Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə126/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   122   123   124   125   126   127   128   129   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



379 

adlı  şeirini  də  “Bəsirət”də  “Həyat  səhifələrindən”  başlığı  altında 

dərc  etdirmişdir(336,  N  23).  Bakıda,  sentyabr  ayının  23-də 

yazılmış    və  qəzetdə  digər  şeirlərində  olduğu  kimi 

“Əbdülsəlimzadə Məhəmməd Hadi” imzası ilə çıxan bu şeirin on 

iki  beyti  qəzetdən  götürülərək  M.  Hadinin  “Seçilmiş  əsərləri”nə 

daxil  edilsə  də(379,  256),  on  bir  beyti  nə  səbəbdənsə 

“unudulmuş”,  kitablarına  düşməmişdir.  Bir  korun  aqibətinin 

təsviri  olan  bu  tamamilə  realist  üslubda  olan  şeiri  şair  bu 

misralarla tamamlayır: 

 

Korların gözlərində Ģəblər var, 

  Onların könlü giryələr yaradar(336,  N 23).  

 

                                             **** 

             Məhəmməd  Hadi  cəbhəyə  gedənə  qədər  “İqbal”  və 

“Bəsirət” qəzetləri ilə yanaşı Salman bəy Tahirovun redaktorluğu 

ilə  Haşım  bəy  Vəzirovun  “Elektrik  “Səda”  mətbəəsində  çıxan 

“Sədayi-həqq”  qəzeti  ilə  də  əməkdaşlıq  etmiş    və  orada 

“Əbdülsəlimzadə Məhəmməd Hadi” imzası ilə həcmcə o qədər də 

iri  olmayan  bir  neçə  şeir  dərc  etdirmişdir.  Bunlardan  birincisi 

“Aini-tacgüzari münasibətilə İranın cavan şahına” şeiridir(343,  N 

156). Kitablarının heç birinə düşməyən bu şeir Qacar sülaləsindən 

olan  sonuncu  İran  hökmdarı  Əhmədəli  şahın  taxta  çıxması 

münasibətilə  yazılmışdır.  Bu  şeir,  əslində  təbriknamə  yox,  bir 

nəsihətnamədir. Əsərlərində İran mövzusuna geniş yer ayıran, bir 

vaxtlar  Şərqin  ən  abad  ölkələrindən  olan  bu  əsrarəngiz 

məmləkətin  hazırkı  pərişan  halına,  İranda  baş  vermiş  Məşrutə 

hərəkatına,  azadlıq  mücadiləsinə  silsilə  əsrlər  həsr  edən  şair  bu 

əsərində İranın təzəcə səltənət kürsüsünə oturan şahına:  

 

                

Ey bir qədim mülkün Ģahi-növcavanı, 

                  SolmuĢ o bağzarın, ey tazə bağçabanı!- 

sözləri  ilə  müraciət  edərək  bildirir  ki,  bir  zamanlar  “hər 

bağçasında  min  gül,  hər  guşəsində  gülşən”  ətir  saçan,  torpağı 

mərifət  günəşi  ilə  raplayan  bu  məmləkət  cəhl  və  zülm  əil  ilə  elə 

bir hala gətirilib ki, aləm bir-birinə qarışmış, hər tərəf qan və qəm 



İslam  Qəribli 

 

 



380 

qoxuyur. Bəs nə etməli, İranı düşdüyü səfalətdən necə qurtarmalı?  

“Dövlət işlərində elmin tələblərinə əməl etməsini vacib sayan”(11, 

170)  və bunu cavan şaha da məsləhət bilən şair qurtuluş  yolunu 

aşağıdakı kimi göstərir: 

   


Ey Ģahi-təxti pira, ey Əhmədi-cavanbəxt, 

    Bir Ģairi-səmimi eylər sənə nəsihət. 

    Təhsilinə davam et, ey Ģahi-elmpərvər, 

    Ol kiĢvəri-cəhalət elm istər, irfan istər! 

    ġiranə qüvvət ilə parlat Ģu afitabı, 

  Təmirə fikrin olsun ol aləmi-xərabı(343, N 156). 

 

14  iyun  1914-cü  ildə  Bakıda  yazılan,  “Əbdülsəlimzadə 



Məhəmməd  Hadi”  imzası  ilə  “Ədəbiyyat”  başlığı  altında  dərc 

olunan “Müəmmayi-kainat” şeiri(344, N 163) qəzetdən götürülüb 

M.  Hadinin  “Seçilmiş  əsərləri”nə  salınmışdır(379,  233).  Kiçik 

imla xətaları nəzərə alınmazsa, on beytlik bu şeirin qəzet mətni ilə 

kitab  mətni  arasında  fərq  yoxdur.  Lakin  tərtibçilər  doqquzuncu 

beytin  birinci  misrasına  M.  Hadinin  verdiyi  izahatı  unutmuş, 

kitaba  daxil  etməmişlər.  Həmin  misraya  verilən  izahat  belədir: 

“Həzrət Fikrət diyor ki: - Həqq qəvinin, demək şəririndir, Ən cəli 

hikmət:  əzməyən  əzilir!”.  Qeyd  edək  ki,  Tofiq  Fikrətin  bu 

fikrindən  M.  Hadi  “Qüvvət,  həyat,  ümid..”  şeirinin  on  altıncı 

beytində də izahat kimi istifadə etmişdir(316, N 671). 

 

 Mükəmməl şeir texnikasına və dərin fəlsəfi məzmuna malik 



olan  əsərində  şairi  düşündürən  əsas  məsələ  ondan  ibarətdir  ki, 

görəsən  dünyanın  işləri  nədən  əksliklər  və  ziddiyyətlər  üzərində 

qurulub?  Səbəb  nədir  ki,  xeyirlə  şərin  mübarizəsindən  məğlub 

olması vacib və zəruri olan şər qalib ayrılır? Vicdanı azların şan-

şərəf sahibi sayılması hansı məntiqə uyğundur?  

 

Dünyanın işləri baş-ayaqdır. Bir qrup “parlayan evlərdə can 



bəsləyir”, əksəriyyət isə  “atəşi-fəqrə” yanır. “Ağlayır, sızlar biri, 

min  dərd,  min  alam  ilə,  Başqa  bir  şəxsin  dodağı,  üzləri 

xəndanlıdır”. Haqq deyən, haqq söyləyən, haqq istəyənlər haqsız, 

əlində imkanlar, qüvvətə malik olanlar çirkab içində üzsələr belə 

haqlıdırlar. Nəhayət: 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



381 

 

 



Daima məğlub olan həqdir əlində qüvvətin, 

 

  Çünki  “qüvvət” ingilisli, “həqq” bir iranlıdır(379, 233) 

                                                                                           

 

 



M. Hadinin əsərlərinin çap olunduğu “Sədayi-həqq” qəzetu 

 

 

 

Təbii  ki,  bənzətməsində  tam  haqlı  olan  şair  ziddiyyətlərin 



mənbəyini nə yaradanda, nə də təbiətin qanunlarında axtarmır. O 

bilir  və  həm  də    bildirir  ki,    ədələtli  qanunlarla  idarə  olunmayan 

cəmiyyətlərdə  həqiqətin  riya,  qüvvət  önündə  məğlub  olması 

qaçılmazdır.  Bəs  nə  etməli?  Sualın  cavabını  əsrlərində  təkrar-

təkrar  verən  müəllif  cavabı  oxucuların  öhdəsinə  buraxır  və  heç 

şübhəsiz  ki,  oxucu  şairin  nəyə  işarə  etdiyini,  nə  istədiyini  çox 

yaxşı anlayır.  

  

M. Hadinin Birinci cahan savaşının ilk aylarında yazdığı və 



“Sədayi-həqq”  qəzetində  dərc  etdirdiyi  şeirlərdən  biri  də  iki 

bəndlik  “Ulduzlara  doğru”  şeiridir(345,  N  170).  M.  Hadinin 

“Seçilmiş  əsərlri”nə  daxil edilən bu şeir üçün(379, 286)  belə  bir 

izah verilmişdir: “ “SƏ”də (M. Hadinin 1957-cı ildə Bakıda nəşr 

olunmuş  kitabı  nəzərdə  tutulur  –  İ.  Q.)  bu  şerin  yazılma  tarixi 

1914-cü  il  kimi  göstərilir.  Lakin  onun  həmin  ildə  harada  nəşr 

edildiyini  müəyyənləşdirmək  mümkün  olmadı.  1923-cü  ildə  isə 

Bakıda “Maarif və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc 

edilmişdir”(381,  429).  Həm  qəzetdə,    həm  də  “Maarif  və 

mədəniyyət”  jurnalında  iki  bənddən  ibarət  olan  şeir  “Seçilmiş 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə