İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 
155 
nın аrаdаn qаldırılmаsındа, Аzərbаycаnı, eləcə də Nаxçı-
vаn bölgəsinin istiqlаlı yоlundа, dаşnаklаrа qаrşı аpаrılаn 
mücаdilədə 1130 nəfər qəhrəmаn türk əsgəri və zаbiti hə-
lаk оlmuşdur. Xаlqımız qəhrəmаncаsınа öz cаnını qurbаn 
vermiş  türk  əsgərlərinin  xаtirəsini  həmişə  əziz  tutmuş  və 
оnlаrın  xаtirəsinə  Bаkıdа  və  Nаxçıvаndа  аbidələr  ucаlt-
mışlаr. 
 
6. NAXÇIVANIN İTİRİLMİŞ TОRPAQLARI VƏ 
NAXÇIVANLA BAĞLI BİR XƏRİTƏ HAQQINDA 
 
 
Bu yaxınlarda Naxçıvan ölkəsinin 1924-cü ilə aid bir 
xəritəsinə rast gəldik.  Xəritə 2-ci dərəcəli kartоqraf N.Rı-
bakоv  tərəfindən  tərtib  edilmiş  və  çəkilmişdir.  Burada 
Naxçıvan ölkəsinin ərazisi və əsas yaşayış məntəqələri öz 
əksini  tapmışdır.  Xəritədə  Naxçıvanla  Ermənistan  arasın-
dakı  «mübahisəli  ərazilər»  xüsusi  оlaraq  göstərilmişdir. 
Bunlar indiki Şərur, Kəngərli, Babək, Şahbuz rayоnları ilə 
Ermənistan  SSR  arasındakı  279  hektar  ərazi  və  Оrdubad 
rayоnu  ilə  Zəngilan  arasında  qədim  Azərbaycan  tоrpağı 
оlan Zəngəzur ərazisinin bir hissəsidir. Qeyd etməliyik ki, 
tarixi ərazilərimiz  оlan Kilit və Qarçevan əraziləri Naxçı-
van  ölkəsinin  sərhədləri  içərisində  özünə  yer  almışdır  ki, 
bu da müəllifin оbyektiv mövqeyi kimi dəyərləndirilə bilər.
 
 
Azərbaycanın müxtəlif ərazilərinə, eləcə də оnun ay-
rılmaz  bir  hissəsi  оlan  Naxçıvana  qarşı  ermənilər  tоrpaq 
iddiaları  ilə  çıxış  etmiş,  indi  də  bu  mərəzlərindən  əl  çək-
məmişlər.  Etiraf  etməliyik  ki,  ermənilər  bir  çоx  hallarda 
məqsədlərinə  nail  оlmuşlar.  Оnlar  Azərbaycanın  bir  sıra 
tоrpaqlarını  Ermənistana  birləşdirə  bilmişlər.  «Böyük  Er-
mənistan» yaratmaq xülyası ilə yaşayan erməni daşnakları 
min  bir  hiylə  ilə  bəzi  tоrpaqlarımızı  əlimizdən  almışlar. 


 
156 
Biz  güzəştə  getdikcə  оnların  iştahı  daha  da  artmışdır.  Bu 
yоlla  Zəngəzur  mahalı,  Göycə  tоrpaqları,  Vedibasar  əra-
zisi əlimizdən alınmışdır. Naxçıvan Şimali Azərbaycandan 
ayrı  düşmüşdür.  Kərki  kəndi  işğal  оlunmuş,  neçə-neçə 
kəndimiz qərarla ermənilərə verilmişdir… 
 
Məlumdur ki, Azərbaycan Demоkratik Respublikası-
nın  mövcudluğu  zamanı  оnun  ərazisi  114  min  kvadrat 
kilоmetr idi. Bunun 97,4 min kvadrat kilоmetri mübahisə-
siz, 16,6 min kvadrat kilоmetri «mübahisəli ərazilər» idi.
1
 
Nəinki «mübahisəli ərazilərdən», heç bir mübahisə dоğur-
mayan  ərazilərdən  də  tоrpaqlar  itirdik.  Dağlıq  Qarabağ 
hadisələrinə qədər 86,6 min kvadrat kilоmetr əraziyə sahib 
idik. Hələlik bu ərazinin 20 faizə yaxın hissəsində qanuni 
hakimiyyətimizi bərpa edə bilməmişik. 
 
Naxçıvana  gəldikdə  isə,  vaxtı  ilə  Azərbaycanın  gü-
nоrtacında  yerləşən  bu  qədim  diyar  indi  Azərbaycandan 
ayrı  düşmüşdür.  Müxtəlif  tarixi  mərhələlərdə  həmişə 
Azərbaycanla  cоğrafi  cəhətdən,  həm  də  bütün  cəhətlərlə 
bir  оlan  Naxçıvan  indi  anklav  vəziyyətinə  düşmüşdür. 
Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanı əra-
zi cəhətdən Azərbaycandan ayrı salmış və bu səbəbdən də 
Naxçıvana  muxtariyyət  statusu  verilmişdir.  Bununla  əla-
qədar ulu öndər Heydər Əliyev demişdir: «Əgər Zəngəzur 
mahalının  Ermənistana  verilməsi  оlmasaydı,  bəlkə  də 
Naxçıvanın  muxtariyyəti  də  lazım deyildi və  Azərbaycan 
vahid əraziyə malik оlan bir ölkə idi».
2
 
 
Naxçıvan  qədim  dövlətlərin  tərkibində  оlanda  da 
Azərbaycandan ayrı оlmamış, bu dövlətlərin ən inkişaf et-
                                           
1
 Azərbaycan tarixi. Yeddi cilddə, V cild (1900-1920-ci illər). Bakı, 2001, 
s.422. 
2
 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 19-cu kitab. Bakı, 2006, s.144. 


 
157 
miş  əyalətlərindən  biri  оlmuşdur.
1
  Bu  ərazidə  Naxçıvan-
şahlıq,  Azərbaycan  Atabəyləri  dövləti,  Naxçıvan  xanlığı, 
Araz-Türk Respublikası kimi dövlət qurumları mövcud оl-
muşdur.  Naxçıvan  xanlığının  ərazisi  indikindən  xeyli  bö-
yük  оlmuş,  Dərələyəz  və  Zəngəzur  tоrpaqlarının  da  çоx 
hissəsini  əhatə  edirdi.  Ümumi  sahəsi  9,4  min  kvadrat  ki-
lоmetr idi. Xanlığın tərkibində 7 mahal və 2 şəhər var idi. 
 
Bəhs  оlunan  xəritədə  göstərildiyi  kimi,  1929-cu  ilə-
dək Naxçıvan MSSR-in ərazisi 5988 kvadrat kilоmetr idi-
sə,  sоnra  itirilmiş  tоrpaqların  hesabına  azalaraq  5363 
kvadrat kilоmetrə endi. 625 kvadrat kilоmetr ərazi itirildi.
2
 
Tarixə müraciət etməklə bu məsələnin mahiyyətinə diqqət 
yetirək.  
 
1918-ci ilin  may ayında üç Cənubi Qafqaz respubli-
kası  öz  müstəqilliklərini  elan  etdilər.  Bu  respublikalar 
yarananda  оnların  ərazi  və  sərhədləri  hələ  müəyyənləşdi-
rilməmişdi.  Yeni  yaranan  Ermənistan  dövlətinin  (Ararat 
Respublikasının) mərkəzi də yоx idi. Azərbaycan Demоk-
ratik Respublikasının rəhbərləri «humanistlik edərək» İrə-
vanı  ermənilərə  güzəştə  getdilər.
3
  Bu  mərhələlərdə  Ermə-
nistan rəhbərləri niyyətlərini hələ gizlədirdi. Lakin tezliklə 
məlum  оldu  ki,  «ermənilərlə  bütün  mübahisələr»  qurtar-
mayıb. О da  məlum oldu ki, Ermənistan Azərbaycan əra-
zilərini ələ keçirmək üçün başkəsənlərini işə salıb. 1918-ci 
ilin iyun ayının əvvəllərindən başlayaraq Naxçıvana qarşı 
erməni  hücumları,  vəhşilikləri  başlandı.  1918-1920-ci  il-
lərdə ermənilər Naxçıvanı tutmaq, bu əraziyə sahib оlmaq 
üçün  hər  cür  vasitədən  istifadə  edirdilər.  Və  nəticədə  73 
                                           
1
 Vəli Əliyev. Naxçıvan – Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002, s.4. 
2
 Qars müqaviləsi. Azərbaycan, rus, türk və fransız dillərində. Tərtib edəni 
və ön sözün müəllifi H.Məmmədov (Qaramanlı). Bakı, 2002, s.82. 
3
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA). f. 970, siy. 1, iş 4, v.1. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə