Işmaqdansa



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə44/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   40   41   42   43   44   45   46   47   ...   132
kommunikasiya kitab;

 
Dinləmənin növləri 
Dinləmə problemi əslində qarĢılıqlı anlaĢmanın problem-
lərinin start nöqtəsində durur. DanıĢıqların iĢtirakçıları üç cür 
dinləmə nümayiĢ etdirə bilər; 
Refleksiz 
(passiv)
 
dinləmə.
Bu sayaq dinləmə o zaman 
əlveriĢlidir ki, danıĢan sözcül adamdır və ona «ürəyini axıracan 
boĢaltmaq» imkanı yaranır. Xüsusilə, danıĢan fikrini çatdırmağa 
tələsdikdə, bir qədər həyəcanlı olduqda, və yaxud əksinə, 
hədsiz aramla danıĢdıqda, passiv dinləmə zəruridir. Sadəcə, 
sadaladığımız məqamlarda dinləyici, hətta vaxtını hədər yerə 
qurban verməklə, son dərəcə hövsələli olmağa çalıĢmalıdır. Bir 
çox hallarda refleksiz dinləmə danıĢıqlar prosesi iĢtirakçıları 
arasında ciddi problemlərin müzakirəli zamanı əsl körpü rolunu 
oynayır. 
Xüsusilə diplomatik danıĢıqlar, protokol görüĢləri, tele-
dialoqlar üçün refleksiz dinləmə çox əlveriĢlidir. Lakin zahirən 
hər Ģeylə razılaĢmaq təsiri bağıĢlasa da, passiv dinləmə «susub 
dinləmək» və yaxud məcazi mənada «ağzına su alıb durmaq» 
anlamında baĢa düĢülməməlidir. Çünki, ən passiv dinləmənin 
özündə də daxili bir aktivlik yaĢayır. 
Bunu dinləyicinin nitqin predmetinə qeyri-verbal vasitələrlə 
olan münasibətində, jestlərində (baĢını yuxarı-aĢağı tərpətmək 
– razılıq; baĢını sağa-sola yelləmək – etiraz və s.), üzünün 
mimikasında (qaĢların çatılması, dodaqların büzülməsi və s.) 
müĢahidə etmək bir o qədər də çətin deyildir. Etiket qaydaları 
ünsiyyət 
prosesində 
qeyri-verbal 
vasitələr-dən 
istifadə 
olunmasının tam nəzarətə götürülməsini tələb edir. Əks halda 
refleksiz dinləmənin sınırları dərhal pozulmuĢ olur. O da qeyd 


53 
olunmalıdır ki, ünsiyyət aktında hər hansı formada ideal dinləmə 
qeyri mümkündür. Əslində dinləmənin növlərə ayrılması da Ģərti 
xarakterlidir. Ən azı ona görə ki, danıĢıqların (ünsiyyətin) 
iĢtirakçıları ən müxtəlif subyektlər kimi bir sıra fərdi keyfiyyətləri 
(temperament, intellektual səviyyə, psixoloji durum, vərdiĢlər, 
yaĢ, cins və s.) ilə səciyyələnirlər. 
Odur ki, eyni bir məqam daxilində dinləmənin bütün 
növlərindən istifadə olunur. Lakin bu zaman onlardan hər hansı 
birinə üstünlük verilməsi məqsəd və strategiya ilə bağlıdır. Heç 
bir tərəddüd etmədən qeyd olunmalıdır ki, bir çox məqamlarda 
passiv dinləmə statusla nizamlanır. 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə