Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə134/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   130   131   132   133   134   135   136   137   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



403 

toylarına  hazırlıq  başlanmış,  təəsüf  ki,  qəfil  müharibə  onların 

arzularını alt-üst etmişdir.  

 

Qadın  azadlığı  və  azad  sevginin  təbliğinə  şeir,  poema, 



hekayə və məqalələrində geniş yer ayıran M. Hadi qadının dili ilə 

aşağıdakı  sözləri  əslində  azərbaycanlı  ata-anlara,  gənclərə 

ünvanlayır:  “İntixab  ediləcək  damadı  pədər  və  madər  deyil, 

onunla dirilik yoldaşı və baş yoldaşı olacaq olan qız özü görməli, 

təbiət  və  xasiyyətini  bilməli,  ruh  və  qəlbinə  tamamilə  nüfuz 

etməli,  məhəbbətin  bütün  mənası  ilə  sevməli,  ondan  sonra 

intixabkərdəsinə  dəsti-izdivac  və  imtizacını  uzatmalıdır”(338,    N 

47). 


 

M. Hadi ailə qurmaq, evlənmək barədə idealını qadının dili 

ilə bu şəkildə elan edir: “ Qadın satlıq heyvan deyil ki, onu erkək 

tərəfindən  gürban  (görücü  –  elçi),  nə  bilim  nəçi  intixab  etmiş 

olsun.  İnsanın  görücü,  intixab  edicisi  də  könlüdür.  Böylə  də 

olmalıdır.  İştə  həqiqi  və  təbii  ailə  səadəti  bu  həqiqətin  içində 

mündəricdir”(338,  N 47). 

  Mariyanın  əhvalının  təsviri  olan  bu  əsərlə,  göründüyü 

kimi, M. Hadi ürəyində bəslənən, həmişə onulla yol yoldaşı olan 

məsələyə münasibət bildirmiş, hekayəni “Bəsirət” qəzetində dərc 

etdirməklə  azərbaycanlı  valideynlərə  “inkişaf  etmiş  ölkələrdən 

ibrət götürün, övladlarınızın sevib-sevilmək kimi ən ali hüququnu 

onların  əlindən  almayın,  ürəklərinə  zor  etməyin,  qızlarınızı  öz 

əllərinizlə  qırx  arşın  quyunun  dibinə  atmayın”  sifarişini 

göndərmişdir. 

   


 

      **** 

Yuxarda qısaca şəkildə qeyd etdiklərimizdən aydın olur ki, 

müharibə  meydanında  olarkən  yazdığı  əsərlərində      M.    Щади 

дцнйаны  бцрцмцш  дящшятлярдян  ня  гядяр  наращат  вя 

щяйяъанлы  олса  да,  ruhdan  düşmür,  адятян  инсаны  ишыглы, 

йцксяк амаллар уьрунда мцбаризяйя сясляйир.  

 

 



IV. 3. MÜHARĠBƏDƏN   SONRAKI    YARADICILIĞI. 


İslam  Qəribli 

 

 



404 

M.   HADĠ   və  “AZƏRBAYCAN”  QƏZETĠ 

 

 Məqamı  çatdığından  bir  məsələni  qeyd  edək  ki,  müharibə 

illərində  yazdığı,  Bakıya  gəldikdən  sonra  təkmilləşdirdiyi  və  bir 

neçə parçası“Açıq söz”(Bax: “Açıq söz” qəzeti, 21 yanvar 1916-cı 

il, N 391) və “Bəsirət” qəzetlərində(Bax: “Bəsirət” qəzeti, 15, 17 

dekabr  1918-ci  il,  N  199,  201)  çap  olunan  məşhur  “İnsanların 

tarixi  faciələri,  yaxud  əlvahi-intibah”  poeması  barədə  ayrıca 

tədqiqat işi aparıb monoqrafiya şəklində dərc etdirdiyimizdən, bu 

məsələnin üstündən keçirik(Ətraflı bax: 79,  2- 118). 

1918-ci ilin ortalarında Bakıya qayıdan M. Hadi mətbuatla 

əlaqələrini  bərpa  edir,  əsərləri  daha  çox  “Bəsirət”  və 

“Azərbaycan” qəzerlərində dərc olunmağa başlayır. 1918-1919-cu 

illərdə  M.  Hadinin  “Bəsirət”  qəzetində  “Ayrılıq  dəqiqələri  - 

əsgərlər  hərbə  gedərkən”,  “Bədbəxt  kor  çocuq”(339,    N  200),  

“Vaxtın səsi və həyatın sözü”(340,  N 205), “Şeir inciləri”( 341,  

N 225), “Qəmərə”(342,  N 227) adlı şeirləri  dərc olunmuş və bu 

əsərlər  onun  “Seçilmiş  əsərləri”nə  də  daxil  edilmişdir(379; 

313,314, 311-312, 323, 328-329). 

Birinci  şeirdə  əsgərlərin  yola  salınma  mərasimi,  qəmli  bir 

izdiham, anaların göz yaşları və s. bu kimi problemlərə toxunulur. 

Altında  yazılma  yeri  kimi  “Bakı”  sözü  qeyd  olunmuş  bu 

шеiриндя  эюзляри  аьлар,  сималары  сольун  адамларын 

вязиййятини,  кечирдикляри  сарсынтылары  сейр  едян  шаир 

йазыр: 


Гямли bir издищам ъушаъуш, 

Охунур çöhrəлярдя айейи- щцзн. 

Дилляри налядир, дил хамуш, 

Парлайыр эюзляриндя сайейи- щцзн (379,  313). 

 

Шеiрдя  тясвир  олунан  ясэярлярин  дя,  онлары  йола 



саланларын  да  црякляри  сяксякяли,  чющряляри  тутгун, 

щаллары пяришандыр. Çünki onlar başa düşürlər ki, müharibəyə 

getmək gedər-gəlməzə gediş kimi bir şeydir. Bəxtin gətirdisə, geri 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



405 

–  ailə  üzvlərinin  yanına  qayıda  biləcək,  gətirmədisə  bir  güllənin 

badına gedəcək, vaxtsız solan gül kimi həyata əlvida deyəcəksən. 

 

 



   

ADR-in rəsmi orqanı olan “Azərbaycan” qəzeti 

 

İkinci  şeirdə  M.  Hadi  cəbhədə  -  Karpatda  olduğu  zaman 



şahidi  olduğu    hadisəni  bir  xatirə  kimi  qələmə  almış,  elə 

sərlövhədən  sonra  da  “Karpat  xatirələrindən”  qeydini  vermişdir. 

Dünyaya gəldiyi iki il olsa da, gözləri kor olduğundan gündüzləri 

də gecə kimi keçən bir tifilin əhvalını təsvir edən şair oxucularına 

bildirir ki, insan ömrünü anadan gəlmə kor olan bu bədbəxt çocuq 

kimi  keçirməməli,  dünyaya  açıq  gözlə  baxmalı,  yaxşını  pisdən 

seçməyi bacarmalıdır. Çünki: 

 

Gözsüzlər ilə gözlülər olmaz ki bərabər, 



Zindəylə bərabər ola bilməz ki, ölənlər. 

ġəhrayi-həyatı görəməz kor olan insan, 

Kor olmayalım, istər isək ömri-dirəxĢan(379,  314).

 

“Elmin, hünərin, mərifətin varsa, buyur gəl, Yoxsa, bu həyat 

aləminə  olma  bir  əngəl”  misraları  ilə  başlanan  “Vaxtın  səsi  və 

həyatın  sözü”    şeiri  sənətkarın  insanın  cəmiyyətdə  mövqe 

qazanması  üçün  hansı  vasitələrə  əl  atmalı  olduğu  barədə 

düşüncələrini  ümumiləşdirirsə,  “Şeir  inciləri”ndə  qadın  və  onun 

gözəlliyi barədə düşüncələrin,  “Qəmərə” şeirində isə şairin olum-

ölüm,  toy-matəm, qaranlıq-işıq , azadlıq-əsarət xüsusunda fəlsəfi 

qənaətlərinin şahidi oluruq. 

 

                                      **** 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə