Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə116/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   112   113   114   115   116   117   118   119   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



347 

qəzetindən  tərcümə  olunmuş  və  yeri  gəldikcə  müəllif  tərcümə 

etdiyi materiallara rəğmən öz orijinal fikirlərni də bildirmişdir. 

“Əl-Müəyyəd”  qəzetindən  oxuduqlarına  əsasən  müəllif 

bildirir  ki,  “İslamın  şənliyi,  imrani  dövründə  Bağdad,  Misir  və 

Əndəlis  məkatibi-islamiyyəsində  bulunan  asar  və  təlifat  beş 

milyon  ədəd  imiş.  Hökmdari-ziiqtidar  Səlahəddin  Əyyubi  Misir 

ərazisini  istila  etdiyi  zaman  Misir  məktəblərində  yalnız  “Tarixi-

Təbəri”dən  min  iki  yüz  cild  varmış.  Başqa  elm  və  fənnə  dair  nə 

qədər  asar  bulunduğunu  düşünməlidir”(299,    N  19).  Lakin 

təəsüsüf ki, bu və bu kimi çoxlu sayda yüksək elmi dəyərə malik 

olan kitablar it-bata düşərək tarix səhnəsindən silinmiş, qalanlar da 

elə hala düşmüşdür ki, istifadəsi ya müşkül, ya da mümkün deyil. 

Müəllif təəssüflə bildirir ki, yaşayışımızı islah edə biləcək 

əsərlər,  kitablar  məhv  olub  getsə  də,  millətin  beynini  xürafat 

tiryəki  ilə  zəhərləyən  kitablar  qorunub  saxlanmışdır.  Müəllifə 

görə,  indi  əsas  vəzifə  bu  qəbildən  olan  kitabları  məhv  etmək  və 

zamanın  ruhuna  uyğun  kitablar  yazmaq,  tərtib  etməkdən  

ibarətdir. Elə kitablar vücuda gətirilməlidir ki,   “məxəzləri yəqin, 

ibarələri aydın, anlaşılması asan ola bilsin. Hər elmi öz yerindən, 

öz 

mənzilindən 



yuxarı  çıxarmayıb  lüzımınca  istifadə 

etməlidir”(299, N  19).  

“Hansı  elmlər  öyrənilməlidir?”  sualı  barədə  mülahizələr 

irəli  sürən  M.  Hadi  bildirir  ki,      “nəhv  və  bəlağət  elmlərini 

məqsudi-bizzat  deyə  oxumaq  faydasız  və  mənasızdır.  Bunlar 

zatən  məqsudi-bizzat  elmlərdən  sayılmaz.  İbarəyi  düz  oxuyacaq 

qədər  nəhv,  bəyanə  qüdrətyab  olacaq  qədər  elmi-bəlağət  təhsili 

kafidir”(299,    N    19).  O  elmləri  öyrənmək  lazımdır  ki,  onlar 

zamanla  ayaqlaşa  bilsin  və  cəmiyyətin  onlara  ehtiyacı  var.  Bu 

elmlər isə dini elmlər deyil, dünyəvi, xüsusilə texniki elmlərdir. 

İslam  məmləkətlərindəki  kitabların  qüsurlarından  bəhs 

edən  müəllif  qeyd  edir  ki,  “təlifati-islamiyyənin  düçari-fəsad 

olduğuna  bir  səbəb  daha  vardır.  Ayrı-ayrı  firqələrə  bölünən, 

başqa-başqa  məzahibə  intisab  edənlər  hər  kəs  öz  məzhəbinin 

səhhətini  isbat  və  millətinin  amalını  tərvic  etmək  üçün  mövzun 



İslam  Qəribli 

 

 



348 

hədislər,  əsilsiz  xəbərlər  ixtira  etmişlərdir  və  bu  vəsail  ilə  islam 

təlifatının  hərc-mərc  olmasına  “böyük  xidmətlər”  göstərmişlərdir 

Dəyanəti-islamiyyənin  əsla  tanımadığı  əcayib-qəraib  xürafatı 

islama həml və isnad etmişlərdir”(299,  N  21). 

Öz dili ibarəli, tərkiblərlə dolu və dəbdəbəli olsa belə, M. 

Hadi  çox  doğru  olaraq  qeyd  edir  ki,  “İslam  kitablarında  olan 

bəlalardan biri də ibarələrin çətin olmasıdır. Məzmunların və neçə 

cümlələri  bir-birinə tədaxül  edərək  bağlamasıdır.  Bu səbəblərdən 

dolayı islam təlifatı anlaşılmaz bir müəmma şəklini almışdır”(299,  

N 21). 

Bəs bunlara, yəni  “əvvəlki qərnlərin üləma və müəllifləri 



yazını çətin yazmağa, üsuli-təlifdə böylə bir yola sapmağa”  səbəb 

nədir?  M.  Hadiyə  görə  “birincisi,  bilməməzlikləridir.  İkincisi, 

vaxtlarında  bulunan  camaatın  cəhalətidir  ki,  sözləri  örtülü 

söyləməyə məcbur bulunmuşlardır. Üçüncüsü, ibarələr çətin olsun 

da  ləyaqətsizlər  oxu-yazıya  həvəskar  olmasınlar.  Ancaq 

müstəidlər oxusun”(299,  N 21). 

Müəllifin  qəti  qənaətinə  görə  “bu  üç  fikirdən  mütəvəllid 

təlifati-  islamiyyəni  müğləğ  və  müəmma  bir  üsluba  ifraq  edən 

müəlliflər böyük səhv etmişlərdir”(299,  N 21). 

M.  Hadi  çox  doğru  olaraq  belə  bir  müddəa  irəli  srür  ki, 

“hər zaman alimlərə, müəlliflərə lazımdır ki, əhali arasında elm və 

maarifin nəşr və təmininə çalışsınlar. Hansı vəsilə ilə olursa-olsun 

elmi camaata qandırsınlar. Əhali arasında nəşr və maarif isə açıq 

dil  və  asan  ibarəli  kitablarla  mümkün  ola  blir.  Başqa  dürlü  ola 

bilməz. Öylə bir dil, öylə bir ibarələrlə ifadəyi-məram etməlidirlər 

ki,  anlamağa  qərib  olaraq  könüllərdə  yerləşsin,  caygiri-rüsux 

olsun”(299,  N  21).  

İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  Qərb  ölkələrinin 

bugünkü vəziyyətinin əsasını onların təhsil sistmi ilə bağlayan M. 

Hadi bildirir ki, “Bu gün islam mədrəsələrində tədris və tədərrüs 

edilməkdə olan babul-əbd, qənaim, cəhad, təlqinati-əmvat, səlati-

xüsuf, səlati-küsuf və istisqa və sairə və sairə...” bu kimi elmlərin 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



349 

nə  millətə,    nə  də  bəşəriyyətə  ziyandan  savayı  heç  bir  xeyiri 

yoxdur.   

 

Millətini,  dinini,  vətənini  dərin  məhəbbətlə  sevən,  başqa 

millət,  din  və  dövlətlərə  hörmətlə  yanaşan,  elmin,  təhsilin 

cəmiyyətin  inkişafında  rolunu  yüksək  qiymətləndirən  M.  Hadi 

bildirir ki, “Mədrəsəçilər, mədrəsəçilərin naşiri-əfkarı bulunan din 

məişətçiləri  bunu  anlamırlar  ki,  bugünkü  şəri-cəhad  cəhadi-

hüriyyətdir.    Bu  dövrdə  ictihad  ictihadi-fünun  və  sənətdir”(299,   

N  24). 


 

Məqalə  aşığıdakı  təsirli  və  bütün  zamanlar  üçün  aktual 

olan  ibrətamiz  cümlələrlə  tamamlanır:  “Fəqihlərimiz  bunu 

təvəccöh  etməlidirlər  ki,  bu  gün  verilməyi  lazım  gələn  qənaimi-

güzəştə  dərsi  deyil,  təbiətin  geniş  sinəsində  yatan  qəniməti-

təbiyyəyi çıxarmaq dərsidir.  Bunu nə əsbab ilə almaq, hankı ülum 

ilə  çıxarmaq  ola  bilir?  İşbu  bu  əsbabı,  bu  ülumu  tədrisə  şitabən 

olmalıdırlar. Əfsus olsun ki, xacələrimiz, mədrəsəçılərimiz özləri 

möhtaci-mərifətdirlər. Nərədə qaldı başqalarına öyrətmək?! 

 

Bizm  müdərris  babalar  nərədə,  elm  və  mərifət 



nərədə?!”(299,  N  24). 

 

M.  Hadinin  “Səda”  qəzetində  dərc  etdirdiyi  ən  dəyərli 



məqalələrindən  biri  müəllifdən  ədəbiyyatşünas  kimi  danışmağa 

imkan yaradan “Ədəbiyyat müştaqlarına bir bəşarət” əsəridir (302,  

N  89,  90,  91).  Bu  əsri  müəllif    İstanbuldan,  işlədiyi  “Tənin” 

qəzetindən  “Səda”  qəzetinə  göndərmiş  və  həm  də  söz  vermişdir 

ki, bundan sonra mütəmadi olaraq Türkiyədən çap olunmaq üçan 

Bakıya məqalələr göndərəcəkdir. 



 

“Ədəbiyyat  müştaqlarına  bir  bəşarət”  məqaləsi  ən  əvvəl 

Tövfiq  Fikrəti  Azərbaycan  oxucusuna  tanıtdırmaq  baxımından 

diqqəti cəlb edir və  Azərbaycanda T. Fikrət haqqında  yazılan ilk 

tədqiqlərdən biri kimi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. 

 

Məqalədə  T.  Fikrət  yeni,  müasir  Türkiyə  ədəbiyyatının 



“ən nəcib, ən pak və dirəxşan bir siması” kimi oxuculara təqdim 

olunur. 1283-cü ildə (miadi 1867 – İ. Q.) İstanbulda anadan olan 

T.  Fikrətin  bir  şəxsiyyət,    millətpərvər  ziyalı  və  sənətkar  kimi 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə