Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə111/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   107   108   109   110   111   112   113   114   ...   147

İslam  Qəribli 

 

 



332 

düşkünlüyü  yaradıb,  onu  xəstəyə  çevirib.  Nə  qədər  onu  şad 

etməyə,  sevindirməyə  çalışsalar  da,  o  daha  artıq  dərəcədə 

qəmlənir.  Hazırkı  vəziyyətində  sıxıntlardan  savayı  bir  şey 

görməyən  şair  “əyyami-məsərrət”in  yalnız  keçmişdə  ona 

müyəssər olduğunu bildirsə də, keşmişə yox, yenə də gələcəyə can 

atır, “Gərəkməz, geriyə eyləmə iqdam” sözləri ilə qəmli notlarla 

başladığı əsəri tamamlayır. 

 

Sözlə  portret  yaratmağın  mahir  ustası  olan  M.  Hadinin 



“Şair,  hücreyi-iştiğalı  və  düşüncələri”  şeiri  birbaşa  onun  öz 

tərcümeyi-halı ilə bağlıdır və buradakı şair obrazı elə M. Hadinin 

özüdür. Kiçik, soyuq bir otaqda atəşin xəyallar ilə bir şair yaşayır. 

Kirayənişin  olduğu  bu  otaq  onun  həm  iş,  həm  də  yataq  otağıdır. 

Bir çamadan və əyin-baş paltarından başqa əşyası olmayan şairin 

bir  həmdəmi  varsa,  o  da  yazı  stolu,  bir  neçə  qəzet,  qələm  və  bir 

yığın bəyaz kağızdır. Əli alnında, xəyalı səmalarda  cövlan eləyən, 

yazdığı əsərləri ilə mərifət əhlinə “ədəb ziyafəti vermək istəyən” 

şairin  şəxsi  vəziyyəti  fənadır.  Nə  ev-eşik,  nə  də  rahat  dolanışığı 

vardır. Fikri-zikri yazmaq, yaratmaq olan bu “zavallı şair uğraşır 

xəyal ilə, Həqiqəti buraxıb oynayır zilal ilə”. Cahan həqiqətə, bu 

isə  xəyallara aşiqdir.  Dynya  nemətlərindən bir payı  yox ikən, bu 

bəxtsiz yenə xülyadan əl götürmür və şairin, əslində öz halını M. 

Hadı bu cür qiymətləndirir: “Nə qəmlidir, nə ələmli, həyatın, ey 



Ģair!”  

 

M. Hadi şairə məsləhət görür ki: 

 

Təxəyyülata qapılma, bir az da kəndinə bax, 

 

Fərağat olmağa hala əlində yox bir otaq. 

 

Cahana öyrədiyorsan ticarəti-sövda, 

 

Bir az da öyrən özün, ey qünudeyi-xülya. 

 

..Özün gəzib duruyorkən bir özgəyə möhtac, 

 

Ġdareyi-bəĢəriyyət sənə deyil möhtac(379,  213-214). 

         Şair  daha  sonra  bildirir  ki,  “şeirgahi-lahuti”,  “o  boşluğu  

dolaşınca”, “dolu cahanı dolaş”maq, həyatdan  dərs almaq, “kəsbi-

məaş” etmək lazımdır. Çünki: 

 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



333 

 

Bu Ģeirlər həpsi sayeyi-xəyalətdir, 



 

Həqiqi Ģeir nədir? Kəsbi-karə qeyrətdir!(379,  214) 

          Bu  son  qənaət  artıq  yaşı  otuzu  keçmiş,  hələ  də  həyatda 

özünə  bir  gün  ağlamağa  müvəffəq  olayan  şair-filosofun  kədərli 

etirafı idi. 

 

“1908-ci  ilin  Türkiyə  inqilabına  böyük  marağı  və  onun 



ideallarına  inamı  İstanbul  səfəri  ilə  nəticələnən”(73,  5)  M.  Hadi  

Türkiyəyə  gedəndən  sonra  da  “Səda”  qəzeti  ilə  əlaqələrini 

kəsməmiş, qəzetin bir neçə nömrəsində əsərləri çap olunmuşdur ki, 

həmin  əsərlərdən  biri  də,    böyük  türk  şairi  Tövfiq  Fikrətə  həsr 

etdiyi  “Bir  iştikayi-möhriq...  Çeşmi-ədəb  bu  gün  ədəbiyyata 

ağlayır”  şeiridir(301,  N  60).  Qəzetdə  “Tənin”  qəzeti 

mühərrirlərindən  Ə.  M.  Hadi”  imzası  ilə  dərc  olunan  iyirmi  bir 

beytlik  məsnəvi  formalı  bu  şeir  şairin  kitablarına  da 

düşmüşdür(379,  215-216). Şeirin sonluğuna belə bir məlumat da 

əlavə edilmişdir: “Osmanlı aləmi-ədəbiyyatına bir səmayi-novini-

etila  açan  və  şəbabi-hazirəyə  nəvvar  və  nazənin  bir  mənzumeyi-

təfəkkür  izhar  edən  böyük  şair  Tofiq  Fikrətə  ithaf  etdiyim  şeirin 

bir surətini də “Səda” qarelərinə təqdim ediyorum. 

 

İstanbul, 5 mart, M. Hadi”(301, N  60). 



 

T. Fikrətin həyat və  yradıcılıq  yolu ilə tanış olanlar  yaxşı 

bilirlər  ki,  o,  1910-cu  ildə  müdiri  olduğu  “Məktəbi-Sultani”dən 

istefa  verərək  uzaqlaşmış,  onu  yenidən  məktəb  müdirliyinə 

qaytarmağa  cəhdlər  osa  da,  şair  bunları  qəbul  etməmiş  və 

İstanbulda  amerikalıların  açdığı  “Robert  kolleci”ndə  pedaqoji 

fəaliyyətini  davam  etdirmişdir.  Bu  illərdə  hökumətin  yeritdiyi 

anti-milli siyasətlə barışmayıb bu siyasəti kəskin tənqid etdiyindən  

böyük  şairə  qarşı    təzyiq  kompaniyası  başlanmış,  əsərlərinin 

çapına belə  yasaqlar qoyulmuş, iş o  yerə çatmışdı ki,  “Hökumət 

dairələrində  özünə  yüksək  rütbə  almağa  nail  olmuş  Faiq  Ali 

(həmin  illərdə  yaşamış,  vaxtilə  T.  Fikrətə  rəğbət  bəsləyən  türk 

şairi-  İ.  Q.)  T.  Fikrəti  təhqir  edən  şeir  yazmış  və  şeirin  axırını 

“Qopsun  cəni  Fikrət  deyə  alqışlayan  əllər!”-  misrası  ilə 

qurtarmışdı”(56,  43).  



İslam  Qəribli 

 

 



334 

T.  Fikrətə  qarşı  başlanan  bu  hərəkat  Türkiyədə 

tərəqqipərvər ziyalıların kıskin etirazına cəbəb olmuş, M. Hadi də 

şairi  müdafiə  edənlərdən  biri  olmuşdu  və  yuxarıda  adını 

çəkdiyimiz şeir də, məhz bu niyyətlə yazılmış, nəşr üçün Bakıya, 

“Səda” qəzetinə göndərilmişdi. 

 

AMEA-nın  müxbir  üzvü  Y.  Qarayevin  çox  haqlı  olaraq 



qeyd etdiyi kimi, “Tofiq Fikrətin milli intibaha və mənəvi azadlığa 

çağırış idealları Hadinin üsyankar romantikasına daxilən yaxın və 

doğma idi”(73, 12) və elə bu səbəbdən də  M. Hadi əsərində T. 

Fikrətə  məhəbbət və  rəğbətini  açıq  şəkildə  bildirmiş, onu intibah 

və  inqilab  şairi  adlandırmış,  əsərlərini,  xüsusilə  “Rübabi-şikəstə” 

və “Sis” mənzumələrini yüksək qiymətləndirmişdi.    

 

Bu  şeirndə  müəllifi  düşündürən  digər  bir  məsələ  ondan 



ibarətdir  ki,  “ümmətin  yeganə  dühası”,  “sənət  göylərinin  zinəti 

olan” sənətkarın səsi eşidilmir, halbuki xalqın indi onun sözlərinə 

daha artıq ehtiyacı var. Ona görə də T. Fikrətə xitabən  o  yazır: 

 

Maziyə, zülmə, zülmətə üsyan edən qələm- 



 

Xamən deyilmidir sənin, ey namı möhtərəm? 

 

Al dəstinə o xameyi-səmsamvarını, 

 

Saç aləmə bədayei-cənətĢüarını. 

 

Bir ruhi-tazə bəxĢ edib əndami-sənətə, 

 

Aç etila səması yenə fikri-millətə(379,  216). 

 

M.  Hadinin  “Səda”  qəzetində  dərc  olunan  şeirləri 



məzmun, forma və mündəricə etibarı ilə nə qədər müxtəlif olsa da, 

onları əvvəlki şeirlərində olduğu kimi yenə də bir ideya birləşdirir



VƏTƏN, MĠLLƏT və ĠNSAN SEVGĠSĠ 

 

 

 

III. 8.  NƏSR  ƏSƏRLƏRĠ və  ELMĠ-NƏZƏRĠ  

MƏQALƏLƏRĠ 

 

 



Məhəmməd Hadi Azərbaycandan Türkiyəyə gedənə qədər 

“Səda” qəzetində çalışıb orada şeirlər çap etdirməklə yanaşı, nəsr 

əsərləri,    məqalə  və  elmi-publisistik  əsərlərini  də  ardıcıl  olaraq 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə