Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə118/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   114   115   116   117   118   119   120   121   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



353 

yüksək  qiymət  verir.  Müəllif    təəssüflə  bildirir  ki,  T.  Fikrətin 

adları  qeyd  olunan  və  qeyd  olunmayan  onlarca  əsəri  yazıldığı 

illərdə  nəşr  olunsaydı,  bunların  azadlıq  mübarizəlində,  istiqlal 

savaşında bəşəriyyətə və millətə çox böyük xeyri dəyərdi. 

 

“Tarix”  məzuməsini    “şəbabi-münəvvərənin  qəlbində 



yaşamaqda,  pirayəyi-lisan  ehtiramı  olmaqda”  olan  “mənzumeyi-

bədiyyə” kimi xarakterizə edən müəllif daha sonra yazır: “Tarix” 

mənzuməsi  qüyudati-hazirədən  çılpaq  doğmuş  bir  zadeyi-azadəxüram, 

bir məxluqi-nazəndə və sərbəst məramdır”(302,  N  90). 

 

M.  Hadinin  çöx  doğru  və  haqlı  olaraq  qeyd  etdiyi  kimi, 



“bəzi  şayani-ehtiram  simalar    yalnız  mənsub  olduqları  millətin 

deyil,  bütün  insaniyyətin  malıdır”.  Müəllif    T.  Fikrəti  də 

mütəfəkkirlər  zümrəsinə  daxil  edərək  fikrini  belə  əsaslandırır: 

“Çünki  məhsulati-fikriyyəsi  sırf  millətə  aid  olmayıb  kütleyi-

bəşəriyyətə aiddir. Bu zat millətini, vətənini nasıl sevərsə, alam ilə 

nasıl  naləsaz  təəssür  olursa,  fəlakət  və  səfalət  içində  yuvarlanan 

bütün  insanları  da  sevər,  ələm  və  müsibətlərinin  tərcümani-

fəlakətfəşanı olur”(302,  N  91).  

M. Hadi məsləhət görür ki, T. Fikrətin amal və məramını 

anlamaq,  millətə  və  bəşəriyyətə  xidmət  yollarının  nədən  ibarət 

olduğunu  öyrənmək  üçün    “bu  günlərdə  saheyi-intişara  çıxan 

“Xəluqun dəftəri”ni” oxusunlar. Nümunə üçün o,  “Hilali-əhmər 

cəmiyyəti-nəcibəsi  hüzurunda”  adlı  şeirdən  kiçik  bir  parça  verir 

ki, biz də həmin parçadan bəzi misraları burada verməyi məqsədə 

uyğun hesab edirik: 

Övladi-bəĢər məhv edərək məhv olacaqdır, 

Hər ləhzə bu vadiyi-bəla qan dolacaqdır. 

Övladi-bəĢr iĢtə Ģu üxluteyi-əzdad, 

Ġblis, mələk, əql, cünun, Ģəfqətü bidad. 

Həp təfriqə əkdikləri, biçdikləri həp kin, 

Keçdikləri yerlərdəki iz bir xətti-xunin. 

Qeybət və riya üzlərinin tabi-niqabı, 

QardaĢ qanı sairlərinin əski Ģərabı. 

BaĢlar bütün əfraxteyi-qeydü məbalət, 

Yalnız ayaq altına qalanlarda müsavat... 



İslam  Qəribli 

 

 



354 

Qan səpiliyor, qan yağıyor, qan coĢuyor, qan, 

 

Bax halına, qafil, Ģu qızıl kütleyi-xüsran. 

Heyhat, yazıqlar sənə, ey tinəti-xunxar!(302,  N 91) 

Məqalənin  sonunda  M.  Hadi  bidirir  ki,  Azərbaycandan 

“Rübabi-şikəstə”  və  “Xəluqun  dəftəri”  kitablarını  almaq  istəyən 

olarsa, qəzetdə qeyd olunan ünvana müraciət etsinlər. 

“Tənin”  mühərrirlərindən  Əbdülsəlimzadə  Məhəmməd 

Hadi”  imzası  ilə  çap  olunan  bu  məqalə  ilə,  əslində  T.  Fikrətin 

Azərbaycanda öyrənilməsi və tədqiqinin tarixi qoyulmuş, Rüstəm 

Hüseynovun “Tofiq Fikrət” monoqrafiyasında “mürtəce qüvvələr 

T.  Fikrətə  müharibə  elan  etdikdə  M.  Hadi  onu  müdafiə  edən 

cəbhənin fəal mübarizlərindən idi”(56,  182) cümləsi verilsə də, nə 

M.  Hadinin  bu  məqaləsi,  nə  də  T.  Fikrətlə  bağlı  yazdığı  digər 

əsərləin adı çəkilməmişdir. 

 

 

III. 9.  DAHA  DÖRD  ƏSƏRĠ   HAQQINDA 



                                               

Mövzu  ilə  bağlı  M.  Hadinin  1914-cü  ilə  qədər  çap 

olunmuş  dörd  əsəri  barədə  də  məlumat  verməyi  lazım  bilirik. 

Bunlardan  ikisini  şair  İstanbuldan  göndərmiş  və  həmin  əsərlər 

Bakıdakı  mətbuat  orqanlarında  dərc  olunmuş,  biri  M.  Hadi 

Türkiyədən  Bakıya  döndüyü  ilk  günlərdə  “İqbal”  qəzetində 

çıxmış,    digəri  isə  İstanbulda  çıxan  “Rübab”  jurnalında  çap 

olunmuşdur.  

Əsərlərdən birincisi “Sabirin yadigarına ithaf” şeiridir(303, 

N 1). A. Zamanovun qeyd etdiyi kimi, “Sabir vəfat edərkən onun 

şair  dostu  Məhəmməd  Hadi  İstanbulda  idi.  Sabirin  ölüm  xəbəri 

Hadini sarsıtmış, bu ağır itkinin doğurduğu ələmli təəssüratı ifadə 

edən bir şeir yazıb Azərbaycana göndərmişdi”(444,  43). “1911-ci 

ilin  avqust  ayında  “hökumət  tərəfindən    qapadılın  “Məlumat” 

qəzetinin yerinə Orucovların çıxarmağa başladıqları, müdiri Yusif 

Əhmədov,  baş  mühərriri  Mehdi  bəy  Hacınski  olan  “Yeni  irşad” 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



355 

qəzeti”(393, 59) səhifələrində şeirə yer ayırmış, altında “İstanbul” 

qeydini vermişdi ki, bu M. Hadinin o zaman İstanbulda yaşadığını 

təsdiq  edir.  “Şairi-zindəruh”  epiqrafı  ilə  dərc  olunan  iki  bənddən 

ibarət  on səkkiz misralıq  şeirin birinci bəndi səkkiz, ikinci  bəndi 

isə  on  misradan  ibarətdir.  “Ġstirahətgahi-ədəmdə  bu  gün,  Uyu, 



amma ki, millətə küskün” beyti bəndlərin sonunda nəqarət kimi 

təkrar olunur(303,  N  1). 

 

Qəzetdən 



götürülərək 

“Seçilmiş  əsərləri”nə  daxil 

edilən(379, 217) bu əsərində M. Hadi qeyd edir ki, Sabir kimi dahi 

bir şairin qədrini, təəssüf ki, sağlığında bilmədilər. Sabirin ruhuna 

xitabən o bildirir ki: 

 

Bir taqım cahilanü naəhlan, 



 

DüĢməni-fikri-feyzbarın idi. 

 

Həmzəbanilərindi biməğzan, 

 

Vətənin duzəxi diyarın idi. 

 

Sən yaĢarkən də xütteyi-ġirvan, 

 

Dirilərlə dolu məzarən idi. 

 

Ġstirahətgahi-ədəmdə bu gün, 

 

Uyu, amma ki, millətə küskün(303,  N 1).

  

M. Hadinin haqqında məlumat verəcəyimiz digər əsəri on 

misralıq  “Təbrik”  şeiridir(304,    N  2).  Bu  şeir  şairin  “Seçilmiş 

əsərləri”nə  də  daxil  edilmişdir(379,  218).  “1911-ci  ilin  başından 

etibarən 

Bakıda  hökumət  mətbəəsində  Xədicə  xanım 

Əlibəyovanın müdirəliyi və Mustafa bəy Əlibəyovun naşirliyi ilə 

çap  edilən”(393,    61)  həftəlik  “İşıq”  məcmuəsinin  ikinci 

nömrəsində çıxan bu şeirdən əvvəl belə bir qeyd verilmişdir: “Bu 

yanvar ayının 22-ci günü bəd əz zöhr hava qaranlıqlaşana yavuq 

Bakı  şəhərində  nisvani-müslimə  tərəfindən  yeni  təsis  və  intişara 

başlamış “İşıq” jurnalının birinci nömrəsini poçtdan aldım. Gözəl 

tərtibli,  sadəcə,  Azərbaycan  şivəsində  gözəl  təb  olunmuş  bir 

məcmuədir.  Baxusus  qarelərə  tərbiyeyi-ətfalı  layiqilə  tanımaq 

üçün  müslimə  övrətlərin  çocuğun  əlindən  yapışıb  işığı 

göstərməyini gözdən keçirdim. Xeyirli olsun”(303,  N  2).  




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə