İslam Qəribli
382
əsərlər”də (378, 379; 239, 286) üç bənd şəklində verilmişdir.
Kitablarda verilən sonuncu:
Nücumi-zahirəyə hakimiyyət etmək üçün –
Baxın bu zadeyi-ərzə səmayə pərrandır.
ġimal qütbünü fəthə sürür səfineyi-fəth,
Cahanpəsənd bu əzmafərinə Ģayandır, -
bəndi “Maarif və mədəniyyət” jurnalında ayrıca şeir kimi
verilmişdir.
Шеiрин икинъи бяндинин цчцнъц: “Шимди одлар
йаьдыран
тяййарейи-хакинижад”-мисрасы
бу
шеiри
мцщарибя мювзулу шеiр кими тящлил етмяйя ясас верир.
Шеiрдя диггяти ъялб едян нядир вя мцяллиф идеалы нядян
ибарятдир?
М. Щади лирикасындакы эяляъяйя инам мотиви бу
шеiрдя чох эцълц, апарыъы хятти тяшкил едир. Тяййаряляр
эюйдян од тюкцр, дцнйа даьылыр, лакин шаир охуъусуну
инандырмаг истяйир ки, бир эцн эяляъяк мцщарибя
гуртараъаг. Яэяр инди тяййаряляр эюйдян од тюкмякля
инсанын зящрини йарырларса, онда инсан зякасы иля Шимал
гцтбцнц кяшф етмяк цчцн истифадя олунаъаглар. Ялбяття,
йазылдыьы дюврцн щядсиз драматизмини нязяря алараг бу
узагэюрянлийя йцксяк гиймят верилмялидир.
M. Hadinin “Sədayi-həqq”də çıxan şeirlərdən biri də
“Qiymətli və dəyərli həmaqət” əsəridir(346, N 187). Bu şeir də
indiyə kimi tədqiqatlardan kənarda qalmış və şairin heç bir
kitabına düşməmişdir. Yunan filosofu Əflatunu və onun ölüm
ayağında ikən söylədiyi məşhur “Dünyadan həsrətlə gedirəm..”
kəlamını xatırladan şair bildirir ki, dünyada insanın yaşayışı nə
qədər çətin keçsə də, o, həyatdan doymaq istəmir, yaşamağı əzab
olsa belə, bu əzablı dünyanı kimsə könüllü tərk etmir. Bu isə
qocalmaqdansa daima yeniləşən, bakirələşən dünyanın əzəli və
əbədi qanunudur.
“Şairlərə ithaf” qeydi ilə dərc olunan “Zamanın
məzhəkələri” şeiri(347, N 191) zəmanənin üzü qara məxluqa
Məhəmməd Hadi və mətbuat
383
çevirdiyi şairlərin yaşam tərzi barədədir. Şairin “Seçilmiş
əsərləri”nə salınan iki bəndlik şeirində(379, 234) kitabın
satılmamasından, şeirin oxunmamasından gileylənən şair bildirir
ki, ilhamımızın övladı olan şeirimizə maraq göstərib yiyə duran
olmadığından ilhamımız qəlp pula döndü və hamımız yazıq günə
düşdük. “Boynu buruq, kisəsi boş, könlü qan” olan biz qələm
sahibləri kitablarımızı satılmaq üçün qoyduğumuz dükanlara
gedəndə pul əvəzinə giley-güzar alırıq. Kitab satanın üzünə
baxanda ondan bu sözləri eşidirik:
Kitabçı söylər: “ġeirə yox baxan!”(379, 234).
Bəndlərin sonunda təkrarlanan:
Satılmayır zadeyi-ilhamımız,
“Çox yazıq olduq”,- deyirəm hamımız,-
misralarında M. Hadinin yaşadığı dövrdə şairə, şeirə və sənətə
qiymət verilmədiyinin şahidi oluruq.
M. Hadinin “Sədayi-həqq”də çıxan daha iki şeiri vardır ki,
bunlar da tədqiqatçıların nəzərindən yayınmış və sənətkarın heç
bir kitabına düşməmişdir. Əsərlərdən birincisi “Türklərin yeganə
filosofu Rza Tofiq həzrətlərinə”(348, N 194), ikincisi isə “Həyati-
bəşər” adlanır(349, N 196).
Rza Tofiqi “mərifətin, fəlsəfənin mənbeyi-nuru”, qələmini
“mizrabi-həqiqət” adlandıran M. Hadi təəsüflə bildirir ki, sənin
parlaq fikilərin və həqiqəti yazan qələmin milləti, insanlığı haqq
yola dəvət etsə də, bu, mümkün olmadı. Vəhşətlər diri qaldı və
əqlin, kamalın, elmin nadanlığın, zəlalətin qarşısında zəbun oldu.
Fikrində tərəqqi və hürriyyət yaratmaq istədiyin insan – “zadeyi-
xak” “əvvəlki təbiisində” qaldı və dəyişmək istədiyin dünya
dəyişmədi ki, dəyişmədi və beləcə “İnsan hələ Məcnun, cahan
səhni-cünundur”.
Həp əski gücündə yenə bazuyi-məsiət,
Həp köhnə iĢində yenə qanuni-təbiət.
ĠĢtə “mədəniyyət” deyiriz: - VəhĢəti-əkməl,
Ġnsanda təkamül bumu? Ey zatı mükəmməl!(348, N 194).
İslam Qəribli
384
Nədən mədəniyyət əsri olan XX əsrdə insan övladı ağlına
gələni etməkdən usanmır və niyə, nə səbəbə:
Öz bildiyini yapmada hala da bəĢərzad,
Sən söylə! Nə dersən buna, ey möhtərəm ustad?!(348, N 194).
Təbii ki, Rza Tofiqə unvanlanan bu ritorik sualın cavabı
bəllidir və müəllif cavabı söyləməyə ehtiyac görmür. Anlaşılan
budur ki, bəşəriyyəti qan dəryasında boğmaqda olan Birinci dünya
müharibəsini törədən insan nə qədər mədəniyyətdən, təkamüldən
danışsa da, ürəyindəki məkrin həqiqətə, iblisin mələyə qalib
gəlməsi onu dəli, dünyanı isə dəlilər səhnəsinə - dəli yığıncağına
döndərməyə yetərlidir.
“Həyati-bəşər” şeiri də məzmun və ideyaca birinci şeirlə
yaxından səsləşir.
Hafizin “Gər to nəmipəsəndi təğyir dəh qəza ra!” misrasını şeirinə
epiqraf kimi verən şair yazır:
AğlayıĢlar məclisi-dəhrin sədayi-tarıdır,
Sanki mizrabi-həqiqət bu səda məftunudur.
Leyliyi-amaldır pərdə, bəĢər Məcnundur,
Dərdü qəm insanların ruzi-əzəldən yarıdır(349, N 196).
Göründuyü kimi, 1914-cü ilin yay aylarında yazıb
“Sədayi-həqq” qəzetində dərc etdirdiyi şeirlərində mütəfəkkir şairi
düşündürən, məşğul edən məsələlər yenə də insan və onun
cəmiyyətdki mövqeyi, ziddiyyətlər üzərində qurulan və ədələtsiz
qanunlarla idarə olunan dünyadakı qarışıqlığın səbəblərinin
axtarılması problemləridir.
IV. 2. M. HADĠ MÜHARĠBƏDƏ. CƏBHƏDƏN YAZDIQLARI
MÜXTƏLĠF MƏTBUAT ORQANLARINDA
Məhəmməd Hadinin ъябщя щяйатынын илк эцнляри
1914-ъц илин сону, 1915-ъи илин əvvəllərinə тясадцф едир.
Мялумдур ки, йерли буржуазийа чаризмя сядагятини сцбут
етмякдян ютрц милли дивизийалар тяшкил едир, ордуну
Dostları ilə paylaş: |