Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə133/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   129   130   131   132   133   134   135   136   ...   147

İslam  Qəribli 

 

 



400 

məqsədi ilə  göndərmiş” və  qəzet  də  onun  arzusuna rəğmən  əsəri 

dərc etmişdir.  

 

  M.  Hadinin  qeydlərindən  anlaşılır  ki,  “Stanislavdan 



ayrılaraq Çertkov bələdəsinə varid olduqları gecə”  o Həsən adlı 

yoldaşının vasitəsi ilə Rapaport  adlı bir yəhudi və onun ailəsi ilə 

tanış olmuşdur və bu məktubu da oradan, onun evindən yazır. M. 

Hadinin tərcümeyi-halı ilə cıx şəkildə bağlı olduğundan haqqında 

söhbət  gedən  yazının  bir  neçə  cümləsini  burada  olduğu  kimi 

verməyi  məqsədə  uyğun  hesab  edirik:  “Stanislavdan  çıxdığımız 

günün üçüncü günü idi. Haman gün qırx beş kilometrdən  ziyadə 

yol  gəlmişdik.  Martın  doqquzuncu  gününün  axşamı  idi.  Günəşin 

qürubundan saat yarım keçmişdi. Göy pək saf, ulduzlar pırıl-pırıl 

parlayırdı.  Qəmər  bir  tərzi-dilfiribdə  tülu  etmişdi.  Böylə  bir 

zamanda Çertkov bələdəsinə daxil olmuşduq”(337,  N 43). 

 

Yazının  sonrakı  hissələrindən  öyrənirik  ki,  düşdükləri  yer 



çox namünasib olduğundan M. Hadi, Həsən  və onların dəstəsində 

tərcüməçi  vəzifəsini  daşıyan  Əbdülsəlam  adlı  yoldaşları  ilə 

gecələmək üçün münasib bir yer axtarmaqdan ötrü  şəhərə çıxmış 

və təsadüfən  bu ailə ilə tanış olmuşlar. 

 

 Tanışlıq səhnəsini M. Hadi aşağıdakı kimi təsvir edir: “Bir 



kaşaneyi-qiymətdarın  qarşısından  keçərkən  qapı  ağzında  durmuş 

olan  siyah  saqqallı  gənc  bir  adam  və  şişman  bir  qadın  gördük. 

Bələdənin  nabələdi  olduğumuz  üçün  mehmanxananın  nərədə 

olduğunu şəxsi-məzkurədən sorduq. Müşarileyh də hansı millətə 

mənsub  olduğumuzu  sordu.  Məlumat  verdik.  Milliyyətimizi 

öyrəndikdən  sonra  gərək  erkək,  gərək  qadın  qayət  şən  və 

mehriban bir çöhrə göstərərək dedilər ki, “Tənəzzül buyurulursa, 

xanə sizindir. Buyurunuz. Sözümüzü qəbul edəcək olursunuz bizi 

son  dərəcə  məhzuz  mə  minnətdar  etmiş  olursunuz!  Buyurunuz, 

müsyolar, buyurunuz!”(337,  N 43). 

 

Ev  sahiblərinin  sözünü  qəbul  edib  onların  qonağı  olan  M. 



Hadi və yoldaşları onlardan mehribanlıq və qonaqpərvərlik görür. 

Amma M. Hadini mütəssir edən təkcə bu ailənin qonaqpərvərliyi 

və  insaniyyəti  deyil.  Müəllifin  təsvirində  bu  ailə  əsl  ziyalı  ailəsi, 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



401 

evləri  isə  bir  elm  xəzinəsidir.  Elə  bir  ailə  və  xəzinə  ki,  M.  Hadi 

həmişə onun arzusunda olmuşdur. 

 

Söhbət  əsnasında  M.  Hadinin  qələm  əhli,  şair  və  kitab 



həvəslisi  olduğunu  öyrənən  ailə  üzvlərinin  ona  rəğbəti  daha  da 

artır və bundan sonra ev sahibləri qonaqlarını  kitabxanaya dəvət 

editlər.  Kitabxana  nə  kitabxana:  “Adətən  bir  kitab  mağazası... 

Bilamübaliğə  deyə  bilərəm  ki,  bu  darül-kütubda  otuz  min 

manatlıq kütub və asari-müfidə mövcud bulunurdu. Bu cümlədən 

olmaq  üzrə  Talmut,  Tövrat,  Musanın  böyük-böyük  mücəlləd 

cilidlənmiş müxtəlif təsvirləri də vardı. Bundan başqa hökmiyyat, 

ədəbiyyat,  ictimaiyyat,  iqtisadiyyat,  ehsasiyyat,  təvarix  və 

siyasiyyatdan  bahis  asari-mücəlləd  və  müxəlləd  bu  kütubxanada 

yaşayıb durarlardı”(337,  N 43). 

 

Kitablar  öz  yerində.  Ailə  üzvlərinin  hamısı  oxumuş,  ziyalı, 



“tərbiyə görmüş mədəni insanlardır. Hər biri üç-dörd lisanə vaqif 

və  vaqifə.  Hələ  on  beşinci  bahari-həyati-şəbabında  yaşayan  və 

olduqca  gözəl  bir  duşizə  almanca,  fransızca,  rusca,  polyakca  və 

yəhudicə təkəllüm edirdi. Bu dilbər düxtər gecələri müsahibat və 

ədəbiyyat  məclisimizin  bir  üzvü,  üzvi-lətifi-qiymətdarı  idi”(337,  

N 43). 


 

Ailənin  bu  cür  formalaşması  isə,  heç  şübhəsiz  ki,  ailə 

başçısından asılıdır və M. Hadi onu aşağıdakı cümlələrlə təqdim 

edir: “Ailənin böyük pədəri İzrail (İsrail) ciddən ayaqlı və canlı bir 

kütubxana. Ülumun bir çox şöbələrindən olduqca haizməlumat bir 

ixtiyari-bəxtiyar...  Bu  ixtiyar  yəhudinin  məlumati-məktəbəsinə 

heyran olmamaq əldən gəlməzdi. Qoca İzrail məlumatı ilə bərabər 

fəsahətdar  bir  diplomat,  bir  mühərrir,  bir  əllameyi-  bila 

əmmamə”(337,  N 43). 

 

Göründüyü  kimi,  bu  xatirə-məqaləsində  də  M.  Hadi 



yaradıcılıq ənənəsinə  sadiq qalaraq elm, maarif və  mədəniyyətin 

insanların  həyatında  oynadığı  rolu  qabarıq  şəkildə  nəzərə 

çarpdırmışdır  və  çox  sevdiyi,  əsərlərində  bir  neçə  dəfə  müxtəlif 

formalarda  istifadə  etdiyi  Həzrət  Əlinin  “Valideynlərini  itirənlər 

yetim  deyil,  yetim  o  adamdır  ki,  mərifət  və  ədəbi  olmaya” 



İslam  Qəribli 

 

 



402 

mənasını  verən  aşağıdakı  kəlamını  bir  daha  işlətmək  zərurəti 

qarşısında qalmışdır:   

 

 



Leys əl-yetim yetima mən mat vələdəh, 

    Bəl əl-yetim ələləm vəl adəb(337,  N 43). 

 

M. Hadinin “Karpat xatiratımdan: Gözəl Mariya düşünürdü” 



adlı  digər  bir  xatirə  -  hekayəsi  qəzetin  30  may  1915-ci  il  47-ci 

nömrəsində  dərc  olunmuşdur(338,  N  47).  Bu  əsərində  müəllif 

Helvetski qəsəbəsində üç-dördq gecə qonağı olduğu bir ailədə onu 

mütəssir edən bir məsələni qələmə almış, sevgi və qadın azadlığı  

məsələsi ilə bağlı düşüncələrini oxucuların nəzərinə çatdırmışdır. 

 

Əhvalatın  bir  ailə  çərçivəsində  baş  verdiyi  ,  məsələnin  



ümumbəşəri mahiyyət daşıdığı  hekayənin qəhrəmanı Mariya adlı 

“təxminən on səkkiz cavanlıq baharında bulunan dolğun bədənli, 

ala gözlü, cazib və təfəkkür baxışlı, uzun və  sarı saçlı”  gənc bir 

qızdır.  Alnını, yanaqlarını, bir cüt ala və cazibəli gözlərini “daima 

və daima zilali-məlal öpüb duran”,  ürəyi gözlərindən oxunan “bu 

sevimli  gözəl düşünüyor, düşünüyor, müttəsil düşünüyordu”.  

 

Bir  işlə  məşğul  olduğu,  yaxud  məşğuliyyəti  olmadığı 



zamanlarda daima düşüncələrə dalan bu qızın dərdi nədir? Uzun 

saatlar  bu  sualın  cavabını  axtaran  müəllif  qonşuluqda  yaşayan, 

qızın bibisi olan orta yaşlı bir qadından bunun səbəbini öyrənməyə 

müvəffəq olur. Qadın bildirir ki, dörd ay bundan əvvəl bu qızı özü 

kimi  “yaraşıqlı  bir  gəncə  namizəd  etmişdilər”.  Bu  gün-sabah 

toyları  olacaqdı  və  bu  gənclər  bəxtiyarlığın  nə  olacaqlarını 

anlayacaqdılar. Əfsus ki, müharibə başlandı və qızın nişanlısı olan 

gənc də “silah altında çağırılaraq müharibə meydanına göndərildi. 

Şimdiyəcən gənc bəy hərb atəşi, qız da firqət və həsrət odu içində 

yaşıyorlar.  İştə  duşizeyi-hicranzadənin  səbəbi-həzini  şu  söyləmiş 

olduğum keyfiyyətdir”(338,  47). 

 

Qadın  sonra  o  şeyi  bildirir  ki,  M.  Hadi  həmişə  onun 



arzusunda  olaraq  onu  təbliğ  etmişdir.  Qız  oğlanı,  oğlan  da  qızı 

görüb  bir-birlərini  tanıyandan  və  hər  ikisi  bu  izdivaca  razı 

olduğunu bildirəndən  sonra onların nişan mərasimi keçirilmiş və 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə