165
ilə yanaĢı, müvafiq xarici dillərdən birində də aparıla bilər.
12.2.
Azərbaycan
Respublikasının
ikitərəfli
beynəlxalq
müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr
isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə
(dillərdə) tərtib olunmalıdır.
12.3.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı bey-
nəlxalq müqavilələr (saziĢlər və s.) və qoĢulduğu beynəlxalq
konvensiyalar (protokollar və s.) dövlət dilində nəĢr edil-məlidir.
M a d d ə 13.
Dövlət dilinin normaları
13.1.
Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi
dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azər-
baycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra
hakimi
yyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Hüquqi, fiziki və vəzifəli Ģəxslər bu normalara əməl etməlidirlər.
13.2.
Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az
olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya
lüğətinin) nəĢr olunmasını təmin edir.
M a d d ə 14.
Dövlət dilinin əlifbası
Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın
qrafikalı Azərbaycan əlifbasıdır.
M a d d ə 15.
Dövlət dilinin nəşriyyat işində işlənməsi
15.1.
Dövlət dilinin nəĢriyyat iĢində iĢlənməsi Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.
15.2.
Azərbaycan Respublikasında dövlət dilində nəĢr olunan
çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında bura-
xılmalıdır.
15.3.
Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol
oynamıĢ ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə,
elmi nəĢrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.
M a d d ə 16.
Dostları ilə paylaş: