Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə106/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   102   103   104   105   106   107   108   109   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



317 

bəhamianəni tərk etməkdir”. Bunun üçün nə edilməlidir? Edilməli 

olanları şair aşağıdakı kimi təklif edir: 

Ġffətli olan çöhrədə ar olmayalım gəl, 

 

Fikri yualım hur ilə, tar olmyalım gəl. 

 

Ziruh olalaım, əhli-məzar olmayalım gəl, 

 

Diz-diz sürünən Ģil kimi zar olmayalım gəl. 

 

 ..Həm növümüzün duĢuna bar olmayalım gəl, 

 

Bu rəhgüzari-ömrdə mar olmayalım gəl! 

 

ġəkli-bəĢəriyyətdə himar olmayalım gəl, 

 

Payi-bəĢərə batmağa xar olmayalım gəl, 

 

Ġnsanları yandırmağa nar olmayalım gəl!(379,  127) 

 

  

    M. Hadinin çalışdığı və əsərlərini çap etdurduyi “Səda” qəzeti 

 

 

 

Bütün  bu  xitabların  bir  cavabı  var:  -  Bəsdir,  yetər  artıq! 



Cəhalət  yuxusundan  ayılıb  vətəndaşlarımızı  insanlığa  dəvət 

etməli,  həqiqət  və  hürriyyəti  tapmaq  üçün  millətə  doğru  yolu 

göstərməliyik. 

 

M. Hadi lirikasının parlaq incilərindən olan “Bir zöhreyi-



həyatın  üfulu”  şeiri  bilavasitə  şairin  tərcümeyi-halı  ilə  bağlı 

əsərlərindən biridir(287, N 5). Hadişünaslıqda belə bir məlum fikir 

var  ki,    atasının  ölümündən  sonra  M.  Hadiyə  pərəsdarlıq  etmiş 

əmisi Hacı Abbasqulunun qızı Əminə ilə onun “arasında get-gedə 

atəşin  bir  məhəbbətə  çevrilən  səmimiyyət  yaranmış,  onlar 



İslam  Qəribli 

 

 



318 

ömrlərini bir yerdə başa vurmaq barədə əhd-peyman bağıamışlar”. 

Lakin iki  gəncin  arzusu  arzu  olaraq ürəklərində  qalmış,  əmisinin 

ölümündən  sonra  “əmisi  arvadı  sevgilisi  Əminəni  ondan  ayırıb 

Əhməd adlı varlı bir tacirə ərə vermiş” və “bu dərdi Hadiyə hətta 

bütün  əvvəlki  fəlakətləri  də  unutdurmuş,  o,  lalə  kimi  sinədağlı 

qalmış,  ilk  məhəbbəti  uğursuz  olduğuna  görə,  ömrü  boyu 

evlənməmişdir”(  Bax:  401,  10  -16).  “Səda”  qəzetindən 

götürülərək  mətnində  heç  bir  dəyişiklik  edilmədən  “Seçılmış 

əsərləri”nə  daxil  edilən  qəsidə  formalı  iyirmi  altı  beytlik  bu 

şeir(379,  193-194)  bir  qədər  başqa  mətləblərdən  xəbər  verir. 

Yüksək  sənətkarlıqla  yazılmış  bu  səmimi  və  dərin  düşüncələrin 

məhsulu  olan  əsəri  M.  Hadinin  nakam  məhəbbəti  haqqında 

monoloqu  da  adlandırmaq  olar.  Lakin  bu  şeirdə  M.  Hadinin 

Əminəyə  olan  məhəbbətindən  yox,  tamamilə  başqa  bir 

məhəbbətdən  söhbət  gedir.  Molla  Cümənin  “İsmi-pünhan”ı  kimi 

kimliyi  şairdən  qeyri  başqa  yaxınlarına,  bəlkə  də,  məlum  olsa 

belə,  adı  açıb-ağardılmayan,  sirr  olaraq  qalan  bir  gözəlin  ölümü 

münasibətilə    yazılan  bu  şeir  və  yazılma  tarixi  bəlli  olmayan  bir 

məktub (nəzmlə yazılmış bu məktub indiyə qədər heç yerdə dərc 

olunmamışdır  və  surəti  bizdə  var–  İ.  Q.)  M.  Hadinin  yetkinlik 

çağlarında  -  28-30  yaşlarında  ikən  birsini  atəşin  məhəbbətlə 

sevdiyini  bildirməkdədir.  Bizcə,  ilk  məhəbbəti  kimi,  bu 

məhəbbətinin  də  uğursuzluğa  düçar  olması  M.  Hadinin  ailə 

qurmamasına  səbəb  olmuşdur.  Nə  M.  Hadinin  özünün,  nə  də 

dostlarının yazılarında  bu məsələ ilə bağlı aşkarlqyıcı bir fakt əldə 

edə  bilmədiyimizdən,  əsəri  qısa  şəkildə  şərh  etməklə 

kifayətlənəcəyik. 

 

Aldım xəbəri-mövtünü, ey cövhəri-yekta, 

 

ƏĢarmı  əĢkabım ilə eylədim inĢa!,- 

beyti ilə başlanan şeirin ilk beytindən anlaşılır ki, hər halda şairin 

sevdiyi gözəl onun yaşadığı şəhərdə deyil, başqa bir yerdə, bəlkə 

də  Şamaxı,  yaxud  Kürdəmirdə  yaşamışdır.  Çünki  həmin  illərdə 

Bakıda  yaşayan  və  işləyən  bir  şəxsin  şeirini  “Aldım  xəbəri-

mövtünü..”    sözləri  ilə  başlaması  inandırıcı  görünmür.  Bu  adam 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



319 

simvolik olsa belə, Əminə də  ola bilməz, çünki “ böyük bir ailə, 

oğul-uşaq sahibi olan Əminə 1945-ci ildə sağ olmuş və Bakının 1 

May küçəsində yaşamışdır(Bax: 401,  16).  

 

Sevdiyinə  “ey  kövkəbi-bariq”  (parlaq  ulduz)  deyə 



müraciət edən şair bildirir ki, sənin dünya mülkünə vida edib qara 

torpaq  sinəsində  sığınacaq  tapdığını  eşidəndən  sonra  gündüz 

nəzərimdə  zülmət  qaranlıq  kimi  görünməyə  başladı.  İlk  dörd 

beytdən sonrakı beytdə müraciət obyekti dəyişir. Şair indi də qara 

torpağa müracətlə deyir: 

 

Gör kim sənə dəfn olmuĢ, əya xaki-siyahrəng, 



 

Bir nurdur kim, oluyorsan ona məva(379,  193).  

 

Bu beytdən sonra yenə də müraciət obyekti dəyişir və şair 



sevgilisinin  xəyalı  ilə  həmsöhbət  olur.  Söhbət  hansı  müstəvidə 

gedir? Şərhinə çalışaq.  

 

Mələyim, son nəfəsində dünyaya həsrət nəzərləri ilə baxıb 



əbədiyyətə  qovuşdun.  Ona  mat  qalmışam  ki,  təbiət  sənin  gözəl 

gözlərinin  yumulmasına  necə  razı  oldu?  Sən  getdin  və  sənin 

yoxluğun  mənim  üçün  qəmli  bir  qiyamət  gününə  döndü,  dünya 

gözlərimə  matəm  kəsildi.  Sən  bir  məhəbbət  nuru  idin,  nurunla 

dünyam  işıqlanırdı.  Sənsiz  zülmətə  dönən  dünyamda  həsrət 

yaşları ilə yanaqlarım islanmaqadır. 

 

Mən ağlayıram, Ģeir oluyor əĢki-rəvanım, 

 

Hər qətreyi-dürdanəsi bir Ģeiri-müsəffa. 

 

Mən də yaparaq əĢkimi güldəsteyi-əĢar, 

 

Ġthaf edirəm ruhuna əĢari-mütərra(379, 193). 

 

Göz  yaşlarımla  gül  dəstəsi  bağlayır,  məhzun  durur, 



qəmimi,  qüssəmi  kimsə  ilə  bölmək  də  istəmirəm.  Fəryad  edər 

olsam,  aləm  naləmdən  təlatümə  gələr.  Özüm  öz  içimdə  yanıram 

və  “Yanmış  dilmin  dudu  olur  növheyi-sevda”  (Yanmış  ürəyimin 

ah-haləsi məhəbbət növhəsi, mərsiyəsi, ağısı olur). 

 

Göz yaĢlarımı, ahımı, fəryadımı daim, 

 

Səssiz o həzin məqbərənə eylərəm ehda. 

 

ġeirim olacaq fatiheyi-səngi-məzarın. 

 

Ey xatiməsi baisi-əĢari-qəməfza(379, 194). 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə