Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə127/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   123   124   125   126   127   128   129   130   ...   147

İslam  Qəribli 

 

 



382 

əsərlər”də  (378,  379;  239,  286)  üç  bənd  şəklində  verilmişdir. 

Kitablarda verilən sonuncu: 

 

 



Nücumi-zahirəyə hakimiyyət etmək üçün – 

 

  Baxın bu zadeyi-ərzə səmayə pərrandır. 

 

  ġimal qütbünü fəthə sürür səfineyi-fəth, 

 

  Cahanpəsənd bu əzmafərinə Ģayandır, - 

bəndi  “Maarif  və  mədəniyyət”  jurnalında  ayrıca  şeir  kimi 

verilmişdir.   

     


  Шеiрин  икинъи  бяндинин  цчцнъц:  “Шимди  одлар 

йаьдыран 

тяййарейи-хакинижад”-мисрасы 

бу 


шеiри 

мцщарибя  мювзулу  шеiр  кими  тящлил  етмяйя  ясас  верир. 

Шеiрдя  диггяти  ъялб  едян  нядир  вя  мцяллиф  идеалы  нядян 

ибарятдир?  

М.  Щади  лирикасындакы  эяляъяйя  инам  мотиви  бу 

шеiрдя  чох  эцълц,  апарыъы  хятти  тяшкил  едир.  Тяййаряляр 

эюйдян  од  тюкцр,  дцнйа  даьылыр,  лакин  шаир  охуъусуну 

инандырмаг  истяйир  ки,  бир  эцн  эяляъяк    мцщарибя 

гуртараъаг.  Яэяр  инди  тяййаряляр  эюйдян  од  тюкмякля 

инсанын зящрини йарырларса, онда инсан зякасы иля Шимал 

гцтбцнц  кяшф  етмяк  цчцн  истифадя  олунаъаглар.  Ялбяття, 

йазылдыьы  дюврцн  щядсиз  драматизмини  нязяря  алараг  бу 

узагэюрянлийя йцксяк гиймят верилмялидир.  

M.  Hadinin  “Sədayi-həqq”də  çıxan  şeirlərdən  biri  də 

“Qiymətli  və  dəyərli  həmaqət”  əsəridir(346,  N  187).  Bu  şeir  də 

indiyə  kimi  tədqiqatlardan  kənarda  qalmış  və  şairin  heç  bir 

kitabına  düşməmişdir.  Yunan  filosofu  Əflatunu  və  onun  ölüm 

ayağında  ikən  söylədiyi  məşhur  “Dünyadan  həsrətlə  gedirəm..” 

kəlamını  xatırladan  şair  bildirir  ki,  dünyada    insanın  yaşayışı  nə 

qədər çətin keçsə də, o, həyatdan doymaq istəmir, yaşamağı əzab 

olsa  belə,  bu  əzablı  dünyanı  kimsə  könüllü  tərk  etmir.  Bu  isə 

qocalmaqdansa  daima  yeniləşən,  bakirələşən  dünyanın  əzəli  və 

əbədi qanunudur.  

“Şairlərə  ithaf”  qeydi  ilə  dərc  olunan  “Zamanın 

məzhəkələri”  şeiri(347,    N  191)  zəmanənin  üzü  qara  məxluqa 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



383 

çevirdiyi  şairlərin  yaşam  tərzi  barədədir.  Şairin  “Seçilmiş 

əsərləri”nə  salınan  iki  bəndlik  şeirində(379,  234)  kitabın 

satılmamasından,  şeirin  oxunmamasından  gileylənən  şair  bildirir 

ki,  ilhamımızın  övladı  olan  şeirimizə  maraq  göstərib  yiyə  duran 

olmadığından ilhamımız qəlp pula döndü və hamımız yazıq günə 

düşdük.  “Boynu  buruq,  kisəsi  boş,  könlü  qan”  olan  biz  qələm 

sahibləri  kitablarımızı  satılmaq  üçün  qoyduğumuz  dükanlara 

gedəndə  pul  əvəzinə  giley-güzar  alırıq.  Kitab  satanın  üzünə 

baxanda ondan bu sözləri eşidirik: 

  Kitabçı söylər: “ġeirə yox baxan!”(379,  234). 

Bəndlərin sonunda təkrarlanan: 

  Satılmayır zadeyi-ilhamımız, 

  “Çox yazıq olduq”,- deyirəm hamımız,- 

misralarında  M.  Hadinin  yaşadığı  dövrdə    şairə,  şeirə  və  sənətə 

qiymət verilmədiyinin şahidi oluruq. 

 

M. Hadinin “Sədayi-həqq”də çıxan daha iki şeiri vardır ki, 



bunlar  da  tədqiqatçıların  nəzərindən  yayınmış  və  sənətkarın  heç 

bir kitabına düşməmişdir. Əsərlərdən  birincisi “Türklərin yeganə 

filosofu Rza Tofiq həzrətlərinə”(348, N 194), ikincisi isə “Həyati-

bəşər” adlanır(349,  N 196). 

 

Rza Tofiqi “mərifətin, fəlsəfənin mənbeyi-nuru”, qələmini 



“mizrabi-həqiqət”  adlandıran  M.  Hadi  təəsüflə  bildirir  ki,  sənin 

parlaq  fikilərin  və  həqiqəti  yazan  qələmin  milləti,  insanlığı  haqq 

yola  dəvət  etsə  də,  bu,  mümkün  olmadı.  Vəhşətlər  diri  qaldı  və 

əqlin, kamalın, elmin nadanlığın, zəlalətin qarşısında zəbun oldu. 

Fikrində tərəqqi və hürriyyət  yaratmaq istədiyin insan –  “zadeyi-

xak”  “əvvəlki  təbiisində”  qaldı  və  dəyişmək  istədiyin  dünya  

dəyişmədi  ki,  dəyişmədi  və  beləcə  “İnsan  hələ  Məcnun,  cahan 

səhni-cünundur”.  

 

Həp əski gücündə yenə bazuyi-məsiət, 

Həp köhnə iĢində yenə qanuni-təbiət. 

 

ĠĢtə “mədəniyyət” deyiriz: - VəhĢəti-əkməl, 

 

Ġnsanda təkamül bumu? Ey zatı mükəmməl!(348,  N 194). 



İslam  Qəribli 

 

 



384 

 

Nədən mədəniyyət əsri olan XX əsrdə insan övladı ağlına 



gələni etməkdən usanmır və niyə, nə səbəbə: 

 

Öz bildiyini yapmada hala da bəĢərzad, 



 

Sən söylə! Nə dersən buna, ey möhtərəm ustad?!(348,  N 194). 

 

Təbii  ki,  Rza  Tofiqə  unvanlanan  bu  ritorik  sualın  cavabı 

bəllidir  və  müəllif  cavabı  söyləməyə  ehtiyac  görmür.  Anlaşılan 

budur ki, bəşəriyyəti qan dəryasında boğmaqda olan Birinci dünya 

müharibəsini törədən insan nə qədər mədəniyyətdən, təkamüldən 

danışsa  da,  ürəyindəki  məkrin  həqiqətə,  iblisin  mələyə  qalib 

gəlməsi onu dəli, dünyanı isə dəlilər səhnəsinə - dəli yığıncağına 

döndərməyə yetərlidir. 

 

“Həyati-bəşər”  şeiri  də  məzmun  və  ideyaca  birinci  şeirlə 



yaxından səsləşir.  

Hafizin “Gər to nəmipəsəndi təğyir dəh qəza ra!” misrasını şeirinə 

epiqraf kimi verən şair yazır: 

 

AğlayıĢlar məclisi-dəhrin sədayi-tarıdır, 



 

Sanki mizrabi-həqiqət bu səda məftunudur. 

 

Leyliyi-amaldır pərdə, bəĢər Məcnundur, 

Dərdü qəm insanların  ruzi-əzəldən yarıdır(349, N 196). 

 

Göründuyü  kimi,  1914-cü  ilin  yay  aylarında  yazıb 

“Sədayi-həqq” qəzetində dərc etdirdiyi şeirlərində mütəfəkkir şairi 

düşündürən,  məşğul  edən  məsələlər  yenə  də  insan  və  onun 

cəmiyyətdki  mövqeyi,  ziddiyyətlər  üzərində  qurulan  və  ədələtsiz 

qanunlarla  idarə  olunan  dünyadakı  qarışıqlığın  səbəblərinin 

axtarılması problemləridir. 

 

 



IV. 2.  M. HADĠ  MÜHARĠBƏDƏ.  CƏBHƏDƏN    YAZDIQLARI 

MÜXTƏLĠF MƏTBUAT ORQANLARINDA

 

          

Məhəmməd  Hadinin    ъябщя  щяйатынын  илк  эцнляри 

1914-ъц  илин  сону,  1915-ъи  илин  əvvəllərinə  тясадцф  едир. 

Мялумдур  ки,  йерли  буржуазийа  чаризмя  сядагятини  сцбут 

етмякдян  ютрц  милли  дивизийалар  тяшкил  едир,  ордуну 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə