Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə41/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   37   38   39   40   41   42   43   44   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



121 

boş-boş  sözlərlə  vaxt  keçirməyə  yox,  iş  görməyə,  əsarətə  qarşı 

mübarizə aparmağa çağırır  və deyir: 

 

Ġzzəti-nəfs ilə ölmək bir məziyyətdir bizə, 

  Ömr sürmək min səfalətdə əziyyətdir bizə, 

  ġanlı ölmək, Ģanlı ölmək Ģanü Ģöhrətdir bizə, 

  Bərhəyat olmaq əsarətdə xəsarətdir bizə, 

  Gər ölərsək Ģirasa Zülfüqar ağlar bizə(168,  298). 

Şairin əqidəsinə görə amal və məramımız uğrunda şir kimi 

şan və şərəflə ölsək, bizə Həzrət Əli – Zülfüqar ağlar ki, bundan 

da böyük səadət yoxdur. 

Yazıldığından yeddi gün sonra (şeir iyun ayının 16-da yazıl-

mışdır)  “Məhəmməd Hadi” imzası ilə   dərc  olunan  və  məsnəvi 

şəklində  olan  “Axşam  tənəzzöhləri”(169,  319-320)  (“Axşam 

gəzintiləri”-  İ.  Q.)  əsəri  mətnində  heç  bir  ciddi  dəyişiklik 

edilmədən    həm  “Firdovsi-ilhamat”da(377,  113-118),  həm  də 

sonrakı kitablarda verilmişdir(379,  381;  62-64, 69-71). 

Baharın  xoş  günlərinin  birində  axşam  gəzintilərinin  təsviri 

ilə başlayan otuz bir beytlik şeirdə şair bildirir ki: 

 

Gəzir nəzakət ilə mərdü zən, siğarü kibar, 

  Çoluq-çocuq qoĢuyor hər tərəfdə misli-həzar. 

  Kimi qonuĢmadadır yari-qəmgüsarı ilə, 

  Kimi düĢünmədədir qəlbi-qüssədarı ilə. 

  ..Kimi tükənməz ələmlər ələddəvam əzər, 

  Kimi mənim kimi laqeydü laübalı gəzər(169,  319). 

Şairin  təsvirində  bu  axşam  gəzintisində  hərə  öz  işi  ilə 

məşğuldur. 

Biri 


“zəbani-dəsti-məsaib, 

əsiri-pənceyi-qəm” 

(müsibətlər  əlində  taqətsiz,  qəm  pəncəsində  əsir),  digəri  isə 

taleyindən  razı,  asudə,  xəyalında  cənnəti  canlandırmaqla  ətrafı 

dolanmaqdadır. Bir tərəfdə musiqi çalınır, “san ötər həzari-bahar” 

(sanki baharın bülbülləri səs-səsə verib oxuyar), digər tərəfdə isə: 

 

Bir-iki-üç çocuq əldə cəridələr tutuyor, 

  Onu bitirmək üçün hər tərəf gəzir, qoĢuyor. 

  Çocuqlar olmada yer-yer qədəmnəhadi-xüram, 

  Deməkdə hər birisi: - ĠĢtə “Ruznameyi-Ģam”(169,  319). 



İslam  Qəribli 

 

 



122 

Qəzetsatan uşaqlardan qəzetlər, o cümlədən “Axşam qəzeti” 

alan  əcnəbilər  “kamali-izzət  ilə”  qəzeti  oxuyur,  yanındakı 

həmdəmi isə onu məhəbbətlə dinləyir. Lakin: 

 

Görünməyirdi fəqət bir cərideyi-islam, 

  Bu hal qəfləti-islamı göstərirdi tamam. 

  Böyük-kiçik, hamı dildadeyi-kəmalat idi, 

  Bütün əhaliyi-islam qəriqi-qəflət idi. 

  Gəzərdi sərsəriyanə, səfilü avarə, 

  Bütün əsiri-əyadiyi-nəfsi-əmmarə. 

  Bu halə qarĢı təhəssürlə giryəbar oldum, 

  TutuĢdu odlara könlüm, püriztirar oldum(169,  320). 

Göründüyü kimi, bu şeirində də M. Hadi yaradıcılığının baş 

mövzusundan-  maarif,  mədəniyyət  və  hürriyyətdən  uzaqlaşa 

bilmir.  Əsərin  sonluğu  ibrət  götürüləsi  bir  səhnə  ilə  tamamlanır. 

Şairin  təsvirində  bir  yanda  iki  qız  uşağı  oturmuş,  əllərindəki 

kitabları ədəb və həvəslə varaqlayır və bu mənzərə insana zövq və 

ləzzət  verir.  “Nə  mənzərə,  nə  məlahətli  bir  həqiqətdir!”,-  deyən 

şair milləti məhz belə bir mənzərədən ibrət götürməyə çağırır və 

şeiri bu misralarla tamamlayır: 

 

Buna nə gözlə baxır çeĢmi-millət, ey əfsus, 



  ġu məktəbi-mədəniyyətdən almıyormu dürus?(169,  320). 

Beytdən  anlaşılan  budur  ki,  əgər  gizli  sirlərin  açılmasını, 

sənə  əyan  olmasını  istəyirsənsə,  gərək  Hadi  kimi  yer  üzünün  və 

zəmanənin  azad  adamı  olasan.  Belə  ki,  azad  olmayan  adamın 

düşüncələri də azad ola bilməz. 

Yazılma  tarixi  12  iyun  kimi  göstərilən  “Nəvayi-rindanə” 

şeirinin(172,  325)  altında  “Məhəmməd  Hadi”  imzası  qoyulmuş, 

əsər bir, yəni on birinci: 

 

Əgər məmulun isə kəsbi-hissiyyati-hürriyyət, 

  Fədakarani-həqqin pəndi-rənasın nuĢ eylə,- 

beyt  istisna  olmaqla  “Firdovsi-ilhamat”da(377,  43-44),  tam 

şəkildə, heç bir dəyişiklik edilmədən sonrakı kitablarda(379, 381;  

61, 69) dərc olunmuşdur. 

Başlığı,  sərlövhənin  mənası  “kefcilanə  nəğmə”  anlamında 

olan  bu  şeir  şairin  əsərləri  üçün  xarakterik  olan  yeni  bir  cəhəti 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



123 

izləmək  baxımından  maraq  doğurur.  “Halva-halva  deməklə  ağız 

şirin  olmaz”  məşhur  xalq  məsəlinin  ümumi  ahəngi  ilə  səsləşən 

əsərində şair oxucusunu  fədakarlıqla  meydana çıxmağa, azadlıq 

bayrağını  bir  şir  kimi  başı  üzərinda  dalğalandırmağa  çağırır  və 

deyir: 


 

Müsəmməmsə xəyalında əgər amali-istiqbal, 

  Atıl meydanə Ģiranə, mühibanə xüruĢ eylə(172,  325). 

“..Bir  romantik  kimi  bəşəriyyətin  gələcəyinə  dərin  inamla 

baxan”(9,  84),  insanları  öz  haqları  uğrunda  mübarizə  aparmağa 

çağıran müəllif bildirir ki,  xovf və qorxudan bir şey çıxmaz. “Nə 

gördün  mənşəyi-vəsvas  olan  künci-mədarisdə?”  Nə  qədər  ki, 

qorxu hissini ürəyindən çıxarmamısan, sənə səadət yoxdur. “Qılıb 

tərki-vəsvas” qəflət yuxusundan oyan və: 

 

Təəssüb xirqəsin yax, kisveyi-insafı nuĢ eylə. 

Nəhayət,  ağıl  sahiblərindən,  ağıllı  adamlardan  feyzdar 

olmaq istəyirsənsə: 

  Açıb məna qulağın, zahiri guĢi-füruĢ eylə(172,  325). 

Bu  və  bu  kimi  onlarla  odlu,  alovlu,  eyni  zamanda 

mütəfəkkiranə misraları oxuyanda düşünürsən: 27 yaşı və cəmi iki 

illik  aktiv  ədəbi  fəaliyyəti  olan  bir  şəxs  bunları  necə  və  hansı 

hissin təsiri ilə deyib?  

      “Firdovsi-ilhamat”a 

düşməsə  də  sonrakı  kitablarına 

salınan(377, 67-68)  “Həsbhal, yaxud bizim Hadinin iztirabı” adlI 

şeir(174,  389)  jurnalda“Füyuzati”  imzası  ilə  çap  olunmuşdur. 

Əvvəli  mürəttiblə  sual-cavab  formasında  qurulmuş  bu  şeir  

Hadinin  poeziya,  ədəbiyyat,  söz  sənəti  barədə  düşüncələrini 

izləmək baxımından maraq doğurur. Mürəttibin: “Etiraz ediyorlar 

keçənki  şeirinizə,”  -  replikasına  şairin  verdiyi  uzun  bir  cavab, 

əslində lirik qəhrəmanın monoloqu, “Şeir necə olmalıdır?” sualına 

verilən bir cavab kimi də düşünülə bilər.  

Müəllifin dilindən verilən “bu gün lisanə, sabah dinə  etiraz 

olunur”-  sözlərindən  anlaşılır  ki,  Gəncədən  göndərilən  bir 

məktubda  M.Hadinin  şeirlərindəki  çətin  anlaşılan  sözlərə,  dərk 

edilməsi  ortabab  oxucu  üçün  o  qədər  də  asan  olmayan  fikirlərə 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə