Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə103/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   99   100   101   102   103   104   105   106   ...   147

İslam  Qəribli 

 

 



308 

təsdiq  etməlidir  ki,  bu  iki  qüvvə  şiddətlə  hökmfərma  olduğu 

məmləkətlər  ən  zəif,  ən  aciz,  ən  düşkün  məmləkətlərdir.  Bu  iki 

pərdeyi-siyah  asılan  səhnələrdə  həqiqət,  ədalət,  müsavat,  hüquq 

camali-bakamalını  göstərmədi,  göstərməyir  və  göstərməyəcək 

də”(269,  N 145).  

M.  Hadi  qeyd  edir  ki,  ümumi  məhəbbətə,  qardaşlığa, 

həmrəyliyə, işığa can atan qüvvələrlə nurun, inkişafın qənimi olan 

və  əsarəti  təmsil  edən  irtica  qüvvələri  arasında  əbədi  mübarizə 

gedir,  xeyirlə  şər  daimi  çarpışmadadır  və  “..  bu  qüvvələr 

yekdigərinin istinadgahi-mətnidir. Bu onsuz, o bunsuz yaşamaz”. 

Hansı  məmləkətdə  yaxşılıqlar  yaramazlıqlara  qalib  gəlmişsə, 

həmin  məmləkətlərin  idarəçiliyi  “zümreyi-fəlasifə  və  ərbabi-

hikmətə”  tapşırılmışdır.  O  ölkələrdə  ki  istibdadı  məhəbbət  əvəz 

edib, o ölkələri ki ağıllı və zəkalı adamlar idarə edir, orada inkişaf  

və  tərəqqi  var  və  ictimai  həyat  irəliyə,  daha  xoşbəxt  gələcəyə 

doğru  qoşmaqdadır.  O  ölkədə  ki  dövləti  idarə  edənlər  “övham, 

zünuni-xürüfat,  mafövqültəbiət  ilə  deyil,  həqayiq,  təcarüb, 

müşahidat,  yəni  lədünyati-həyat  ilə  məşğul  bulunurlar,  məsnədi-

ruhaniyyunda o dühalar, o filosoflar, o muşikafan səraini-hükəma 

əyləşmişlərdir  ki,  gəncineyi-təbiətdə  məknuz  bulunan  xəzinələri 

pənceyi-əfkarə alaraq ortaya qoyurlar. Bəşərin xəyalı kimi bitmək, 

tükənmək  bilməyən  məhsuli-kainatı  əql  və  idrak  barmaqları  ilə 

iltitaf  edib,  dərib  büsati-həyata  ehda  edirlər.  Yerlər,  göylər, 

dağalar, mədənlər bu filosoflarla ram olur”(269,  N 146).  

“Bəşərin  əql  və  fikri  qarşısında  məhal  olan  (çətin,  müşkül 

olan – İ. Q.) heç bir şey yoxdur”(269,  N 146), - deyən M. Hadi 

qeyd edirdi ki, azadlıqla əsarətin bir yerdə olması mələklə iblisin, 

hur  ilə  ifritin  bir  yerdə  ola  bilməsi  kimi  bir  şeydir  ki,  bu  da 

mümkün  olan  məsələ  deyil  və  hər  şeyə  qadir  olan  insan  nurun 

zülmətə, hurun ifritə qalib gəlməsi üçün çalışmalıdır. Çünki bu iki 

barışmaz  qüvvədən  yalnız  buri  –  bəşəriyyəti  irəliyə  doğru  apara 

biləcək  qüvvə  yaşamağa  haqlıdır.  Oxuculara  müraciətlə  müəllif 

soruşur:  “Bu  iki  qüvvələrdən  hansı  yaşamağa  layiq  və  hansı 

edama şayəstədir? Bunu tədqiq edəlim. İnsanlıqdan hissəyab olan 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



309 

hər  bir  fərd  ifrit  ilə  zülmətin  ədəminə,  nurla  hurun  bəqasına 

tərəfdar  olacağı  aşkardır.  Bu  naqabili-inkar  bir  həqiqət,  bir 

həqiqətül-həqayiqdir.  Acı  təcrübələr  bizə  göstərir  ki,  nurla  huru 

yaşatmağa  çalışanlar  cənnəti-səadətə  nail  olduqları  kimi,  ifritlə 

zülmü  yaşadanlar  da  cəhənnəmi-səfalətin  ən  əfsəl  dərəkəsinə 

enmişlər və enəcəklər də”(269,  N 150). 

İran və Türkiyədəki inqilabi hərəkatı misal gətirən, yenilik, 

hürriyyət  tərəfdarlarını  alqışlayan,  köhnəfikirli,  bəşəriyyətin 

inkişaf  qanunlarını  saya  saymayanları  “milləti,  vətəni,  cahani-

insaniyyəti  daima  təhlükələrə,  girdabi-fəlakətə  tərəf  sürükləyən 

siyahruhlar”  kimi  niftətlə  yad  edən  müəllif  onu  da  qeyd  etməyi 

unutmur ki,  kütlələrin savadsızlığından və siyasi cəhətdən yetkin 

olmamasından  istifadə  edən  “əmmaməli  jandarmalardan” 

qorunmaq  lazımdır.  Fikrini  sübut  üçün  o,  din  pərdəsi  altında 

Sultan Əbdülhəmdin rejiminin bərpası üçün 1909-cu il martın 31-

də  İstanbulda törədilmiş qanlı bir faciəni misal gətirir və  yazır: “ 

Məlum  olduğu  üzrə  böyük  mücahidə  və  fədakarlıqlar  sayəsində 

istehsal edilmiş hürriyyətə ilk zərbəni vuran “şəriət istəriz” niqabı 

ilə  meydana  atılan  “vulkançılar”  oldu.  “İttihadi-Məhəmmədi” 

nami-mübəccəli altında bu guruhi-məkruhun başçıları – “Vulkan” 

qəzetəsi  müduri  Dərviş  Vəhdəti,  “Miqyasi-şəriət”  qəzetəsi  sahibi 

Hüseyn  Rəmzi,  Nazif  Sərvəri  və  bunlar  misilli  alçaq  həriflər 

oldu”(269,  N 150). 

Əksinqilab  cəbhəsində  duranların  məram  və  məqsədlərinin 

nədən ibarət olduğunu konkret dəlillərlə əsaslandıran müəllif Qərb 

ilə Şərqi müqayisə etməyi də unutmur, İranda və Türkiyədə Qərb 

ölkələrində  olduğu  kimi  parlamentli  respublikaların  qurulmasını 

vacib hesab edir.   

İstibdadı  –  maddi  və  mənəvi  əsarəti  bəşər  tarixində 

törədilmiş  pisliklərin  mənbəyi  hesab  edən  müəllif  məqalənin  bir 

yerində  yazır:  “Bu  bədbəxt  dünyada  ürək  parçalayacaq  hansı 

faciədir  ki,  sərzədeyi-zühur  olmasına  bu  iki  qüvvə  səbəb 

olmamışdır? Bu səhneyi-xuninin hansı dilsiz rollarıdır ki, onu bu 

iki  qəhrəmani-istibdad  oynamamışdır?  Sokrata  zəhəri  kimlər 



İslam  Qəribli 

 

 



310 

içirtdi? İbn Rüşt, İbn Bətutə, İbn Sina, Məhiyyəddin Ərəbiləri kim 

təkfir  etdi?    Volterləri,  Russoları,  Hüqoları  cəzirələrə,  mənfalara 

kimlər sürgün etdirdi?.. Mövtaları istintaq etmək imkan daxilində 

olsaydı,  qismi-əzəminin  istibdad  qurbanı  olduqları  aşkar 

olardı”(269,   N 170). 

“Qəhr  olsun  istibdad!”  sözləri  ilə  yekunlaşan  məqaləsində 

M. Hadi ümid edir ki, təcəddüd, inkişaf, dirçəliş əsri olan XX əsr 

bu  iki  qüvvənin,  yəni  mənəvi  və  cismani  əsarətin  aradan 

qaldırılmasına,  hürr  və  azad  vətəndaş  cəmiyyətinin  yaranmasına 

öz tarixi töhfəsini verəcəkdir. 

Cəmiyyəti  bürüyən  yaramazlıqlara,  süni  şəkildə  ortaya 

atılaraq sağalmaz bir çibana dönmüş sünni – şiə məsələsinə  qarşı 

“Süni  yuvalara dair”(272,  N 161) adlı məqaləsində etiraz səsini 

ucaldan M. Hadinin cəmiyyəti məzlum günə salan bu iki qüvvə - 

məzhəb  ayrıseçkiliyi  və  cismani,  mənəvi  əsarət  -    barədə 

düşüncələri “Seyheyi-imdad” adlı məqaləsində də bu və ya digər 

dərəcədə  əksini  tapmışdır(273,      N  171).  Onun    din  xadimlərinə 

ünvanladığı  sözlər  fikrimizin  təsdiqi  üçün  parlaq  sübutdur:  “Ey 

məsnədi-şəriəti  qəsb  edənlər!  Ey  milləti-məzluməni  məhv  və 

inqiraza  çalışanlar!  Bu  millətin  yaxasından  əl  çəkiniz.  Qoyunuz 

yüz  sənələrdən  bəri  xarabata  döndərdiyiniz  kaşaneyi-milləti  azad 

etməyə  çalışsınlar.  Qoyunuz  təhsil  etsinlər  də  sizin  kimi  cəhalət 

əlində əsir olmasınlar. Qoyunuz oxusunlar da alimnümalar misallı 

vücudlarına küfr mətai deyil, iman, irfan, iyqan mətai toplasınlar. 

Milləti  düçar  olduğu  girdabi-izmehlaldan  qurtarmağa  səy 

etsinlər”(273,  N 171).  

M.  Hadinin  “Şüuni-müxtəlifə  və  zamanın  Qarunu”  adlı 

məqaləsi,  əslində  tam  şəkildə  orijinal  məqalə  deyil(284,    N  214, 

215). Məqalədəki bir çox materiallar ərəb və fars dilli qəzetlərdən 

tərcümə  olunmuş  və  müəllif  bir  çox  məsələlərə  şərh  verməklə 

Şərq ölkələrində baş verənlərə münasibətini bildirmişdir. 

M.  Hadinin  “Tərəqqi”  qəzetində  dərc  olunmuş  bədii-

publisistik  yazıları  barədə  mülahizələrimizdən  belə  bir  nəticəyə 

gəlmək  olur  ki,  həmin  illərdə  mütəfəkkir  sənətkarı  məşğul  edən 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə