İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə23/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   19   20   21   22   23   24   25   26   ...   119
islamda ushaq terbiyesinin esaslari

DÖRDÜNCÜ BÖLÜM 
Yeni  doğulan  uşağın  sağ  qulağına  azan,  sol  qulağına  isə 
iqamə oxumağın müstəhəb olması 
Bu mövzuya aid bir çox hədislər mövcuddur. Onlardan biri 
Əbu  Rafinin  Peyğəmbərdən 

  rəvayət  etdiyi  hədisdir.  O  de-
yir:  “Fatimə 
g
  Həsəni 

  dünyaya  gətirdiyi  zaman  Peyğəm-
bərin 

  Həsən  ibn  Əlinin 

  qulağına  azan  oxuduğunu  gör-
düm”. Bu hədisi Əbu Davud və Tirmizi rəvayət etmişlər. Tir-
mizi hədisin səhih olduğunu söyləmişdir.
48
 
İkinci hədis  isə Beyhaqinin “əş-Şuəb” kitabında Həsən  ibn 
Əli 

  vasitəsilə  Peyğəmbərdən 

  rəvayət  etdiyi  hədisdir. 
Hədisdə deyilir: “Kimin övladı dünyaya gələndə onun sağ qu-
                                                 
47
  Yeni  uşağı  dünyaya  gələn  üçün  edilən  dua  belədir:  “BərəkAllah`u  ləkə 
fi`l-məvhubi  ləkə,  və  şəkərtə`l-Vəhibə,  və  bələğa  əşuddəhu,  və  ruziqtə 
birrahu”.  Tərcüməsi  yuxarıda  verilmişdir.  Ümumiyyətlə  bu  dua  şəkli  sə-
nədlərlə  həsən  əl-Bəsriyə  gedib  çıxır.  Sünnətdə  yeni  doğulan  uşaq  üçün 
edilən  dua  isə  şəkil  olaraq  gəlməmiş  yalnız  uşaq  üçün  “bərəkət  dilənmiş-
dir” kimi keçməkdədir. Ona görə də alimlər Həsən əl-Bəsrinin bu duasının 
mənaca  səhih olduğu  və deyilməsinin müstəhəb olduğu  qənaətindədirlər. 
Ancaq bununla yanaşı istənilən şəkildə bərəkət, xeyir-dua diləmək sünnətə 
uyğundur. (Tər.)  
48
 Əbu Davud: 5105,  Tirmizi: 1514. Hədisin sənədində  Asim ibn Ubeydul-
lah  ibn  Asim  ibn  Ömər  ibn  Xəttab  vardır.  Bəzi  alimlərə  görə  o  zəif  ravi 
hesab  olunur.  Lakin  hədisi  başqa  rəvayətlər  gücləndirərək  qəbul  olunan 
edir.  


40 
 
lağına azan, sol qulağına da iqamə oxusa, Ummu Sibyan (şey-
tan) ondan uzaqlaşdırılar.
49
 
Üçüncü  hədis  Beyhəqinin  İbn  Abbasa 

  gedib  çıxan  sə-
nədlə rəvayət etdiyi hədisdir ki, orada deyilir: “Peyğəmbər 

 
Həsən ibn Əlinin 

 doğulduğu gün onun sağ qulağına azan, 
sol  qulağına  isə  iqamə  oxudu”.  Beyhəqi  hər  iki  hədisin  sənə-
dində zəiflik olduğunu söyləmişdir. 
Azan  oxumağın  hikmətinə  gəlincə  isə,  doğrusunu  Allah 

 
bilir. Bəlkə də ilk olaraq insanın Rəbbinin böyüklük və əzəmə-
tini  əhatə  edən  kəlmələri  eşitməsi  ilə  bağlıdır.  Həmçinin  bu-
nunla  körpə  insanın  İslama  girməsini  təmin  edən  Kəlimeyi 
Şəhadəti  eşidir.  Dünyaya  daxil  olduğu  zaman  bu,  onun  üçün 
sanki İslamın şüarı olan təlqin rolunu oynayır. Bu bir növ in-
san  dünyadan  köçdüyü  zaman  ona  tövhid  kəliməsinin  təlqin 
edilməsinə bənzəyir. İnkar edilməz həqiqətdir ki, o, bunu hiss 
etməsə  belə  azanın  sözləri  körpənin  qəlbinə  işləyərək  ona  öz 
təsirini göstərir. Azan oxumağın digər faydası isə onun səsin-
dən  şeytanın  qaçmasıdır.  Çünki,  şeytan  Allah`ın 

 
təqdir 
etdiyi və istədiyi bir imtahan olaraq insan doğulduğu gündən 
onu  öz  tələsinə  salması  üçün  pusquda  durmuşdur.  Belə 
olduqda isə şeytan  insana musallat olduğu  ilk gündən özünü 
zəif salan və qəzəbləndirən  bir səsi eşidir. 
Bunun  başqa  bir  mənası  yeni  doğulan  körpənin  şeytanın 
dəvətindən  əvvəl  Allah`a 

,  İslam  dininə  və  Rəbbinə  ibadət 
                                                 
49
  İbnu`s-Sünni  “Əməlu`l-Yəvmi  və`l-Leyləti”:  623.  Hədisin  ravilərindən 
olan  Yəhya  ibn  Əla  və  Mərvan  ibn  Salim  əl-Ğifari    zəif  ravilərdir.  Albani 
“əl-Əhədisu`d-Daifə”: 321. 


41 
 
etməyə dəvət edilməsidir. Belə ki, Allah 

 insanı öncədən fitrət 
üzrə  yaradır.  Ancaq  şeytan  onu  sonradan  bu  fitrətindən 
döndərir və azğınlığa yönləndirir. Uşağa azanının oxunmasın-
da bir çox başqa hikmətlər də vardır. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə