Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə38/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   34   35   36   37   38   39   40   41   ...   147

İslam  Qəribli 

 

 



112 

Qeyd  edək  ki,  bu  şeir  də  M.  Hadinin      sonrakı  kitablarına 

düşməmişdir. 

M.Hadi lirikasının həm forma-məzmun, həm də ideyaca ən 

mükəmməl  nümunələrindən biri olan “Bir  əməlim”  şeiri jurnalın 

12-ci  nömrəsində  çap  olunmuşdur(158,  185-186).  “Firdovsi-

ilhamat”a(377, 73-76) və sonrakı kitablara düşən(379, 381; 43-45; 

53-55) müsəddəs formalı bu şeirin jurnal variantında sərlövhədən 

sonra belə bir misra verilmişdir: “Məni mükərrər edən var könüldə 

bir əməlim”. Qeyd edək ki, bu misra doqquz bəndlik şeirin (əsərin 

sonluğuna dördlük şəklində olan üç bənd də əlavə olunmuşdur ki, 

bu  barədə  bir  qədər  sonra  münasibət  bildirəcəyik  -  İ.  Q.)  hər 

bəndinin  sonunda  “Xəyal  etmə  budur  baisi-məlali-dilim”  misrası 

ilə birgə nəqarət kimi təkrarlanır.  

“Düçari-hüznü  qəm  etdi  məni  bu  taleyi-şum”,  -  deyə 

taleyindən  şikayətlənən  şairin  arzusu  nədir?  Cavab  şeirin 

sonluğuna  əlavə  edilmiş  birinci  bəndin  ikinci  misrasındadır: 

“Könüldəki əməlim millətin səadətidir”. 

Hürriyyət  aşiqi  olan  şair  həsrətində  olduğu,  xəyalında 

bəslədiyi  azadlığı,  fikrən,  mənən  sərbəstliyi  real  həyatda  görmür 

və  görə  də  bilməz.  Çünki  zamanla,  mühitlə  onun  duyğu  və 

düşüncələri  arasında  kəskin  ziddiyyət  var.  İnsanı  əzən,  onun 

insani,  ilahi  və  ümumbəşəri  istəklərinin  üstündən  xətt  çəkən 

bərabərsizlik  dünyasında  murad  çiçəklərinin  açılması  və  bəxtin 

gülməsi mümkün deyil. 



 

Əməl çiçəklərim oldu düçari-dövri-xəzan, 

  Çiraği-huĢumu söndürdü kəmĢüur ustad, 

 

Riyazi-fikrimi yandırdı badi-istibdad(158,  186),- 

deyən  şair  arzusuna  çatmaq  üçün  yalnız  bir  yol  görür:- 



HÜRRĠYYƏT! 

 

Sair  bildirir  ki,  qara  bəxti  onu  əsarətdə  bəsləmiş,  gözü 



yollarda qalsa da, azadlıq baharının gəlişindən xəbər  yoxdur. Bu 

səbəbdən də onun əməl çiçəkləri açılmadan solur. 

Zülm və zülmət gecələrində (M.Hadidə “şəbi-zülamda” -  İ. 

Q.) ahı göylərə bülənd olub qəm nəğmələri oxuyan, “nə bir ənis, 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



113 

nə  bir  yaran”  görünmədiyindən  “Şu  kimsəsizliyimə  baxdım 

əşkbar  oldum”,-  deyən  şair  hürriyyət  günəşinin  doğmamasını  və 

doğmayacağını yəqin edəndən sonra yazır: 

 

Sovurdu badi-fəlakət Ģu nazənin gülümü, 

  Düçari-sərsəri-qəhr oldu cilvəzari-nəbat. 

  Xəzanzəd oldu baharımda qönçəzari-həyat, 

  ġu qəmli mənzərə kəsdi nəvayi-bülbülümü(158,  186). 

“Bilirsinizmi nədir, məncə, nüxbeyi-amal?”,- sualını verən, 

könlündəki  əməlinin  millətin  səadəti  olduğunu  iqrar  edən  şair 

vətəninə: “Ey  pəriyi-vicdanım, səni sevmək mənim imanımdır”,- 

deyə  müraciət  edir və  şeir  bu səmimi  və düşündürücü misralarla 

tamamlanır: 

 

Dili məhzun edən bu halətdir, 

  Qıldım izhar iĢtə həsrətimi, 

  Istərəm bəxtiyar millətimi, 

  Qəlbimdə bəslənən bu niyyətdir(158,  186).  

         Bir  neçə  kəlmə  1906-cı  il  aprel  ayının  3-də  (sənə  1325,  20 

səfər)  yazılmış bu şeirin forması haqqında. On iki bəndlik  əsərin 

ilk doqquz bəndinin hər biri altı misradan ibarətdir və hər bəndin 

sonunda:                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           

 

Xəyal etmə budur baisi-məlali-dilim, 

  Məni mükəddər edən var könüldə bir əməlım,-

 

misraları təkrarlanır. Bəndlərin 1-4-cü misralari bir-biri ilə, 2-3-cü 

misraları  isə  öz  aralarında  qafiyələnir  və  bu  qayda  nəqarət  kimi 

səslənən  yuxarıdakı  iki  misranın  verilmədiyi  son-  10,  11,  12-ci 

bəndlərdə də gözlənilir. Nümunə üçün iki bəndə diqqət edək: 

  İkinci bənd: 



 

Xürama gəlmədi hurim görüb məram alayım, 

   Vüsali-yardan artıq mən olmuĢam məyus. 

   Üyuni-cazibəsi baxmadı mənə, əfsus, 

    ġu sahiranə baxıĢdan doyunca kam alayım(158, 186). 

On birinci bənd: 

    

Ey vətən! Ey pəriyi-vicdanım, 

    Kəsmə bizdən nigahi-Ģəfqətini. 

    Eylə ilqa dilə məhəbbətini



İslam  Qəribli 

 

 



114 

     Səni sevmək deyilmi imanım?(158,  186) 

Bundan  başqa,  vəzn  və  təfilə  dəyişkənliyi  də  göz 

qabağındadır.  

Müxəmməs  şəkiində  olan  “Gör”  rədifli  altı  bəndlik 

“Lövheyi-bahar”(159,  198-199)  şeirinin  jurnal  variantında 

mündəricatda  “Lövheyi-bahar........  Məhəmməd  Hadi  Şirvani” 

sözləri yazılsa da, əsərin çap olunduğu səhifələrdə şeirin sonunda 

imza göstərilməmişdir. Şeir mətnində heç bir dəyişiklik edilmədən 

“Firdovsi-ilhamat”a(377, 111-113) və sonrakı kitablara(379, 381; 

46-47;  55-56)  daxil  edilmişdir.  Sərlövhənin  altında  “Kitabi-

təbiətdən bir vərəq” sözləri yazılmış, ondan sonra isə epiqraf təsiri 

bağışlayan aşağıdakı iki misra verilmişdir: 

  Xürrəm olur bahar görəndə xüramını, 

  Gülməzmi qönçələr görələr ibtisamını?(159, 198) 

Şeirin birinci bəndi sevgiliyə xitabən belə başlanır: 

 

  Xüramə gəl, a sevgilim, nihali-sərvzarı gör, 



 

 

   Çıx ərzi ibtisam qıl, bahari-feyzbarı gör. 

  Gəzib çəməndə, bülbülüm, güli-Ģükufəzarı gör, 

  ġu növĢükufə güllərin üzündə əksi-yarı gör, 

  O “Ģairül-tüyur” olan   həzari-nəĢədarı gör(159, 198). 

Sonrakı bəndlərdə gül ləçəklərinin üzərində bərq vuran şeh 

damlalarını, çəməndə gümüş kimi parıldayan çiçəkləri, bulaqları, 

nəğmə  oxuyan  bülbülləri  vəsf  edən  şair  insanı  təbiətdən  zövq 

almağa və ondan ibrət götürməyə çağırır. Şairin fikrincə: 

 

Cahan  ki, bir cəridədir əgər bilinsə qiyməti. 

Cəridəni  -  qəzeti  oxuyub  dünya  hadisələrindən  xəbərdar 

olmaq  mümkün  olduğu  kimi,  təbiəti  də  huş-guşla  seyr  etməklə 

kainatın  sirlərinə  vaqif  olmaq  olar.  Məhz  bu  əqidədə 

olduğundandır ki, o yazır: 

 

 

Keçir gözündən, ey gözüm, cərideyi-həqiqəti, 



  Bu təbgahi-sünidə çıxan kitabi-hikməti, 

  Nigahi-intibahə al, sərairi-nigarı gör(159,  199). 

Yeri gəlmişkən qeyd edək ki, bu şeirə M. Ə. Sabir “Tömeyi-

nahar”  adlı  satirik  parodiya  yazaraq  “Çaydaçapan”  imzası  ilə 

“Molla  Nəsrəddin”  jurnalının  1907-ci  il  14  aprel  tarixli  15-ci 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə