İslam Qəribli
106
gəldiyimiz bir fikrin - ümumi məhəbbətin insan qəlbinə hakim
olmamasıdır.
“Füyuzat”ın 12 yanvar 1907-ci ildə çıxmış 7-ci nömrəsində
M. Hadinin “Təbriki-eydi-əzha”(148, 103-104) və “Təraneyi-
milli”(149, 108-109) adlı iki şeiri dərc olunmuşdur. 9 bəndlik
birinci şeir yeddilik, 10 bəndlik ikinci şeir isə altılıq şəklindədir.
Müvafiq olaraq “Firdovsi-ilhamat” kitabında gedən şeirlər(377, 123-
126; 49-51) “Firdovsi-ilhamat”dan götürülərək sonrakı kitablara da daxil
edilmişdir(379, 381; 30-31, 32-33; 43-45, 45-47).
Şeirlərdən birincisi müqəddəs Qurban bayramına həsr
olunmuş və “Firdovsi-ilhamat”dakı mətndə sərlövhədən sonra
belə bir qeyd verilmişdir: “Eydi-əzhanın hülulu münasibəti ilə
söylənilmişdir”(377, 123).
“Bəşarət, əyyühəl-ixvan, bu gün bir eydi-zişandır”- misrası
ilə başlanan və bütün bəndləri “Bu gündə seyyidül-kövneyn
islamə səlam eylər, Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər”
beyti ilə bitən şeirdə Qurban bayramının sülh, əmin-amanlıq,
bərabərlik bayramı olduğu qeyd olunsa da, əsas məsələ yenə də
maarifin, elmin və mədəniyyətin təbliğidir. Bəndlərin birində
oxuyuruq:
Edin nuri-təməddünlə münəvvər qəlbü vicdanı,
Qılın nəĢri-maariflə müzəyyən baği-imkanı,
Vətən övladı etsin iqtisabi-feyzi-ruhani,
Cəhalət dərdinin yox mərifətdən qeyri dərmanı,
Mərifət eylər ayineyi-idrakı nurani,
Bu gündə seyyidül-kövneyn islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər(148, 104).
“Seyyidül-kövneyn”- hər iki dünyanın başçısı hesab etdiyi
Məhəmməd peyğəmbərin millətin birliyinə sevinməsini, təbəssüm
göstərməsini bildirən şair bir qədər sonra İslam dünyasının fəxri
(mədari-fəxri-islam) hecab olunan Əbu Əli Sina(980-1037), Fəxri
Razi(1149-1209),
Mövlana
Qəzali(1530-1572),
Cəlaləddin
Rumi(1197-1273), Sənayi Qəznəvi(1081-1141), Sədi Şirazi(1184-
1291), Mirzə Hüseynəli Bəhainin(1817-1894) adlarını çəkir və
Məhəmməd Hadi və mətbuat
107
“Maarif bağının məhsuludur iştə bu dahilər”,- deyə oxucusuna
təqdim etməklə maarif və mədəniyyətin bəşər övladının həyatında
oynadığı rolu bir daha göstərir və təəssüflə onu da qeyd edir ki,
belə dahiləri olan islam milləti maarif, mədəniyyət, ümumi
məhəbbət, ittihad və ittifaqdan uzaqlaşdığından “Bu gün səhrayi-
qəmdə qəlbi-aşiq tək pərişan, bazari-cahanda əhli-xüsran, qəflətdə
puyan” vəziyyətinə düşüb. Çıxış yolunu şair yenə də maarifdə,
birlikdə, qardaşlıqda görür və yazır:
Dəyanətpərvəran həbli-Xudaya etisam eylər,
Mühibbi-mülkü millət ittifaqə ehtimam eylər,
Vifaq olduqda əbnayi-vətən ehrazi-nam eylər,
Üxüvvət ilə hər kəs iktisabi-ehtiĢam eylər(148, 104).
Müsəddəs - altılıq şəklində yazılan “Təraneyi-milli” şeiri M.
Hadi lirikasının başlıca mövzularından biri olan millət və onun
aqibəti məsələsinin şərhinə həsr olunmuşdur. Bütün bəndləri
“Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?” bədii sualı ilə
tamamlanan şeirdə millət və onun gələcəyi barədə şairin duyğu və
düşüncələri çox yüksək bədii və fəlsəfi ümumiləşdirmələrlə öz
əksini tapmışdır. Bu əsərdə şair ürəyi yana-yana bildirir ki,
qələmlər millətin halını bəyan edən yazılar yazmaqdan usandı,
lakin millət qəflət yuxusundan oyanmadı. Səbəb nədir ki, başqa
millətlər haqqını tələb edib özünə xoş gün qazanmaqdan ötrü
mübarizəyə qalxdığı halda, müsəlman milləti “Hüququn anlayıb
da səfalətdən usanmazmnı?”(149, 108). M. Hadiyə görə millətin
qəflət yuxusundan ayılması üçün bir neçə yolu var ki, bunlardan
biri birlik və bu birliyi yaratmaq üçün səy və qeyrətdir.
Həmiyyət olsa, övladi-vətən kəsbi-kamal eylər,
Ricalın himməti-mərdanəsi qəli-cibal eylər(149, 109),-
deyən şair bildirir ki, əl-ələ verib dağı yerindən oynatmayınca,
şəxsi mənfəəti ümumi mənafeyə qurban verməyincə xoşbəxt
gələcəkdən danışmaq, xoş günlərin həsrətində olmaq tamamilə
yersizdir. Çünki:
Həmiyyət ilə etmiĢdir miləl təmini-istiqbal,
Nə yerdə himmət olsa, ol yerə məftundur iqbal(149, 109).
İslam Qəribli
108
Mətnində kiçik dəyişikliklər edilməklə “Firdovsi-ilhamat”
kitabında(377, 83-84) və “Seçilmiş əsərlər”də(379, 381; 34-35,
47-48) çap olunan “Bülbül” şeiri yürnalın 8-ci nömrəsində
“Məhəmməd Hadi Şirvani” imzası ilə getmışdir(151, 121). Şeirin
başlanğıcında, sərlövhədən sonra verilən dörd sətirlik epiqraf təsiri
bağışlayan bənddə bülbülü “məftuni-şükufəzar” (çiçəklik, güllük
məftunu), “xanəndeyi-xüldzar” (bağlı-bağatlı yerlər müğənnisi),
“behcətgəhi-eşq təpcümanı” (sevinc, şadlıqlarla dolu olan eşqin
tərcümanı) adlandıran şairin müxəmməs şəklində yazılmış
əsərindən anlaşılır ki, “hürriyyət nəinki cəmiyyətin, eyni dərəcədə
təbiətin də ehtiyacı, bəzəyi, yaraşığıdır”(422, 10-11). Bu şeirdə
bülbülün nəğmələri adi quş cəh-cəhi kimi yox, sərbəst, azad bir
şəxsin nəğmələri kimi təqdim edilir. Şeirdən bir bəndə diqqət
edək:
Əməlzari-fənada sanki doğmuĢ sübhi-amalı,
Edər nəĢri-ziya afaqə nəcmi-bəxtü iqbalı,
Uçar sərbəst gülĢəndə, açılmıĢ Ģəhpərü balı,
Əsarətpərvəranə qibtəbəxĢ olmaqda əhvalı,
ġu hürriyyət baharında nələr fəryad edər bülbül(151, 121).
Sonrakı bəndlərdə vəziyyət dəyişir. Bülbülün oxuduğu, cəh-
cəh vurduğu çəmən ovçuların istibdad oxları ilə zəhərlənir və:
Olur cəmiyyəti-mürğan yədi-bidad ilə bərbad,
ġu ülfətgahi-əmniyyət kəsilmiĢ Ģimdi zülmabad,
Dəmadəm nifrəti-övladi-istibdad edər bülbül(151, 121).
Şeirin sonrakı bəndlərində şair yenə də ənənəvi istəyini
bülbülün simasında bəyan edir. “Edər hürriyyət ilə kəsbi-rövnəq
təbü istedad” fikri ilə çıxış edən şair yazır:
Nəsimi-sübhi-hürriyyət vəzan olduqda əfkarə,
SəmərbəxĢayi-feyz olmazmı fikri-bikr əhrarə,
Verilməz isə abi-tərbiyyət əzharü əĢcarə,
Edərmi kəsbi-istedad gülĢən barü əsmarə?
“Edək təhsili-hürriyyət” sözün övrad edər bülbül(151, 121).
Bir cəhəti də qeyd edək ki, jurnal variantında şeirin birinci
bəndinin “əlhani-qüdsi” birləşməsi kitablarda “əlhani-irfan”,
üçüncü bəndin üçüncü misrasındakı “cövlangahi-bülbüldə” ifadəsi
Dostları ilə paylaş: |