Işmaqdansa


DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, QORUNMASI VƏ İNKİŞAFI



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə126/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   122   123   124   125   126   127   128   129   ...   132
kommunikasiya kitab;

DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, QORUNMASI VƏ İNKİŞAFI 
M a d d ə 4. 
Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi
4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli 
özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi 
bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının 
dövlət dilində aparılır. 
4.2. Bu Qanunun 4.1.-
ci maddəsinin tələbləri Azərbaycan 
Res
publikasının təĢkil etdiyi beynəlxalq səviyyəli rəsmi məra-
simlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları 
tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və 
tədbirə Ģamil olunmur. 
M a d d ə 5. 
Dövlət dilinin təhsil sahəsində işlənməsi
5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində 
aparılır. 
5.2. Azərbaycan Respublikasında baĢqa dillərdə təhsil 
müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiĢ qay-
dada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi 
məcburidir. 
5.3. Azərbaycan Respublikasında ali və orta peĢə-ixtisas 
təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnin-dən 
imtahan verilməlidir. 
M a d d ə 6. 
Dövlət dilinin televiziya və radio yayımlarında 
işlənməsi 
[1]
 
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Res-
publi
kası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət 
dilində yayımlanan bütün televiziya və radio kanallarının apa-
rıcıları dövlət dilini mükəmməl bilməli və səlis danıĢıq qabi-
liyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında 
dublyaj olunan filmlər və veriliĢlər dövlətin müəyyən etdiyi dil 
normalarına uyğun olmalıdır. 
M a d d ə 7. 
Dövlət dilinin xidmət sahələrində, reklam və 
elanlarda işlənməsi


162 
7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət 
sahələrində, reklam və elanlarda dövlət dili iĢlənilir. Əcnəbilərə 
xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət 
dili ilə yanaĢı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda 
elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili 
ilə yanaĢı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların 
tutduğu sahə Azərbaycan dilindəki qarĢılığının tutduğu sahədən 
böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəl-
məlidir.
7.1-
1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında 
yer
ləĢdirilən reklamın mətnində Azərbaycan Respublikasının 
dövlət dili ilə yanaĢı digər dillərdən istifadə oluna bilər. Bu halda 
xa
rici dildə olan mətn dövlət dilində olan mətndən sonra 
yerləĢdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən 
böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə 
niĢanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı for-
mada göstərilməlidir.
7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət 
sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin 
normalarına uyğun olaraq tətbiq edilməlidir. 
7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, 
habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar 
müvafiq xarici dillərlə yanaĢı, dövlət dilində də olmalıdır. 
7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məh-
sulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları 
barədə izahat vərəqələri baĢqa dillərlə yanaĢı, Azərbaycan 
dilinə tərcüməsi ilə müĢayiət olunmalıdır. 
M a d d ə 8. 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə