İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə42/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

Ölkə  başçısı  22  may  2009-cu  il  tarixdə  “Azərbaycanm  re- 
gionlarmda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun 
təmirinə,  yeni  avadanlıq  və  zəruri  eksponatlarla  təchizatma  dair 
xüsusi tədbirlər planınm təsdiq edilməsi haqqm da” Sərəncam imza- 
lamışdır. Həmin sərəncamdan sonra Ordubad şəhərində M.S.Ordu- 
badinin  ev muzeyi  yenidən  qurulmuşdur.  Naxçıvan  Dövlət Xalça 
muzeyi yeni binaya köçürülmüş, Kəngərli rayonunun Şahtaxtı kən- 
dində Şahtaxtinskilərin ev muzeyi yaradılmışdır. Muzeylərin işindən 
bəhs  edən Naxçıvan M uxtar Respublikası Ali  Məclisinin Sədri de- 
mişdir:  “...İş muzeylərin yaradılması ilə bitmir, onların daim zəngin- 
ləşdirilməsi,  tamaşaçıların  muzeylərə  cəlb  olunması  işinə  də  ciddi 
diqqət yetirilməlidir. Çünki muzey eksponatları bizim tariximizdir, ta- 
riximizi  qorumaq,  öyrənmək,  təbliğ  etmək isə  ən vacib  məsələlərdən 
biridir”[22, 2010, 20 mart].
M uxtar  respublikanm  mədəni-maarif müəssisələri  arasında 
kitabxanaların  xüsusi  yeri  vardır.  234  kütləvi  kitabxana vardır  ki, 
burada  2.799.200  kitab  fondu  mövcuddur.  Bu  kitabxanalar  hər  il 
150-160 min nəfərə kitabxana xidməti göstərir. 2006-cı ildə  139293,
2007-ci ildə  isə 46650  nüsxə  latın  qrafıkalı kitab  və digər çap məh- 
sulları  alınmış  və  kitabxanalara  paylanmışdır.  205  kitab müəssisə- 
sində  əhalinin  asudə  vaxtınm  səmərəli  təşkilini  yaxşılaşdırmaq, 
milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, özfəaliyyətin inki- 
şafı sahəsində ardıcıl işlər aparılır. Hazırda muxtar respublikada 22 
muzey və  1  rəsm qalereyası fəaliyyət göstərir.
2005-ci  ildə muxtar respublikada 2  peşəkar teatr,  Naxçıvan, 
O rdubad və Şərur Xalq teatrları, H.Cavid adma poeziya teatrı fəa- 
liyyət  göstərmişdir.  “Şərur”  Xalq Yallı  Ansamblı  müxtəlif illərdə 
Türkiyədə,  Misirdə,  “Şərur qönçələri”  yallı qrupu isə bir sıra ölkə- 
lərdə ölkəmizi müvəffəqiyyətlə təmsil etmişlər. Naxçıvan Dövlət Mu- 
siqili  D ram   T eatrı  bu  illər  ərzində  Türkiyə  Respublikasmm,  İran 
İslam Respublikasmm müxtəlif şəhərlərində, Bakı şəhərində, respub- 
likamızm digər bölgələrində dəfələrlə qastrol səfərlərində olmuşdur. 
Naxçıvan  M uxtar  Respublikası Ali  Məclisi  Sədrinin təşəbbüsü  ilə 
Naxçıvan  Dövlət  Musiqili  D ram   Teatrm ın  125  illik  yubileyi  geniş 
şəkildə  qeyd  edilmişdir.  T eatr  kollektivinin  bir  qrup  əməkdaşı  ən 
yüksək m ükafatlara, fəxri adlara layiq görülmüşdür.
177


Məmmod  Tağı  Sidqi  adına  Naxçıvan  Dövlət  Kukla  Teatrı 
müxtəlif ilbrdə Bakıda, İran vo Türkiyonin müxtəlif şəhərlərində qa- 
strol səfərlərində olmuşdur.
2006-cı ildə Naxçıvan M uxtar Respublikası Ali Məclisi Sədri- 
nin  Sərəncamı ib  Naxçıvan Dövlət  Uşaq  Teatrı  yaradılmışdır.  Qısa 
zaman ərzində bu teatr muxtar respublikanm mədəni həyatmda layiqli 
yer tuta bilmişdir.
Naxçıvan  Dövlət  Universitetinin  Tələbə teatr  studiyası,  Tə- 
ləbə opera studiyasınm hazırladığı tam aşalar və operalar Azərbay- 
can  tamaşaçıları  ilə  yanaşı,  Rusiya,  Türkiyə  və  G ürcüstan 
tamaşaçılarma da yüksək səviyyədə təqdim edilmişdir.
Ümumiyyətlə,  1950-ci ildə Naxçıvanda 1 teatr fəaliyyət göstər- 
mişsə, artıq bu gün Naxçıvan M uxtar Respublikasmda 3 dövlət teatrı 
və 4 xalq teatrı,  1  dövlət  filarmoniyası,  1  uşaq dövlət lilarmoniyası, 
Aşıqlar Birliyi fəaliyyət göstərir [11, s.  158-159]. Klub müəssisələrinin 
sayı 226-a çatmışdır.
M uxtar respublikada Xalq  Çalğı Alətləri  Orkestri,  Kamera 
Orkestri,  M ahnı  və  Rəqs  Ansamblı  fəaliyyət  göstərir.  Naxçıvan 
Dövlət  Filarmoniyası  Azərbaycanm  digər  bölgələrində,  eləcə  də 
Türkiyədə qastrolda olmuş, mədəni xidmət göstərmişdir.
Naxçıvan M uxtar Respublikasmm incəsənət ustalarınm Nax- 
çıvan  M uxtar  Respublikasmm  85  illiyi  ilə  əlaqədar  M oskva  şəhə- 
rində, Türkmənistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində 
və  Türkdilli  ölkələrin  dövlət  başçılarmm  Naxçıvanda  keçirilən  IX 
Zirvə görüşündəki konsertdə çıxışları professional musiqi kollektiv- 
lorinin formalaşdığmı göstərir.
Naxçıvan M uxtar Respublikasmm ərazisi tarix və mədəniyyət 
abidələri ilə zəngindir.  Tarix və mədəniyyət abidələri özlərinin ikinci 
həyatmı yaşayır.  Naxçıvan M uxtar Respublikası Ali  Məclisi  Sədri- 
nin  “Naxçıvan  M uxtar  Respublikası  ərazisindəki  tarix  və  mədə- 
niyyət  abidələrinin  qorunması  və pasportlaşdırılması  işinin  təşkili 
haqqmda” 6 dekabr 2005-ci il tarixli Sərəncammdan sonra bu sahəyə 
diqqət artırılmışdır. Qeyd etməliyik ki, Naxçıvan diyarmm tarixinin 
və arxeologiyasmm öyrənilməsi ilə bağlı Naxçıvan M uxtar Respub- 
likası Ali Məclisi Sədrinin 15-ə yaxm fərman və sərəncamı olmuşdur. 
“Nuh peyğəmbərin Naxçıvan şəhərində məzarüstü abidəsinin bərpa
178


edilməsi haqqm da”,  “Ordubad rayonundakı  Gəmiqaya  abidəsinin 
tədqiq  olunması  barədə”,  “X an  Sarayı”  Dövlət  Tarix-Memarhq 
Muzeyinin  yaradılması  haqqm da”kı  Sərəncamları  tarixi  abidələri- 
mizə,  inanc yerlərimizə qayğı və diqqətin ən mübariz nümunəsidir. 
Bu fərman və sərəncamlardan sonra 20-yə yaxm tarixi abidə bərpa 
və konservasiya edilmişdir.  Bunlara misal olaraq Möminə Xatm və 
Q arabağlar  memarlıq  komplekslərini,  Əshabi-Kəhf,  İmamzadə, 
Buzxana abidələrini, Came məscidini, Zaviyyə-mədrəsə binasmı, İs- 
mayılxan hamammı, Yusif Küseyr oğlu türbəsini, Xan Saraymı, Or- 
dubadda  Aza  körpüsünü,  Şərq  hamammı,  qədim  Zorxana 
(Qeysəriyyə) abidəsini, Culfadakı Xanəgah kompleksini göstərmək 
olar.  N axçıvan  şəhərində  Dədə  Qorqudun,  Koroğlunun  abidələri 
ucaldılmış, abidələrin yerləşdiyi meydanlar yenidən qurulmuş,  “Nuh 
peyğəmbər”in məzarüstü türbəsi bərpa olunmuş,  “Ana dili” abidəsi 
yaradılmışdır.  Naxçıvan  şəhərində  qədim  Qala  tarixi  abidəsinin 
bərpa və təmiri davam etdirilir.
Bəhs  olunan illərdə  bir  sıra  mədəniyyət  və istirahət  parkları 
təmir olunmuş,  yenidən qurulmuşdur.  Naxçıvan şəhərində Heydər 
Əliyev  Sarayı,  Heydər Əliyev  Mədəniyyət  və İstirahət  Parkı,  Şərur 
şəhərində Heydər Parkı və bir sıra ev muzeylərin tikintisi başa çat- 
dırılmışdır. 2009-cu ildə inşa olunmuş kənd mərkəzlərində 11  kitab- 
xana,  11  mədəniyyət evi və klub əhalinin istifadəsinə verilmişdir.
Beləliklə, son on beş il ərzində mədəni-maarif sahəsindəki də- 
yişikliklər və inkişaf M uxtar Respublika Ali Məclisinin Sədri Vasif 
Talıbovun  məqsədyönlü fəaliyyətinin,  qətiyyətli  və prinsipial möv- 
qeyinin və fədakar işinin nəticəsi kimi ortaya çıxmışdır.
3.5. Gənclər və idman siyasəti
Ölkəmizdə  gənclərlə  bağlı  tədbirlər,  idm an  siyasəti  uğurla 
aparılır.  Bu təsadüfı deyildir.  Ölkə rəhbərinin ölkəmizin gələcəyini, 
uğurlarmı  gənclərdə  və  onlarm   sağlamlığmda  gördüyündəndir ki, 
bu sahəyə son illərdə xüsusi diqqət və qayğı var.
A zərbaycan  Respublikası  Prezidentinin  gənclər  siyasətini 
muxtar respublikada  qətiyyətlə həyata  keçirən Ali  Məclis  Sədri id- 
manm inkişafı, idm an şəbəkələrinin qurulması üçün  14 idman növü
179


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə