   113   114   115   116   117   118   119   120   ...   147

İslam  Qəribli 

 

 



350 

formalaşmasında  mühitin  rolunu  yüksək  qiymətlədirən  M.  Hadi  

onun haqqında Azərbaycan oxucusuna yalnız şair kimi deyil, həm 

də  mühərrir,  müəllim  və  ictimai  xadim  kimi  də  məlumat  verir. 

Məqalədən  məlum  olur  ki,  T.  Fikrət  İstambulda  Avropa  təhsil 

sistemi əsasında fəaliyyət göstərən “Sultani məktəbi”ndə oxumuş, 

buranı  bitirəndən  sonra  orada  müəllim  kimi  fəaliyyətə  başlamış, 

daha sonralar həmin məktəbin müdiri təyin olunmuşdur. Məktəbə 

rəhbərlik  etdiyi  dövrdə  bir  çox  müvəffəqiyyətlərə  imza  atan  T. 

Fikrət  məktəbin  gələcək  inkişafı  üçün  dövlət  tərəfindən  verilən 

vədlərin yerinə yetirilməməsi ucbatından istefaya getməyə məcbur 

olmuşdur.  “İstefasından  sonra  hər  nə  qədər  mövqeyinə  gəlməsi 

arzu edilmişsə: 

 

Kimsədən ümmidi-feyz etməm, dilənməm pərü bal, 



Kəndi cəvvim, kəndi əflakimdə kəndim tairəm. 

Ənhəna tovqi-əsarətdən girandır boynuma, 

Fikr hürr, irfanı hürr, vicdanı hürr bir Ģairəm,- 

təranəsi ilə dəmsaz olan Fikrət bu arzuyu qəbul etməmiş”(302,  N 

89)  və  hazırda  İstanbulda,  Rumeli  hasarında  yerləşən  Amerika 

müəssisəsi  olan  “Robert  kollec”ində  osmanlı  –  türk  dili 

müəllimidir. 

“Vəzifeyi-təlimiyyədən 

aldığı 

əcri-vəzfiə 



böyüklüyünə  nisbətən  pək  az  bulunan  maaşına  qənaət  edib 

yaşayan”,  “zatən kəndisi də təntənəli, şəşəli yaşamaq istəməyən”, 

“ancaq  sadə  bir  həyat  içində  əhraranə  dəmgüzari-zaman  olmaq 

istədiyini söyləyən” T. Fikrətin arzu və məramını sübut üçün M. 

Hadi  şairin  “yeni    meydana  çıxan  “Xəluqun  dəftəri”ndən 

aşağıdakı misraları birlikdə oxumağı oxuculara təklif edir:  

 

Yox, yox mənim əqsayi-muradım, 

 

QarĢımda bir dəbdəbə görmək, nə də gülgün. 

 

Bir xəndeyi-pürqəmzeyi-iqbal, 

 

Ey  hirsi-zəlil, al, bütün amal, 

 

Amali-zər, amali-müzəhhər sənin olsun. 

 

Ancaq budur əqsayi-muradım: 

 

Bir kölgə qədər hürr yaĢasaydım, 

 

Bulsaydı xəyalım buna imkan, 

 

Ciddən yaĢamaq nemət olurdu. 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



351 

 

Heyhat, 

 

Ġnsan mələk olsaydı, cahan cənnət olurdu(302,  N 89). 

 

Bütün  müsəlman  ölkələrində  olduğu  kimi,  Türkiyədə  də 

şeirə,  cənətə,  maarif  və  mədəniyyətə  yetərincə  qiymət 

verilmədiyindən  acı-acı  gileylənən,  T.  Fikrətlə  yanaşı  Rza 

Tövfiqin  də    qaraguruh  tərəfindən  sıxışdırıldığını  dilə  gətirən  M. 

Hadi əsas məqsədi T. Fikrət olduğundan onun ədəbi fəaliyyəti ilə 

bağlı  aşağıdakıları  “Səda”nın  oxucularına  çatdırır:  “Tovfiq 

Fikrətin  həyati-əbədiyyəsi  iyirmi  sənəlikdir.  Kəndisi  “Sərvəti-

fünun” cəridəyi-əsbuiyyəsinə tarix intisabı olan 1311(miladi 1894-

cü il – İ. Q.) sənəsindən xeyli zaman əvvəl şairi-madərzad ləqəbi 

ilə məruf mütəvəffa İsmayıl Səfa bəylə biliştirak bir ədəbi qəzetə 

çıxarmağa  balamış  və  “Mirsad”  ismi  ilə  çıxan  bu  cərideyi-

ədəbiyyə çox davam etməmişdir. 

 

1311  sənəsi  iştə  osmanlı  ədəbiyyatının  dövri-əxir  feyzini 



əşar  edər.  Fikrət  o  dövrdə  “Sərvəti-fünun”u  idarə  etməyə 

başlamış,  bu  ziyası  səfvət  və  nəzahətdən  mürəkkəb  sitareyi-

novinin  ətrafında  az  zaman  sonra  şəşəədar  bir  mənzumeyi-

nücumi-ədəbiyyə  təşkil  etmişdir.  Məşahri-şüəra  və  üdəbayi-

osmaniyyədən  Əbdülhəqq  Hamid,  Rəcaizadə  ustad  möhtərəm 

Əkrəm,  Cənab  Şəhabəddin,  Hüseyn  Cahid,  Süleyman  Nəzif, 

Əhməd  Hikmət,  Sami  Paşazadə  Səzai,  Nəcib  Asim,  Əhməd 

Hikmət, sabiq maliyyə naziri Cavid, məxdum Kamal Əli Əkrəm, 

Əhməd  Şüeyb  bəylər  də  bu  mənzumeyi-nücumi-ədəbə  daxil 

olmuşlardır”(302,  N 89). 

  

T.  Fikrəti  yeni  türk  ədəbiyyatının  yaradıcılarından,  əsas 



sütunlarından biri hesab edən müəllif çox haqlı olaraq qeyd edir 

ki,  mühafizəkar  ədəbiyyatçıların    yeni  fikirlərə,  yeni  formalara 

müharibə elan etdiyi bir vaxtda 

“Fikrətin  parlaq  qələmi 

türklərin  əfkar  və  hissiyyatını  təhzif  və  təsfiyə  etdi.  “Rübabi-

şikəstə”  şairi  müqəllidlik  bəliyyəsinin  və  hazirəyi-pakizəyi-əşar 

idxal edilən ovsax və müzəxrəfatı qəti surətdə təmizlədi”. 

 

T.  Fikrəti  “türklərin  vəliyyün-nemətlərindən  biri”  kimi 



xarakterizə  edən    M.  Hadi  yeni  türk  şeirnin  üslub,  forma, 


İslam  Qəribli 

 

 



352 

məzmun,  mündəricə  və  ideyaca  kamilləşməsində  T.  Fikrətin 

xidmətlərini  yüksək  qiymətləndir,  şeir  dilinin  sadələşməsini, 

xalqın  başa  düşəcəyi  səviyyəyə  gəlməsini  daha  çox  onun  adı  ilə 

bağlayaraq yazır: 

“Fikrətin  lisani-nəzmə  aid  olan  xidmətləri 

bundan daha az mühüm deyildir. “Xəluqun dəftəri” sahibi zaman 

nişatinə  qədər  yalnız  təntənənin,  ehtişamın,  hay-huyun  vasiteyi-

təbliği  olan  lisani-nəzmlə    ən  təbii,  ən  kirizan  hissləri  təsvir  və 

ifadəyə  müvəffəq  olmuşdur.  “Şahnamə”  sahibi  Firdovsi  Bəhram 

Gurun vaqieyi-qəhrəmananəsini nə təntənədar lisan ilə nasıl nəql 

edirsə, Fikrət də, məsələn bir zavallı köylü çöcuğunun ehtisasati-

məsumanəsini  sadə,  təbbi  bir  lisan  ilə  silki-nəzmə  çəkir.  Onun 

nəzmi  məaseyi-vəzni-inşaddan  xali 

bir 

göftar,  saf 



və 

mükəmməldir(302,  N 89). 

 

T. Fikrətin yaradıçılıq dünyasına bələd olan, onun mübariz 



və  döyüşkən  şeirlərindən  ilham  alan  M.  Hadi  bidirir  ki,  “Fikrət 

həddi-zatında  o  qədər  məyus  və  bədbin  deyilsə  də,  dövrünün 

fəcayeyi,  mühitinin  dehayi-büləndinə  nisbətən  əvvəl  işi  bu  şairi 

məyus  etmiş  və  bədbin  mənzumələrini  həp  cəmiyyətin  alamı  ilə 

müləhhəm olaraq qələmə almışdır”(302,  N 90 ). Bu fikirləri irəli 

sürəndən sonra M. Hadi T. Fikrətin 1900-cu ildə, özünün təbiriycə 

desək, “istibdadın ən məşum bir dövründə qələmə alınmış” “Sis” 

əsərini misal gətirir və yazır:  “Zülm və təğəlləb əleyhinə tovcih 

edilən xitabələrin ən ülvisi “Sis” mənzuməsidir. Sənələrcə müddət 

hürriyyətpərvəranın  ləbi-təzim  və  ehtiramında  təkərrür  edən, 

bütün  vicdanlara  istibdad  əleyhinə  müdhiş  bir  kin  aşılayan  bu 

əmsalsız şeir ilə Fikrət kəndi-kəndinin şərəfinə heykəl rəkz etmiş 

oldu”(302,  N 90).  

 

“Sis”  mənzuməsindən  kiçik  bir  parçanı  nümunə  gətirən 



müəllif onu da qeyd etməyi unutmur ki, istibdad illərində  yazılsa 

da, o zamanlar nəşrinə müvəffəq olmayan müəllif bu əsəri yalnız 

“elani-hürriyyətdən sonra “Tənin”in birinci nüsxəsində” çap erdirə 

bilmişdir. 

  

M.  Hadi  T.  Fikrətin  “Rübabi-şikəstə”  kitabının  ikinci 



çapında  gedən  şeirlərinə,  xüsusilə  “Rücu”  və  “Tarix”  əsərlərinə 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə