Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə122/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   118   119   120   121   122   123   124   125   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



365 

millətin  sabahına  nur  çilənən  nəcib  insan  adlandırır  və  inamla 

bildirir ki, çəkdiyin zəhmət itməyəcək və  arzuların həyata vəsiqə 

qazanacaqdı 

                                   **** 

M. Hadinin “İqbal” qəzetində şeirləri ilə yanaşı, məqalə və 

tərcümələri də dərc olunmuşdur. “Türkiyədəki acı müşahidələrim” 

adlı məqaləsində(311, N 588) böyük ümidlərlə getdiyi Türkiyədə 

gördüklərindən və başına gələnlərdən  acı-acı  gileylənən M. Hadi  

“İqbal”da  dərc  etdirdiyi  məqalələrində  daha  çox  ədəbiyyat  və 

sənət  məsələləri  ilə  bağlı  düşüncələrini  qələmə  alır.  “Açıq 

məktub”  adlı  məqalə(321,  N  703)  “İqbal”  qəzetinin  698-ci 

nömrəsində M. Hadini bir qədər tündməcazlıqda, əsərlərinin daha 

çox  cəmiyyətdə  və  insanlarıdakı  mənfiliklərdən  bəhs  etməsində 

suçlayan “M. M.” imzalı bir məktuba cavab kimi yazılmışdır. 

M.  Hadini  onu  guya  insanları  sevməməkdə  günahlandıran 

müəllifə  cavab  olaraq  yazır:  “Əzizim,  mən  insanları  ciddən 

sevənlərdənəm.  Layəzəli və layəmut məsləkimdir. Bir məslək ki, 

mənimlə  bərabər  yaşamaq  üçün  doğulmuşdur.  Fəqət  uzaqdan 

sevirəm. Gözlərində məali-istehfam görürəm. Cavab verəyim:  

İnsanlara yaxlaşdıqca təbəqeyi-sinema kimi surətlərində bir 

qarşıqlıq,  bir  ədəm  və  büuhiyyət  nümüyan  olur.  Əvvəlki  zövqi-

tamaşa  qalmayıb.  Bunun  üçündür  ki,  nəcabəti-əxlaqiyyə  və 

fikriyyəyə  malik  bulunan  ən  mümtaz  simalar  -  əksəriyyət  üzrə 

mərdümgürz, inzivanişin və güşəgüzin olaraq yaşayırlar, yaşamaq 

istəyirlər. “Nə insanlara qarışayım, görəyim, nə ürəyim bulansın”, 

- düsturunu xətti-hərəkət ittixaz edirlər və deyirlər ki: 

 

Yox cahanda zövqpərvər guĢeyi-vəhdət kimi, 



  Mən də qaçsam xoĢ bəĢərdən ülvi xasiyyət kimi. 

  Sanki duzəxdir təmsil etmiĢdir övladi-bəĢər, 

  ĠĢtə yaxlaĢdıqca ondan könlümə odlar düĢər( 321,  N 703).

   

M.  Hadi  daha  sonra  qeyd  edir  ki,  mənim  yazdıqlarım 

gördüklərimdir  və  insana  tənqidi  münasibətim  də  insana  olan 

sevgidən doğur. İnsanı sevdiyimdən, onu Xaliqin yaratdığı ən uca 

xilqət hesab etdiyimdən, onda pis əməl görəndə əsəbiləşib həmin 



İslam  Qəribli 

 

 



366 

pisliyi  təşxis  etmək  istəyirəm  ki,  bu  mənim  vətəndaşlıq  və 

yazıçılıq borcumdur. 

M.  Hadinin  “Seyid  Əzim  və  asarı”  adlı  məqaləsi(322,  N 

714)  onun,  mütəfəkkir  sənətkarın  ədəbi-nəzəri  görüşlərini  

izləmək  baxımından  maraq  doğurur.  Seyid  Əzim  Şirvanini 

“yaşayışları da  bəxtləri kimi qaranlıq, küskün və əməlləri bir zilli 

girizan olan ədəbi simalardan, parlaq nasehlərdən biri” adlandıran 

M. Hadi onun poetik irsinə yüksək qiymət verir. Müəllif qeyd edir 

ki,  Seyid  Əzim  kimi  sənətkarların  ədəbi  irsi  layiqincə  nəşr  və 

təbliğ olunmadığından,  əksəriyyətin bu böyük söz və  fikir adamı 

barədə  məlumatları  çox  bəsitdir.  Düzdür,  o,  Seyid  Hüseynin 

“İqbal” qəzetində Seyid Əzim haqqında çap olunan məqalələrini 

təqdir  edir  və  bildirir  ki,  bunalr  lazımı  addımlar  olsa  da,  hələ 

böyük şairi tanıtdırmaq sahəsində  kafi deyil. M. Hadinin fikrincə, 

Seyid Əzimdən yazmaqla bərabər, onun əsərlərini də çap etdirmək 

gərəkdir ki, o böyük xəzinə it-bata düşərək məhv olmasın. 

 M.  Hadi  çox  gözəl  bilirdi  ki,  Seyid  Əzimin  klassik  ədəbi 

şedevrləri  ilə  yanaşı,  həcvləri  də  var  və  bu  həcvlərin  bir  çoxu 

Seyid  Əzimi  hörmətə  mindirməkdənsə,  hörmətdən  salır.  Bunları 

nəzərə alaraq  qeyd edirdi ki, Seyid Əzimin o qəbil əsərlərini dərc 

etmək  lazımdır  ki,  onlar  böyük  şairin  adına  xələl  gətirməsin. 

Amma  Seyid  Əzimin  oğlu  Mircəfərin  ağına-bozuna  baxmadan 

onun həcvlərininin nəşrinə icazə verməsi, M. Hadiyə görə, Seyid 

Əzimin ruhuna hörmətsizlikdən başqa bir  şey  deyil.  Bu xüsusda 

M.  Hadi  yazır:  “Keçən  il  Seyid  Əzim  və  əzəmin  nəşr  olunan 

əsərlərinə  zavallı  şairin  mabədi-həyatı  olan  Mircəfər  əfəndinin 

qəfləti-təğafüli  nəticəsi  olaraq  pədəri-möhtərəminin  səhneyi-

ədəbiyyata  çıxması  heç  də  lazım  olmayan  həzliyyat  və 

həcviyyatını da, yüz min təəssüflər osun ki, təb və nəşr etdirməyə 

böyük bir günahi-ədəbi işləmişdir. Ədəbiyyat və ictimaiyyətə aid 

olan  bu  cinayət  və  ictmaiyyənin  məhkəməsi  tarixi-biimandır. 

Müstəntiqlərin  müddəai-ümumiləri,  rəis  və  əzaları  da  yenə  o 

biiman  və  bitərəf  müvərrixlərdir.  Qəzetələr  divan,  istintaq  və 

isticvab  olmadıqları  üçün  indilik  biz  sükuti-ixtiyar  edərək  bu 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



367 

işlənmiş olan cinayəti-ədəbiyyə günahkarını tarixin divani-alisində 

toplanacaq  olan  adil  bitərəf  və  həqiqətin  zühuryaftə  olmasından 

başqa  məqsədləri  olmayan  tarix  hakimlərinin  əllərinə  təslim 

ediriz.  Fəqət  təcrübəkar  atalarımızın  bir  sözünü  də  söyləməkdən 

məni-nəfs  edəmiriz:  SÖZ  VAR  XALQ  ARASAINDA,  SÖZ 



VAR XÜLQ ARASINDA(322,  N 714). 

Daha  sonra  müəllif  üzünü  Seyid  Əzimin  oğluna  tutaraq 

deyir: “Nəzakəti-ədəbiyyə naminə söyləyiriz, möhtərəm müəllim 

Mircəfər cənabları! Bu zikr olunan hikməti-ədəbiyyə və fəlsəfeyi-

ictimaiyyədən  “qəflət”  deyil,  bəlkə  də,  təğafül  etmiş,  ədəbyyata 

qarşı incəlik və hörmət göstərməmişdir. Eşitdiyimizə görə, Seyid 

həzrətlərinin  sərbəst  İranda  dəstgahi-təb  bulunmaqda  güclük 

çəkməyən əşar məcmuəsi ilk əvvəl möhtərəm “Tərcüman” qəzeti 

sahibi  İsmayıl bəy  əfəndiyə  bərayi-təb  verilmək istənilmiş,  fəqət 

məzkur  məcmuəni  təshihsiz  və  təsfiyəsiz  təb  edilməyəcəyi 

nəzakətpərvər  İsmayı  bəy  tərəfindən  ixtar  olunmuşdur.  Nə  isə... 

Keçən keçmiş, hala baxalım...”(322,  N 714). 

M.  Hadi  onu  da  bildirməyi  vacib  sayır  ki,  Seyid  Əzimin 

hələ  çap  olunmamış  xeyli  əsəri  var  və  nədənsə  oğlu  Mircəfər 

onları  nə  özü  çap  etdirmir,  nə  də  çap  üçün  başqalarına  vermir. 

Müəllif 


sual  edir:  “Mircəfərin  bunları  guşeyi-nisyanda 

saxlqamağında  məqsədi  nədir  və  nə  ola  bilər?  Əcəba,  Mircəfər 

cənablarının  pək  əla  bilməsi  lazım  gəlir  ki,  ədiblərin  mərukat  və 

morusati-qələmiyyəsi olmalıdır. Nasıl ki, şüəra və üdəbnın özləri 

də  insaniyyət  malıdır.  Ədiblərin  sərvəti-fikriyyə  və  sərmayeyi-

qələmiyyələri xəsis və ləim olan zənginlərin altunları deyil ki, də-

mir sandıqlar içində səssiz-sədasız qalsın da onlardan istifadə edil-

məsin. 


Bu  gün  hər  şeydən  ziyadə  ədəbi-ictimai  fikir  sərvətlərinin 

məhsullarına  möhtac  olan  millətimiz  günah  deyilmidir  ki,  böylə 

əsərlərdən nəsibədari-həsti olmasın?”(322,   N 714). 

Seyid Əzim irsi ilə bağlı düşüncələrini dilə gətirən müəllif 

məqalənin  sonunda  narahatlıqla  bildirir  ki,  təkcə  Seyid  Əzimin 

deyil,  başqa  şairlərin,  o  cümılədən  Molla  ağa  Bixudun  da  çap 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə