162
7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət
sahələrində, reklam və elanlarda dövlət dili iĢlənilir. Əcnəbilərə
xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət
dili ilə yanaĢı digər dillər də tətbiq oluna bilər.
Zəruri hallarda
elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili
ilə yanaĢı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların
tutduğu sahə Azərbaycan dilindəki qarĢılığının tutduğu sahədən
böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəl-
məlidir.
7.1-
1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında
yer
ləĢdirilən reklamın mətnində Azərbaycan Respublikasının
dövlət dili ilə yanaĢı digər dillərdən istifadə oluna bilər. Bu halda
xa
rici dildə olan mətn dövlət dilində olan mətndən sonra
yerləĢdirilməli, dövlət dilində
olan mətnin tutduğu sahədən
böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə
niĢanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı for-
mada göstərilməlidir.
7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət
sahələrində, reklam və elanlarda
dövlət dili dövlət dilinin
normalarına uyğun olaraq tətbiq edilməlidir.
7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən,
habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar
müvafiq xarici dillərlə yanaĢı, dövlət dilində də olmalıdır.
7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məh-
sulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları
barədə izahat vərəqələri baĢqa dillərlə yanaĢı, Azərbaycan
dilinə tərcüməsi ilə müĢayiət olunmalıdır.
M a d d ə 8.
Dostları ilə paylaş: