Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə109/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   105   106   107   108   109   110   111   112   ...   147

İslam  Qəribli 

 

 



326 

“zəhmətkeşi-məişət” olan   yazıq quşun həyatı balalarının səadəti 

uğrunda mübarizədə sona yetməkdədir. Bu cür ölümün ölüm yox,  

yaşamaq qədər gözəl olduğu qənaətində olan müəllif yazır: 

 

Nə gözəldir həyati-fəalə, 

 

DüĢkün olmaq yakıĢmaz insanə, 

 

Açma əl, düĢmə payi-dunanə, 

 

ÇalıĢan namizəddir iqbalə(379,  203).

  

 

Şeirin  “Yavrular”  başlıqlı  beş  bəndlik  ikinci  bölümü 



həyata əlvida deyən quşun balalarına xitabı və onların əhvallarının 

təsviridir. İlk iki bənddə oxuyuruq: 

 

Ananız, yavrular, əsiri-türab- 

 

Olaraq eylədi vidai-həyat. 

 

Ediniz siz də atəĢin nəvahat, 

 

AĢiyani-məsərrət oldu xərab! 

 

 

Əsdi Ģiddətlə tündbadi-əcəl, 

 

Bəxtiniz gülləri xərab oldu. 

 

Yavrular, mövsümi-fəğan oldu, 

 

Saralıb soldu növbahari-əməl!(379,  203) 

   

Sonrakı bəndlərdə şair göynəyə-göynəyə bildirir ki, ananız 

öldükdən  sonra  yuvanız  xaraba  qalacaq,  nalə  etsəniz  də  kimsə 

fəğanınızı eşitməyəcək. Kimsə şəfqət əlini sizlərə açıb “üstünüzdə 

himayədar”  olmayacaq.  Aqibətiniz  necə  olacaq,  bir  səxavətli 

tapılıb sizə yar olacaqmı? 

Əsərin ideyası son bəndində aşkarlanır. Özü yetimlik çək-

diyindən yetimlərin halına dərindən aşina olan müəllif sahibsizlik 

ucbatından  matəm  səhnəsinə  çevrilmiş  vətəni  ilə  quş  balalarının 

yuvalarını,  valideyn  himayəsindən  məhrum  olan  uşaqlarla  quş 

balalarının vəziyyətini müqayisə edərək yazır: 

 

Vətənim lanənizlə yeksandır, 



 

ÖlmüĢ, ölmüĢ pədərlə madərimiz. 

 

Bağlanıbdır güĢad olan dərimiz, 

 

Bu iki aĢiyanə virandır!(379,  203).  

 

M. Hadi şeirlərinin özəlliklərindən biri də ondan ibarətdir 



ki,  ilk  baxışda  məhəbbət  şeiri  təsiri  bağışlayan  şeir,  əslində 


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



327 

ictimai-siyasi  məzmun  daşıyır.  “Bir  gözələ”  epiqrqfı  ilə  yazılan 

“Təkamüli-məkus  və  ümmidi-pərişan”  şeiri  də  bu  qəbildən  olan 

əsərlərdəndir(292,    N  69).  Mətnində  dəyişiklk  edilmədən 

“Seçilmiş əsərləri”nə düşən(378, 168-171; 379, 204-206) qırx iki 

beytlik məsnəvi şəkilli şeirin ilk  beş beyti qara, dağınıq saçlı bir 

pəriyə  müraciətdir.  Sonrakı  beytlərdə  vəziyyət  dəyişir  və  artıq 

söhbət məhəbbətdən yox, başqa mətləblərdən xəbər verir. Altı və 

yeddinci beytlərdə oxuyuruq: 

 

Mən, tellərin və bir də vətən bəxtiqarəyiz, 



 

Mənən biriz, əgərçi müğayir ibarəyiz. 

 

Bizdən də, sevgilim, vətən aĢüftəhaldır, 

 

Ümmidimiz nihalı dəfini-ləyaldır!..

 

(379,  204). 

 

Özünün  və  vətəninin  taleyinin  qaranlıqlara  büründüyünü 



bildirən müəllif bunun səbəbinin vətənində hürriyyət və azadlıqın 

olmamasında  görür.  “Eşq  və  məhəbbət  nədir?”  sualına  cavab 

axtaran  şair  bildirir  ki,  eşq  və  məhəbbət  həyatın  mənasıdır  və 

bunlarsız ömür həqiqət deyil, xəyaldır.  Bütün  aləm, kainat eşqin 

məhsuludur.  Məhəbbətin  özü  də  azadlıq  istər  və  hürriyyət 

olmayan  yerdən  məhəbbət  də  qaçaq  düşər.  Könlüm  azad  olduğu 

üçün  məhəbbətin  əsiridir,  əsir  olsaydı  məhəbbət  ona  yaxın  düşə 

bilməzdi.  Azadəlik  məhəbbətə  xidmətdir.  Vətənimiz  azad 

olmadığından  məhəbbətimiz  də  azad  deyil.      Elə  bir  dövrdə 

yaşayırıq   ki: 

 

Xari-məvane ilə dolub rahgüzarımız, 

 

Ümmidimiz kəfən, vətən olmuĢ məzarımız. 

 

Elani-eĢqə yox bu vətəndə müsaidə, 

 

Bir böylə ömrdən, mələkim, umma faidə. 

 

..Bir qəbri-yəsdir, gözəlim, kainatımız, 

 

Ümmidimizlə məhv olacaqdır həyatımız. 

 

.Ġmdad üçün nə mərtəbə olsaq da naləzən, 

 

Bihudədr, sədamızı olmaz ki, dinləyən. 

 

Mövta içindəyiz, eĢidlməz nəfirimiz, 

 

Təzib edər bizləri münkər-nəkirimiz(379,  206).   

Bütün  aləm  dəyişmədə,  təkamül  etmədə,  bizdə  isə 

əksinədir.  İnkişaf  etməkdənsə,  inkişafdan  qalırıq.  Aqibətimiz 



İslam  Qəribli 

 

 



328 

təbiət  qanunlarının  ziddinədir.  Hər  şey  yaxşılığa  doğru 

dəyişməkdə  olduğu  halda,  məmləkətimizdə  yaxşılıqların  yerini 

pisliklər  almaqdadır.  Bu  qənaətlər  aşağıdakı  misralarda  bədii 

əksini tapır: 

 

Bir baxsana, təkamüli-məkusən, ey vətən, 



 

Qanuni-hikmətə nasıl oldu cərihəzən. 

 

ġirazeyi-təbiəti qırdı bu halətin, 

 

Həp yarələndi dilləri ərbabi-hikmətin. 

 

Hikmət hənuz bu nəzəriyyatı bilməmiĢ, 

 

Pək az bilir, çox həkəmiyyatı bilməmiĢ( 379,  206). 

Qeyd  olunduğu  kimi,  M.  Hadi  cəmiyyətin  inkişafı  və 

insanın  formalaşmasında  məktəb  və  maarifə  böyük  önəm  verir, 

cəhaləti bəşəryyətin ən qorxulu düşmənlərindən biri hesab edirdi. 

Digər  mətbuat  orqanlarında  olduğu  kimi,  “Səda”  qəzetində  çap 

etdirdiyi  əsərlərndə  də  o,  bu  ənənəyə  sadiq  qalır,  1910-cu  iliin 

yanvar  ayının  12-də  qələmə  aldığı  “Oxu,  bil,  öyrən!”  şeirində 

yazırdı: 

 

Ey cavan, öyrən, cəhalət ən böyük bir ardır, 

 

Elmsiz adəm bəhaimdən də bimiqdardır! 

 

Yük çəkən heyvan görülməz nifrətə layiq, vəleyk 

 

Layiqi-nifrət o cahildir ki, xülqazardır(294,  N 11). 

 

Qəzetdən alınaraq “Seçilmiş əsərləri”nə eynən daxil edilən 



şeirin(379,  207-208)  ilk  misralarından  göründüyü  kimi,  şair 

elmsiz adamları heyvanlardan da qiymətsiz hesab edir, yük çəkən 

heyvanın  yox,  xasiyyəti  xarab  adamların  nifrətə  layiq  olduğunu 

bildirir  və  qeyd  edir  ki,  xasiyyətin  xarablığı,  “hər  fənalıq,  hər 

yamanlıq  isə  elmsizlikdən  törər”  və  anlamazdan  təkcə  cəmiyyət 

deyil, yer, göy bezar olar.   

 

“Övladi-vətənə” epiqrafı verilmiş əsərində şair vurğulayır 



ki,  anlamazlar  anlayanların  əlində  istədiklərini  həyata  keçirmək 

üçün  bir  vasitə,  “yükçəkən”dir,  buna  səbəb  anlayanların  elmli, 

anlamazların  isə  elmsiz  olmalıdır.  Şair  sual  edir:  “Yük  çəkərmi, 

söyləyin,  ol  kimsə  kim,  huşyardır?!”  Cavab  aydındır:  Ağlı  olan 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə