Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə108/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   104   105   106   107   108   109   110   111   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



323 

 

Ey könül ovlayanların çiçəyi! 

 

Öpərəm sən öpən üzü, öpərəm! 

 

 

Ey utanmaq, səni sevən atamaz, 

 

Sən yox olduqda ölmək ən dadlı, 

 

Canlı gülĢənlərin, a nazlı gülü, 

 

Səni üzdən atan daha tutamaz! 

 

 

Hər nə əldən gedərsə var bədəli, 

 

Vardır ondan daha gözəlləri, al! 

 

Ġki Ģey var ki, bulmaq əmri-məhal, 

 

Bir həyatı və bir sən gözəli, 

 

Ey ismət!(288,  N 9) 

Bu  misralarla  əslində  öz  surətini  yaradan,  əsl  insan  necə 

olmalıdır sualına cavab verən M. Hadi şeirin sonrakı bəndlərində 

“Keçəlim,  yoxsulu  buraxmayalım”,-  deyə  zavallı  qəhrəmanının 

vəziyyətini  təsvir  edir.  Süjetli  lirikanın  parlaq  nümunəsi  olan  və 

dramatik  ünsürlərin  də  özünü  göstərdiyi  əsərdə  ailəsinin 

müqəddəratını  həll  etmək,  “Dədə,  əkmək!..”,-  deyib  civildışən” 

balalarına  çörək,  əyin-baş  qazanmaq  üçün  hər  cür  ağır  işə 

qatlşamğa  hazır  olan  və  həyatında  doğruluqdan,  düzgünlükdən 

qeyri yol tanımayan obrazın dilindən deyilən aşağıdakı sözlər nə 

qədər də ibrətamizdir: 

Dolanım baĢına, ağa, mənə iĢ, 

ĠĢləyim, toplayım bir azca para, 

Abadanlıq alım Ģu yavrulara, 

Onları kəsməsin qılınc kimi qıĢ! 

Doğruluqla qapında iĢ görərəm, 

Bir addım doğruluqdan ayrılmam, 

Nə desən eylərəm, inan, ay ağam, 

“Ġt kimi hür!” deyəndə də hürərəm!(288,  N 9)

         

 

  Bu misralardan sonra belə bir yarım misra gəlir: “Of, nə 



acı həqiqət!”. Şərhə ehtiyac görmürük. Həqiqətə şairin münasibəti 

bu yarım misrada bütün cəhətləri ilə əksini tapmışdır.  




İslam  Qəribli 

 

 



324 

 

Şeirin sön üç bəndi şairin mövzunun mahiyyətindən çıxış 



etməklə  dünya,  aləm  barədə  lirik-fəlsəfi  düşüncələri  təsirini 

bağışlayır. Şairin qənaətinə görə dünyada düzlüyün ancaq adı var 

və əyrilk aləmin təbiətindədir. Yer övladı canlı bir zülmdür və: 

 

Can yaxan bir teatrodur dünya, 



 

Bir-birindən oyunları müdhiĢ, 

 

Ağladır gözləri bu pis görünüĢ... 

 

YaĢlı gözlər gülərmi bir əcəba?!(288,  N 9) 

 

Məzmun  və  ideyca  “Bir  işsizin  qış  düşüncələri”  əsəri  ilə 



səsləşən “Əndişeyi-həyat” şeiri şairin bəşərin həyatı, yaşam tərzi, 

zaman  və  insan  problemləri  barədə  düşüncələrinin  bədii-fəlsəfi 

təqdimidir.  “Səda” da “M. Hadi” imzası ilə dərc olunan(290,  N 

65)  iyirmi  bir  beytlik  məsnəvi  formalı  bu  əsər  qəzetdən 

götürülərək  eyni  ilə  şairin  “Seçilmiş  əsərləri”nə  daxil 

edilmişdir(379,  200-201).  Bundan  əvvəlki  bədii  və  elmi-

publisistik əsələrində dönə-dönə müşahidə etdiyimiz üsyankar bir 

ruh bu əsərə də hakimdir. “Vardırmı bir insan bu şüunzari-aləmdə, 

Pabəndi-bəla  olmaya  sərpənceyi-qəmdə?!”  beyti  ilə  başlanan 

əsərində  şair  bildirir  ki,  “zənciri-məişətin”  qat-qat  vurulduğu  bu 

dünyada  insan  övladının  mütləq  şəkildə  azad,  sərbəst  olması 

mümkün  deyil.  Keçmişdə  də  belə  idi,  indi  də  belədir,  sabah  da 

belə olacaq, çünki: 

 

Bir silsileyi-zilli-əməldir bütün aləm, 



 

Bu silsilələrlə sərinib fitrəti-adəm. 

 

Mayasında  zülmə,  əsarətə  aludəçilik  olan  bəşər  övladı 



gələcəyi barədə şirin xəyallara dalsa da, ümidlə sabaha baxsa da, 

ümidi  gözlədiyi  bəhrəni versə  də,  o, bununla kifayətlənməyəcək. 

Fitrətndə  dəyişikliyə  daha  çox  meyil  olan  insan  bir  arzusuna 

çatdısa, digər bir istəyin ardınca qoşacaq. 

  

Şair  qeyd  edir  ki,  özü  bir  zərrə  ikən  sirlər  mədəni  olan 



insanın xislətində ikilk var və bu ikilik yaranışından bəşər övladı 

ilə  qoşa  addımlamaqdadır.  O,  bir  yandan  zülmətdə  qalan  gizli 

xəzinələrin sirli qapılarını açıb “süfliyyətə ən ülvi füyuzu saçırsa”, 

digər  tərəfdən,  həyatı  əndişələr,  burulğanlarla  doludur  və  bunlar 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



325 

belə də davam edəcək, çünki yaranışından insan belə yaradılıb və 

o,  qəbrə  gedincəyə  qədər  halan-hala  düşməklə  yaşamağa 

məhkumdur.  İnsan nə qədər diridir, onun mütləq şəkildə bir fərd 

olaraq hər cür qüssə, əzab və əziyyətlərdən, məişət qayğılarından 

azad olmağı mümkün deyil və mütəq azadlıq yalnız öləndən sonra 

mümkündür  ki,  bu  fikirlər  oxucuya  aşağıdakı  misralarla  təqdim 

olunur: 


 

Ey silsiləcünbani-məiĢət olan insan, 

 

Olduqca həyatın sana zindandır imkan. 

 

Ol gün ki, sönər ĢəĢəeyi-sübhi-həyatın, 

 

Azad edəcək onda səni Ģami-məmatın(379,  201). 

 

Şeirin  şərhindən  çıxarıla  bilən  məntiqi  nəticə  bundan 



ibarətdir ki, insan övladı fani dünyaya gəlib özünü dərk edə bildiyi 

gündən  əbədiyyətə  qovuşana  qədər  çalışmalı,  “Allaha  təvəkkül” 

fəlsəfəsi ilə yaşamamalı, Tanrının ona bəxş etdiyi ömrü əzablı olsa 

belə, məişətinin qayğılarını ödəməklə yaşamağı bacarmalıdır. 

 

Formaca  “Bir  işsizin  qış  düşüncələri”  şeiri  ilə  eyniyyət 



təşkil  edən  “Aşiyani-viran”  adlı  iki  hissəlik  əsərdə  şair 

şəxsləndirmə,  təşxis  üsulundan  istifadə  etməklə  gözəl  bir  poetik 

nümunə  yaratmışdır(291,  N  67).  M.  Hadinin  “Seçilmiş 

əsərləri”nin  1957-ci  il  çapında  bu  şeir  “Aşiyani-viran”  və 

“Yavrulara”  sərlövhələri  ilə  iki  müstəqil  əsər  kimi  çap  olunsa 

da(378, 192-194), əslində bu əsər iki hissəli bir şeirdir ki, sonrakı 

nəşrdə  tərtibçilər  haqlı  olaraq  əsəri  vahid  bir  şeir  kimi  çap 

etmişlər(379,  202-203). 

  

Səkkiz  bəndlik  birinci  bölüm  balalrı  üçün  yem  dalınca 



gedib  “Soyuğun,  atəşin  əlində  qalan,  Calibi-mərhəmət,  gözəl  bir 

quşun”  əhvalının  bədii  şəkildə,  yüksək  sənətkarlıqla  təsviridir. 

Arzusuna  çatmamış  bu  biçarə  torpaq  üstə  sərilərək  ölüm  ilə 

pəncələşməkdədir. Nə əl uzadıb onun imdadına çatan, nə də onun 

dərdinə  çarə  edən  yoxdur.  Ana  ölüm  ayağında,  balalar  isə 

yuvalarında  həsrət  ilə  onun  yolunu  gözləməkdədirlər.  Balalarını 

böyüdüb  ərsəyə  çatdırmaq  üçün  min  cür  məşəqqətə  qatılan, 

“Gündüzü  asimani-qeyrətdə,  Gecəsi  aşiyani-rahətdə”  keçən  bu 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə