Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə137/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   133   134   135   136   137   138   139   140   ...   147

İslam  Qəribli 

 

 



412 

M.  Hadinin  “Azərbaycan”  qəzetində  çıxan  və  kitablarına 

düşməyən  əsərlərindən  biri  də  on  iki  beytlik  “Məhtabi-şita” 

şeiridir(370,  50).  “Karpat  xatirələrindən”  silsiləsindən  olan  bu 

şeirdə şair bir qış gecəsində dağın üstündən boylanan  Ayın ərzi 

işıqlandırmasını    tərənnüm  edir.  Ən  maraqlı  cəhət  budur  ki, 

müəllif bu əsərində türk aləmini yıxılmaz dağa, parlaq ayı isə türk 

dünyasının gələcək azadlığı kimi mənalandırır və yazır: 



   

Mahə baxıb dururkən gəldi Ģu söz dodağa, 

    Türk aləmi yıxılmaz, bənzər dedim bu dağa. 

    Bir gün qaçar qaranlıq, millət hilalı parlar, 

    Fatehlərin, Səlimin nuri-cəlalı parlar. 

    ġərqin  yerində parlar mahi-zəfərnümamız, 

    Bir gün görər hilalı müzlim olan səmamız. 

    Bir gün gəlir Ģu yurda bir zümreyi-rəhamız, 

    Azad olur, əminəm bu ərzi-pürbəhamız. 

    Azadə bir həyata məzhər olur bu millət, 

    Əlbət ölür əsarət, əlbət ölür bu zillət(370,  N 50). 

M.  Hadinin  “Azərbaycan”  qəzetində  dərc  olunan  daha  dörd 

şeiri  vardır  ki,  bunlar  da  şairin  “Seçilmiş  əsərləri”nə 

salınmamışdır.  Alxan Bayramoğlunun məlum kitabına saldığı və 

haqqında müfəssəl məlumat verdiyi həmin şeirlər aşağıdakılardır: 

“Şühədayi-hürriyyətimizin  ərvahına  ithaf”(371,    N  147), 

“Məfkureyi-aliyəmiz”(372,  N  149,  150),  “Əsgərlərimizə, 

könüllülərimizə”(374, 

163), 

“Əsgərlərimizə, 



köhüllüləri-

mizə”(375,  164).  Bu    şeirlərin  M.  Hadinin  sovetlər  dönəmində 

çıxan  kitablarına  düşməməsinin  başlıca  səbəbi  həmin  əsərlərin 

Azərbaycan Demokratik Cümhuriyyətinə və onun milli ordusuna 

həsr olunması ilə bağlıdır. 

Azərbaycanın  istiqlalı  uğrunda  canından  keçənlərin  ruhuna 

ithaf olunmuş səkkiz beytlik birinci şeirində M. Hadi qeyd edir ki, 

sizin  məzarınız  qara  torpaq  deyil,  millətin  qəlbidir.  Sizin 

sayənizdə  istiqbalını  qazanan  millət  heç  vaxt  sizi  unutmayacaq. 

Siz cismən yoxluğa, ruhən əbədiyyətə qoşulmusunuz. Şair bildirir 

ki: 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



413 

   


Müəbbədən diridir namınız bu dünyada, 

    Sizin də ruhunuz uçsun behiĢti-əlada. 

    Çəkildiniz əbədi xüldzari-Rəhmanə, 

    BehiĢti-rəhmətə, yəni diyari-rəxĢanə. 

    O xununuzla açıldı bahari-hürriyyət, 

    Sizin də yurdunuz olsun behiĢti-ülviyyət(371,  147). 

Milli  hökuməti  tərənnüm  edən,  “başdan-başa  Azərbaycan 

milli  istiqlalını  alqışlayan”(38,  64)  iki  hissəli  “Məfkureyi-

aliyəmiz” şeirinin on  beş  beytlik  birinci bölümü  1919-cu  il  aprel 

ayının  2-də,  səkkiz  beytlik  ikinci  bölümü  isə  aprelin  3-də 

yazılmışdır.  Birinci  bölümün  beşinci  beytindən  sonra 

nöqtələr(.........)  qoyulmuş  və  hansı  səbəbdənsə  şeirin  bir  beyti 

qəzetdə verilməmişdir. İkinci bölümün dördüncü: 

   

Çıxsın dilərsə qarĢımıza həp məzarımız, 

    Qorxmaz məzardan bu dili-əzmkarımız,- 

beytinə şair Əbdülhəqq Hamidin “Öylə bir əzm ilə çıxdım ki, 



yola, QarĢıma  çıxsa  məzarım dönəməm” misralarını izah kimi 

vermişdir.  

  “Ey türk dövləti, əya bəxti-növcavan”, - deyə milli hökuməti 

vəsf  edən  M.  Hadi    inanır  ki,  cəmi  on  bir  aylıq  yaşı  olan  bu 

dövlətin  gələcəyi  parlaq  olacaq  və  bu  dövlətin  varlığı  türk 

dünyasında intibah günəşinin doğması ilə nəticələnəcək. Millətin 

əldə  etdiyi  azadlığı  qanı  və  canı  bahasına  da  olsa  qoruyacağına 

inan şair şeirini bu misralarla tamamlayır: 

   

Vicdani-millətə yazılıbdır bu ayəmiz, 

    Ən Ģanlı, ən Ģərəfli həyat iĢtə qayəmiz. 

    Məqsudə doğru qoĢmalı bixovf, bilməli, 

    Yıxmaq gərək təriqi tutan hər bir əngəli. 

    Zail olursa hail olanlar təriqdən, 

    Eylər Ģitab məqsudə hər zadeyi-vətən(372,  N150). 

  M.  Hadinin  bir  gün  fasilə  ilə  qəzetdə  “Əsgərlərimizə-

könüllülərimizə” adlı iki şeiri dərc olunmuşdur.  “Millətin namusu 

sizdən  çox  sücaət  gözləyir”  misrası  ilə  başlanan  doqquz  beytlik 

birinci  şeirdə  “Azərbaycan  dövlətinin  milli  ordu  təşkil  etməsini 




İslam  Qəribli 

 

 



414 

böyük  sevinclə  qarşılayn”(38,  66),  millətin  özgürlüyünün  onun 

ordusunadan, əsgərindən asılı olduğunu bildirən şair yazır: 

   

Hifz üçün əğyar əlindən dilbəri-hürriyyəti, 

    Müstəqil olmuĢ vətən əzmü mətanət gözləyir. 

    ..Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran, 

    Millətim sizdən böyük Ģanü Ģərafət gözləyir(374,  163).

  

  Namiq Kamalın “ArĢ irəli, arĢ bizimdir fəlah, ArĢ, igidlər, 



vətən  indadına!”  misralarının  epiqraf  kimi  verildiyi  doqquz 

bəndlik  və hər bəndin sonunda: 

 

  Amalımıza doğru Ģitaban olalım gəl, 



    Millətlə vətən rahinə qurban olalım gəl,- 

beyti  nəqarət  kimi  təkrarlanan  ikinci  şeir  əsgər  marşı  kimi 

yazılmışdır. Bu şeirdə də əvvəlki şeirdə olduğu kimi əsgərə, onun 

vətən  qarşısındakı  xidmətlərinə  yüksək  qiymət  verən  şair 

səkkizinci bənddə yazır: 

   


Millət yaĢamaz yurdunu zəbt eyləsə düĢmən, 

    Gəldikdə xəzan fəsli sönər rövnəqi-gülĢən, 

    Ġstərsək əgər yurdumuz olsun da iĢıq, Ģən, 

    Göstərməliyiz düĢmənə bir cürəti-rövĢən, 

    Qurbani-vətən olmalı bir can ilə bir tən, 

    Ən ülvi səadət: - Vətən olsun mənə mədfən: 

    Amalımıza doğru Ģitaban olalım gəl, 

    Millətlə vətən rahinə qurban olalım gəl!(375,  N 164). 

  M.  Hadinin  “Azərbaycan”  qəzetində  dərc  olunan  daha  iki 

şeiri  var  ki,  bunlardan  buri  “Baharın  ilhamları  və  ictimai 

rəmzlər”(373,  N 152, 155), digəri isə “Kor soqqur” adlanır(376, 

N 170). Bu şeirlərin hər ikisi qəzetdən götürülərək mətnində heç 

bir  artırma-əksiltmə  olmadan  şairin  “Seçilmiş  əsərləri”nə  daxil 

edilmişdir(379, 324-325, 326-327). Birinci şeir mövzu və ideyaca 

“Məfkureyi-aliyəmiz”  şeirini  xatırladır.  Eyni  zamanda  bu  şeirdə 

qadın  azadlığı  məsələsinə  də  diqqət  yetirilir  və  şair  inanır  ki, 

müstəqilliyini  qazanan  gənc  Azərbaycan  dövləti  “canlı  ikən  örtü 

içində  dəfn  olunan”  qadınlara  da  azadlıq  verəcək,    qadınlar 

millətin və dövlətin tərəqqisinə öz töhfələrini baxş edəcəklər. 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə