İslamda Uşaq Tərbiyəsinin Əsasları


“(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə22/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   18   19   20   21   22   23   24   25   ...   119
islamda ushaq terbiyesinin esaslari

“(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı 
bir  oğulla  müjdələyirik.  Biz  bu  adı  (ondan)  öncə  kimsəyə 
qoymamışıq!”
 (Məryəm 7) 
َو  ُةَكِئََٰٓلَمۡلٱُهۡتَداَنَف
مِئٓاَق  َوُه
ٗ
ٗ
 
َلَصُي
  ي
ِف
ۡلٱ  ي
ِباَرۡحِم
 َهلِّلّٱ  هنَأ 
ةَمِلَكِب اََۢقَدَصُم َٰىَيۡحَيِب َكُرَشَبُي
ٗ
ٗ
 
 َنَم
ٱ
ِهلِّلّ
 
َو
دَيَس
ٗ
ٗ
ا
 
روُصَحَو
ٗ
ٗ
  يِبَنَو ا
ٗ
ٗ
 ا
 َنيِحِلَٰهصلٱ َنَم
٣٩
 
“O, mehrabda durub namaz qılarkən mələklər onu çağır-
dılar:  “Allah  səni,  Allah  tərəfindən  olan  Kəlməni  təsdiq 
edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən 
bir Peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.
 ( Əli-İmran 39) 
Müjdələmək  qulu  sevindirən  və  onu  fərəhləndirən  bir  şey 
olduğu  üçün  bir  müsəlmanın  öz  müsəlman  qardaşını    sevin-
dirməyə can atması və onu fərəhləndirəcək bir şeyi ona demə-
si müstəhəbdir. 
Peyğəmbər 

  doğulduğu  zaman  Suveybə  də  onun  əmisi 
Əbu Ləhəbi müjdələyərək dedi: “Bu gecə Abdullahın bir oğlu 
oldu”.  Əbu  Ləhəb  də  bu  xəbərdən  sevinərək  onu  qulluqdan 
azad  etdi.  Allah 

  da  onun  bu  əməli  qarşılığında  ölümündən 


37 
 
sonra  Cəhənnəmdə  olsa  belə  ona  içməsi  üçün  barmaqlarının 
arasından çıxan su verdi.
45
 
Əgər birisi  müjdə vermək fürsətini əldən verərsə, o zaman 
qarşı tərəfi təbrik etməsi ona müstəhəb olur. Müjdə vermək və 
təbrik etmənin arasındakı fərqə gəldikdə isə müjdə insana onu 
                                                 
45
  Buxari:  5101.  Urvə  deyir  ki,  Suveybə  Əbu  Ləhəbin  cariyəsi  olmuşdur. 
Əbu Ləhəb onu qulluqdan azad etmişdi. O qadın, Peyğəmbəri 

 əmizdir-
mişdi. Əbu Ləhəb öldükdən sonra ailəsindən biri onu yuxusunda görüb so-
ruşur:  “Nə  ilə  qarşılaşdın?”  Əbu  Ləhəb  dedi:  “Sizdən  sonra  bu  azad  etdi-
yim  cariyə  səbəbilə  hər  həftənin  birinci  günü  mənə  su  içizdirilir.  Bundan 
başqa  bir  xeyir  görmədim”.  Çünki  Peyğəmbər 

  bu  gündə  doğulmuş  və 
Suveybəidə  Əbu  Ləhəbi  bu  gündə  müjdələməsi  səbəbilə  azad  edilmişdi. 
“Fəth”: 9/145-146. 
Beyhəqi  deyir:  “Kafir  olanların  etdikləri  xeyirli  əməllərin  batil  olması 
barəsində  rəvayət  olunan  hədislərin  mənası  budur  ki,  onlar  heç  vaxt  Cə-
hənnəmdən qurtulub Cənnətə daxil olmayacaqlar. Etdikləri xeyir əməllərin 
qarşılığında  isə  küfrün  cəzası  istisna  olmaqla  günahlarının  əzabının  yün-
gülləşdirilməsi mümkündür”. 
Qurtubi  deyir:  “Əzabın  yüngülləşdirilməsi,  barəsində  nas  (ayə  və  ya 
hədis) olanlara şamil olunur”. 
İbnu`l-Munir “Haşiyə”-də demişdir: “Burada iki məsələ vardır. Birinci-
si qeyri mümkündür. Bu da kafirin küfrü ilə birlikdə itaət etməsinin mötə-
bər sayılması məsələsidir. Çünki itaətin şəriət  baxımından  sağlam  bir niy-
yətlə  həyata  keçirilməsi  şərtdir.  Bu  isə  kafirdə  yoxdur.  İkincisi  isə  kafirin 
bəzi  əməllərinin  Allah`dan 

  bir  fəzilət  olaraq  sabit  olması  məsələsidir  ki, 
bunu da ağıl imkansız görməz. Bu cür olduğuna görə Əbu Ləhəbin Suvey-
bəni  azad  etməsi  Allah`a 

  düzgün  və  qəbul  olunan  bir  yaxınlaşma  şəkli 
deyil. Allah`ın 

 ona istədiyi halda Əbu Talibə etdiyi kimi  yaxşılıq etməsi 
mümkündür. Xeyirli iş görən kafir işlədiyi əməli səbəbi ilə Cəhənnəmdən 
qurtarıb  Cənnətə  düşməz.  Qısa olaraq; Kafirin işlədiyi bu və s. kimi yaxşı 
əməllərin  qarşılığı  Allah 

 
tərəfindən  edilən  bir  ehsandır.  Ən  doğrusunu 
Allah 

 bilir. 


38 
 
sevindirən  bir  məlumatı  xəbər  vermək,  təbrik  isə  xəbəri  bilən 
bir insana onun üçün xeyirlə dua etməkdir. Məhz elə buna gö-
rədir  ki,  Allah 

  Kəb  ibn  Malikin
46
  və  yoldaşlarının  tövbəsini 
qəbul  etdiyini  bildirən  ayəni  nazil  edəndə  bir  nəfər  onun 
yanına  gələrək  onu  müjdələdi.  O,  məscidə  daxil  olanda  isə 
insanlar gəlib onu təbrik etdilər. 
Cahiliyyə  dövründə  evlənən  tərəfləri  “daim  birgə  yaşasın-
lar və çoxlu oğlanlara sahib olsunlar” deyərək təbrik edərdilər. 
Beləcə onlar insanı yalnız oğlan uşaqları üçün təbrik edərdilər. 
Bir insanı yalnız oğlan uşağının və yaxud da yalnız qız uşa-
ğının dünyaya gəlməsi münasibətilə təbrik etmək doğru deyil-
dir.  Bunun  əksinə  hər  ikisinin  dünyaya  gəlməsi  münasibətilə 
təbrik etmək lazımdır. Əgər təbrik olunmayacaqsa da, heç biri-
nin  doğulması  münasibətiylə  təbrik  olunmamalıdır.  Bu  cahi-
liyyə dövrünün ənənələrindən xilas olmağın bir yoludur. Çün-
ki cahiliyyə dövründə əksər insanlar bir-birlərini oğlan uşaqla-
rı dünyaya gəldiyi zaman, qız uşaqları isə vəfat etdiyi zaman 
təbrik edərdilər.  
Əbu  Bəkr  ibnu`l-Munzir  “Əvsat”  kitabında  belə  rəvayət 
edir:  “Həsən  əl-Bəsrinin  yanına  bir  kişi  gəldi  və  bu  zaman 
onun yanında yeni oğlu dünyaya gəlmiş başqa bir kişi var idi. 
O kişi yeni övladı olana  dedi: “Atlı qəhrəman səni təbrik edi-
rəm”. Həsən əl-Bəsri dedi: “Sən nə bilirsən ki, o, atlıdır, yoxsa 
uzunqulaqlı?” Həmin şəxs soruşdu: “Bəs necə deyək?” Həsən 
                                                 
46
  Kəb  ibn  Malik 

  və  iki  yoldaşı  olan  Mirara  ibn  Rabia 

  və  Hilal  ibn 
Umeyyə 

  Təbuk  döyüşündən  geri  qaldıqları  üçün  müsəlmanlar  onları 
təcrid  etmişdir.  Ancaq  bu  günhalarından  dolayı  Allah 

  onların  tövbəsini 
qəbul etdi və  onları bağışladı. Tövbə surəsi 118-ci ayəyə bax.  (Tər.) 


39 
 
əl-Bəsri dedi: “De ki, sənə bəxş edilən bu övlad  xeyirli, bərə-
kətli olsun. Nemət bəxş edənə şükr edəsən. Allah 

 onu həddi-
büluğa  çatdırsın.  Onun  yaxşılığı  ilə  ruzilənəsən!”
47
  Ən  doğ-
rusunu Allah 

 bilir!  

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə