Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə123/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   119   120   121   122   123   124   125   126   ...   147

İslam  Qəribli 

 

 



368 

olunmamış əsərləri aralıqda qalıb və əgər sahib duranı olmasa, it-

bata düşüb tarix səhnəsindən silinəcəklər.  

 

 



M. Hadinin “Eşqi-möhtəşəm” kitabının titul səhifəsi 

 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



369 

 

M.  Hadi  “İqbal”  qəzetinin  səhifələrində  “İlhami-Xəyyam” 

adlı silsilə tərcümələr də nəşr etdirmiş(313, N 608, 703, 709, 715, 

720),  bu  tərcümələr  qəzetdən  götürülərək  M.  Hadinin  “Seçilmiş 

əsərləri”nə daxil edilmişdir(379, 425-427).  

 

 



                                       **** 

 

 

 

 

  “İqbal” qəzeti ilə yanaşı  M. Hadi 1914-cü il aprel ayının 

12-də,  şənbə  günü    Hacı  İbrahim  Qasımovun  redaktorluğu  ilə 

nəşrə başlayn “Bəsirət” qəzeti ilə də yaxından əlaqə saxlamış, həm 

müharibəyə  gedənə  qədər,  həm  müharibədə  olduğu  zaman,  həm 

də  cəbhədən  qayıdandan  sonra  əsərlərini  bu  qəzetdə  dərc 

etdirmişdir. 

M. Hadinin “Bəsirət”lə əməkdaşlığı  qəzetin redaktoru Hacı 

İbrahim Qasımova (qəzetdə  “Hacı  İbrahim qardaşıma ithaf” –  İ. 

Q.) ithaf etdiyi “Yadi-vətən” şeiri ilə başlanır(328, N 11). Qəzetdə 

“Şirvani  Əbdülsəlimzadə  Məhəmməd  Hadi”  imzası  ilə  çıxan  bu 

şeir  M.  Hadinin  “Eşqi-möhtəşəm”  kitabında  da  dərc 

olunmuş(Bax:  M. Hadi. “Eşqi-möhtəşəm”, Bakı-1914, s. 43-45) 

və  həmin  kitabdan  götürülərək  şairin  “Seçilmiş  əsərləri”nə  daxil 

edilmişdir(379,  282-283).  Sərlövhədən  sonra  “Şirvanda  “Nicat”” 

sözləri  verilmiş  əsərin  mətni  altıncı  beytdəki  “şərhi-dirəxşan” 

(kitabda  “mehri-dirəxşan”  –  İ.  Q.)  ifadəsi  istisna  olmaqla,  tam 

eynidir.  Qəzetdə  M.  Hadi  tərəfindən  şeirə  verilən  bir  izah  da 

kitablara(“Eşqi-möhtəşəm”  və  “Seçilmiş  əsərləri”  –  İ.  Q.) 

düşməmişdir ki, həmin izahı olduğu kimi burada veririk: “Şirvan 

şairlərindən  Zülalinin  bir  şükufeyi-xəyalını  qare  və  qareələrin 

pişgahi-nigahına səriyorum: 

 

Qürbətdə deyirdin ki, Zülali, vətənim bar, 



  Qara sular ensin gözünə, bu , vətən oldu?(328,  N 11). 

Bakıda  1906-cı  ildə  yaradılmış  “Nicat”  xeyriyyə 

cəmiyyətinin  Şamaxıda  yaranmış  şöbəsinin  fəaliyyətə  başlaması 

münasibətilə  yazılmış  on  beş  beytlik  bu  şeir,  əslində,  Şirvanın 

keçmişi ilə bu gününün bir növ müqayisəsidir. Bəşər mədəniyyəti 

tarixinə  Xaqani  Şirvani,  Fələki  Şirvani,  Bahar  Şirvani,  Seyid 




İslam  Qəribli 

 

 



370 

Əzim  Şirvani,  Molla  ağa  Bixud,  Mirzə  Ələkbər  Sabir  kimi 

şəxsiyyətlər  bəxş  etmiş  Şirvanın  bu  günkü  halı  heç  də  ürəkaçan 

deyil  və  şair  bu  qənaətdədir  ki,  Şirvanda  fəaliyyətə  başlayan 

“Nicat”  cəmiyyəti  ictimai-mədəni  mühitdə  bir  canlama  əmələ 

gətirəcək və beləliklə: 

 

Küskün vətənim, gözlərin aydınlanacaqdır, 

  Aydınlanacaq, parlayacaq, canlanacaqdır(379,  283). 

M.  Hadinin  “Bəsirət”  qəzetində  dərc  olunan  ikinci  əsəri 

“Qan  tökən  müsəlmanlara  qırmızı  sözlər”  adlı    kəskin  ictimai 

məzmunlu şeirdir(329, N 13). Şairin bir çox başqa şeirləri kimi  on 

dörd  beytlik  bu  əsər  də  tədqiqatçıların  nəzərindən  yayınmış, 

kitablarının heç birinə düşməmişdir. 



   

Qan içənlər, oxuyun, bəlkə də təsiri olur, 

    Öylə söz var ki, dilin badeyi-tənviri olur,- 

beyti ilə başlanan  şeirində şair bildirir ki,  əlimizdən gələni etməli

yazmalı  və  cəmiyyətə  anlatmalıyıq  ki,  insanların  bir-birilərinin 

qanlarına susamaları bəşəriyyətin məhvinə səbəb olacaq qaçılmaz 

bir  bəla,  sağalmaz  bir  yaradaır.  “Bir-birinin  düşməni,  cəlladi-

həyatı” olan insanları barışdırmaq üçün yollar 

 

              M. Hadinin əməkdaşlıq etdiyi “Bəsirət” qəzeti  



     

axtarılmalıdır.  Yolun  birincisi zülmdən  əl çəkib mərhəmət sahibi 

olmaqdan  ibarətdir.  Təbii  ki,  M.  Hadi  bir  çox  başqa  əsərlərində 

olduğu  kimi,  burada  da  moizə,  nəsihət  yolunu  tutmur,  yatmış 

vicdanları  oyatmaq  üçün  bir  başa  kəskin  və  ittihamedici  şəkildə 

vicdan sahiblərinin özlərinə müraciət edir. Şair deyir: 

 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



371 

   


Ey gözləri ağlar qoyan, ey zümreyi-əĢrar, 

    Qan içmədə ləzzət duyan, ey firqeyi-xunxar! 

    Qan tökmədə, qan içmədə ciddən hünərin var, 

    Xəncərlərinin yazdığı qanlı əsərin var! 

    Ey bəxtiqara qövm, bir az öz halına ağla, 

    Matəm bürünən çöhreyi-iqbalına ağla! 

    QardaĢ qanıdır sağərinin abi-Ģərabı, 



    Bir gör də yazıq aileyi-qəlbi kababı(329,  N 13). 

 

Bu  ittihamdan  sonra  şair  Şərq    müdriki  Sədinin  bütün 



zamanlar üçün diri 

olan fikrini diqqətə çatdırır: 

   

Sədi, o cahan Ģairi, ol dahiyi-ġiraz, 

    Bax gör nə deyir aləmə etmək üçün ağaz: 

    “Bir qətrə bəĢər qanına dəyməz ki əvalim, 

    Bir kərrə düĢün yapdığını, qırmızı zalim! 

    Bir qətrə bəĢər qanı cahandan da bahalı, 

    Ey bəxti qaranlıqda qalan qanlı əhali!”(329, N 13). 

  Fikrimizcə,  qan  tökərək  ailələri  məhv,  geniş  dünyanı  həm-

cinslərinin başına təng    -  dar  edənlərə  bundan tutarlı söz demək, 

bəlkə də çətindir.  

Yeri gəlmişkən qeyd edək ki, bяшяриййяти мящрумиййят 

вя фаъияляря дцчар едян Биринъи дцнйа мцщарибясиня фяал 

цсйанкар  мцнасибяти  иля  сечилян  Azərbaycan    сяняткар-

лардан  ян  эюркямлиси  вя  бялкя  дя  биринъиси  Мящяммяд 

Щади иди.  

1914- ъи илдя бейнялхалг импереализмин ишьалчылыг 

сийасяти  нятиъясидя  башлайан  мцщарибя  юзцнягядярки 

мцщарибялярин  ян  дящшятлиси  иди.  Бу  мцщарибядя  он 

милйон  няфяр  -  о  вахта  гядярки  бцтцн  мин  ил  ярзиндя 

Авропада  баш  вермиш  мцщарибялярдяки  гядяр  адам 

гырылмыш,  ийирми  милйонадяк  адам  шикяст  олмуш, 

милйонларла адам аълыг вя епидемийадан тяляф олмушду. 

Йарадыъылыг  биографийасы  эюстярир  ки,    M.    Щади 

зяманясинин,  демяк  олар  ки,  щеч  бир  мцщцм,  тарихи 

щадисясини 

сцкутла 


гаршыламамышдыр. 

Иътимаи 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə