Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə135/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   131   132   133   134   135   136   137   138   ...   147

İslam  Qəribli 

 

 



406 

Azərbaycan  Demokratik  Cümhuriyyətinin  tarixi  zərurət 

ucbatından bir müddət Gəncədə fəaliyyət göstərməsi ilə əlaqədar 

olaraq  Cümhuriyyətin  rəsmi  orqanı  olan  “Azərbaycan”  qəzeti  də 

Gəncədə  nəşr  olunmağa  bəşlamış,  paytaxt  Bakıya  köçürüləndən 

sonra  isə  fəaliyyətini  Bakıda  davam  etdirmişdir.  Ceyhun  bəy 

Hacıbəyli  və Şəfi bəy  Rüstəmbəylinin müştərək redaktorluğu ilə 

çıxan  qəzetin  ilk  nömrəsi  (  Ş.  Rüstəmbəyli  həm  də  qəzetin  rus 

variantının  redaktoru  idi)  1918-ci  ilin  sentyabr  ayının  15-də  içıq 

üzü  görmüş  və  qəzet  dörd  nömrəsi  Gəncədə,  qalan  nömrələri 

Bakıda çıxmaqla 1920-ci ilin 27 aprelinə, XI ordunun Bakını işğal 

edib demokratik hakimiyyəti qəsb etməsinə qədər davamlı şəkildə 

nəşr  olunmuşdur.  C.  Hacıbəylinin  Ə.  Topçubaşovun  rəhbərlik 

etdiyi  nümayəndə  heyətinin  tərkibində  1919-cu  ilin  yanvarında 

Paris  sülh  konfransında  iştirakı  ilə  bağlı  olaraq  sonrakı  dövrdə 

qəzet  Üzeyir  bəy  Hacıbəylinin,  bir  neçə  nömrəsi  isə  Xəlil 

İbrahimin redaktorluğu ilə çıxmışdır. 

Azərbaycanın Rusiya imperiyasının  yüz ildən artıq  davam 

edən  dırnaqarası  himayədarlığından  qurtularaq  öz  müstəqilliyini 

elan  etməsini  sevinc  və  böyük  ümidlərlə  qarşılayan  M.  Hadi 

“Həyat”,  “Füyuzat”,  “Tazə  həyat”,  “Tərəqqi”,  “Səda”  və  s. 

mətbuat  orqanlarinda  olduğu  kimi,  “Azərbaycan”  qəzetinin 

səhifələrində həm odlu-alovlu şeirləri, həm də kəsərli  publisistik 

yazıları  ilə  çəxış  etmiş,  duyğu  və  düşüncələrini  mütəfəkkiranə 

tərzdə  oxucuları  ilə  bölüşmüşdür.  İdealına,  yəni  millətə  xidmət 

amalına yaradıcılığının əvvəlindən sonuna qədər sadiq qalan  M. 

Hadinin  bu  qəzetdə  çıxan  ilk  əsəri  birinci  nömrədə  çap  olunan 

“Türkün nəğməsi” şeiri, son əsəri isə 2 may 1919-cu ildə, 170-ci 

nömrədə dərc olunan “Kor soqqur” şeiridir. 

Qeyd  edək  ki,  bu  məsələ,  yəni  M.  Hadinin  “Azərbaycan” 

qəzetində  dərc  olunmuş  əsərləri  bu  və  ya  digər  dərəcədə  bizdən 

əvvəl 


araşdırılmış, 

Aybəniz 


Əliyevanın(Gəngərli) 

“Azərbaycan”(1918-1920)  qəzetində  ədəbiyyat  məsələləri” 

monoqrafiyasında(38;  44,  62,  64,  65,  67,  68,  70),  Alxan 

Bayramoğlunun 

“Azərbaycan 

Demokratik 

Cümhuriyyəti 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



407 

dövründə ədəbiyyat” kitabında (21; 33, 34, 36, 37, 39, 40, 42, 43, 

44,  48,  49),  Əflatun  Saraclının  “Azərbaycan  yazıçıları 

cümhuriyyət dönəmində” kitabında(431; 22, 25, 26, 27, 29, 30, 31, 

32,  33,  34,  35,  38)  əsərlərin  bəziləri  ideya-bəddi  cəhətdən 

nəzərdən  keçirilmişdir.  Alxan  Bayramoğlu  həm  də  kitabında  M. 

Hadinin  on  üç  əsərinin  mətnini  vermişdir  ki,  bunların  11-i  – 

yeddisi  şeir,  dördü  məqalə  olmaqla  M.  Hadinin  kitablarına 

düşməyən əsərlərdir.  

“O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox 

əsərlər  yazan,  hayqıraraq  xalqı  birliyə,  mübarizəyə  çağıran  M. 

Hadi”nin (431, 21-22)oxuculara hər bəndin sonunda nəqarət kimi 

təkrarlanan: 

Türkün tökülən qanları bihudə gedərmi? 

Diqqətlə düĢün, yoxsa bu qan həpsi hədərmi?,- 

müraciəti ilə başlanan və bir marş, himn təsiri bağışlayan “Türkün 

nəğməsi”  şeiri  həcmcə  cəmi  on  doqquz  misradan  ibarət  olsa  da, 

şair  bu  on  doqquz  misraya  böyük  bir  kitaba  sığacaq  mənanı 

sığışdırmağa  müvəffəq  olmuşdur(  Şeirin  birinci  bəndinin  səkkiz, 

ikinci  bəndinin  doqquz  misra  kimi  verilməsi  redaksiya  xətası  da 

ola  bilər.  Bizcə,  birinci  bənd  də  doqquz  misradan  ibarət  olmuş, 

çap  prosesində  mexaniki  olaraq  misraların  biri  unudulmuşdur. 

Şeirin  avtoqrafı  əldə  olunmadığından  hansı  misranın  düşməsini 

qəqiqləşdirmək mümkün deyil- İ. Q.).  

 

Birinci  Dünya  müharibəsinin  iştirakçısı  olan  və  dağıdıcı, 



bəşəriyyətə  fəlakətlər  gətirən  müharibəni  dönə-dönə  lənətləyən, 

müharibənin  onda  oyatdığı  təəssüratlar  barədə  romantik 

poeziyanın  şah  əsərlərindən  biri  hesab  edilən  “İnsanların  tarixi 

faciələri,  yaxud  əlvahi-intibah”  poemasını  yazan  şair  bu  şeirində 

müharibəyə  yeni  bir  qiymət  verir.  Rusiya  imperiyasının 

dağılmasının  birbaşa  cahan  savaşı  və  Rusiyanın  bu  müharibədə 

uduzması  ilə  bağlı  olduğu  qənaətində  olan  müəllif  ələ  düşmüş 

fürsətdən  bəhrələnərək illər boyu arzusunda olduğu, uğrunda can 

və  qan  verdiyi  azadlığını  elan  etmiş  milləti  qazandığı  hürriyyəti 

qorumaq  üçün  birliyə  və  tarixin  dərslərindən  ibrət  götürməyə 




İslam  Qəribli 

 

 



408 

şağırır.  “M.  Hadi  daxildən  gələn  qürur  və  cəsarətlə  bəyan  edir 

ki”(21,  33)    türk  qövmünün  dörd  ildə  müharibə  meydanlarında 

axıtdığı  qan  və  verdiyi  can  öz  məfkurəsi,  istiqlalı  uğrunda 

olmuşdur və bunlar nə hədər getməz, nə də unudulmaz. Zəfərini 

qan  ilə  qazanan  türk  milləti  nə  dəhşət,  od  püskürən  dövlətlərin 

hədə-qorxulapından,  nə  də  “dəsti-əcəldən”,  ölüm  və  məhv  məhv 

olmaq  təhlükəsindən  zərrə  qədər  çəkinməz.  Dünya  təməlindən 

tərsinə çevrilsə belə: 

Türkün üzü çevrilməyəcək səmti-əməldən, 

Türklər geriyə dönməyəcək misli-əməldən(361,  N 1).

 

  

Bu  əməl  isə  türklərin  hürr  və  azad  yaşamaq  eşqidir  ki, 



bunu da “xuni-şəhidan” və “himməti-türkan” ilə əldə etmək olar. 

Artıq  bu  azadlıq  əldə  edilib  və  şairin  qəti  inamına  görə  başqa 

millətlərdən  daha  yaxşı,  daha  firavan  yaşamaq  istəyən  xalq    (M. 

Hadidə  “Yüksək  yaşamaq  istər  isən  cümlə  miləldən  -  İ.  Q.)  

qazandığı azadlığı qorumağı da bacarmalıdır.  

M.  Hadinin  qəzetdə  çap  olunan  ikinci  şeiri  “Zəfəri-

nəhayiyəyə  doğru”  əsəridir.   “İlə” rədifli on bir beytlik  bu şeir 5 

oktyabr  1918-ci  ildə  Bakıda  yazılmış,  qəzetin  yeddinci 

nömrəsində  “Əbdüssəlimzadə  Məhəmməd  Hadi”  imzası  ilə  dərc 

olunmuşdur (362,  N 7) “Türkün nəğməsi” şeirində olduğu kimi, 

bu  əsərdə  də  əsas  ideya  türk  millətinə  olan  böyük  sevgi  və 

qazanılmış  istiqlaliyyətin  qorunması  arzusudur.    “Ordusu  zəif, 

uğrunda  can  verməyi    özünə  şərəf  hesab  edən  əsgəri  olmayan  

dövlətin  məhvi  labüddür”,-  ideyası  ilə  çıxış  edən,  “milli  ordunu, 

əsgərləri  vətənin,  milli  dövlətçiliyin  qarantı,  keşikçisi  olmağa 

çağıran”(431,  29)   şair yazır:  



Əsgər olmaq bir Ģərəfdir türk üçün, islam üçün, 

Əsgəriyyətlə yaĢar millət həyatı Ģan ilə. 

Ən iĢıq bir ömür istərsək günəĢ altında biz, 

Durmalı ədaya qarĢı qeyrəti-rəxĢan ilə(362,  N 7). 

Milli  ordunun  əsgərlərinə  öyüd-nəsihət,  çağırış  kimi 

düşünülən  şeirdə  Azərbaycan  əsgərini  türkün  tarixi  şöhrətindən 

dərs almağa çağıran şair qeyd edir ki, türk oğlu əlindəki qılınc və 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə