Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə120/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   116   117   118   119   120   121   122   123   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



359 

 

 



 

IV  F Ə S Ġ L 

 

M. HADĠNĠN ƏDƏBĠ   FƏALĠYYƏTĠNĠN  SON  ĠLLƏRĠ 

 

IV.1.  TÜRKĠYƏDƏN  QAYIDAN  ƏDĠBĠN ƏSƏRLƏRĠ 

AZƏRBAYCAN DÖVRĠ   MƏTBUATINDA 

 

 

1913-çü  ilin  axırlarında  üzüntülü  Türkiyə  səfərindən 

Azərbaycana  qayıtmağa  müvəffəq  olan  M.  Hadi  yenidən 

mətbuatla  əlaqələrini  bərpa  edir,  “Tatarski-polk”un  tərkibində 

müharibəyə  gedənə  qədər  əsrlərini  “İqbal”,  “Sədayi-həqq”  və 

“Bəsirət” qəzetlərində dərc etdirir.  

Bakıya  qayıdan  M.  Hadi  Qarabəy  Qarabəyli  tərəfindən 

müalicə edildikdən sonra(Ətraflı bax: 76,  İ. Qəribli, “Tanış həkim 

kimdir?,  “Elm  və  həyat”,  1985,  N  10,  s.  10)  )  Seyid  Hüseynin 

redaktoru olduğu “İqbal” qəzetinə çalışmağa başlayır və 1914-cü 

ilin  sonlarına  kimi  qəzetin  səhifələrində  həm  şeirləri,  həm  də 

publisistik əsərləri nəşr olunur. 

M. Hadinin  “İqbal” qəzetində dərc olunmuş şeirləri, əsasən 

aşağıdakılardır: “Cinsi-lətifə”(306, N 532), “Ağlayan şeirlər”(307, 

N  580),  “Nisviyyət  təranələri”(308,  N  581),  “Əzhari-əfkar, 

neçin?”(309, N 586), “Pəyami-dilaram”     (310, N 587), “Bahari-

əfkar,  qaçma”(312,  N  590),  “Dün  axşamın  ilhami-

yetimanəsi”(314,    N  603),  “Asi  şeirlər”(315,  N  615),  “Qüvvət, 

həyat,  ümid..”(316,  N  671),    “Növxəndə  çiçəklər”(317,    N  673),  

“Xəluqun  pədəri”(318,  N  691),  “Xəndeyi-zəfər”(319,  N  696), 

“Timsali-məlal,  hüsni-məhzun”(320,  N  700),  “Şərareyi-

əfkar”(322,    N  714),  “Xabgahi-mövta,  ilhamati-əmvat”(323,    N 

723), “Açıq və aydın düçşüncələr”(324, N 731),  “Livayi-zəfərin 

tamaşası”(325, 

N  744),  “Ümid  səhneyi-tamaşayi-həyatın 



İslam  Qəribli 

 

 



360 

ruhudur”(326,  N  747),  “Böyük  İsmayıl  bəy”(327,    N  757). 

Sonuncusu istisna olmaqla qalan şeirlər ya olduğu kimi, ya da cüzi 

dəyişiklərlə 

M. 

Hadinin 


“Seçilmiş 

əsərləri”nə 

daxil 

edilmişdir(379;  219,  221-222,  223,  224-225,226,  227-228,  229, 



230,  231-232,  235,  236,  237,242,  243-244,  248,  252-253,  254-

255). 


 

 

    



M. Hadinin çalışdığı və əsərlərini nəşr etdirdiyi “İqbal” qəzeti 

 

“Ağlaqyan şeirlər” “Ustad Əkrəmə” ithafı ilə görkəmli türk 



şairi  Mahmud  Əkrəm  Rəcaizadənin  ölmü  münasibəti  ilə  qələmə 

alınmış,  bu  əsərdə  M.  Ə.  Rəcaizadə  adı  və  əsərləri  əbədi 

yaşayacaq bir sənətkar kimi vəsf olunmuşdur. 

Qadın azadlığı mövzusunda olan “Nisviyyət təranələri” şeiri 

“İqbal”  qəzetinin  18  fevral  1914-cü  il  581-ci  nömrəsində  dərc 

olunsa da, “Seşilmiş əsərlər”də şeirin dərc olunma tarixi 17 fevral 

1914-cü il, N 586 kimi göstərilmişdir(381,  426). 

“Seçilmiş  əsərlər”ə  “Əzhari-əfkar”(379,  224-225)  adı  ilə 

salınmış  şeir  qəzetdə  belə  bir  adla  getmişdir:  “Əzhari-əfkar, 

neçin?”.  Şərq  aləmi  ilə  Qərb  aləminin  müqayisəsi  kimi 

düşünülmüş,  Qərb  qadınlarından  fərqli  olaraq  Şərq  qadınlarının 

acınacaqlı həyatını özündə əks etdirən bu şeirə sərlövhədən qabaq 

belə  bir  qeyd  verilmişdir:  “Müəllim  möhtərəm  Qənizadə 

Sultanməcid  bəradərimə  ithaf”.    Sonluğunada  “Əbdülsəlimzadə 

Məhəmməd  Hadi”  imzası  qoyulan,  Qərbin  böyük  sənətkarları 

olan  Şeksrir  və  Şillerin  adları  hörmətlə  xatırlanan  şeirə  müəllif 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



361 

tərəfindən  aşağıdakı  izahlar  verilmişdir:  “1.  İnsan  mədəniyyəti-

hazirə ilə Şərqi müqayisə edərkən bir “neçin?” qarşısında qalır; 2. 

Almanların məşhur şairi Şiller də çox fəqir imiş. Yazdığı ləyamut 

şeirləri  qəzetlərə  satmaqla  keçinərdi”.  Xatırladaq  ki,  nə  bu 

qeydlər,  nə  də  şeirin  S.  M.  Qənizadəyə  ithaf  olunması  tərtibçilər 

tərəfindən heç bir lüzum olmadan kitablara salınmamışdır.  

Qadın azadlığı məsələsinə həsr olunan üç bəndlik  “Pəyami-

dilaram”  şeiri  İstanbulda  qadınların  darülfununa  qəbulu 

münasibəti  ilə  yazılmış  və  müəllif  tərəfindən    şeirə  tərtibçilərin 

ixtisar  edərək  kitaba  salmadığı      belə  bir  qeyd  verilmişdir: 

“Türkiyə  qızlarının  darülfünuna  qəbulunu  son  gələn  İstanbul 

qəzertələri yazıyor”.  

M.  Hadinin  “Seçilmiş  əsərləri”nə  “Bahari-əfkar”  adı  ilə 

daxil  edilən  və  birbaşa  şairin  azadlıq  idealını  əks  etdirən  şeir 

qəzetdə “Bahari-əfkar : qaçma” adı ilə getmiş, sərlövhədən sonra 

belə  bir  qeyd  verilmişdir:  “Rəsulzadə  Məhəmməd  Əmin 

qardaşıma”. Qəzetdə şeirin yazılma tarixi “Bakı, 28 fevral 1914” 

kimi  göstərilmiş,  həm  sərlövhədən  sonrakı,  həm  də  şeirin 

sonluğundakı qeyd “Seçilmiş əsərləri”nə düşməmişdir. Xatırladaq 

ki,  həmin  vaxt  “İqbal”  qəzetinin  müdiri  Məhəmməd  Əli 

Rəsulzadə,  baş  mühərriri  –  redaktoru  isə  Məhəmməd  Əmin 

Rəsulzadə idi. 

1914-cü il mart ayının 11-də yazılmış “Dün axşamın ilhami-

yetimanəsi”  şeiri  qəzetdə  sərlövhədən  sonra  belə  bir  qeydlə  nəşr 

olunmuşdur: “Hüseyn Sadiq qardaşıma”. Müəllifin bu qeydi çap 

kitablarının heç birində verilməmiş və qəzetin 18 mart 1914-cü il, 

603-cü  nömrəsində  çıxan  bu  şeir  kitablarında  səhvən  bu  qeydlə 

dərc  olunmuşdur:  “1  aprel  1914,  N  603”(381,  426).  Düzdür, 

qəzetin  1  aprel  nömrəsində  M.  Hadinin  şeiri  dərc  olunmuşdur, 

lakin bu, 19 beytlik qəsidə formalı yuxarıda adını çəkdiyimiz şeir 

deyil, yeddi beytlik  məsnəvi formalı “Asi şeirlər” adlı əsəridir. 

M.  Hadinin  yaxın  dostu  Manafzadə  Sabitə  həsr  etdiyi 

“Qüvvət,  həyat,  ümid...  Yaşamağı  sevirəm”,  “Yeni  Füyuzat” 

yurnalının  redaktoru  Əlipaşa  Hüseynzadə  Səburə  ithaf  etdiyi 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə